xux 2021
xuliqan
OBASTAN VİKİ
XUL
XUL - ing. XUL <zu:l> (Extensible User-interface Language) – dinamik istifadəçi interfeyslərini yaratmaq üçün XML-əsaslı nişanlama dili. XUL dili brauzerlər, poçt müştəriləri və s. kimi proqramlarda interfeyslərin yaradılması üçün işlənib hazırlanıb. Lakin veb-resurslarla aktiv qarşılıqlı əlaqədə olan istənilən tətbiqi proqramın yaradılmasında XUL effektli istifadə oluna bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. == Morfoloji əlamətləri == Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Mərmər xul
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür.
Uzunquyruq xul
Uzunquyruq xul (lat. Knipowitschia longicaudata) — Knipoviç xulları cinsinin nümayəndəsidir. D VI (7-9), A I (8-9), Bədəni uzunsovdur. Göz arası məsamələri bir qədər arxada olub "K" şəkilli əlavə qısa kanalcığın ucunda yerləşir. Bu isə gözüstü kanalların birləşmə yerindən arxaya doğru gedir. Quyruq üzgəci simmetrik deyildir. Onun əsasında adətən damcı formalı iri tünd xal olur, bəzən isə olmur. Maksimal uzunluğu 5 sm - ə qədərdir. Qara və Azov dənizlərinin şortəm sularında, limanlarında, körfəzlərində, çaylarında,eləcə də su anbarlarında, göllərində geniş yayılmışdır.Xəzər dənizində kütləvi növ şimal hissədədir. Samurdan Pirşağıya və Salyan reydindən Astaraya qədər seyrəkdir.
Çapar xul
Çapar xul (lat. Babka gymnotrachelus) — Babka cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir. D VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir.
İribaş xul
İribaş xul (lat. Ponticola gorlap) — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır. Xəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Knipoviç xulları
Knipoviç xulları (lat. Knipowitschia) — Xulkimilər fəsiləsinə daxil olan balıq cinsi. Hind Okeanında yaşayan növləri dünyanın ən kiçik balıqlarıdır və uzunluğu 1 sm təşkil edir.
Kütburun xullar
Kütburun xulları (lat. Proterorhinus) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cins nümayəndələrinin xarakterik xüsusiyyətləri yuxarı dodaq üzərində asılı uzun anten şəklində olan bığcıqdır. == Növləri == Mərmər xul (Proterorhinus marmoratus) — Qara dənizin duzlu sularında yaşayır. Proterorhinus nasalis — Xəzər dənizinin cənubunda yayılmışdır. Proterorhinus semilunaris — Qara dənizin qərb hissəsinə tökülən çaylarda yaşayır. Proterorhinus semipellucidus. Xəzər dənizinin hövzəsinə aid şirin sularda yayılmışdır. Proterorhinus tataricus — Krımın Çornaya çayında yayılmışdır. == İstinadlar == == Xarici keçidlər == Stepien C. A., Tumeo M. A. (2006) Invasion genetics of Ponto-Caspian gobies in the Great Lakes: a "cryptic" species, absence of founder effects, and comparative risk analysis.
Noah Əl-Xulaifi
Nonultimus xulu
Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir. Bədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır. Xəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır. Duzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir.
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Türkmənistan xulu
Türkmənistan xulu (lat. Benthophiloides turcomanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. Bu balıq yalnız Türkmənistanın 27 metr (89 fut) dərinliyə malik sahil sularında görülmüşdür. Cəmi iki nümunədən bilinir.
Xulian Palasios
Xulian Palasios Qutyerres (isp. Julián Palacios Gutiérrez; 23 avqust 1880, Madrid — 1947, Madrid) "Yeni Futbol Cəmiyyəti"nin (1901-ci ildən etibarən "Madrid Futbol Klubu" adlanır) yaradıcılarından biri və ilk prezidenti. Xulian Palasios tarixə "Real Madrid"i quran şəxslərdən biri kimi düşüb. O, klubun rəsmi qeydiyyata alınana qədər (1900-cü ildən 6 mart 1902-ci ilə qədər) ilk rəsmi prezidenti hesab olunur. İspaniyada yerləşən "Ödənişsiz Təhsil Müəssisəsinin" (Institución Libre de Enseñanza .isp) müəllim və tələbə heyəti 1897-ci ildə "Skay Futbol" (Sky Football .ing) Cəmiyyətini (Sociedad .isp) yaratdılar. Bu klub "Cəmiyyət" (Sociedad .isp) adı ilə tanınmağa başlandı. Həmin dövrdə "Cəmiyyət" Madrid şəhərində yerləşən və oyunlarını Moncloa bölgəsində keçirən yeganə klub idi. 1900-cu ildə "Cəmiyyət"in üzvləri arasında fikir ayrılığı yarandı. Bir qrup şəxs klubu tərk edərək "Skay Futbol"dan fərqlənmək üçün "Yeni Futbol Cəmiyyəti" (Nueva Sociedad de Football .isp) adlanan klub yaratdılar. Bu şəxslərin arasında Xulian Palasios da var idi.
Xulidxoo
Fulidxoo (mald. ފުޅަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Vaavu atolu ərazisinə daxildir. Fulidxoo adası Vaavu atoluna daxil olan 19 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 177 km şimalda yerləşir. 2006-cı il məlumatına əsasən Fulidxooda 2409 nəfər yaşayır: 48,15 % kişi və 51,84 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 50,18 % — 18 yaşından aşağı; 11,66 % — 19 - 25 yaş arası; 32,25 % — 26 - 64 yaş arası və 5,89 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,53 %.
Xulinə (Sayınqala)
Xulinə (fars. ‎خولينه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (26 ailə).
Xulio Kabrera
Xulio Kabrera (1 mart 1942, Las-Palmas-de-Qran-Kanariya) — İspaniyalı keçmiş üzgüçü. Xulio Kabrera İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Xulio Kabrera birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:06.5 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Xulio Kortasar
Xulio Kortasar (isp. Julio Cortázar; 26 avqust 1914[…], Brüssel – 12 fevral 1984[…], X arondisman (Paris)) – Argentinalı romançı, qısa hekayə yazıçısı və esseist. Argentinanın tanınmış yazıçısı Xulio Kortasar ömrü boyu üç qadınla ciddi və davamlı münasibətlər qurub. O, hələ Buenos-Ayresdə yaşayarkən ölənəcən subay qalacağını düşünürdü, lakin 1953-cü ildə 39 yaşlı Xulio Kortasar argentinalı Aurora Bernandeslə evlənir. Qadın Kortasardan 4 yaş cavanıydı. Onlar yazıçı hələ Avropaya köçməzdən öncə tanış olmuşdular. Sonralar Aurora onun ardınca Fransaya gedir. Xulioyla Aurora ilk vaxtlar olduqca xoşbəxt idilər; dostları onları ruhən bir-birinə çox yaraşdırırdılar. Cütlüyün ədəbi maraqları da üst-üstə düşürdü. Kortasar arvadının ədəbi fəhminə hörmətlə yanaşırdı.
Xulio Libonatti
Xulio Libonatti (isp. Julio Libonatti; 5 iyul 1901, Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1981, Rosario, Argentina) — İtaliya millisində oynamış argentinalı futbolçu. Mövqeyi hücumçu olub. Xulio Libonatti iyulun 5-i 1901-ci ildə Rosarioda İtaliyalı immiqrantların ailəsində anadan olmuşdur. Libonatti karyerasına1917-ci ildə, Nicasio Vila Kubokunda debüt etdiyi "Nyuls Old Boys" komandasında başlayır. Libellatti burada ümumilikdə 141 oyunda iştirak etmiş və 78 qol vuraraq üç dəfə Nicasio Vila Kubokunun sahibi olmuşdur. Libonatti, 1919-cu ildə Argentina yığmasında debüt edir. Argetnina millisində 15 oyun keçirdərək 8 qol vurur. 1925-ci ilin yayında, onun İtalyan mənşəli istifadə edərək (Julio valideynləri Genuyadan idi), ikili vətəndaşlığın verdiyi icazə ilə "Torino" klubuna keçir. Bu transferdən sonra Xulio Avropada çıxış edən ilk argentinalı futbolçu olur.
Abdulcəlil Xuluqvi
Abdulcəlil Xuluqvi (ləzg. Абдулджелил Хулухви; 1880-1937) və ya doğum adı ilə Abdulcəlil Sadiq oğlu Ramazanov — Ləzgi əsilli Azərbaycan şairi. O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır. == Həyatı və fəaliyyəti == Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Rusiya imperiyasının, Bakı quberniyasına daxil, Xuluq kəndində (hazırda Qusar rayonu ərazisində) anadan olub. O, Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən Əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şeirlərinin yaradıcılığını öyrənmişdir. Abdulcəlil Azərbaycan, fars, türk, ərəb dillərinidə bilirdi. Onun həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdi. Abdulcəlil Əhməd Cavad və Mircəfər Bağırovla dostluq etmişdir.
Xulda qapıları
Xulda qapıları — (İbranicə: שערי חולדה, Sha'arei Hulda) Hasmona dövründə Qüds Məbədi kompleksinə aparan Yerusəlimin Köhnə Şəhərinin Qapılarından biri idi və Mişnada belə adlandırılmışdır. Bu termin hazırda Qüdsün Köhnə Şəhərində yerləşən, xeyli genişləndirilmiş Herodian Məbədi dağının bir hissəsi kimi tikilmiş Xulda qapıları kimi tanınan Üçlü Qapı və Qoşa Qapı kimi iki sonrakı qapı dəstinin qalıqları üçün istifadə olunur. Hər iki darvaza dəsti Məbədin Cənub Divarına qoyulmuşdu və yeraltı tağlı rampalar vasitəsilə Məbədin dağının esplanadasına çıxış imkanı vermişdi. Hər ikisi orta əsrlərdə divarlarla əhatə olunmuşdu. Qərb dəsti qoşa tağlı qapıdır (Qoşa Qapı), şərq hissəsi isə üç tağlı darvazadır (Üçlü Qapı). Qapıların xaricində və içərisində görünən bir neçə Herod memarlıq elementi hələ də var, halbuki bu gün gördüyümüz digər şeylərin əksəriyyəti sonradan, müsəlman dövrünə aid əsərlərdir. "Xulda qapıları" adı Mişnadakı Məbəd dağının təsvirindən götürülmüşdür. Ad üçün iki mümkün etimologiya verilir: "Xulda" ibrani dilində "köstəbək" və ya "siçan" deməkdir və bu qapılardan çıxan tunellər bu heyvanların istifadə etdiyi dəlikləri və ya tunelləri xatırladır. Alternativ olaraq, mümkün xalq etimologiyasında, Birinci Məbəd peyğəmbəri Xuldanın bu ərazidə məhkəmə apardığı və həqiqətən də onun məzarının bəziləri tərəfindən burada qoyulduğu deyilir. Alimlər arasında qəbul edilən rəy belədir ki, Mişnanın təsviri Hasmona dövründə Məbəd dağının müqəddəs ərazisinə aiddir.
Xulia Pou
Mariya Xulia Pou Brito del Pino (1947, Montevideo) — Uruqvaylı siyasətçi, Uruqvay Milli Partiyasının üzvü, Uruqvayın birinci xanımı (1990–1995-ci illərdə), Uruqvayın Senatoru (2000–2005-ci illərdə), Uruqvayın hazırkı Prezidenti Luis Alberto Lakalye Pounun anası. == Həyatı == Julia Pou 10 iyul 1947-ci ildə Uruqvayın paytaxtı olan Montevideoda həkim Alejandro Pou de Santiaqo və Maria Eloisa Julia Brito del Pino Bordoninin ailəsində anadan olub. Onun Qonzalo və Aleksandro adlı iki qardaşı var. Paris Universitetində oxumuş, amma məzun ola bilməmişdir. Pou 1970-ci ildə Luis Alberto Lakalye ilə evlənmişdir. Cütlüyün üç övladı var — Pilar, Luis Alberto, Xuan Xose Manuel. Birinci xanım olduğu müddətdə Pou 1997-ci ilə qədər sədrlik etdiyi Accion Solidaria adlı xeyriyyə qeyri-hökumət təşkilatını təsisçisidir. Beatriz Argimon ilə birlikdə Pou Accion Comunitaria qrupunu yaratmış və 1999-cu il ümumi seçkilərində Uruqvay Senatına seçildi. 2000-ci ildən 2005-ci ilə qədər senator vəzifəsində fəaliyyət göstərmişdir. == Ədəbiyyat == Ellas 5.

Digər lüğətlərdə