Vilhelm Vin
Vilhelm Vin | |
---|---|
alm. Wilhelm Wien | |
Doğum adı | Wilhelm Carl Werner Otto Fritz Franz Wien |
Doğum tarixi | 13 yanvar 1864[2][3][…] |
Vəfat tarixi | 30 avqust 1928[4][2][…] (64 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | fizika[1], Şüalanma[1], İstilik[1] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilhelm Vin (alm. Wilhelm Carl Werner Otto Fritz Franz Wien; 13 yanvar 1864[2][3][…] – 30 avqust 1928[4][2][…], Münxen[4]) – istilik şüalanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə 1911-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış alman fiziki.[5] Vinin yerdəyişmə qanunu onun adını daşıyır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Erkən illəri
[redaktə | vikimətni redaktə et]Vin Prussiya əyalətinin (indiki Primorsk, Rusiya) Fişhauzen yaxınlığındakı Qaffkendə torpaq sahibi Karl Vinin oğlu olaraq anadan olub. 1866-cı ildə ailəsi Rastenburq yaxınlığındakı Draxşteyn şəhərinə (indiki Kętrzyn, Polşa) köçdü. 1879-cu ildə Vin Rastenburqda məktəbində, 1880–1882-ci illərdə Heydelberq şəhər məktəbində təhsil aldı. 1882-ci ildə Göttingen Universitetində və Berlin Universitetində təhsil aldı. 1883–1885-ci illərdə Hermann fon Helmholtz laboratoriyasında işləmiş və 1886-cı ildə işığın metallar üzərində difraksiyasına və müxtəlif materialların sınmış işığın rənginə təsiri haqqındakı tezisi ilə fəlsəfə doktoru elmi dərəcəsini aldı. 1896–1899-cu illərdə Vin RWTH Aaxen Universitetində mühazirəçi olaraq fəaliyyət göstərdi. O,1900-cü ildə Vürtsburq Universitetində və 1919-cu ildə Münhen Universitetində Vilhelm Konrad Röntgenin iki dəfə varisi oldu.
Karyerası
[redaktə | vikimətni redaktə et]1896-cı ildə Vin empirik olaraq qara cisim şüalanmasının paylanma qanununu[6] təyin etdi və sonradan bu qanun onun şərəfinə Vin qanunu adlandırıldı. Vinin həmkarı Maks Plank empirik qanunlara güvənmirdi, buna görə də elektromaqnetizm və termodinamikadan istifadə edərək, sonradan Vin-Plank qanunu adlanan Vin qanunu üçün nəzəri əsas irəli sürdü. Bununla belə, Vin qanunu yalnız yüksək tezliklərdə keçərli idi və aşağı tezliklərdə parlaqlığı düzgün qiymətləndirmirdi. Plank nəzəriyyəyəsini uyğunlaşdırdı və indi Plank qanunu adlanan qanunu təklif etdi, bu da kvant mexanikasının inkişafına yol açdı. Bununla belə, Vinin yerdəyişmə qanunu adlanan digər empirik düstur () hələ də çox yararlıdır, bu qanun bir cismin buraxdığı dalğaların maksimal uzunluğunu (λmax) onun mütləq temperaturu (T) ilə əlaqələndirir. 1900-cü ildə, o, (Corc Frederik Çarlz Searlenin tədqiqatından sonra) maddənin bütün kütləsinin elektromaqnit mənşəli olduğunu fərz etdi və elektromaqnit kütləsi ilə elektromaqnit enerjisi arasında əlaqə formulunu () təklif etdi.
Vin 1898-ci ildə anod şüalarının öyrənilməsi üçün Vin filtrini (həmçinin sürət sellektoru olaraq da bilinir) təkmilləşdirdi. Bu yüklü hissəciklər üçün sürət filtri kimi istifadə edilə bilən perpendikulyar elektrik və maqnit sahələrindən ibarət bir cihazdır. Sürətləndirici kütlə spektrometriyasında hissəcikləri sürətinə görə ayırmaq üçün istifadə olunur. Cihaz ortoqonal elektrik və maqnit sahələrindən ibarətdir ki, bu cihazda düzgün sürətə malik hissəciklər filtri təsirsiz olaraq keçir, fərqli sürətə sahib hissəciklərin isə trayektoriyası əyilir. O yüklənmiş hissəcik enerjisi analizatoru, monoxromator və ya kütlə spektrometri kimi konfiqurasiya edilə bilər. 1898-ci ildə Vin ionlaşmış qaz axınlarını tədqiq edərkən, kütləsi hidrogen atomuna bərabər olan müsbət hissəciyi müəyyən etdi. Vin bu tədqiqatı ilə kütlə spektrometriyasının əsasını qoydu. Cozef Con Tomson Vinin aparatını təkmilləşdirdi və 1913-cü ildə əlavə təcrübələr apardı, sonra 1919-cu ildə Ernest Rezerford tərəfindən aparılan tədqiqatdan sonra Vinin hissəciyi qəbul edildi və proton adlandırıldı.
Vin 1911-ci ildə "İstilik şualanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə" Fizika üzrə Nobel mükafatını qazandı.[5]
Nəşrlər
[redaktə | vikimətni redaktə et]- ——. Annalen der Physik. 301 (3). 1898: 1–18. Bibcode:1898AnP...301....1D. doi:10.1002/andp.18983010502. .
- ——. Lehrbuch der Hydrodynamik. S. Hirzel. 1900. ISBN 978-0-691-21419-1. OCLC 557663670. OL 16968004M.
- ——. Annalen der Physik. 310 (7). 1900: 501–513. Bibcode:1901AnP...310..501W. doi:10.1002/andp.19013100703. .
- ——. Annalen der Physik. 318 (4). 1904a: 641–662. Bibcode:1904AnP...318..641W. doi:10.1002/andp.18943180402. .
- ——. Annalen der Physik. 318 (4). 1904b: 663–668. Bibcode:1904AnP...318..663W. doi:10.1002/andp.18943180403. .
- ——. Annalen der Physik. 319 (8). 1904c: 635–637. Bibcode:1904AnP...319..635W. doi:10.1002/andp.19043190817. .
- ——. Physikalische Zeitschrift. 5 (14). 1904d: 393–395. .
- ——. Aus dem Leben und Wirken eines Physikers. Johann Ambrosius Barth. 1930. ISBN 978-0-691-21419-1. OCLC 249831418.
- ——. Neuere Probleme der theoretischen Physik (alman). B. G. Teubner. 1913. LCCN 14005571. OL 6565621M.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Yuxarıda get: 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Yuxarıda get: 1 2 Wilhelm Wien // Encyclopædia Britannica (ing.).
- ↑ Yuxarıda get: 1 2 3 4 Вин Вильгельм // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Yuxarıda get: 1 2 "The Nobel Prize in Physics 1911". Nobel Foundation. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
- ↑ Kragh, H. Quantum Generations: A History of Physics in the Twentieth Century. Princeton University Press. 2002. səh. 58. ISBN 978-0-691-09552-3. 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Wilhelm Wien on Nobelprize.org including the Nobel Lecture, 11 December 1911 On the Laws of Thermal Radiation (ing.)
- Wilhelm Wien on www.nobel-winners.com (ing.)
- 13 yanvarda doğulanlar
- 1864-cü ildə doğulanlar
- 30 avqustda vəfat edənlər
- 1928-ci ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Münxendə vəfat edənlər
- Münxen Lüdviq-Maksimilian Universitetinin müəllimləri
- Vürtsburq Universitetinin müəllimləri
- Göttingen Universitetinin məzunları
- Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları
- Berlin Humboldt Universitetinin məzunları
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri
- Fizika üzrə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Almaniyalı Nobel mükafatı laureatları
- Nəzəri fiziklər