Leylətul-məbit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.[1][2][3][4][5]

Quranda

Qurani Kərimdəki Bəqərə surəsinin 207-ci ayəsi Əlinin İslam Peyğəmbərinin həyatını xilas etməsi üçün verdiyi fədakarlığı göstərmək üçün nazil olduğu düşünülür:[1][2][4][5]

" İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!

— Quran (2–207)

"

Həmçinin bax

İstinadlar

  1. 1 2 Tabataba'i, Al-Mizan, 2, səh. 135
  2. 1 2 Nishapuri, Al-Hakim, Al-Mustadrak, 3, səh. 5
  3. Shaybani, Fada'il al-sahaba, 2, səh. 484
  4. 1 2 'Ayyashi, Tafsir, 1, səh. 101
  5. 1 2 Zarkashī, Al-Burhān fī `ulūm al-Qur’ān, 1, səh. 206