Qırımçaqlar


Qırımçaqlar
qırımç. Крымчахлар
Ümumi sayı
1 800[1]
Yaşadığı ərazilər
Ukrayna Ukrayna 406 (2001)[2]
Rusiya Rusiya 90 (2010)[3]
Dili

Qırımçaq dili

Qohum xalqlar

Türk xalqları

Ukrayna əhalisinin milli tərkibi-2001 s.a.

Qırımçaqlar — əsasən Ukraynanın Krım ərazisində yaşayan türk xalqı.[4]

Qırımçaqlar qırımçaq dilində danışırlar. Bu dil Krımtatar dilinə yaxındır və türk dilinin qıpçaq alt qrupuna daxildir.[5] Lakin müasir danışıq dillərində və yazılarında çoxlu oğuz elementlərdən istifadə olunur.[5] XIX əsrin sonlarına qədər qırımçaqlar öz dillərini çaqatay adlandırırdılar.[5]

Qırımçaqların bir çoxu özlərini yəhudilərin başqa etnodil qrupuna daxil olduğunu hesab edir və hazırda İsraildə yaşayırlar.

1920-ci ilin əvvəllərində görkəmli türkoloq akademik A.N.Samoyloviç qırımçaqlar haqqında araşdırma apararaq, onların xəzər mədəniyyətinin daşıyıcıları olduğu haqqında fikir irəli sürdü. Qan qruplarını tədqiq edən V.Zabolot isə bu nəticəyə gəlir ki, qırımçaqlar semit xalqlarına aid deyillər. Rusiya sənədlərində qırımçaqlar 1917-ci ilə qədər yəhudi-krımçaqlar kimi gedir.

Qırımçaqların ümumi sayı 1500 nəfər civarındadır. Bunlardan 204 nəfəri Krımda, 157 nəfəri Rusiyada yaşayır. ABŞİsraildə yaşayan qırımçaqların dəqiq sayı bilinmir. 1950-ci ilin əvvəllərində İsraildə 1000 nəfərə yaxın qırımçaq yaşayırdı və bunların bir çoxu başqa yəhudi qrupları ilə qaynayıb-qarışıblar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Etnologue report for language code: jct Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine
  2. Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
  3. Портал "Всероссийская перепись населения 2010 года" - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  4. "Кто такие крымчаки и откуда они появились?". 2018-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.
  5. 1 2 3 "Крымчаки-этническая группа". 2013-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-05.