Vəli Rəşadət oğlu İsrafilov (18 oktyabr 2002; Tümen, Rusiya) — Azərbaycanı təmsil edən üzgüçü. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Vəli İsrafilov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Vəli Rəşadət oğlu İsrafilov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Tümen, Rusiya |
İdman növü | Üzgüçülük |
Vəli İsrafilov 2002-ci il oktyabrın 18-də Rusiyanın Tümen şəhərində anadan olub. Əslən Masallı rayonundan olan Vəli İsrafilov, 2008-ci ildən idmanla məşğul olur.
Vəli İsrafilov 2019-cu ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirində bürünc medala sahib oldu.
2020-ci ildə isə Vəli İsrafilov Funşal şəhərində (Portuqaliya) Avropa Çempionatında mübarizə apardı və 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin qalibi oldu.
Vəli İsrafilov 2021-ci ildə XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirdə mübarizə apardı.[1] 8 idmançının mübarizə apardığı final mərhələsində Vəli İsrafilov 1:04.86 dəqiqə nəticə göstərdi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.[1][2] Vəli İsrafilov həmdə 2016-cı ildə Belarus nümayəndəsi Vladimir İzotu tərəfindən müəyyən olunan Paralimpiya rekordunu (1:06.82) da yenilədi.[1]
Daha sonra Vəli İsrafilov 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində mübarizə apardı.[3] Beş idmançının mübarizə apardığı təsnifat mərhələsində Vəli İsrafilov 1:10.58 dəqiqə nəticə göstərdi və beşini pillənin sahibi oldu.[3] Bu nəticələrə əsasən sadəcə Vəli İsrafilov final mərhələsinə vəsiqə qazana bilmədi.[3]
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vəli Rəşadət oğlu İsrafilov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]
Vəli İsrafilov 2022-ci ildə Madeyra şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu.