Gürcüstan–Özbəkistan münasibətləri
Gürcüstan–Özbəkistan münasibətləri — Gürcüstan və Özbəkistan arasındakı ikitərəfli münasibətlər.
== İkitərəfli əlaqələr ==
=== Ticarət və iqtisadiyyat ===
Gürcüstan Respublikası Eduard Şevardnadze 4 sentyabr 1995-ci ildə gürcüstana rəsmi səfərdə olmuşdur. Bu səfər sayəsində iki ölkə arasında
ticarət və iqtisadi anlamda böyük irəliləyiş əldə edilmişdir. Səfər zamanı azad ticarət, investisiyaların qarşılıqlı təşviqi və mühafizəsi, beynəlxalq avtomobil nəqliyyatı, beynəlxalq avtomobil nəqliyyatı ilə bağlı icazələrin mübadiləsi, qarşılıqlı sistemin təşkili və fəaliyyətinə dair bir sıra sazişlər imzalanmışdır. Özbəkistan Prezidenti İslam Kərimovun 27-28 may 1996-cı il Gürcüstan səfəri zamanı imzalanmış dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilələr bu çərçivəni daha da gücləndirmişdir. Bunlardan ən vacibi Özbəkistan ilə Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi haqqında bəyannamə və maliyyə-sənaye qruplarının qurulması haqqında əsas razılaşmadir. İkitərədli əməkdaşlığın artırılması üçün özbək-gürcü işçi komissiyası təşkil olunmuşdur.
2000-ci ildə Gürcüstan və Özbəkistan arasında ticarət dövriyyəsi 1999-cu ilə nisbətdə 3 dəfə artmışdır. 2000-ci ildə Özbəkistanın Gürcüstana əsas ixracatını pambıq lifləri, enerji qaynaqları (neft məhsulları), ərzaq, kimyəvi maddələr və plastmaslar təşkil etdirdi. Gürcüstandan isə Özbəkistana meyvə, qoz, qəhvə, çay, şirniyyat, kimyəvi və ştapel lifləri, qara metallar və ondan hazırlanmış məhsullar, təyyarələr üçün avadanlıqlar.