ƏMƏNULLA

“Allahın bağışladığı” (aman verdiyi) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏMƏKÖMƏCİ
ƏMİ
OBASTAN VİKİ
Əmənulla mirzə Cahanbani
Əmənulla mirzə Cahangir mirzə oğlu Qacar (1869, Tehran – 1912, Təbriz) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə Cahangir mirzə oğlu 1869-cu ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Ziyaüddövlə ləqəbini daşıyırdı. Təhsilini Tehran Darülfünununun piyada qoşunlar sinfində bitirdikdən sonra zabit kimi İran Kazak briqadasına daxil olmuşdur. İran Kazak briqadasının zabiti olmuşdu. 1911-ci ildə Azərbaycan əyalətinin vali müavini təyin edilmişdi. Əmənulla mirzə h.q. 1301-ci (1883), 1302-ci (1884) və 1303-cü (1885) illərdə Dövlət Nəşriyyat və Tərcümə İdarələrində tərcüməçi işləmişdir. O, bu idarədə rus dili mütərcimi idi.
Əmənulla mirzə Qacar
Əmənulla mirzə Əmənulla mirzə oğlu Qacar (1890-1974) — Qacar şahzadəsi, briqada generalı. Əmənulla mirzə 1890-cı ildə anadan оlmuşdu. 1907-ci ildə Mixailоvsк Hərbi Aкadеmiyasına daxil оlmuşdu. Оranı bitirəndən sоnra Paris dе Guеrrе Məкtəbinə girmişdi. Bu məкtəbi də tamamladıqdan sоnra 1913-1915-ci illərdə şahın mühafizə qvardiyasının lеytеnant rütbəli zabiti оlmuşdu. 1916-cı ildə Iran оrdusunda кapitan rütbəsində xidmət еtmişdi. 1916-cı ildə gеnеral Starоsеlsкinin briqadasında mayоr rütbəsində qulluqda оlmuşdu. 1921-ci ildən 1922-ci ilədəк İran Kazak diviziyasında hərbi xidmətdən кеçmişdi. 1922-ci ildə Azərbaycan əyalətində gеnеral-mayоr rütbəsində коrpus коmandiri оlmuşdu. 1922-ci ildən 1926-cı ilədəк Məşhəddə briqadaya başçılıq еtmişdi.
Əmənulla xan Avşar
Əmənulla xan Avşar (Zəncan – Zəncan) — Zəncan xanlığının 1797-ci ildən 1810-cu ilə qədər olan dördüncü xanı. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, səh. 323–324. Abu’l-Ḥasan Ḡaffārī Kāšānī, Golšan-e morād, ed. Ḡ Ṭabāṭabāʾī Majd, Tehran, 1369 Š./1990. Moḥammad-Ṣādeq Nāmī Eṣfahānī, Tārīḵ-e gītīgošā, ed. S. Nafīsī, Tehran, 1317 Š./1938. J. R. Perry, Karim Khan Zand, Chicago, 1979.
Əmənulla xan Kəngərli
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əmənulla mirzə Qovanlı-Qacar
Əmənulla Mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (d. 8 yanvar 1857, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. 1937, Tehran, İran)- Bəhmən mirzə Qovanlı-Qacarın oğlu, Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun general-mayoru, İran Milli Məclisinin üzvü, İran-Sovet İttifaqı Dostluq Cəmiyyətinin rəhbəri. Qacarlar sülaləsinə mənsub şahzadə olmuşdur. Əmənulla mirzə Bəhmən mirzə oğlu 8 yanvar 1862-ci ilin yelizavetpol quberniyasının Şuşa şəhərində anadan olmuşdur. O, Cənubi Azərbaycanın hakimi olan Abbas Mirzə oğlu Bəhmən Mirzə ilə Çiçək xanımın evliliyindən dünyaya gəlmiş və ailənin XVII oğlan övladı olmuşdur. General-mayor Əmənulla Mirzə Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir. Sankt-Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında poruçik rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyulun 19-da Zaqatalada yerləşən 164-cü piyada alayında xidmətə başlamış, 1883-cü ildə baş leytenant rütbəsinə yüksəlmişdir. 20 noyabr 1886-cı ildə o, Kuban Kazaklarının II taboruna transfer edilmiş və sonradan həmin taborun komandiri olmuşdur.
Əmənulla xan Ziya əs-Soltan
Əmənulla xan Ziya əs-Soltan və ya Əmənulla xan Dünbüli Nəzər ul-Ayalə Ziya əs-Soltan — təbrizli aristokrat və Qacar şahı Müzəfərəddin şah Qacarın, Məhəmmədəli şah Qacarın və Əhməd şah Qacarın hakimiyyəti dövründə sarayda çalışmış şəxs. O, Məşrutə inqilabının qəhrəmanlarından biri hesab edilir. Əmənulla xanın ailəsi Nadir şahın ölümündən sonra formalaşan Təbriz və Xoy xanlıqlarını idarə etmişdilər. 1799-cu ildə Təbriz xanı Hüseynqulu xanın ölümündən sonra Xoya dönən Cəfərqulu xan Fətəli şah Qacarda özünün Xoy hakimi kimi tanınmasını istəmişdir. Fətəli şah bu təklifi rədd etmiş və oğlu Abbas Mirzəni Dünbülililərlə döyüşmək üçün göndərmişdir. Döyüş nəticəsində Abbas Mirzə qalib gəlmiş və Təbrizə daxil olmuşdur. 17 sentyabrda isə Xoya Qacar ordusu daxil olmuşdur. Bununla da, Xoy və Təbrizdə dünbülililərin əsas qüvvə olmasına son verilmişdir. 1809-cu ildə Təbriz xanlığı da yeni yaradılmış varis vilayətinə daxil edilmiş, onun mərkəzi olmuşdur. Əmənulla xan 1863-cü ildə Təbrizdə anadan olmuşdur.
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir Ai ləlidir. 1 qızı və 3 oğlu var. İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.

Значение слова в других словарях