Azərbaycan — 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 18-28 oktyabr tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 7 idmançı ilə 3 idman növündə təmsil olundu.
Azərbaycan 2000 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 7 idmançı (3 idman növündə) | ||||||||
Medallar Yer: 60 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XI Yay Paralimpiya Oyunlarını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində atıcı Yelena Taranova gümüş medala sahib oldu. Pauerliftinq idman növündə qızıl medala sahib olan Gündüz İsmayılov isə ondan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğuna görə onun nəticələri ləğv edildi və qızıl medaldan məhrum edildi.
XI Yay Paralimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 60-cı pillədə, medalların sayına görə isə 61-ci pillədə qərarlaşdı.
— | ||||
Yelena Taranova | Atıcılıq | Qarışıq, hava tapançası, SH1 | — |
XI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirdə Azərbaycanı bir idmançı təmsil elədi: Yelena Taranova.
Yelena Taranova əvvəlcə qadınların hava tapança ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[1] Nəticədə Yelena Taranova təsnifat mərhələsini 360.0 xalla on idmançı sırasında yeddinci pillədə başa vurdu.[1] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[1] Həlledici mərhələdə isə Yelena Taranova 454.2 xalla 8 idmançı sırasında 7-ci pillənin sahibi oldu.[1]
Daha sonra isə Yelena Taranova qarışıq idmançıların hava tapançası ilə atəş turnirinin təsnifat mərhələsində mübarizə apardı.[2] Təsnifat mərhələsinin nəticələrinə əsasən Yelena Taranova mərhələni 528.0 xalla 26 idmançı sırasında 2-ci pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Taranova final mərhələsinə vəsiqə qazana bildi.[2] Həlledici mərhələdə isə Yelena Taranova 622.7 xalla 8 idmançı sırasında 2-ci pillənin sahibi oldu və XI Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[2] Bununlada Yelena Taranova Paralimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançı olaraq tarixə düşdü.
Yelena Taranova | Qadınlar, hava tapança, SH1 | ||||
Qarışıq, hava tapança, SH1 |
XI Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil elədi: Fuad Tarverdiyev, Gündüz İsmayılov və Mehman Ramazanov.
-82 Kq. turnirində mübarizə aparan Fuad Tarverdiyev ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasını 22 idmançı sırasında 9-cu pillədə başa vurdu.[3]
-90 Kq. turnirində mübarizə aparan Gündüz İsmayılov isə ümumi nəticədə 240 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu.[4] Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həm də 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi.[5]
-100 Kq. turnirində mübarizə aparan Mehman Ramazanov isə ümumi nəticədə 202.5 kiloqramlıq nəticə göstərdi və Sidney Paralimpiadasını altıncı pillədə başa vurdu.[6]
Fuad Tarverdiyev | Kişilər, -82.5 Kq. | ||
Gündüz İsmayılov | Kişilər, -90 Kq. | ||
Mehman Ramazanov | Kişilər, -100 Kq. |
XI Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirində Azərbaycanı üç idmançı təmsil elədi: Zeynəddin Bilalov, Aleksandr Antofi və Sərxan Əsədov.
Zeynəddin Bilalov 100 metr məsafəyə qaçış turnirində və uzunluğa tullanma turnirində mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirinin təsnifat mərhələsində Zeynəddin Bilalov 12.38 saniyə nəticə göstərdi və dörd atlet sırasında sonuncu pillənin sahibi oldu.[7] Bununla da Bilalov yarım-final mərhələsinə vəsiqə qazana bilmədi. Uzunluğa tullanma turnirində isə Zeynəddin Bilalov 5.42 metr nəticə göstərdi və Paralimpiadanı 10 idmançı sırasında 8-ci pillədə başa vurdu.[8]
Aleksandr Antofi isə 5000 metr məsafəyə qaçış və marafon turnirlərində mübarizə apardı. 5000 metr məsafəyə qaçış turnirində Aleksandr Antofi 16:52.02 dəqiqə nəticə göstərdi və 11 atlet sırasında 10-cu pillənin sahibi oldu.[9] Marafon turnirində isə dörd il əvvəl Atlanta Paralimpadasını dördüncü pillədə başa vuran Aleksandr Antofi, bu səfər 2:42:55 saat nəticə göstərdi və Paralimpiadanı 14 idmançı sırasında 6-cı pillədə bitirdi.[10]
Sərxan Əsədov isə cəmi bir turnirdə mübarizə apardı — nizə atma. Final mərhələsində 24.18 metr nəticə göstərən Sərxan Əsədov, turniri 8 idmançı sırasında sonuncu pillədə başa vurdu.[11]
Zeynəddin Bilalov | Kişilər, 100 m., T11 | ||||||
Kişilər, uzunluğa tullanma, F11 | |||||||
Aleksandr Antofi | Kişilər, 5000 m., T46 | ||||||
Kişilər, marafon, T46 | |||||||
Sərxan Əsədov | Kişilər, nizə atma, F44 |