Çuvaşiya Respublikası

coğ. la République des Tchouvachie f

çuvaşca
çünki
OBASTAN VİKİ
Ekvador Respublikası
Ekvador (isp. Ecuador) və ya rəsmi adı ilə Ekvador Respublikası (isp. República del Ecuador) — Cənubi Amerikada dövlət. Ekvador Cənubi Amerikanın şimal-qərbində yerləşir. Şimalda Kolumbiya, şərqdə və cənubda Peru ilə həmsərhəddir. Qərbdə isə Sakit okeana çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Kito, ümumi sahəsi 256,370 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ekvador həmçinin materikdən təxminən 1000 kilometr qərbdə yerləşən Sakit okeandakı Qalapaqos adalarını da əhatə edir. == Tarixi == Hazırkı Ekvadorun ərazisi ispanlar tərəfindən 1534-cü ildə zəbt edilmişdir. 1739-cu ildə bu ölkənin ərazisi Kolumbiyanın və Venesuelanın da daxil olduğu Yeni Qrenada Vitse-Krallığının tərkibinə daxil olur.
Ermənistan Respublikası
Ermənistan (erm. Հայաստան — Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası (erm. Հայաստանի Հանրապետություն) — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir. Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir.
Estoniya Respublikası
Estoniya (rəsmi adı Estoniya Respublikası) — Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Estlandiya (ائستلان‌دییا) adlandırılmışdır. Estoniya müstəqilliyini 20 avqust 1991-ci ildə bərpa etmişdir. Estoniya demokratik parlament respublikası olub, inzibati cəhətdən 15 maakonda (region) bölünür.
Etsu Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Ezo Respublikası
Ezo Respublikası (yap. 蝦夷共和國, transkripsiyanın digər variantı Etsu Respublikası) — 1868–1869-cu illərdə Ezo adasında mövcud olan dövlət. Tarixi mənbələrdə Asiyada yaranan ilk respublika kimi qeyd edilir.
Fici Respublikası
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Filippin Respublikası
Filippin (filip. Pilipinas; ing. Philippines) və ya rəsmi adı ilə Filippin Respublikası (filip. Republika ng Pilipinas; ing. Republic of the Philippines) — Cənub-şərqi Asiyada ada-dövlət. Filippin Sakit okeanda yerləşir və ölkə qərbdən Cənubi Çin dənizi, şərqdən Filippin dənizi, cənub-qərbdən Sulavesi dənizi ilə əhatə olunmuşdur. Şimaldan Tayvan, şimal-şərqdən Yaponiya, şərqdən Palau, cənubdan İndoneziya, cənub-qərbdən Malayziya və Bruney, qərbdən Vyetnam, şimal-qərbdən isə Çinlə su sərhəddinə malikdir. Paytaxtı Manila, ən böyük şəhəri Keson, ümumi sahəsi 300,000 kvadrat kilometr, əhalisinin sayı 105 milyon nəfərdən çoxdur. Filippin şimaldan cənuba doğru Luson, Visay və Mindanao adaları başda olmaqla 7641 adadan ibarətdir. == Tarixi == == Coğrafi mövqeyi == Filippin dövləti Asiyanın cənub-şərqində, Malay arxipelaqına daxil olan Filippin adalarında yerləşir.
Finlandiya Respublikası
Finlandiya, rəsmi adı ilə Finlandiya Respublikası — Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin dili və isveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır. Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.
Fiume Respublikası
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Florensiya Respublikası
Florensiya Respublikası (lat. Respublica Florentina, it. Repubblica fiorentina) — şimali İtaliyada 1115-1185 ci və 1197-1532 ci illər arasında mövcud olmuş müstəqil respublika.
Fransa Respublikası
Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Firəngistan — Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük 3-cü ölkəsidir. Avropa qitəsinin qədim dövlətlərindən sayılır. Kontinental Fransa cənubda Aralıq dənizindən şimalda La-Manş və Şimal dənizinə, şərqdə Reyn çayından qərbdə Atlantik okeanına qədər uzanan torpaqlarda yerləşir. Fransızlar torpaqlarının formasına görə ölkələrini altıbucaqlı (fransızca: L'Héxagone, "l'e-gza-gon" kimi oxunur) adlandırırlar. Fransa idarəetmədə yarı prezident sistemi olan unitar dövlətdir. Ölkənin əsas prinsipləri və idealları İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində izah edilir.
Fəhlə respublikası
Sosialist dövlət, Sosialist ölkə, Sosialist respublika və ya Fəhlə respublikası — konstitusiyasına əsasən sosializmə yönəlmiş suveren dövlət. "Kommunist dövlət" termini Qərb mediasında adətən Marksizm–Leninizm və ya Maoizmin bir variantına bağlı olan partiyalar tərəfindən idarə edilən təkpartiyalı sosialist dövlətlərə verilən bir addır. Bu dövlətlərin əksəriyyəti sosilizmin inkişafı prosesində və ya kommunizmi əldə etməmiş olduqlarını iddia etdiklərindən özlərini "sosialist dövlət" hesab edirlər Bir sıra dövlətlər Marksizm–Leninizm siyasi sisteminə və ya onun variantlarına bağlı olmadan öz konstitusiyalarında sosializmin bəzi anlayışlarından istifadə edirlər. Sosialist dövlət özünü sosialist partiya adlandıran bir siyasi təşkilat tərəfindən idarə olunan çoxpartiyalı liberal demokratiyadan fərqlənir, çünki bu hallarda ölkə konstitusiyasına əsasən hökumət sosialist bir cəmiyyət qura bilməz. Belə hallarda siyasi sistem və hökumət mexanizmi məhz sosializmin inkişafı ilə məşğul olmaq üçün strukturlaşdırılmamış olur. Sosialist dövlət anlayışı "dövlət sosializmi" ilə yaxından əlaqəlidir. Dövlət sosializmi hökumət fəaliyyəti və ya siyasətinin tətbiqi yolu ilə bir sosialist sistemin qurulacağına inanan siyasi bir baxışdır. Belə ki, sosialist dövlət anlayışı adətən leninistlər və marksist–leninistlər tərəfindən müdafiə edilir. Buna baxmayaraq, bu fikir bəzi klassik marksistlər tərəfindən ya gərəksiz, yada səmərəsiz hesab edilir. Marksist–Leninist siyasi görünüşə görə, "sosialist dövlət" ölkənin iqtisadi, sosial və siyasi işlərini ölkəni sosializmin həyata keçirilməsinə yönəldən bir avanqard partiyanın nəzarəti altındakı hökumətin təşkil etdiyi bir dövlətdir.
Gürcüstan Respublikası
Gürcüstan (gürc. საქართველო – Sakartvelo) — Cənubi Qafqazda dövlət. Gürcüstan Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Şimalda Rusiya, şərqdə Azərbaycan, cənubda Ermənistan və Türkiyə ilə həmsərhəddir. Ölkənin qərbində isə Qara dəniz yerləşir. Paytaxtı və ən böyük şəhəri Tbilisi şəhəri, ümumi sahəsi 69,700 kvadrat kilometrdir. Gürcüstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Kolxida və İberiya krallıqlarına gedib çıxır. Dünyada xristanlığı qəbul edən 2-ci dövlət olan Gürcüstan XI və XII əsrlərdə ən qüdrətli çağını yaşamışdır.
Heyvan respublikası
Heyvanıstan, Heyvan respublikası və ya orijinal adı ilə Heyvan ferması (ing. Animal Farm) – Corc Oruell tərəfindənilk dəfə 17 avqust 1945-ci ildə İngiltərədə nəşr edilmiş satirik alleqorik roman. Kitab, bir cəmiyyət yaratmaq ümidi ilə öz fermerlərinə qarşı üsyan edən bir qrup ferma heyvanının hekayəsindən bəhs edir. Heyvanlar bərabər, azad və xoşbəxt ola bilər. Nəhayət, başlayır və ferma Napoleon adlı bir donuzun diktaturası altında əvvəlki kimi pis bir vəziyyətə gəlir. Oruellin fikrincə, nağıl 1917-ci il Rusiya İnqilabına və sonra Sovet İttifaqının Stalinizm dövrünə gedən hadisələri əks etdirir . Demokratik sosialist olan Oruell İosif Stalinin tənqidçisi və Moskvanın idarə etdiyi stalinizmə düşmən münasibət bəsləyirdi . ispan vətəndaş müharibəsi . İvon Davetə yazdığı məktubda Oruell təsvir etmişdir Heyvan ferması Stalinə qarşı satirik bir nağıl kimi (“ un conte satirique contre Staline ”) və “ Niyə yazıram” (1946) essesində yazırdı ki, “ Heyvanlar ferması” tam şüurla oxumağa çalışdığı ilk kitabdır. etdiyi işin "siyasi məqsədi və bədii məqsədi bir bütövlükdə birləşdirmək".
Kaliforniya Respublikası
Kaliforniya Respublikası - Şimali Amerikada Meksikadan bir tərəfli olaraq müstəqilliyi 14 iyun 1846-cı ildə edir. ABŞ-dən gəlmə miqrantlar tərəfindən qurulan və tanınmayan dövlət. 1 ay ərzində fəaliyyət göstərmişdir. 13 may tarixində Meksika-ABŞ müharibəsi başlayır ancaq üsyançıların bundan xəbəri olmur. Üsyançılara Cons Frimont başçılıq edirdi. Onlar Meksikanın Şimali Kaliforniya vilayətinin komendantını həbs edirlər və müstəqiliyi elan edirlər. Ölkənin paytaxtı Sonone idi. Ölkənin ilk və tək prezidenti isə Vilyam İd olur. Onun hakimiyəti cəmi 25 gün davam edir. 23 iyun tarixində Frimontun rəhbərliyi ilə Kaliforniya batalyonu yaradılır.
Kalmıkiya Respublikası
Kalmıkiya Respublikası (rus. Республика Калмыкия, kalm. Хальмг Таңһч) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Elista şəhəridir. Kalmıkiya Avropada buddizmin ən çox ibadət edildiyi yerdir. == Coğrafiya == Respublikanın ərazisi 75.9 min kvadrat kilometrdir. Əhalisi 327 min nəfərdir. Qərbdən Rostov vilayəti, cənubdan Dağıstan Respublikası və Stavropol diyarı ilə həmsərhəddir. Kalmıkya neft (Vısokov, Göllərarası, Kanışan), təbii qaz (Yermolinsk, Mejev, İni-Burul), xörək duzu (Mojar) və tikinti materialları (Başantin, Arşan, Ulanxol) ilə zəngindir. İqlimi kəskin kontinental olub, isti və quru yaya, az qarlı və soyuq qışa malikdir.
Kamerun Respublikası
Kamerun (fr. Cameroun, ing. Cameroon), rəsmi olaraq Kamerun Respublikası (fr. République du Cameroun, ing. Republic of Cameroon) — Mərkəzi Afrikanın qərbində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Nigeriya, Çad, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Qabon, Ekvatorial Qvineya və 402 km-lik sahil xətti ilə Atlantik okeanı təşkil edir. Ölkənin paytaxtı Yaundedir. == Tarixi == 15-ci əsrin əvvəllərində bölgəyə gələn portuqaliyalı işğalçılar burada koloniyalar qurmağa başladılar. Region xalqını kölə ticarətində istifadə etməyə başladılar. 1864-cü ildə alman müstəmləkəsi olan Kamerun, Almanlar tərəfindən zorla sərt bir sistemə söykənən, koloniyanın infrastrukturunu inkişaf etdirmək üçün layihələrə başladılar.
Keniya Respublikası
Keniya (suah. Kenya; ing. Kenya) və ya rəsmi adı ilə Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Birləşmiş Krallıqdan müstəqillik əldə etmişdir. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.
Kolumbiya Respublikası
Kolumbiya (isp. Colombia), rəsmi adı Kolumbiya Respublikası (isp. República de Colombia [reˈpuβlika ðe koˈlombja]) — Cənubi Amerikada dövlət. == Etimologiya == Kolumbiya sözü Xristofor Kolumbun adı ilə bağlıdır (italyanca: Cristoforo Colombo; ispanca: Cristóbal Colón). Kolumbiya İspan ağalığına qarşı vuruşduğu bir anda ölkədə 1812-1814 ci illərdə Birinci Kolumbiya vətəndaş müharibəsi baş verir. 1819-cu ildə Böyük Kolumbiya Respublikası elan olundu. Bu respublikaya Venesuela general-qubernatorluğu və Yeni Qranada vitse-krallığı (indiki Kolumbiya, Panama, Venesuela və Ekvador) daxil idi. 1835-ci ildə Venezuela və Ekvador vahid dövlətdən ayrıldıqdan sonra, qalan ərazidə Yeni Qranada Respublikası yaradıldı. 1858-ci ildə Yeni Qranadanın adı rəsmən dəyişdirilərək Qranada Konfederasiyası adlandırılır, 1863-cü ildə Birləşmiş Kolumbiya Ştatları və nəhayət 1886- ildəki konsitutsiyanın qəbulu ilə indiki adı - Kolumbiya Respublikası oldu. == Tarixi == === Koloniyalar === XVI əsrdən etibarən ispanlar Cənubi Amerikada, o cümlədən indiki Kolumbiya ərazisində koloniyalar qurmağa başladı.
Komi Respublikası
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Komrat Respublikası
Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika. == Tarixi == 1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı. Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. 6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu. 10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir.
Konk Respublikası
Konk Respublikası — ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Konqo Respublikası
Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo – Brazzaville olaraq da adlandırılan və 1969–1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Kabinda bölgəsi, Qabon və Atlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir. == Coğrafiyası == Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayı və Ubangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzavil, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır. Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504 km-lik quru sərhəddən 201 km-i Anqola (Cabinda bölgəsi), 523 km-i Kamerun, 467 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Demokratik Konqo Respublikası, 1.903 km-i Gabon ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 169 km-lik çıxışı var. == Əhalisi == 2013-cü ilin məlumatlarına görə ölkədə əhali təxmini sayı 4,492,689 nəfərdir. Ölkədə əhalinin orta yaş həddi 19,2 səviyyəsində olub , əhali sıxlığı 11 nəfər/km² ilə aşağı sıxlıqdadır.
Koreya Respublikası
Koreya Respublikası (kor. 대한민국) və ya Cənubi Koreya, Şərqi Asiyada ölkədir. Koreya yarımadasının cənubunu təşkil edir və Koreya silahsızlaşdırılmış zonası ilə Şimali Koreyadan ayrılır. Ölkənin qərb sərhədi Sarı dəniz, şərq sərhədi isə Yapon dənizi ilə əhatə olunmuşdur. Cənubi Koreya bütün yarımadanın və ona bitişik adaların yeganə qanuni hökuməti olduğunu iddia edir. Ölkənin təxminən 51.96 milyon əhalisi var və onun təxminən yarısı Seul Paytaxt Bölgəsində yaşayır. Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi.
Latviya Respublikası
Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) və ya Liflyandiya, rəsmi adı ilə Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir.