Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 7–18 sentyabr tarixlərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.
Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 22 idmançı (6 idman növündə) | ||||||||
Bayraqdar | İlham Zəkiyev (açılış mərasimi) | ||||||||
Medallar Yer: 48 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), həmçinin üzgüçülər Roman Saleh (2 gümüş) və Dmitri Saleh (gümüş) qardaşları medala sahib oldu.
XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 48-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.
Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Ramil Qasımov Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması turniri bir dəst medalla başa vurdu. Yüngül atletlərdən ibarət yığma dörd gümüş və bir bürünc medala, üzgüçülərdən ibarət yığma isə üç gümüş medalla sahib oldu.
Üç medala sahib olan yüngül atlet Yelena Çebanu, bir Paralimpiada da üç medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
|
İdman növləri üzrə medal sıralanması
İdmançılar üzrə medal sıralanması
|
2016-cı il iyulun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu.[1][2] Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.[1][2]
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, yunan-roma güləşi üzrə Dünya Çempionatının qalibi Rəsul Çunayev və Paralimpiya Oyunlarının qalibi İlham Zəkiyev çıxış elədi.[1][2]
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamına əsasən Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.
Kütləvi surətdə dopinqdən istifadə elədiyi üçün XV Yay Paralimpiya Oyunlarına qatılmaqdan məhrum olunan Rusiya idmançılarının qazandığı lisenziyalar turnirə qatılan digər dövlətlərin arasında bölündü. Azərbaycana isə üç lisenziya verildi. Lisenziyalar London Paralimpiadasının qalibi olan cüdoçu Afaq Sultanovaya, London Paralimpiadasının bürünc medalına sahib olan yüngül atlet Hüseyn Həsənova və cüdoçu Ramin Əliyevə təqdim olundu. Hətta Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən həmin idmançılar üçün aviabiletlərdə sifariş olundu.
Paralimpiadanın startına bir neçə gün qala isə Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi Rusiya idmançılarının XV Yay Paralimpiya Oyunlarına qatılmaqdan məhrum olunmasının ədalətsiz qərar olduğunu və Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən verilən üç lisenziyadan imtina edəcəyini bildirdi.
Gənclər və idman naziri Azad Rəhimov lisenziya qazanmayan idmançıların Paralimpya Oyunlarına qatılmasının düzgün olmadığını bildirdi.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova isə Azərbaycana tərəfinə Rusiya paralimpiyaçılarından götürülən lisenziyalardan imtina elədiyi üçün minnətdarlığını bildirdi.[3]
Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 22 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olundu. Komandanın heyətində 36 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2012-c ildə baş tutan turnirdə də Azərbaycanı 5 qadın idmançı təmsil edirdi.
Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 12 nəfər və cüdoçular — 7 nəfər yer aldı.
Komandanın heyətində 22 idmançıdan 10 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 4 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri İlham Zəkiyev (cüdoçu), Ramin İbrahimov (cüdoçu), Oleq Panyutin (yüngül atlet) və Oloxan Musayev (yüngül atlet).
Komandanın heyətində milliləşdirilən idmançılar da var idi. Dörd il əvvəl London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində milliləşdirilən idmançı yer almamışdısa, bu səfər bu idmançıların sayı dörd idi — üzgüçülər Dmitri Saleh və Roman Saleh (Belarusdan), yüngül atlet Yelena Çebanu (Ukraynadan) və pauerliftinqçi Əhməd Rəzm Azər (İrandan). Milliləşdirilən idmançılardan Yelena Çebanu 2 gümüş və 1 bürünc medala, Dmitri Saleh 2 gümüş medala, Roman Saleh isə 1 gümüş medala sahib oldu.
Komandanın ən gənc üzvü 20 yaşlı cüdoçu Səbinə Abdullayeva, ən yaşlı üzvü isə 55 yaşlı atıcı Yelena Taranova oldu.
Azərbaycan bayrağını XV Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004 və 2008-ci illlərdə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.
|
Rio-de-Janero Paralimpiadasında atıcılıq idman növü üzrə turnir 8–14 sentyabrda Milli Atıcılıq Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı — 2000-ci il Sidney Paralimpiadasında gümüş medala, 2004-cü il Afina Paralimpiadasında isə bürünc medala sahib olan Yelena Taranova təmsil elədi. Atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisi Əfqan Əhmədov idi.
Sentyabrın 9-da Yelena Taranova Rio-de-Janero Paralimpiadasında mübarizə apardı.[4] 10 metr məsafəyə SH1 növündə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 370 xal topladı və 20 idmançı sırasında beşinci pillənin sahibi oldu. Bununla da Taranova final mərhələsinə vəsiqə qazandı.[4] Final mərhələsində isə Yelena Taranova 148.8 xal topladı və Rio-de-Janero Paralimpiadasını dördüncü pillədə başa vurdu.[4][5]
Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmədi. Yelena Taranova 25 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 560 xal topladə və 13-cü pillənin sahibi oldu.[6] 50 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 502 xal topladı və 27-ci pillənin sahibi oldu.[7] Bununla da Yelena Taranova XV Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[8][9]
Yelena Taranova | 10 m., hava tapança, SH1 | ||||
25 m., tapança, SH1 | |||||
50 m., tapança, SH1 |
XV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnir 8–10 sentyabrda Rio Sərgi Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə yeddi cüdoçu təmsil elədi. 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev, 2012-ci il London Paralimpiadasının qalibi Ramin İbrahimov, Dünya və Avropa Çempionatının qalibləri Bayram Mustafayev, Ramil Qasımov və Rövşən Səfərov, I Avropa Oyunlarının finalçısı Səbinə Abdullayeva, həmçinin Kənan Abdullaxanlı. Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi İbrahim İbrahimov, məşqçisi isə Əhməddin Rəcəbli idi.
Sentyabrın 8-də Rio-de-Janero Paralimpiadasında Ramin İbrahimov və Bayram Mustafayev mübarizə apardı.[10][11] 60 Kq. turnirində çıxış edən 2012-ci il London Paralimpiadasının qalibi Ramin İbrahimov 1/8 final mərhələsində Argentina nümayəndəsi Eduardo Qauto ilə üz-üzə gəldi.[12] Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və 1/4 final mərhələsinə adladı.[12] Bu mərhələdə onun rəqibi Qazaxıstan cüdoçusu Anuar Sarıyev oldu.[12] Həmin görüşdə də Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı.[12] Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Şerzod Namazov oldu. Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[12] Amma bu görüşdə də Ramin İbrahimov məğlub oldu. Görüşdə Monqolustan cüdoçusu Bolormaa Uuqanxuuya ipponla qalib gəldi. Bununla da 38 yaşlı Ramin İbrahimov XV Yay Paralimpiya Oyunlarını beşinci pillədə başa vurdu.[12]
66 Kq. turnirində mübarizə aparan Dünya və Avropa Çempionatının qalibi Bayram Mustafayev isə 1/4 final mərhələsində Braziliya nümayəndəsi Halison Oliveyra Boto ilə üz-üzə gəldi və rəqibinə qalib gəldi.[13][14] Yarım-final mərhələsində onun rəqibi Yaponiya cüdoçu Satoşi Fujimoto oldu.[13][14] Həmin görüşdə Bayram Mustafayev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[13][14] Həlledici görüşündə onun rəqibi Özbəkistan nümayəndəsi Utxirjon Niqmatov oldu.[13][14] Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Bayram Mustafayev rəqibinə ipponla məğlub oldu və XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[14]
Sentyabrın 9-da isə Ramil Qasımov, Rövşən Səfərov və Səbinə Abdullayeva mübarizə apardı.[15][16][17] 73 Kq. turnirində mübarizə aparan Dünya və Avropa Çempionatının qalibi Ramil Qasımov 1/4 final mərhələsində Kuba nümayəndəsi Qerardo Rodrigez ilə üz-üzə gəldi və rəqibini şido cərimə xallarının hesabına məğlub elədi.[18][19] Yarım-final mərhələsində isə Ramil Qasımov Almaniya cüdoçusu Niholay Kornhass ilə üz-üzə gəldi.[18][19] Həmin görüşdə Ramil Qasımov rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı.[18][19] Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Dmitri Solovey oldu[18][19] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramil Qasımov rəqibinə ipponla qalib gəldi və XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[19] Ramil Qasımovun qazandığı qızıl medal, Azərbaycan Milli Paralimpiya Komandasının Rio-de-Janero Paralimpiadasında qazandığı yeganə qızıl medal oldu.[19]
81 Kq. turnirində mübarizə aparan Avropa Çempionatının qalibi Rövşən Səfərov 1/8 final mərhələsində Belarus nümayəndəsi Alexander Kazlou ilə üz-üzə gəldi. Həmin görüşdə Rövşən Səfərov rəqibinə ipponla qalib gəldi və 1/4 final mərhələsinə adladı.[20][21] Bu mərhələdə isə onun rəqibi Ukrayna nümayəndəsi Alexander Kosinov oldu.[20][21] Həmin görüşdə Rövşən Səfərov rəqibinə ipponla məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[20][21] Təsəlliverici qrupun birinci görüşündə Rövşən Səfərov Argentina nümayəndəsi Xose Effron ilə üz-üzə gəldi və rəqibi üzərində ipponla qələbə qazandı.[20][21] Bürünc medal uğrunda görüşündə isə Rövşən Səfərov Birləşmiş Krallıq nümayəndəsi Conatan Dreyn ilə üz-üzə gəldi.[20][21] Həmin görüşdə də Rövşən Səfərov qalib gəldi.[21] Rövşən Səfərov rəqibi üzərində ipponla qələbə qazandı və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[21]
Qadınların 57 Kq. turnirində mübarizə aparan I Avropa Oyunlarının gümüş medalçısı Səbinə Abdullayeva isə uğursuz nəticə göstərdi. Səbinə Abdullayeva 1/4 final mərhələsində Yaponiya cüdoçusu Yunko Hirose ilə üz-üzə gəldi və rəqibinə ipponla məğlub oldu. Nəticədə Abdullayeva mübarizəni təsəlliverici qrupda davam elədi. Amma bu mərhələnin birinci görüşündəcə Səbinə Abdullayeva 2008-ci il Paralimpiadasının qalibi olan Çin nümayəndəsi Lijinq Vanq ilə üz-üzə gəldi və təcrübəli rəqibinə ipponla məğlub oldu. Nəticədə Səbinə Abdullayeva Rio-de-Janero Paralimpiadasını yeddinci pillədə başa vurdu.
Sentyabrın 10-da isə Kənan Abdullaxanlı və İlham Zəkiyev Rio-de-Janero Paralimpiadasında mübarizə apardı.[22][23] 100 Kq. turnirində mübarizə aparan Kənan Abdullaxanlı 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Alexander Pominov ilə üz-üzə gəldi və rəqibinə ipponla qalib gəldi.[24] 1/4 final mərhələsində isə onun Cənubi Koreya nümayəndəsi Qvanqqeun Çoi oldu.[24] Həmin görüşdə Kənan Abdullaxanlı rəqibinə ipponla məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[24] Təsəlliverici qrupun birinci görüşündə Kənan Abdullaxanlı İran nümayəndəsi Həmid Əlizadə ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində Abdullaxanlı rəqibinə şido cərimə xallarının hesabına qalib gəldi.[24] Bürünc medal uğrunda görüşündə isə Kənan Abdullaxanlının rəqibi Özbəkistan nümayəndəsi Şirin Şərifov oldu.[24] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kənan Abdullaxanlı rəqibinə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını beşinci pillədə başa vurdu.[24]
+100 Kq. turnirində mübarizə aparan 2004 və 2008-ci illərin Paralimpiadalarının qalibi İlham Zəkiyev isə 1/4 final mərhələsində Özbəkistan cüdoçusu Adilxan Tuledibayev ilə üz-üzə gəldi və rəqibinə ipponla məğlub oldu.[25] Adilxan Tuledibayev final görüşünə vəsiqə qazandığına görə İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[25] Təsəlliverici qrupun birinci görüşündə Birləşmiş Ştatlar nümayəndəsi Benjamin Qoodriçi ipponla məğlub edən İlham Zəkiyev, növbəti görüşdə Birləşmiş Krallıq cüdoçusu Ce Hocson üzərində qələbə qazandı və bürünc medal uğrunda görüşə adladı.[25] Həlledici görüşdə İlham Zəkiyev Kuba nümayəndəsi Yanqalini Ximenez ilə üz-üzə gəldi.[25] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kuba nümayəndəsi Yanqalini Ximenez qalib gəldi və bürünc medalın sahibi oldu.[25] İlham Zəkiyev isə XV Yay Paralimpiya Oyunlarını beşinci pillədə başa vurdu.[25]
Ramin İbrahimov | -60 Kq. | Qəl. 112:000 |
Qəl. 100:002 |
Məğ. 000:100 |
Məğ. 000:100 |
|||
Bayram Mustafayev | -66 Kq. | Qəl. 010:000 |
Qəl. 100:000 |
Məğ. 000:110 |
||||
Ramil Qasımov | -73 Kq. | Qəl. 000:000 |
Qəl. 100:000 |
Qəl. 110:000 |
||||
Rövşən Səfərov | -81 Kq. | Qəl. 110:000 |
Məğ. 000:110 |
Qəl. 100:000 |
Qəl. 102:000 |
|||
Kənan Abdullaxanlı | -100 Kq. | Qəl. 101:000 |
Məğ. 000:101 |
Qəl. 000:000 |
Məğ. 000:001 |
|||
İlham Zəkiyev | +100 Kq. | Məğ. 000:100 |
Qəl. 102:000 |
Qəl. 001:000 |
Məğ. 000:001 |
|||
Səbinə Abdullayeva | -57 Kq. | Məğ. 000:100 |
Məğ. 000:100 |
Rio-de-Janero Paralimpiadasında oxatma idman növü üzrə turnir 10–17 sentyabrda Sambadrom meydanında baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı — dörd il əvvəl baş tutan London Paralimpiadasının debütantı Zinyət Vəliyeva təmsil elədi. Kamandan oxatma üzrə Azərbaycan yığmasının məşqçisi Tahir Adilov idi.
Sentyabrın 10-da Zinyət Vəliyeva Rio-de-Janero Paralimpiadasında təsnifat mərhələsində mübarizə apardı.[26] Həmin mərhələdə Zinyət Vəliyeva 472 xal topladı. Bu nəticəyə əsasən Zinyət Vəliyeva sadəcə Braziliya nümayəndəsi Patrisia Layolleni qabaqladı və mərhələni 32 idmançı sırasında 31-ci pillədə başa vurdu.[26][27]
Sentyabrın 15-də baş tutan 1/16 final mərhələsində isə Zinyət Vəliyeva London Paralimpiadasının qalibi İran nümayəndəsi Zəhra Nemati ilə üz-üzə gəldi.[28] Təcrübəli və titullu rəqibi ilə görüşdə Zinyət Vəliyeva rəqibinə 0:6 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 17-ci pillədə başa vurdu.[28]
Zinyət Vəliyeva | Fərdi | Məğ. 0:6 |
XV Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnir 8–14 sentyabrda Rio Sərgi Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə Əhməd Rəzm Azər və Elşən Hüseynov təmsil elədi. Pauerliftinq üzrə Azərbaycan yığmasının baş məşqçisi İlqar İbişov idi.
XV Yay Paralimpiya Oyunlarında Əhməd Rəzm Azər sentyabrın 10-da mübarizə apardı.[29] Əhməd Rəzm Azər, 1-ci və 2-ci cəhdində 180.0, 3-cü cəhdində isə 182.0 kiloqramlıq ştanq sifariş versə də, hər üç cəhdinində ştanqın öhdəsindən gələ bilmədi və nəticədə Rio-de-Janero Paralimpiadasını 12 idmançı sırasında 11-ci pillədə başa vurdu.[29][30]
Dörd gün sonra mübarizə aparan 2013-cü il Avropa Çempionatının qalibi olan Elşən Hüseynov da uğursuz çıxış elədi.[31] Elşən Hüseynov hər üç cəhdində 232.0 kiloqramlıq ştanq sifariş verdi və hər üç cəhdinində ştanqın öhdəsindən gələ bilmədi.[31] Bununla da Elşən Hüseynov XV Yay Paralimpiya Oyunlarını on idmançı sırasında sonuncu, onuncu pillədə başa vurdu.[31][32]
Əhməd Rəzm Azər | -65 Kq. | |||||
Elşən Hüseynov | -107 Kq. |
Rio-de-Janero Paralimpiadasında gümüş medallara sahib olan üzgüçülər Dmitri Saleh (solda) və Roman Saleh (sağda) qardaşları. Saleh qardaşları Azərbaycanın Paralimpiya Oyunları tarixinə medala sahib olan birinci qardaşlar olaraq düşdü. |
Rio-de-Janero Paralimpiadasında üzgüçülərin turniri 8–18 sentyabrda Olimpiya Su idmanı Arenasında baş tutdu. Azərbaycanı bu idman növü üzrə Dmitri Saleh və Roman Saleh qardaşları təmsil elədi. Üzgüçülərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Alaverdi Culfayev idi.
Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu.[33][34] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı.[34] Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillənin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.[34]
Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri baş tutdu.[35][36] Bu turnirdə çıxış edən Roman Saleh təsnifat mərhələsində 2:18.36 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bu nəticəyə əsasən Roman Saleh final mərhələsinə vəsiqə qazana bilmədi.[36] Dmitri Saleh isə 2:16.30 dəqiqə nəticə göstərdi və qrupu birinci pillədə başa vurdu. Bununla da Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[36] Final mərhələsində isə Dmitri Saleh 2:12.82 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 4-cü pillənin sahibi oldu.[36]
Sentyabrın 12-də 400 metr məsafəyə sərbəst üsulula üzmə turniri baş tutdu.[37][38] Təsnifat mərhələsində mübarizə aparan Roman Saleh 4:12.82 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da Saleh final mərhələsinə adladı.[38] Final mərhələsində isə Roman Saleh 4:18.34 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında 7-ci pillənin sahibi oldu.[38]
Sentyabrın 13-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[39][40] Təsnifat mərhələsində mübarizə aparan Dmitri Saleh 1:08.68 dəqiqə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Bu nəticəyə əsasən Saleh final mərhələsinə adladı.[40] Final mərhələsində isə Dmitri Saleh 1:08.80 dəqiqə nəticə göstərdi və 8 üzgüçü sırasında Belarus nümayəndəsi Uladzimir İzotaudan sonra turniri 2-ci pillədə başa vurdu. Bununla da Dmitri Saleh Rio-de-Janero Paralimpiadasının gümüş medalına sahib oldu.[40] Kişi üzgüçülərdən heç biri Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib ola bilməmişdi. Bu göstəricidə Dmitri Saleh birinci idmançı oldu.
Sentyabrın 14-də 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[41][42] Təsnifat mərhələsində Roman Saleh 1:01.58 dəqiqə nəticə göstərdi və birinci pillənin, qardaşı Dmitri Saleh isə 1:02.62 dəqiqə nəticə göstərdi və üçüncü pillənin sahibi oldu. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[42] Final mərhələsində Dmitri Saleh 1:02.70 dəqiqə nəticə göstərdi və turniri altıncı pillədə başa vurdu.[42] Roman Saleh isə 1:00.90 dəqiqə nəticə göstərdi və 2-ci pillənin sahibi oldu. Bununla da Roman Saleh də qardaşından sonra XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[42]
Sentyabrın 15-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[43][44] Təsnifat mərhələsində Roman Saleh 54.32 saniyə, qardaşı Dmitri Saleh isə 52.82 saniyə nəticə göstərdi. Bu nəticələrə əsasən sadəcə Dmitri Saleh final mərhələsinə vəsiqə qazandı.[44] Dmitri Saleh final mərhələsində uğurlu nəticə göstərə bilmədi. Saleh 54.72 saniyə nəticə göstərdi və 8 üzgüçü sırasında sonuncu, 8-ci pillənin sahibi oldu.[44]
Sentyabrın 17-də isə 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[45][46] Dmitri Saleh 24.40 saniyə, qardaşı Roman Saleh isə 24.42 saniyə nəticə göstərdi. Bununla da həm Roman, həm də Dmitri final mərhələsinə adladı.[46] Final mərhələsində Roman Saleh 24.45 saniyə nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[46] Qardaşı Dmitri Saleh isə 24.48 saniyə nəticə göstərdi və növbəti dəfə XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[46]
Dmitri Saleh | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S13 | |||||
100 m., batterflay, S13 | |||||
100 m., arxası üstə, S12 | |||||
100 m., brass, S12 | |||||
200 m., qarışıq, SM13 | |||||
Roman Saleh | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S13 | |||||
400 m., sərbəst, S13 | |||||
100 m., batterflay, S13 | |||||
100 m., arxası üstə, S12 | |||||
200 m., qarışıq, SM13 |
XV Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turniri 8–18 sentyabrda Joao Avelanj adına Olimpiya Stadionunda baş tutdu. Azərbaycanı bu idman növü üzrə doqquz atlet təmsil elədi: Afina və London Paralimpiadalarının qalibi olan Oleq Panyutin, 2008-ci il Paralimpiadasının qalibi Oloxan Musayev, London Paralimpiadasının bürünc medalçısı Elçin Muradov, Dünya Çempionatının qalibləri Kamil Əliyev və İradə Əliyeva, 2007-ci il Universiada Oyunlarının medalçısı Yelena Çebanu, həmçinin Elmir Cəbrayılov, Rüfət Rəfiyev və Samir Nəbiyev. Yüngül atletlərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Afiq Süleymanov, məşqçiləri isə Bəxtiyar Zeynalov, Ceyhun Hüseynov və Sergey Təhməzov idi.
Sentyabrın 8-də 400 metr məsafəyə qaçış turnirində çıxış edən Elmir Cəbrayılov və uzunluğa tullanma turnirində çıxış edən Elçin Muradov mübarizə apardı.[47][48][49][50] 400 metr məsafəyə qaçış turnirində turnirində Elmir Cəbrayılov təsnifat mərhələsində 48.74 saniyə nəticə göstərdi və dörd atlet sırasında üçüncü pillənin sahibi oldu. Bununla da Elmir Cəbrayılov yarım-final mərhələsinə vəsiqə qazandı.[49] Həmin gün baş tutan yarım-final mərhələsində isə Elmir Cəbrayılov 50.16 saniyə nəticə göstərdi və mərhələni üçüncü pillədə başa vurdu. Bu nəticəyə əsasən Elmir Cəbrayılov XV Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı.[49] Uzunluğa tullanma turnirində isə London Paralimpiadasının bürünc medalçısı Elçin Muradov 6.08 metr nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasını 11 idmançı sırasında 5-ci pillədə başa vurdu.[50]
Sentyabrın 10-da 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov, lövhə atma turnirində çıxış edən Oloxan Musayev, həmçinin uzunluğa tullanma turnirində çıxış edən Kamil Əliyev və Oleq Panyutin mübarizə apardı.[51][52][53][54][55][56] 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov təsnifat mərhələsində mübarizə apardı.[54] Qaçış zamanı Elçin Muradovu bələdçisi Hakim İbrahimov ilə birləşdirən ip qırıldıqına görə turnirdən uzaqlaşdırıldı.[54] Lövhə atma turnirində mübarizə aparan 2008-ci il Paralimpiadasının qalibi Oloxan Musayev 40.92 metr nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[55]
Uzunluğa tullanma turnirində isə 2015-ci il Dünya Çempionatının qalibi Kamil Əliyev və 2004-cü il Afina və 2012-ci il London Paralimpiadalarının qalibi Oleq Panyutin mübarizə apardı.[56] Oleq Panyutin 6.88 metr nəticə göstərdi və 12 idmançı sırasında 7-ci pillənin sahibi oldu.[56] Son Dünya Çempionatının qalibi Kamil Əliyev isə 7.05 metr uzunluğa tullandı və 7.07 metr nəticə göstərən CAR nümayəndəsi Hilton Lanqenhovendən sonra turniri 2-ci pillədə başa vurdu və XV Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[56]
Sentyabrın 12-də isə Elçin Muradov, Elmir Cəbrayılov, Kamil Əliyev və Oleq Panyutindən ibarət estafet qrupu 100 metr məsafəyə qaçış turnirində mübarizə aparmalı idi.[57][58][59] Amma bir gün əvvəl Kamil Əliyev uzunluğa tullanma turnirində zədələndiyinə görə estafet qrupu turnirində mübarizə apara bilmədi və qrup turnirindən uzaqlaşdırıldı.[58][59]
Sentyabrın 14-də 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elmir Cəbrayılov mübarizə apardı.[60][61] Təsnifat mərhələsində 11.26 saniyə nəticə göstərən Elmir Cəbrayılov 2-ci pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı.[61] Bir gün sonra baş tutan final mərhələsində isə Elmir Cəbrayılov 11.50 saniyə nəticə göstərdi və dörd idmançı sırasında sonuncu, dördüncü pillənin sahibi oldu.[62]
Sentyabrın 15-də isə Elmir Cəbrayılov 200 metr məsafəyə qaçış turnirində mübarizə aparmalı idi.[63][64] Amma bir gün əvvəl Elmir Cəbrayılov qaçış turnirində zədələndiyinə görə bu turnirində mübarizə apara bilmədi və turnirdən uzaqlaşdırıldı.[64]
XV Yay Olimpiya Oyunlarının son günlərində isə nüvə itələmə turnirlərində Rüfət Rəfiyev və Samir Nəbiyev mübarizə apardı.[65][66] F36 növündə nüvə itələmə turnirində mübarizə aparan Rüfət Rəfiyev 12.72 metr nəticə göstərdi və dördüncü pillənin sahibi oldu.[65][67] F57 növündə nüvə itələmə turnirində çıxış edən Samir Nəbiyev isə 12.66 metr nəticə göstərdi və XV Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[66][68]
Uzunluğa tullanma turnirində gümüş medala sahib olan Yelena Çebanu (solda) və nizə atma turnirində gümüş medala sahib olan İradə Əliyeva. Azərbaycanın Paralimpiya Oyunları tarixində Yelena Çebanu medala sahib olan birinci qadın atlet, İradə Əliyeva isə medala sahib olan birinci yerli qadın atletdir. |
Qadınların turnirlərində isə Yelena Çebanu və İradə Əliyeva mübarizə apardı. XV Yay Paralimpiya Oyunlarında dörd turnirində çıxış edən Yelena Çebanu, əvvəlcə 100 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[69][70][71][72][73][74] Yelena Çebanu bələdçisi Hakim İbrahimov ilə birgə təsnifat mərhələsində 12.24 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu. Həmin nəticəyə əsasən Yelena Çebanu yarım-final mərhələsinə vəsiqə qazandı.[73][74] Bu mərhələdə Yelena Çebanu 11.80 saniyə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bununla da Yelena Çebanu final mərhələsinə adladı.[74] Sentyabrın 9-da baş tutan final mərhələsində isə Yelena Çebanu 11.70 saniyə nəticə göstərdi və qızıl medala sahib olan London Paralimpiadasının 2 qat qalibi Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləndə qərarlaşdı və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.[74] Bununla da Yelena Çebanu Paralimpiya Oyunlarında medala sahib olan birinci qadın Azərbaycan yüngül atleti olaraq tarixə düşdü.
Daha sonra Yelena Çebanu 200 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[75] Yelena Çebanu təsnifat mərhələsində 24.16 saniyə nəticə göstərdi və dörd atlet sırasında birinci pillənin sahibi oldu. Bununla da Yelena Çebanu final mərhələsinə vəsiqə qazandı.[75] Sentyabrın 12-də baş tutan final mərhələsində isə Yelena Çebanu 22.80 saniyə nəticə göstərdi və turnirin qalibi olan Kubalı Omara Duranddan, həmçinin Ukraynalı Oxana Boturçuhdan sonra turniri üçüncü pillədə başa vurdu və XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[75]
Sentyabrın 13-də Yelena Çebanu uzunluğa tullanma turnirində mübarizə apardı.[76] Yelena Çebanu 5.56 metr nəticə göstərdi və Rio-de-Janeyro Paralimpiadasının gümüş medalına sahib oldu.[76]
Sentyabrın 15-də isə Yelena Çebanu 400 metr məsafəyə qaçış turnirində mübarizə apardı.[77] Yelena Çebanu təsnifat mərhələsində 56.52 saniyə nəticə göstərdi və üç atlet sırasında Kuba nümayəndəsi Omara Duranddan sonra 2-ci pilləni sahibi oldu və final mərhələsinə vəsiqə qazana bilmədi.[77] Bununla da 35 yaşlı Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarını 2 gümüş və 1 bürünc medalla başa vurdu.[77]
Paralimpiadanın son günündə isə 2015-ci ildə Doha (Qətər) şəhərində baş tutan Dünya Çempionatında qızıl medala sahib olan İradə Əliyeva mübarizə apardı.[78] [79] F13 növündə nizə atma turnirinin əsas favoriti İradə Əliyeva olsa da, Özbəkistan nümayəndəsi Nozimaxon Kayumova 44.58 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu.[79] İradə Əliyeva isə 42.58 metr nəticə göstərdi və XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[79]
Elçin Muradov | 100 m., T11[a] | ||||||
Elmir Cəbrayılov | 100 m., T12 | ||||||
200 m., T12 | |||||||
400 m., T12[d] | |||||||
Elçin Muradov Elmir Cəbrayılov Kamil Əliyev Oleq Panyutin |
4 x 100 m., T11/T12/T13[e] | ||||||
Samir Nəbiyev | Nüvə itələmə, F57 | ||||||
Rüfət Rəfiyev | Nüvə itələmə, F36 | ||||||
Elçin Muradov | Uzunluğa tullanma, T11 | ||||||
Kamil Əliyev | Uzunluğa tullanma, T12 | ||||||
Oleq Panyutin | |||||||
Oloxan Musayev | Lövhə atma, F56 | ||||||
Yelena Çebanu | 100 m., T12[g] | ||||||
200 m., T12[h] | |||||||
400 m., T12[i] | |||||||
Uzunluğa tullanma, T12 | |||||||
İradə Əliyeva | Nizə atma, F13 |
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ramil Qasımov və onun şəxsi məşqçisi Əli Hacıyev "Şöhrət" ordeni ilə, Yelena Çebanu 2-ci dəfərəcli "Vətənə xidmətə görə" ordeni ilə, Bayram Mustafayev, Kamil Əliyev, Dmitri Saleh, Roman Saleh və İradə Əliyeva, həmçinin cüdoçulardan ibarət yığmanın baş məşqçisi İbrahim İbrahimov, yüngül atletlərdən ibarət yığmanın baş məqşçisi Sergey Təhməzov və məşqçisi Afiq Süleymanov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[80]
Cüdoçu Rövşən Səfərov, həmçinin onun məşqçisi Sabir Adıgözəlov, yüngül atlet Yelena Çebanunun bələdçisi Hakim İbrahimov, üzgüçülərdən ibarət yığmanın baş məşqçisi Alaverdi Culfayev, məşqçisi Oleq Həşimov, cüdoçulardan ibarət yığmanın məşqçisi Rəşad Məmmədov, Dmitri Saleh və Roman Salehin şəxsi məşqçisi Fyodor Kirillov, İradə Əliyevanın şəxsi məşqçisi Bəxtiyar Zeynalov isə "Tərəqqi" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin digər Sərəncamına əsasən isə cüdoçu İlham Zəkiyev Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.[81]