Şimal porsuğu: Ölməzlik (film, 2013)
Şimal porsuğu: Ölməzlik (ing. Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqoldu. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
== Məzmun ==
Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir.