Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır.
Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CXP”dir.
Onun simvolu Altı Oxdur.
Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl.
Cümhuriyyət Xalq Partiyası Cumhuriyet Halk Partisi | |
---|---|
CHP | |
Sədri | Özgür Özəl |
Qurucu | Mustafa Kamal Atatürk[1] |
Baş katib | Selin Sayek Böke |
Quruluş tarixi |
9 sentyabr 1923 (1-ci quruluş tarixi) 9 sentyabr 1992 (2-ci quruluş tarixi) |
Birləşən |
|
Bölünmə |
|
Sələfi |
|
Xələfi | Anadolu və Rumeli Müdafa-i Hüquq Cəmiyyəti |
Baş qərargah | |
İdeologiya |
Atatürkçülük[1] Sosial demokratiya (1965-ci ildən sonra)[1] Sekulyarizm Antikommunizm (tarixi)[2][3][4] |
Üzvlüyü |
|
Üzv sayı | ▲ 1.224.847[5] |
Parlamentdə |
128 / 600 |
Bələdiyyədə |
|
Saytı | www.chp.org.tr |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir. CXP-nin 3 – 4 fevral 2018-ci ildə keçirilən XXXVI qurultayında Kamal Kılıçdaroğlu 1266 qurultay nümayəndəsinin 790-ının dəstəyi ilə 5-ci dəfə CXP-nin Sədri seçilmişdir.
Atatürkçülük və sosial demokratiya görüşlərini mənimsəyən və sol mərkəzçi siyasi partiyadır. Partiyanın nizamnaməsində və proqramında qeyd olunan bu fikirlərlə yanaşı, demokratik sosialist və sosial liberal meylləri də özündə ehtiva edir. Türkiyə Cümhuriyyətinin qurucu və ilk qanuni siyasi partiyası olma xüsusiyyətlərini daşıyan Cümhuriyyət Xalq Partiyası 1923-cü ildən 1950-ci ilə qədər davamlı olaraq hakimiyyətdə qalmış və 1946-cı ilə qədər ümumilikdə təkpartiyalı üsul-idarəni həyata keçirmişdir. Türkiyədə ən uzun iqtidarda olan siyasi partiyadır. Atatürk tərəfindən "Xalq Partiyası" adıyla Anadolu və Rumeli Hüquqlarını Müdafiə Cəmiyyətinin davamı olaraq olaraq qurulan partiyanın adına 10 noyabr 1924-cü ildə "Cümhuriyyət" sözü əlavə edildi. 1935-ci ildə keçirilən 4-cü Qurultayda "fraksiya" sözü yerinə xarici aləmə daha çox uyğun gələn sözə üstünlük verilməsi qərara alındı və bugünkü adı — “Cümhuriyyət Xalq Partiyası” qəbul edildi.
12 sentyabr çevrilişindən sonra o vaxt Bülənt Ecevitin sədri olduğu Cümhuriyyət Xalq Partiyası buraxıldı; sonra 3821 saylı qanuna əsasən 9 sentyabr 1992-ci ildə yaradılmasının 69-cu ildönümündə yenidən fəaliyyətə başlamışdır.
CXP həm də qurucusu və ilk sədri Mustafa Kamal Atatürkün öz vəsiyyətində əmanət hüquqlarını CXP-yə buraxdığı Türkiyə İş Bankının bir hissəsinin sahibidir. CXP-nin əmanət hüququna malik olduğu bu bankın səhmlərinin 28,1%-nin mənfəəti Türk Dil Qurumuna və Türk Tarix Qurumuna keçir.
Cümhuriyyət Xalq Partiyasının institusional ortaya çıxması Sivas konqresində keçmiş İttifaqçı kadrların bəzi üzvlərinin iştirakı ilə baş tutdu. CXP-nin 1-ci Konqresi olaraq da qəbul edilən, 4-11 sentyabr 1919-cu il tarixlərində keçirilən Sivas Konqresində Türkiyənin müxtəlif bölgələrində işğallara müqavimət göstərmək üçün qurulan hüquq müdafiə cəmiyyətləri Anadolu və Rumeli Hüquq Müdafiə Cəmiyyəti (Anadolu ve Rumeli Müdâfaa-i Hukuk Cemiyeti) adı altında birləşdirilmişdir. 23 aprel 1920-ci ildə toplanan Türkiyə Böyük Millət Məclisi ARMHC nümayəndələrindən ibarət idi, lakin 1922-ci ildə Məclis Birinci Qrup və İkinci Qrup olaraq iki qrupa bölündü.[8]
Milli mübarizənin qələbəsindən sonra Mustafa Kamal Paşanın başçılıq etdiyi Birinci Qrup ölkə miqyasında siyasi təşkilata başladı və 28 iyun 1923-cü ildə [9] keçirilən seçkilərə vahid siyahı ilə daxil olaraq millət vəkillərinin birindən başqa hamısını qazandmışdı.
Lozanna müqaviləsinin qəbulu ilə bağlı Məclisdə başlayan gərgin müzakirələr üzərinə Mustafa Kamal Paşa 9 sentyabr 1923-cü ildə Dokuz Ümdə adlı siyasi proqramı açıqladı və iki gün sonra Daxili İşlər Nazirliyinə təqdim etdiyi ərizə ilə ona bağlı millət vəkillərindən ibarət Xalq Partiyasını qurdu. (Xalq Partiyasının rəsmi yaranma tarixi 11 sentyabr 1923-cü il olsa da, partiyanın yaranma tarixi partiyalaşmaq qərarının qəbul edildiyi 9 sentyabr 1923-cü il tarixi qəbul edilir.[10]) Partiyanın təsisçiləri: Refik Saydam, Cəlal Bayar, Sabit Sağıroğlu, Münir Hüsrev Göle, Cəmil Uybadın, Kazım Hüsnü, Saffet Arıkan və Mehmet Zülfü Tiqrel, birinci baş katib isə Rəcəb Pekər olub.
29 oktyabr 1923-cü ildə Xalq Partiyasından olan 158 millət vəkili Cümhuriyyəti elan edərək Mustafa Kamal Paşanı prezident seçdi.[11] Qarşıdakı aylarda xilafətin ləğv edilməsi və 2-ci dövr Türkiyə Böyük Millət Məclisində müxalifət deputatlarının sayının azaldılması kimi bəzi məsələlərdən narahat olan Milli Mübarizənin lider və ziyalı kadrılarından Kazım Qarabəkir, Rauf Orbay, Adnan Adıvar, Əli Fuad Cəbəsoy, Hüseyn Avni Ulaş, Cəfər Təyyar Əyilməz, Refet Bele, Bəkir Sami Kunduh və Hüseyn Cahit Yalçın kimi bəzi millət vəkilləri parlamentdə ayrı bir qrup quraraq 17 noyabr 1924-cü ildə Tərəqqiçi Respublika Partiyasını (tr. Terakkiperver Cumhuriyet Fırkası) qurdular. Bu hadisədən bir həftə əvvəl Xalq Partiyasının adı dəyişdirilərək “Cümhuriyyət Xalq Partiyası” oldu. TCF-nın Şeyx Səid üsyanından sonra 5 iyun 1925-ci ildə bağlandıqdan və tanınmış üzvlərinin edam edilməsi və ya siyasətdən uzaqlaşdırıldıqdan sonra 1946-cı ilə qədər CXF/CXP parlament seçkilərində tək partiya olaraq iştirak etdi.
Respublika idarəsini yaradan mühüm islahatların bir çoxu 1927-ci il oktyabrın 15-də keçirilən II Qurultaydan əvvəl həyata keçirilmişdir. İkinci Qurultayda Qazi Mustafa Kamal Böyük Nitqini oxudu. Qurultayda qəbul edilən nizamnamədə CXF-nin cümhuriyyətçi, xalqçı və milliyyətçi bir siyasi cəmiyyət olduğu, partiyanın dəyişməz Baş sədrinin Qazi Mustafa Kamal olduğu yazılmışdı.[12] Millət vəkil İsmət İnönü isə qərərgah rəisi təyin edilib.
1929-cu ildəki Böyük böhrandan sonra Türkiyə dövlətçi iqtisadi inkişaf siyasətinə əl atdı. Qərara alınıb ki, dövlət tərəfindən mühüm investisiyalar qoyulsun. 1930-cu ildə iqtisadi böhran dərinləşəndə və cəmiyyətdə ciddi iğtişaşlar başlayanda Mustafa Kamal yaxın dostu Fəthi bəyə müxalifət partiyası yaratmağı tapşırır. 1930-cu il avqustun əvvəlində Sərbəst Cümhuriyyət Firqəsi yaradıldı.[13] İlk mərhələdə CHF-dən olan 15 deputat SCF-yə keçdi. Yeni partiya bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılandı. Sentyabrın 5-də keçirilən İzmir Toplantısı Egey bölgəsində rejimə qarşı ümumi üsyana çevrilmə meyli göstərdi. Oktyabr ayında keçirilən bələdiyyə seçkilərində SCF-nin səslərin əksəriyyətini topladığını, lakin CXF-nin seçki qutularını saxtalaşdırmaqla qazandığı barədə şayiələr yayıldı. Bu seçkidə SCF-ni seçdiyi üçün Silifke ilçəyə çevrildi.[14] Dekabr ayında Menemen hadisəsi nəticəsində SCF özünü ləğv etdi.[13]
SCF eksperimentinin uğursuzluğundan sonra CXF-nin təkpartiyalı hakimiyyəti kök saldı. 1931-ci ildə çağırılan III Qurultayda əsasnamə yeniləndi və partiyanın proqramı müəyyən edildi. Bu qurultayda; Cümhuriyyətçilik, dünyəvilik, millətçilik, dövlətçilik, populizm və inqilabçılıqdan ibarət altı prinsip partiyanın əsas proqramı kimi müəyyən edildi..[15] Xalqevləri adı altında CHF-yə bağlı yerli təşkilatın yaradılması qərara alındı.
CXP-nin altı prinsipini simvolizə edən altı oxlu emblem İsmayıl Hakkı Tonquç tərəfindən hazırlanmış və 1933-cü ildə istifadə olunmağa başlamışdır.[16] 1934-cü ildə Birinci Beşillik Plan qüvvəyə mindi. Dövlət tərəfindən ağır sənayenin yaradılmasını nəzərdə tutan plan üçün tələb olunan pul resursu əsasən sovet kreditləri hesabına təmin edilirdi. Dəmir yolunun tikintisinə önəm verildi.
1935-ci ilin may ayında 384 millət vəkili və 160 əyalət nümayəndəsi ilə toplanan IV Qurultayda Dil İnqilabının gətirdiyi yeni anlayışa uyğun olaraq partiyanın adı Cümhuriyyət Xalq Partiyası olaraq dəyişdirildi.[17] Kamalizm sözünün ilk dəfə partiya proqramına daxil edildiyi[18] bu qurultayda məhz “dövlətçilik” öz damğasını qoydu. “İnsanın edə bilmədiyi işləri dövlət görür” anlayışı əvəzinə “özəl sahibkarlığa nəzarət” mənası verilən etatizm prinsipi dərhal reaksiyalara səbəb oldu. Əskişəhərli böyük torpaq sahibi Emin Sazak dövlətçiliyin köhnə mənasının bərpasını tələb edəcək, baş katib Rəcəb Peker isə dövlətçiliyin ən sərt ifadələrini işlədəcəkdi.[19]
1936-cı ilin iyununda nəşr olunan sirkulyarla bütün vilayətlərdə partiyanın əyalət sədrliyi qubernatorluqla birləşdirildi və daxili işlər naziri rəsmi olaraq partiyanın baş katibi adını aldı. 1937-ci ilin fevralında edilən konstitusiya dəyişikliyi ilə CXP-nin “Altı ox”u Türkiyə Cümhuriyyətinin Konstitusiyasına rəsmi olaraq daxil edildi.[20] Bununla da “Tək Partiya”nın dövlətlə eyniləşdirilməsi prosesi başa çatmış oldu.
Atatürk dövründə üç böyük kürd üsyanı — Şeyx Səid üsyanı, Ağrı üsyanı və Dersim üsyanı baş verdi və üsyanlar hərbi əməliyyatlarla yatırıldı.
Atatürk dövründə qurulan CXP hökumətləri: