Fikrət Akif oğlu Zeynallı (23 fevral 1995; Aşağı Öysüzlü, Tovuz rayonu — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fikrət Zeynallı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Öysüzlü, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Aşağı Öysüzlü |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Fikrət Zeynallı 1995-ci il fevralın 23-də Tovuz rayonunun Aşağı Öysüzlü kəndində anadan olub.[1] 2001-2012-ci illərdə A.Hüseynov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində, 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. Universiteti fərqlənmə ilə bitirib. Subay idi.[2]
Fikrət Zeynallı 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fikrət Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Fikrət Zeynallı noyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub.[2] Tovuz rayonunun Aşağı Öysüzlü kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynallı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fikrət Zeynallı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]