Azərbaycan — 2022-ci ildə Çində baş tutan XIII Qış Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 4-14 mart tarixlərində baş tutan XIII Qış Paralimpiya Oyunlarında bir idmançı ilə bir idman növündə təmsil olundu.
Azərbaycan Qış Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 1 idmançı (1 idman növündə) | ||||||||
Bayraqdar | Könüllü (açılış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Tarixdə birinci dəfə Qış Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.
XIII Qış Paralimpiya Oyunlarında xizək yürüşü idman növü üzrə turnirlər 6-12 martda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Mehman Ramazanzadə. Mehman Ramazanzadə bundan əvvəl 2008-ci ildə baş tutan Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə mübarizə aparmışdı və turniri 8-ci pillədə başa vurmuşdu.
Mehman Ramazanzadə 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında mübarizə apardı.[1] Mehman Ramazanzadə qış idman növləri üzrə Dünya Çempionatlarında debüt edən birinci paralimpiyaçı oldu. Mehman Ramazanzadə 2021-ci ildə Vuokatti şəhərində (Finlandiya) baş tutan beynəlxalq turnirdə 33-cü, 2022-ci ildə Lillehammer şəhərində (Norveç) baş tutan Dünya Çempionatında isə 30-cu pillələrin sahibi oldu və turnirlərdə topladığı lisenziya xallarına əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı.[2]
Mehman Ramazanzadə martın 9-da baş tutan 1.5 kilometr məsafəyə sprint turnirində mübarizə aparmalı idi. Turnirin startına bir neçə saat qala Mehman Ramazanzadə məşq zamanı ciddi zədə aldı və turnirdə mübarizə apara bilmədi.[3]
Mehman Ramazanzadə | 1.5 Km., sprint |