Zəbanilər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Zəbanilər (ərəb. الزبانية‎) — islam esxatologiyasında, cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər [1]. Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!"[2]. Təhrim surəsi (azərb. Qadağan edilmə‎) sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)"[3]. Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur.

İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar[4][5][6].

İstinadlar

  1. Encyclopaedia of Islam, 1960—2005
  2. Ələq96:18
  3. Təhrim66:6
  4. Абу Ляйс ас-Самарканди. Танбиху аль-гафилин. 264.
  5. ат-Табарани. аль-Аусат (2750).
  6. Абу Дунья. Сыфату ан-Нар (158).

Ədəbiyyat

  • A. Jeffery. The foreign vocabulary of the Qurʾān. 1938. 148.