Azərbaycan — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 21 idmançı (6 idman növündə) | ||||||||
Bayraqdar | İlham Zəkiyev (açılış mərasimi) | ||||||||
Medallar Yer: 27 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu.
XIV Yay Paralimpiya Oyunlarında 4 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 27-ci pillədə, medalların sayına görə isə 30-cu pillədə qərarlaşdı.
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov və Afaq Sultanova, yüngül atlet Oleq Panyutin və üzgüçü Natali Pronina Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 2 qızıl və 1 bürünc medala sahibi oldu. Üzgüçülərdən ibarət yığma 1 qızıl və 4 gümüş medalla, yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla turniri başa vurdu.
Beş medala sahib olan üzgüçü Natali Pronina, bir Paralimpiada birdən çox medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
|
İdman növləri üzrə medal sıralanması
İdmançılar üzrə medal sıralanması
|
2012-ci il iyulun 3-də Birləşmiş Krallıqın London şəhərində baş tutacaq XXX Yay Olimpiya Oyunları və XIV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu.[1][2] Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.[1][2]
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, sərbəst güləş üzrə Azərbaycan yığmasının məşqçisi Firdovsi Umudov, boks üzrə Azərbaycan yığmasının üzvü Vətən Hüseynli və para-atlet Hüseyn Həsənov çıxış elədi.[1][2]
Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyul 2012-ci il tarixli Sərəncamına əsasən Birləşmiş Krallıqn London şəhərində baş tutacaq XIV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.
Azərbaycan XIV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 21 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2008-ci ildə Pekin şəhərində (Çin) baş tutan Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olundu. Komandanın heyətində 21 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2000, 2004 və 2008-ci illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı atıcı Yelena Taranova idi.
Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 8 nəfər və cüdoçular — 7 nəfər yer aldı.
Komandanın heyətində 21 idmançıdan 9 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).
Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 22 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 51 yaşlı atıcı Yelena Taranova oldu.
Azərbaycan bayrağını XIV Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004 və 2008-ci illlərdə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.
|
XIV Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-6 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Əkbər Muradov və Yelena Taranova.
Kişilərin 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Əkbər Muradov təsnifat mərhələsində 554 xal topladı və mərhələni 20-ci pillədə başa vurdu.[3] Bu nəticəyə əsasən Muradov final mərhələsinə vəsiqə qazana bilmədi.[3] Qadınların 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə aparan Yelena Taranova isə təsnifat mərhələsində 372 xal topladı və mərhələnini beşinci pillədə başa vurdu.[4] Bu nəticəyə əsasən Taranova final mərhələsinə adladı.[4] Final mərhələsində isə Yelena Taranova 465.8 xal topladı və turnirdə yeddinci pillənini sahibi oldu.[4]
25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində Əkbər Muradov 548 xalla 16-cı pillənin sahibi oldu, Yelena Taranova isə turnirdə mübarizə aparmadı.[5]
50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Əkbər Muradov 515 xalla 18-ci, Yelena Taranova isə 512 xalla 20-ci pillənin sahibi oldu.[6] Bu nəticələrə əsasən nə Muradov, nə də Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.[6]
Əkbər Muradov | 10 m., hava tapança, SH1 | ||||
25 m., tapança, SH1 | |||||
50 m., tapança, SH1 | |||||
Yelena Taranova | 10 m., hava tapança, SH1 | ||||
25 m., tapança, SH1 | |||||
50 m., tapança, SH1 |
XIV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 30 avqust-1 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 7 idmançı təmsil elədi: Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev və Afaq Sultanova.
Avqustun 30-də Ramin İbrahimov (-60 Kq.) və Bayram Mustafayev (-66 Kq.) mübarizə apardı. 2008-ci ildə baş tutan Paralimpiya Oyunlarında bürünc medalına sahib olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsi çərçivəsində Cənubi Koreya nümayəndəsi Min-Ya Li ilə üz-üzə gəldi və rəqibinə ipponla qalib gəldi.[7] 1/4 final mərhələsi çərçivəsində isə Ramin İbrahimov Fransa nümayəndəsi Kevin Villemont ilə üz-üzə gəldi.[7] Kevin Villemont ilə görüşdə Ramin İbrahimov rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Yaponiya təmsilçisi Tahaahi Hirai ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Ramin İbrahimov növbəti dəfə rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı.[7] Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Li Xiaodonq oldu.[7] Final görüşündə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[7]
Bayram Mustafayev isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Victor Rudenho üzərində qələbə qazansa da, 1/4 final mərhələsində Çin cüdoçusu Xu Jaoya məğlub oldu.[8] Xu Jao final görüşünə vəsiqə qazandığı üçün Bayram Mustafayev təsəlliverici qrupda mübarizə apardı.[8] Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Əli Lamriya məğlub oldu və London Paralimpiadasını yeddinci pillədə başa vurdu.[8]
Avqustun 31-də Rövşən Səfərov (-81 Kq.) və Afaq Sultanova (-57 Kq.) mübarizə apardı. Rövşən Səfərov turnirin 1/8 final mərhələsində 2000 və 2008-ci illərdə Paralimpiadaların qalibi olan Kuba nümayəndəsi İsao Kruz Alonso ilə üz-üzə gəldi.[9] Təcrübəli və titullu rəqibinə məğlub olan Rövşən Səfərov, London Paralimpiadasını onuncu pillədə başa vurdu.[9]
Qadınların turnirində mübarizə aparan Afaq Sultanova isə Azərbaycanın Paralimpiya Oyunları tarixində turnirdə debüt edən birinci qadın cüdoçu oldu.[10] Paralimpiadanın 1/4 final mərhələsində Afaq Sultanova Fransa nümayəndəsi Marin Kadu ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı.[10] Bu mərhələdə onun rəqibi Türkiyə cüdoçusu Duyğu Çete oldu.[10] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün əsas hissəsində qalib tərəf müəyyənləşmədi.[10] Qızıl xal uğrunda hissədə isə Afaq Sultanova rəqibinə qalib gəldi və Paralimpiadanın final görüşünə adladı.[10] Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeyra oldu.[10] Həmin görüşdə Afaq Sultanova rəqibinə ipponla qalib gəldi və London Paralimpiadasının qızıl medalına sahib oldu.[10] Bununla Afaq Sultanova həm də Azərbaycanın Paralimpiya Oyunları tarixində qızıl medala sahib olan birinci qadın idmançı oldu.[10]
Sentyabrın 1-də isə daha üç cüdoçu — Tofiq Məmmədov (-90 Kq.), Kərim Sərdarov (-100 Kq.) və İlham Zəkiyev (+100 Kq.) mübarizə apardı. Tofiq Məmmədov turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Roberto Santos ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[11] Nəticədə Tofiq Məmmədov Paralimpiadanı onuncu pillədə başa vurdu.[11]
Kərim Sərdarov da London Paralimpiadasında uğurlu mübarizə apara bilmədi.[12] 1/8 final mərhələsindəcə Almaniya cüdoçusu Oliver Upmana ipponla məğlub olan Kərim Sərdarov, London Paralimpiadasında onuncu pillənin sahibi oldu.[12]
Cüdo üzrə Azərbaycan yığmasının əsas medal ümidlərindən biri 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev idi.[13] İlham Zəkiyev turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Heydər Heydərov ilə üz-üzə gəldi.[13] Həmin görüşdə təcrübəli və titullu İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın 1/4 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Yaponiya cüdoçusu Kento Masahi oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə ipponla məğlub oldu.[13] Kento Masahi turnirin final görüşünə vəsiqə qazandığına görə İlham Zəkiyev təsəlliverici qrupda mübarizə apardı.[13] Bu mərhələnin birinci görüşündə onun rəqibi Kanada nümayəndəsi Toni Valbi oldu.[13] Həmin görüşdə İlham Zəkiyev rəqibinə ipponla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[13] Həlledici görüşdə onun rəqibi Braziliya cüdoçusu Villians Silva oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlham Zəkiyev rəqibinə vaza-ari fəndi ilə qalib gəldi və London Paralimpiadasının bürünc medalına sahib oldu.[13]
Ümumi nəticədə cüdo üzrə Azərbaycan yığması London Paralimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Medalların əyarına görə Azərbaycan cüdoçuları qeyri-rəsmi medal sıralanmasında üçüncü pillədə qərarlaşdı.
Ramin İbrahimov | -60 Kq. | Qəl. 101:000 |
Qəl. 020:000 |
Qəl. 020:000 |
Qəl. 101:000 |
|||
Bayram Mustafayev | -66 Kq. | Qəl. 003:000 |
Məğ. 000:001 |
Məğ. 000:102 |
||||
Rövşən Səfərov | -81 Kq. | Məğ. 000:020 |
||||||
Tofiq Məmmədov | -90 Kq. | Məğ. 000:001 |
||||||
Kərim Sərdarov | -100 Kq. | Məğ. 000:100 |
||||||
İlham Zəkiyev | +100 Kq. | Qəl. 100:000 |
Məğ. 000:100 |
Qəl. 100:000 |
Qəl. 020:000 |
|||
Afaq Sultanova | -57 Kq. | Qəl. 100:000 |
Qəl. 002:000 |
Qəl. 100:000 |
London Paralimpiadasında oxatma idman növü üzrə turnir 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə turnirin debütantı Zinyət Vəliyeva təmsil elədi. Kamandan oxatma üzrə Azərbaycan yığmasının məşqçisi Tahir Adilov idi.
Avqustun 30-da Zinyət Vəliyeva London Paralimpiadasında təsnifat mərhələsində mübarizə apardı.[14] Həmin mərhələdə Zinyət Vəliyeva 435 xal topladı.[14] Bu nəticəyə əsasən Zinyət Vəliyeva sadəcə Kanada nümayəndəsi Lini Tremblini qabaqladı və mərhələni 20 idmançı sırasında 19-cu pillədə başa vurdu.[14]
Avqustun 31-də baş tutan 1/16 final mərhələsində isə Zinyət Vəliyeva 2008-ci il Paralimpiadasının bürünc medalçısı olan Çexiya nümayəndəsi Marheta Sidhova ilə üz-üzə gəldi.[14] Təcrübəli rəqibi ilə görüşdə Zinyət Vəliyeva rəqibinə 0:6 hesabı ilə məğlub oldu və XIV Yay Paralimpiya Oyunlarında mübarizəsini dayandırdı.[14]
Zinyət Vəliyeva | Fərdi | Məğ. 0:6 |
XIV Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil elədi: Elşən Hüseynov və Məhərrəm Əliyev.
XIV Yay Paralimpiya Oyunlarında Elşən Hüseynov sentyabrın 5-də mübarizə apardı.[15] Elşən Hüseynov birinci cəhdində 230.0 kiloqramlıq ştanqın öhdəsindən gəlsə də, növbəti cəhdlərində 234.0 və 236.0 kiloqramlıq ştanqların öhdəsindən gələ bilmədi və nəticədə London Paralimpiadasını 11 idmançı sırasında 4-cü pillədə başa vurdu.[15]
Həmin gün mübarizə aparan Məhərrəm Əliyev də medala sahib ola bilmədi.[16] Məhərrəm Əliyev birinci cəhdində 230.0 kiloqramlıq ştanqı qaldırsa da, növbəti cəhdlərində 233.0 və 236.0 kiloqramlıq ştanqların öhdəsindən gələ bilmədi.[16] Bununla da Məhərrəm Əliyev XIV Yay Paralimpiya Oyunlarını on idmançı sırasında beşinci pillədə başa vurdu.[16]
Elşən Hüseynov | -100 Kq. | |||||
Məhərrəm Əliyev | +100 Kq. |
XIV Yay Paralimpiya Oyunlarında üzgüçülərin turnirləri 30 avqust-8 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Natali Pronina. Üzgüçülərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi isə Alaverdi Culfayev idi.
Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[17] Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.[17] Təsnifat mərhələsinin "A" qrupunda 4:58.06 dəqiqə nəticə göstərən Natali Pronina, mərhələni altı üzgüçü sırasında dördüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[17] Bu mərhələdə isə Natali Pronina 4:52.40 dəqiqə nəticə göstərdi və Paralimpiadanı beşinci pillədə başa vurdu.[17]
Sentyabrın 3-də isə 200 metr məsafəyə fərdi kompleks üsuli ilə üzmə turniri baş tutdu.[18] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 2:36.75 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu.[18] Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[18] Həlledici mərhələdə isə Natali Pronina 2:28.45 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu.[18] Bununla da Natali Pronina XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[18] Bununla da Pronina Azərbaycanın Paralimpiya Oyunları tarixində medala sahib olan birinci üzgüçü oldu.[18]
Sentyabrın 4-də 100 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[19] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:04.96 dəqiqə nəticə göstərdi.[19] Bu nəticəyə əsasən Natali Pronina mərhələni Rusiya və Polşa üzgüçülərindən sonra üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[19] Final mərhələsində isə Natali Pronina 1:00.00 dəqiqə nəticə göstərdi.[19] Bu nəticəyə əsasən Natali Pronina növbəti dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[19] Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində bir Paralimpiada da birdən çox medala sahib olan birinci idmançı oldu.[19]
Sentyabrın 5-də isə 100 metr məsafəyə arxasıüstə üzmə turniri baş tutdu.[20] Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Natali Pronina 1:12.78 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu.[20] Bununla da Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[20] Həlledici mərhələdə isə Natali Pronina 1:08.46 dəqiqə nəticə göstərdi və Rusiya nümayəndəsi Oxana Savçenhodan sonra 2-ci pillənin sahibi oldu.[20] Bununla da Natali Pronina üçüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[20]
Sentyabrın 7-də 50 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu.[21] Təsnifat mərhələsinin "A" qrupunda mübarizə aparan Natali Pronina 28.10 saniyə nəticə göstərdi.[21] Bu nəticəyə əsasən Natali Pronina mərhələni Rusiya üzgüçüsü Darya Stuhalovadan 2-ci pillədə başa vurdu və final mərhələsinə adladı.[21] Final mərhələsində isə Natali Pronina 27.54 saniyə nəticə göstərdi.[21] Bu nəticəyə əsasən Natali Pronina dördüncü dəfə XIV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[21] Pronina həmçinin Azərbaycanın Paralimpiya Oyunları tarixində ən çox medala sahib olan idmançı oldu.[21]
Sentyabrın 8-də isə 100 metr məsafəyə brass üsulu ilə üzmə turniri baş tutdu.[22] Bu turnir Natali Proninanın mübarizə aparacağı sonuncu turnir idi.[22] Təsnifat mərhələsinin "A" qrupunda Natali Pronina 1:20.08 dəqiqə nəticə göstərdi və Kipr nümyəndəsi Karolina Pelendritoudan sonra 2-ci pillənin sahibi oldu.[22] Bu nəticəyə əsasən Natali Pronina final mərhələsinə vəsiqə qazandı.[22] Həlledici mərhələ gərgin idman mübarizəsi şəraitində baş tutdu.[22] Nəticədə Kipr üzgüçüsü Karolina Pelendritou 1:16.38 dəqiqə nəticə göstərdi.[22] Natali Pronina isə əsas rəqibindən 0.20 saniyə daha yaxşı nəticə göstərdi (1:16.16 dəqiqə) və XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu.[22] Pronina həm də Paralimpiya Oyunlarının qalibi olmağı bacaran birinci Azərbaycan üzgüçüsü olsu.[22]
Natali Pronina | 50 m., sərbəst, S12 | ||||
100 m., sərbəst, S12 | |||||
400 m., sərbəst, S12 | |||||
100 m., brass, SB12 | |||||
100 m., arxasıüstə, SB12 | |||||
200 m., fərdi kompleks, S12 |
Avqustun 31-də Samir Nəbiyev mübarizə apardı.[23] F57/F58 turnirində çıxış edən Samir Nəbiyev, 40.76 metr nəticə göstərdi və London Paralimpiadasını 18 atlet sırasında beşinci pillədə başa vurdu.[23]
Sentyabrın 1-də isə Oloxan Musayev və Hüseyn Həsənov mübarizə apardı. 2008-ci il Paralimpiadanın qalibi olan Oloxan Musayev, nüvə itələmə turnirində mübarizə apardı və 11.92 metr nəticə göstərdi.[24] Bu nəticəyə əsasən Oloxan Musayev turniri 8-ci pillədə başa vurdu.[24] Üçtəkanla tullanma turnirində mübarizə aparan Hüseyn Həsənov isə 12.74 metr nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[25]
Sentyabrın 2-də Rza Osmanov mübarizə apardı. T12 növündə 400 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov, təsnifat mərhələsində 50.46 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov yarım-final mərhələsinə adladı.[26] Bu mərhələ sentyabrın 4-də baş tutdu.[26]
Sentyabrın 3-də isə Elçin Muradov və Hüseyn Həsənov mübarizə apardı. T11 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov təsnifat mərhələsində 22.48 saniyə nəticə göstərdi və dörd idmançı sırasında birinci pillənin sahibi oldu.[27] Bu nəticəyə əsasən Elçin Muradov yarım-final mərhələsinə adladı.[27] Bir gün sonra baş tutan bu mərhələdə isə Elçin Muradov 22.40 saniyə nəticə göstərdi.[27] Bu nəticəyə əsasən Elçin Muradov final qaçışına vəsiqə qazana bilmədi.[27] F46 növündə uzunluğa tullanma turnirində çıxış edən Hüseyn Həsənov isə 6.52 metr nəticə göstərdi.[28] Bu nəticəyə əsasən Hüseyn Həsənov 11 atlet sırasında üçüncü pillənin sahibi oldu və London Paralimpiadasının bürünc medalına sahib oldu.[28]
Sentyabrın 4-də Mədinət Abdullayeva və Rza Osmanov mübarizə apardı. F57/F58 növündə lövhə atma turnirində çıxış edən Mədinət Abdullayeva, 18.20 metr nəticə göstərdi və London Paralimpiadasını 18 idmançı sırasında 14-cü pillədə başa vurdu.[29] T12 növündə 400 metr məsafəyə qaçış turnirinin yarım-final mərhələsində mübarizəsinə davam edən Rza Osmanov isə 50.34 saniyə nəticə göstərdi.[26] Bu nəticəyə əsasən Rza Osmanov mərhələni dörd atlet sırasında üçüncü pillədə başa vurdu və mübarizəsini dayandırdı.[26]
Sentyabrın 5-də Oloxan Musayev bu səfər lövhə atma turnirində mübarizə apardı.[30] Final mərhələsində 40.77 metr nəticə göstərən Oloxan Musayev, London Paralimpiadasını dördüncü pillədə başa vurdu.[30]
Həmin gün həm də T11/T12/T13 növündə 100 metr məsafəyə estafet qaçışı turniri baş tutdu. Elçin Muradov (bələdçisi Pavel Setin), Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət olan qrup turnirin təsnifat mərhələsində 44.12 saniyə nəticə göstərdi və birinci pillənin sahibi oldu.[31] Bu nəticəyə əsasən qrup final mərhələsinə vəsiqə qazandı.[31] Final qaçışında isə qrup 42.92 saniyə nəticə göstərdi.[31] Nəticədə Rusiya və Çin atletlərindən sonra üçüncü pillədə qərarlaşan Elçin Muradov (bələdçisi Pavel Setin), Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup, London Paralimpiadasının bürünc medallarına sahib oldu.[31]
Sentyabrın 7-də Elçin Muradov və Rza Osmanov mübarizə apardı. Bu səfər T11 növündə 100 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov, təsnifat mərhələsində 48.78 saniyə nəticə göstərdi.[32] Bu nəticəyə əsasən Elçin Muradov dörd atlet sırasında sonuncu pillənin sahibi oldu və turnirdə mübarizəni dayandırdı.[32] T12 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov isə təsnifat mərhələsində 22.85 saniyə nəticə göstərdi.[33] Bu nəticəyə əsasən Rza Osmanov dörd atlet sırasında mərhələni üçüncü pillədə başa vurdu və yarım-final mərhələsinə adladı.[33] Həmin gün baş tutan yarım-final mərhələsində isə Rza Osmanov 22.11 saniyə nəticə göstərdi.[33] Mərhələni dördüncü pillədə bitirən Rza Osmanov, mübarizəsini dayandırdı.[33]
Son olaraq sentyabrın 8-də Mədinət Abdullayeva, Oleq Panyutin və Vladimir Zayets mübarizə apardı. Bu səfər F57/F58 növündə nüvə itələmə turnirində çıxış edən Mədinət Abdullayeva, hər üç cəhdində uğursuz oldu və turniri nəticəsiz başa vurdu.[34] T12 növündə üçtəkanla tullanma turnirində isə Oleq Panyutin və Vladimir Zayets mübarizə apardı.[35] Turnirin əvvəlindən üstünlüyü ələ alan Oleq Panyutin və Vladimir Zayets, ümumi nəticədə medallara sahib oldu.[35] 15.02 metr nəticə göstərən Oleq Panyutin London Paralimpiadasının qalibi oldu.[35] Komanda yoldaşından cəmi 0.01 metr geri qalan Vladimir Zayets isə 15.01 metr nəticə göstərdi və turnirin gümüş medalına sahib oldu.[35]
Elçin Muradov bələdçi: Pavel Setin |
100 m., T11 | ||||||
200 m., T11 | |||||||
Rza Osmanov | 200 m., T12 | ||||||
400 m., T12 | |||||||
Elçin Muradov bələdçi: Pavel Setin Oleq Panyutin Rza Osmanov Vladimir Zayets |
4 x 100 m. estafet, T11/T13 | ||||||
Oloxan Musayev | Nüvə itələmə, F56 | ||||||
Lövhə atma, F56 | |||||||
Samir Nəbiyev | Lövhə atma, F57/58 | ||||||
Hüseyn Həsənov | Üçtəjanla tullanma, F46 | ||||||
Uzunluğa tullanma, F46 | |||||||
Oleq Panyutin | Üçtəjanla tullanma, F12 | ||||||
Vladimir Zayets | |||||||
Mədinət Abdullayeva | Nüvə itələmə, F57 | ||||||
Lövhə atma, F57 |
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Paralimpiadanın qalibləri Afaq Sultanova, Natali Pronina, Oleq Panyutin və Ramin İbrahimov, cüdoçulardan ibarət yığmanın baş məşqçisi İbrahim İbrahimov, üzgüçülərdən ibarət yığmanın baş məşqçisi Alaverdi Culfayev, Afaq Sultanovanın şəxsi məşqçisi Ağanağı Cəfərov, Ramin İbrahimovun şəxsi məşqçisi Şahlar Mustafayev, Oleq Panyutinin şəxsi məşqçisi Sergey Təhməzov, həmçinin Azərbaycan Atletika Federasiyasının Baş Katibi Məhərrəm Sultanzadə "Şöhrət" ordeni ilə təltif edildi.
İdmançılardan Hüseyn Həsənov, İlham Zəjiyev, Elçin Muradov və Pavel Setin, yüngül atletlərdən ibarət yığmanın məşqçisi Ziyad Xəlfəyev, həmçinin Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi Afiq Süleymanov "Tərəqqi" medalı ilə təltid edildi.
İdmançılar Rza Osmanov və Vladimir Zayets, həmçinin cüdo üzrə məşqçi Əhməddin Rəcəbli isə Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edildi.