Allayıaxa ulusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Allayıaxa ulusu
Gerb
Gerb

70°09′ şm. e. 147°54′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 may 1931
Sahəsi
  • 107.300 km²
Hündürlük
18 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.716 nəf. (1 yanvar 2018)[2]
Rəsmi sayt
Allayıaxa ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allayıaxa ulusu (saxa Аллайыаха улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Çokurdax şəhər tipli qəsəbəsidir.

Coğrafiyası

Respublikanın şimal-şərqində, Şimal Qütb dairəsindən kənarda, İndigirka çayının aşağı axarında yerləşir. Şimalda Şərqi Sibir dənizi, şərqdə Aşağı Kolıma ilisi, cənub-şərqdə Orta Kolıma ulusu, cənubda Abıy ulusu, qərbdə Ust-Yana ulusu ilə həmsərhəddir. Ulusun çox hissəsi Yana-İndigirka və Kolıma ovalığında yerləşir. Cənubda - Polous silsiləsi, Ulaxan-Sis silsiləsi, şərqdə - Kondakov dağları tərəfindən əhatə olunur. Rayonun sahəsi 107,3 min km²-dir.

Böyük çaylar çoxsaylı qollara sahibdir:İndigirka, Allayıaxa, Beryolyox, Böyük Erça, Xroma, Şandrin və başqaları. Rayon çoxlu göllərə sahibdir. Bunlardan ən böyüyü Moqotoevo, Ojoqino, Bakul, Soluntax və s. göstərmək olar.

İqlimi

Yanvar ayının orta temperaturu -32 ilə -38 °C (-26 -36 °F), iyulun orta temperaturu şimalda +4 °C (39 °F) , cənubda + 12 °C (54 °F) arasında dəyişir.

Tarixi

Rayon 20 may 1931-ci ildə qurulmuşdur.

Əhalisi

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: saxalar - 39,0 %, ruslar - 31,7 %, evenlər - 20,0 %, yukagirlər - 2,56 %,ukraynalılar — 1,67 %, evenklər - 1,18 %, buryatlar - 0,92 %, çukçalar - 0,56 %, digər millətlərdən olanlar - 5,16 %[3]. 2010-cu il siyahıyaalmasına görə, rayonun ümumi əhalisi 3050 nəfərdir. Çokurdax əhalisi isə bu sayın 77,6% -ni təşkil etmişdir.

Yerli özünü idarəetmə

Allayıaxa ulusu ərazisinə 1 şəhər və 5 kənd inzibati vahidliyinə ümumilikdə 7 yaşayış məntəqəsi daxildir. Yaşayış məntəqələri:Vorontsovo, Nıçalax, Oyotunq, Olenoqorsk, Ruskoe-Uste, Çkalov, Çokurdax.

İqtisadiyyat

Rayon iqtisadiyyatının əsasını balıqçılıq təşkil edir. Əsas fəaliyyət formaları isə şimal maralı bəsləməsi, balıqçılıq və xəz ticarətidir. Ərazidə qalay və qızıl yataqları vardır.

Polentologiya

2009-cu ildə Allayıaxa ulusunda, suyun səviyyəsindən təqribən 9 metr yüksəklikdə və sahil yamacının damından təxminən 2 metr aşağıda, 6-7 aylıq mamont qalığı tapılır. Bədənin uzunluğu 158.5 sm, hündürlüyü 60 sm, çəkisi təxminən 100 kq təşkil edir[4][5][6].

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
  3. "Перепись населения 2010". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.. Росстат.
  4. "Всё о мамонтах". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  5. "Учёные завершили полную расшифровку генома якутского мамонта". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
  6. "Музей Якутии". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-17.