Oloxan İsa oğlu Musayev (30 may 1979, Katex, Balakən rayonu) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008-ci il Paralimpiya Oyunlarının qalibi olub.
Oloxan Musayev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Oloxan İsa oğlu Musayev | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Balakən rayonu, Azərbaycan SSR | ||||||||||
İdman növü | Yüngül atletika | ||||||||||
Medallar
|
|||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Oloxan Musayev 1979-cu il mayın 30-da Balakən rayonunun Katex kəndində anadan olub. Ailəlidir və 2 övladı var.
2008-ci ilin avqust ayında Oloxan Musayev Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Oloxan Musayev nüvə itələmə turnirində 12.48 metr nəticə ilə qızıl medala sahib oldu.
Daha sonra Oloxan Musayev 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində 11.92 metr nəticə ilə 8-ci pillənin sahib olan Oloxan Musayev, lövhə atma turnirində isə 40.77 metr nəticə ilə 4-cü pillənin sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Oloxan İsa oğlu Musayev Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.[1]
Oloxan Musayev 2016-cı ilin sentyabr ayında Braziliyaın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı və Lövhə atma turnirində 40.92 metr nəticə ilə 4-cü pillənin sahib oldu.
Daha sonra Oloxan Musayev 2021-ci ilin avqust ayında Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində 11.88 metr nəticə ilə 5-ci pillənin sahib olan Oloxan Musayev, lövhə atma turnirində isə 36.92 metr nəticə ilə 7-ci pillənin sahib oldu.