ZƏRNİGAR

Farsca “ətrafı zərlə bəzənmiş parça növü” deməkdir. Bizdə qadın adı ki­mi də işlədilir. Nigar sözünün bir mənası gözəl, şəkil deməkdir. Deməli, Zərnigar adı “qızıllı gözəl” (parlaq olan) kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZƏRİŞ
ZƏRRƏBİN
OBASTAN VİKİ
Zərnigar Ağakişiyeva
Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945 – 8 fevral 2018) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı. == Həyatı == Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb. Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır. == Fəaliyyəti == Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.
Zərnigar Dərbəndli
Zərnigar Dərbəndli — şeir qoşmaqda, aşıq məclisləri keçirməkdə ad çıxarmış Azərbaycan aşığı. == Həyatı == XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində yaşamışdır. Dərbənd hakiminin qızıdır. Mükəmməl təhsil görmüş, at çapmaq, qılınc oynatmaqla yanaşı, şer qoşmaqda, aşıq məclisləri keçirməkdə ad çıxarmışdı. Rəvayətə görə, məğlub etdiyi aşıqları zindana saldıran D.Z.Xudatlı Loğmanla yarışda məğlub olmuş, ona ərə getmək istəmiş, lakin bu sevda baş tutmamışdır. Sonralar Aşıq Valehə məğlub olan D.Z. ona ərə getmiş və Qarabağa köçmüşdür. Cünklərdə aşıq şerinin qoşma, gəraylı, təcnis, müxəmməs, qoşayarpaq, varsağı və s. şəkillərində yaratdığı şerlər mühafizə olunur. Onun Aşıq Valehlə eşq macəraları sonralar qoşulmuş "Valeh-Zərnigar" dastanında əksini tapmışdır.

Значение слова в других словарях

антиуто́пия запры́скать зарукоплеска́ть звездча́тка катало́нка мо́кнуть руле́точный сиву́шный але́ть импульси́вный настоя́ние ободря́ть переподгота́вливаться сухопу́тный величавый assai babyminder bibelot bionosis disarray inkle odontalgia Polack взмолиться трудиться