ÖY

Danışıqda sözümün öyü var işlədilir. Öy “iç”, “məğz” deməkdir. Sözün əsli ay (aya) kimi olub, “ovuc” deməkdir. İndi “məğz, mahiyyət” anlamlarını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÖVLAD
ÖYƏDƏK
OBASTAN VİKİ
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliyanın öyrənilmə tarixi — Avstraliya qitəsinin sahilləri boyunca hərəkət edən Avropa səyyahlarını apardığı tədqiqatlar və etdiyi kəşflər. == Tarixi == Avstraliya haqqında Avropaya ilk məlumatı XVI əsrdə Portuqaliya dəniz səyyahları gətirmişdilər. Hollandiyalı Villem Yanszon 1606-cı ildə Keyp-York yarımadasının qərb sahilinin şimal hissəsini tədqiq etmişdir. XVII əsrdə Avstraliya sahillərindəki ən böyük kəşfləri, əsasən, Hollandiya dənizçiləri etdiklərindən, materiki Yeni Hollandiya adlandırdıılar. 1618–1622-ci illərdə hollandiyalı dəniz səyyahları Avstraliyanın qərb sahillərinin böyük bir hissəsini kəşf etdilər. 1623-cü ildə Yan Karstens və Villem van Kolstert, 1627-ci ildə Fransua Teysen və Piter Neyts Avstraliyanın sahillərini tədqiq etmişdir. 1642–1643-cü illərdə Abel Tasman Van-Dimen Torpağını (Tasmaniya) və Yeni Zelandiyanı kəşf, 1644-cü ildə isə şimal və şimal-qərb sahillərdə xeyli ərazini tədqiq etmişdir. 1699-cu ildə ingilis dəniz qulduru Uilyam Dampir Avstraliyanın şimal-qərb sahilində bir sıra körfəz və buxtanı kəşf etmişdir. 177-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk özünün ilk dünya səyahəti zamanı Avstraliyanın şərq sahillərini kəşf etmiş və Torres boğazı ilə Mərcan dənizindən Arafur dənizinə keçmişdir. 1798-ci ildə ingilis Corc Bass, sonralar onun şərəfinə adlandırılmış boğazı kəşf etmişdir.
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi
Avstraliyanın quru ərazisinin öyrənilmə tarixi — Avstraliyanın daxili hissəsinin avropalı müstəmləkəçilərə açılması. Bu, 1788–1900-cü illəri əhatə edən bir dövrdə baş vermişdir. == Tarixi == 1813–1817-ci illərdəki ekspedisiyalar nəticəsində Böyük Suayırıcı silsiləsinə keçilmiş, ondan qərbdəki düzənliklər kəşf olunmuşdur. İngilis səyyahları Çarlz Stört (1829–1830), Tomas Mitçell (1835–1836), Corc Qrey (1837–1839) Avstraliya çay sistemlərini və s. tədqiq etmişdir. 1840-cı ildə Polşa səyyahı Pol Edmund Stşeletski Avstraliya Alp dağlarını keçmiş və Avstraliyanın ən yüksək zirvəsi olan Kostyuşko dağını kəşf etmişdir. Avstraliyanın mərkəzi səhra rayonlarında Stört (1844–1846), Oqastes Qreqori (1855–1856 və 1858) və başqaları tədqiqat aparmışdır. 1860-cı ildə ingilis Robert Berk, ilk dəfə olaraq, Avstraliya materikini Adelaidadan Karpentariya körfəzinədək keçmişdir. 1862-ci ildə Con Stüart Mərkəzi Avstraliyada tədqiqat aparmışdır. Qərbi Avstraliyanın daxili səhra rayonlarını Con Forrest (1869, 1870, 1874), Ernest Cayls (1872–1873, 1875–1876), Piter Uorberton (1873), D. Lindsey (1801), L. Uels (1896), Devid Karnegi (1896) tədqiq etmişlər.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Həyat öyrədir (film, 1961)
== Məzmun == Film əvvəlcə səhv addım atan "Şəfəq" sovxozunun sürücüü İsmayılın (Giuli Çoxonelidze) sonradan səhvini başa düşənrək həyatdan ibrət dərsi götürüb, cəmiyyətimiz üçün faydalı adam olmasından danışır.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Maşın öyrənmə
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Maşın öyrənməsi
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. == Əvvəlcədən öyrətmə probleminin ümumi ifadəsi == Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Müsəlman Şərqini Öyrənən Cəmiyyət
Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı. == Yaranması == 1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər. == Fəaliyyəti == Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi. Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır).
Məşədi Qulam qiraət öyrənir (pyes)
Məşədi Qulam qiraət öyrənir — == Əsər haqqında == "Məşədi Qulam qiraət öyrənir" pyesi 1971-ci ildə Kamran Məmmədov tərəfindən Azərbaycan Dövlət nəşriyyaıtnda nəşr edilən "Seçilmiş əsərlər"i kitabına daxil edilmişdir. Əbdürrəhim bəy Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir" əsərini 1927-ci ildə qələmə alıb. Bir pərdə iki şəkildən ibarət olan əsər yazıçının Sovet dövründə qələmə aldığı ilk komediya kimi tanınır. Əsərdə cahil və sadəlövh obraz olan Məşədi Qulamın başına gələn hadisələr təsvir olunur. Həyat yoldaşına xəyanət edən Məşədi Qulam Quran öyrənmək adı ilə Nataşanın evinə gedir və qadın tərəfindən sərxoş edilir. Sərxoş olduğu üçün Nataşa onun bütün pullarını ələ keçirir. Sonra Məşədi Qulamın həyat yoldaşı və oğlu həmin yerdən onu götürürlər. Əsər komediya janrında olduğu üçün bütün dövrlərdə insanların diqqətini cəlb edir.
Qanlı yumruq 8: Öldürməyə öyrədilən (film, 1996)
"Qanlı yumruq 8: Öldürməyə öyrədilən" (ing. Bloodfist VIII: Trained to Kill) — Don Vilsonun filmlərindən biridir. Digər adı "Qanlı yumruq 8: Çətin çıxış yolu" (ing. Bloodfist VIII: Hard Way Out) kimi səslənir. == Məzmun == Kris atası Rik Koueni bəxtigətirməyən hesab edir. Amma banda onların evinə hücum edən zaman Rik onların öhtəsindən asanlıqla gəlir...
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı
Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı (Konqres Kitabxanası)
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
Yerin kosmosdan öyrənilməsi
Yerin kosmosdan öyrənilməsi (rus. изучениe Земли из космоса, ing. Earth`s study from the space) — yerin süni peyklərində yerləşdirilmiş avtomatik kosmik cihazlar vasitəsilə alınan geoloji və geofiziki məlumatların işlənilməsi və bu məlumatlardan Yerin inkişaf və quruluşunda əsas qanunauyğunluğu müəyyən etməkdə, eyni zamanda faydalı qazıntıların axtarışında, qlobal və regional geoloji strukturaların öyrənilməsində, geoloji xəritələşdirmədə, müasir fiziki-geoloji proseslərin öyrənilməsində və digər məqsədlər üçün istifadə edilməsi. Yerin kosmosdan öyrənilməsində həmçinin kosmik şəkillərin /fotoqrafik və televiziya/ geoloji və geomorfoloji deşifrə edilməsindən də istifadə olunur.
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. === Tarixi abidələri === Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. == Şəxsi həyatı == Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Öykü Çəlik
Öykü Çəlik (13 iyul 1987, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Öykü Çəlik 13 iyul 1987-ci ildə İstanbulda anadan olub. Boyu 1.70 metr, çəkisi 60 kq-dır. Öykü Çəlik göy rəngi çox sevdiyini bildirir, çünki onun gözləri də bu rəngdədir. Atası futbol məşqçisi olduğu üçün və ailəvi səbəblərdən 11 ildə düz 9 məktəb dəyişdirmişdir. O, ingilis dilini çox gözəl bilir və aktrisalıqdan başqa futbol, buz konkisi və digər idmanlarla maraqlanır. Öykü Çəlik Bilkənt universitetinin teatr fakültəsində oxumuşdur. Lakin o, ali təhsilini yarımçıq buraxmısdır. Səbəb isə odur ki, tələbik illəri zamanı bir maşın qəzası keçirməsidir. "Selena", "Eşref saatı", "Könülçələn" kimi seriallarda rol alan Öykü Çəlik "Nuri" serialında canlandırdığı Reyna xarakteriylə böyük maraq doğura bilmişdir.
Öyləqulu
Öyləqulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Öyrənmə əyrisi
Öyrənmə əyrisi (ing. learning curve) — müəyyən biliklərin, yaxud fəaliyyət növünün öyrənilməsi tezliyinin dəyişilməsini göstərən qrafik. Adətən, yeni informasiyanın yadda saxlanılması bacarığı verilmiş fəaliyyətin mənimsənilməsinin ilk çağlarında maksimal olur. Sonra isə öyrənmə sürəti tədricən azalır ki, bu da materialın mənimsənilməsi üçün daha çox təkrarlamalara ehtiyac olduğunu göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə — Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. == Həyatı == Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır. 1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. == Əsərləri == Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
"Kosmosun öyrənilməsindəki xidmətlərinə görə" medalı
"Kosmosun öyrənilməsində Xidmətlərinə Görə" medalı — Rusiya Federasiyasının dövlət mükafatı. == Mükafatın tarixi == Medalı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında" 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "kosmosun öyrənilməsində Xidmətlərinə Görə" Rusiya Federasiyası Prezidentinin Fərmanı İlə təsis edilib. Eyni sərəncamla medalı haqqında Əsasnamə və onun təsviri təsdiq edilib. Rusiya Federasiyası Prezidentinin fərmanı ilə 16 dekabr 2011-ci il tarixli 1631 saylı medalının əsasnaməsi və təsviri olan medal miniatür surəti nəzərdə tutulmuş əlavələr edilib.
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. == Tərifi == Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.

Значение слова в других словарях