ZƏRNİGAR

Farsca “ətrafı zərlə bəzənmiş parça növü” deməkdir. Bizdə qadın adı ki­mi də işlədilir. Nigar sözünün bir mənası gözəl, şəkil deməkdir. Deməli, Zərnigar adı “qızıllı gözəl” (parlaq olan) kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZƏRİŞ
ZƏRRƏBİN
OBASTAN VİKİ
Zərnigar Ağakişiyeva
Zərnigar Fəti qızı Ağakişiyeva (6 noyabr 1945 – 8 fevral 2018) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Şöhrət ordeni mükafatçısı, Azərbaycan SSR dövlət mükafatı laureatı. Zərnigar Fəti qızı Ağakişiyeva (Ağakişi atasının babasının adıdır, Güləli isə babasının. 12 yaşında ikən atasının babasının adını özünə soyad seçib) 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü 11 il olub. Həyat yoldaşının peşəsi mədəniyyət sahəsinə aid deyildi. Övladları olmayıb. Zərnigar Ağakişiyeva 8 fevral 2018-ci ildə ürək çatışmazlığından Bakıda vəfat etmişdir. 9 fevral 2018-ci ildə Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılmışdır. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb.
Zərnigar Dərbəndli
Zərnigar Dərbəndli (d. XVIII əsrin I yarısı, Dərbənd - ö. 1840, Abdal Gülablı kəndi, Qarabağ, Rusiya imperiyası) — azərbaycanlı qadın-aşıq. 18-19-cu əsrlərdə Azərbaycan qadın aşıq məktəbinin görkəmli nümayəndələrindən biri. Aşıq Valeh ilə evlənmişdir. Məşhur "Valeh və Zərnigar" dastanının motivləri onların münasibətindən qaynaqlanmışdır. Aşıq ədəbiyyatında bu ikilinin deyişməsi də xeyli məşhurdur. XVIII əsrin ikinci yarısı və XIX əsrin birinci yarısında fəaliyyət göstərmiş qadın aşıq olan Zərnigar Dərbənd hakiminin qızı olmuşdur. Zərnigar öz dövrünün mükəmməl təhsilini almış və bir çox yerdə ziyalı kimi məşhurlaşmışdır. O, at sürmə, qılıncoynatma ilə məşğul olurdu, şeir yazır, yaradıcılıq gecələri keçirirdi.

Значение слова в других словарях