Bu səhifədə iş davam etməkdədir. |
Azərbaycan — 2024-cü ildə Fransanın Paris şəhərində baş tutan XVII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XVII Yay Paralimpiya Oyunlarında 11 idmançı ilə 4 idman növü üzrə təmsil olunacaq.
Azərbaycan 2024 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 18 idmançı (7 idman növündə) | ||||||||
Bayraqdar | Lamiyə Vəliyeva və İmaməddin Xəlilov (açılış mərasimi) TBD və TBD (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XVII Yay Paralimpiya Oyunlarını 9 medalla (4 qızıl, 2 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində atletlər Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və taekvondoçu İmaməddin Xəlilov paralimpiadanın qalib oldu.
|
İdman növləri üzrə medal sıralanması
İdmançılar üzrə medal sıralanması
|
Paris Paralimpiadasında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Kamran Zeynalovun təmsil eləməsi nəzərdə tutulub. Kamran Zeynalov 2023-cü ilin sentyabrında Peruda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.[1]
Kamran Zeynalov | 50 m., tapança, SH1 |
Paris Paralimpiadasında üzgüçülərin idman növü üzrə turnirlər 28 avqust-7 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Roman Saleh və Vəli İsrafilovun təmsil eləməsi nəzərdə tutulub. Roman Saleh[2][3] və Vəli İsrafilov[4] 2023-cü ilin avqustunda İngiltərədə baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
Roman Saleh | 100 m., sərbəst | ||||
100 m., arxası üstə | |||||
Vəli İsrafilov | 100 m., brass | ||||
Könül Süleymanova |
Paris Paralimpiadasında bu idman növü üzrə turnirlər 7-10 avqustda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli təmsil eləməsi nəzərdə tutulub. Sabir Zeynalov, İmaməddin Xəlilov və Əbülfəz Abuzərli 2024-cü ilin yanvarında WPTF reytinq cədvəlinin nəticələrinə əsasən lisenziyalara sahib oldu.[5]
Sabir Zeynalov | -58 Kq. | |||||||
İmaməddin Xəlilov | -70 Kq. | |||||||
Əbülfəz Abuzərli | -80 Kq. |
Paris Paralimpiadasında yüngül atletlərin idman növü üzrə turnirlər 30 avqust-8 sentyabrda baş tutacaq. Azərbaycanı bu idman növü üzrə Səid Nəcəfzadə, Oloxan Musayev, Orxan Aslanov və Lamiyə Vəliyevanın təmsil eləməsi nəzərdə tutulub.
Oloxan Musayev[6], Lamiyə Vəliyeva[7][8], Səid Nəcəfzadə[9] və Orxan Aslanov[10] 2023-cü ilin iyulunda Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.
Səid Nəcəfzadə | Uzunluğa tullanma, T12 | ||||
Orxan Aslanov | Uzunluğa tullanma, T13 | ||||
Oloxan Musayev | Nüvə itələmə, F55 | ||||
Lamiyə Vəliyeva | 100 m., T13 | ||||
400 m., T13 |