Böyük Mərcanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Böyük Mərcanlı
39°21′40″ şm. e. 47°14′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Böyük Mərcanlı xəritədə
Böyük Mərcanlı
Böyük Mərcanlı

Böyük MərcanlıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[1]

Toponimikası

Böyük Mərcanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur.[2]

Əhalisi

Tanınmış şəxsləri

  • Kazım MəmmədovAzərbaycanın Milli Qəhrəmanı
  • Çərkəz Məcid — şair, yazıcı, tənqidçi
  • Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist
  • Nizami Yolçuzadə
  • Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı
  • İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı
  • Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax

İstinadlar

  1. Qafqazinfo.az. "Bu ərazilər azad edildi" (az.). Qafqazinfo.az. 27.09.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər