Yelena Çebanu

Yelena İvanovna Çebanu (4 yanvar 1981; Xarkov, Ukrayna SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan Paralimpiya Oyunlarının medallarına sahib olub.

Yelena Çebanu
Yelena Çebanu 2016-cı il Yay Paralimpiya Oyunlarında
Yelena Çebanu 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Yelena İvanovna Çebanu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (42 yaş)
Doğum yeri Xarkov, Ukrayna SSR
İdman növü Yüngül atletika

Həyatı[redaktə | mənbəni redaktə et]

Yelena Çebanu 1981-ci il yanvarın 4-də Xarkov şəhərində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Yelena Çebanu 2015-ci ildə Doha şəhərində (Qətər) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə qaçış turnirində gümüş medala, 200 metr məsafəyə qaçış turnirində isə bürünc medala sahib oldu.

XV Yay Paralimpiya Oyunlarında dörd turnirdə mübarizə aparan Yelena Çebanu və onun bələdçisi Hakim İbrahimov sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[1][2] Yelena Çebanu təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı.[1][2] Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və növbəti dəfə birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı.[2] Sentyabrın 9-da baş tutan final turnirində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.[2]

Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[3] Yelena Çebanu təsnifat mərhələsində 24.16 saniyə nəticə göstərdi və dörd atlet sırasında birinci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[3] Sentyabrın 12-da baş tutan final turnirində isə Yelena Çebanu 22.80 saniyə nəticə göstərdi və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3]

Sentyabrın 13-də Yelena Çebanu uzunluğa tullanma turnirində mübarizə apardı.[4] Final mərhələsində 5.56 metr nəticə göstərən Yelena Çebanu, Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.[4]

Sentyabrın 15-də isə Yelena Çebanu 400 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[5] Yelena Çebanu təsnifat mərhələsində 56.52 saniyə nəticə göstərdi və üç atlet arasında Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləni sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi.[5] Bununlada Yelena Çebanu və bələdçisi Hakim İbrahimov XV Yay Paralimpiya Oyunlarını 2 gümüş və 1 bürünc medalla başa vurdu.[5]

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Yelena İvanovna Çebanu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]

Yelena Çebanu 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında 100 və 200 metr məsafələrə qaçış turnirlərində qızıl medallara sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану вышла в полуфинал Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2016.
  2. 1 2 3 4 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану завоевала серебряную медаль Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2016.
  3. 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану завоевала бронзовую медаль Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2016.
  4. 1 2 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану выиграла свою третью медаль Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2016.
  5. 1 2 3 Azerisport.com idman portalı. "Паралимпиада Рио-2016: Елена Чебану стала второй в своем гите и не прошла финал Паралимпийских Игр.  (rus.)". www.azerisport.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2016.
  6. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.