Azərbaycan uzunömürlülərinin siyahısı

Mahmud Eyvazova həsr olunmuş SSRİ poçt markası, 1956-cı il.

Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür.[1] Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər.[2] Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümovdur və o, 168 il yaşayıb.[3]

"Hər kim yüz il yaşamasa" adlı kitabda Gədəbəyin 100 yaşlıları haqqında ətraflı məlumat verilir. Kitabda 100 yaşı keçən qadınlar üstünlük təşkil edir[3]. Ümumsayca ən çox uzunömürlülərə Talış dağlarında yerləşən rayonlarda rast gəlinir.[3].

Azərbaycan Milli Elmlər Akademiyasının Fizialogiya İnstitutunda "Uzunömürlülüyün fizialogiyası" laboratoriyası fəliyyət göstərir.[2]

1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90–94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu — 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.

2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90–94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.

Azərbaycanın hər il açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Son açıqlanan statistik göstəricilərə görə, Azərbaycanda 85 və yuxarı yaşda olanlar arasında ölüm halları 1990-cı illə (4825 nəfər) müqayisədə 2013-cü ildə (5760 nəfər) xeyli artıb.

2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.[4] 2024-cü ilin məlumatına görə Azərbaycanda yaşı 100 və 100-dən çox 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.[5]

Azərbaycanda orta ömür həddi 70,7 ildir.[6]

Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Qara Yuluk Osman bəy 1345–1435 90 Ağqoyunlu tayfa başçısı
Həkim Qəni 1918–2008 90 Şair
Firəngiz Şərifova 1924–2014 90 Aktrisa
Böyükağa Məmmədov 1927–2018 90 Rəqqas
Abbas Çayxorski 1917–2008 91 Kimya elmləri doktoru
Ağasadıq Gəraybəyli 1897–1988 91 Aktyor
Ələddin Abbasov 1922–2014 92 Aktyor
Adelaida Məmmədova 1922–2015 92 Musiqiçi
Ağadadaş Səmədov 1924–2016 92 Veteran
Əlibaba Məmmədov 1930–2022 92 Musiqiçi
Aydın Ələkbərov 1930–2024 93 Alim
Şeyxülislam Axund Əliağa Süleymanzadə 1885–1977 93 X Şeyxülislam
Aşıq Abbasəli 1913–2007 93 Aşıq
Ələviyyə Babayeva 1921–2014 93 Yazıçı
Qocaman Qocamanov 1923–2016 93 Şair
Əli İldırımoğlu 1927–2020 93 Yazıçı
Xoşbəxt Yusifzadə 1930–2023 93 Geoloq
Çingiz Hüseynov 1929–2024 94 Yazıçı
Teymur Bünyadov 1927–2022 94 Akademik
Ədilə Namazova 1926–2020 94 Tibb elmləri doktoru
Əziz Şərif 1895–1989 94 Yazıçı
Məmməd Əlili 1898–1993 94 Aktyor
Əli Ələkbər 1927–2022 95 Şair
Mirzə İsmayıl Qasir 1805–1900 95 Şair
Babaş Əfəndi Mikayılzadə 1865–1957 95 Dinçi
Muxtar Əfəndizadə 1880–1975 95 Alim
Sara Aşurbəyli 1906–2001 95 Alim
Bahadur Hüseynov 1921–2016 95 Hüquqşünas
Aşıq Cahad 1917–2013 96 Aşıq
Lütfi Zadə 1921–2017 96 Alim
Daməd Nəbiyev 1925–2021 96 Veteran
Məhəmməd Məhərrəmov 1895–1992 97 AXC parlament üzvü
Tofiq Ağahüseynov 1923–2021 98 general-polkovnik
Aşıq Bəsti 1836–1936 100 Aşıq
İsmayıl İbrahimov 1915–2016 100 Texnika elmləri doktoru
Feyzavər Turan 1919–2020 100 Yazıçı, publisist
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Miskinli Vəli 1894–1995 101 Aşıq
Balamet Balametov 1906–2007 101 Dövlət xadimi
Molla Vəli Vidadi 1709–1809 102 Şair
Aşıq Talıb 1887–1979 102 Aşıq
Fatma Səttarova 1922–2024 102 Veteran
Şeyxülislam Fazil İrəvani 1782–1885 103 II Şeyxülislam
Ömər Əliyev 1900–2004 104 Xeyriyyəçi
Miskin Abdal 1430–1535 105 Şair
Aşıq Ələsgər 1821–1926 105 Aşıq
Lətif Hüseynzadə 1903–2008 105 Ədəbiyyatşünas
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Seyid Lazım Ağa 1880–1994 114 Dinçi
Nabat Aşurbəyova 1795–1912 117 Xeyriyyəçi, mesanat
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Mahmud Eyvazov 1808–1960 150 --
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Şirəli Müslümov 1805–1973 168 Çoban

Hazırda yaşayanlar

[redaktə | mənbəni redaktə et]
Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi
Məmməd Salmanov 1932 — 92 Akademik
Abid Bayramov 1931 — 93 Həkim
Bilqeyis Məmmədova 1931 — 92 Alim
Nəriman Həsənzadə 1931 — 93 Şair
Seyfəddin Əliyev 1930 — 94 Akademik
Dadaş Asanov 1930 — 94 Dövlət xadimi
Abbas Vəfadağlı 1929 — 95 Yazıçı
Arif Qəmərli 1929 — 95 Alim
Ömər Eldarov 1927 — 96 Heykəltəraş
Vidadi Babanlı 1927 — 97 Şair
Çingiz Abbasov 1926 — 97 neftçi
Abbas Zamanov 1924 — 100 General
Adil Babayev 1921 — 102 dövlət xadimi
Daniyal Abdullayev 1920 — 103 veteran
  • "Hər kim yüz il yaşamasa" kitab
  1. "Chapter 1: Setting the Scene" (PDF). UNFPA. 2012. 12 June 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 January 2013.
  2. 1 2 Azərbaycanda uzunömürlülərin sayı tükənir — anspress.com saytı [ölü keçid]
  3. 1 2 3 "Lalə Osmanqızı, "Uzunömürlülər diyarı - Vətənim mənim", olkem.az saytı". 2013-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  4. "Azərbaycanda uzunömürlülərin sayı 305 nəfər azalıb — modern.az saytı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  5. "Hazırda ölkəmizdə yaşı 100-dən yuxarı neçə pensiyaçı var?". Oxu.az (az.). 2024-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-30.
  6. "Rüfət Sultan, "Orta ömrümüz 70 ili keçir", Bakı xəbər.- 2011.-25–27 noyabr.- S. 12". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]