Muxtar Əvəzov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir.
== Həyat və fəaliyyəti ==
Qazaxstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir.О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Çoxsaylı pyeslər (“Enlik və Kebek”, “El ağası”, “Baybişə və tokal”, “Ayman-Şolpan”, “Sərhəddə”, “Xan Kenə”, “Ağ ağcaqayın”, “Oktyabr uğrunda”, “Abay” – L.Sobolevlə birlikdə və s.), hekayələr və povestlər (“Fırtına”, “Yetim nəsibi”, “Oxumuş vətəndaş”, “Çöl hekayələri”, “Evlənmə”, “Yaslı gözəl”, “Qanlı gecə”, “Karaş-karaşda olay” – Aşırımda atəş”, “Barımta”, “Gənc nəsil” və s.