ŞƏNAY

şən Ay; parlaq Ay; məmnunedici gözəl qız.
ŞƏNALƏM
ŞƏNBAHAR
OBASTAN VİKİ
Şənay (müğənni)
Şənay Yüzbaşıoğlu (türk. Şenay Yüzbaşıoğlu; 19 yanvar 1947, İstanbul – 4 yanvar 2013, İstanbul) — Türkiyə müğənnisi. "Sev Kardeşim" və "Hayat Bayram Olsa" mahnıları ilə tanınmışdır. == Həyatı və karyerası == 19 yanvar 1947-ci ildə İstanbulda doğulmuş Şənay müğənni karyerasına 1969-cu ildə Erkan Özermanın Ankaradakı "Anaştarlı Bulvar" adlı gecə klubunda başlamışdı. Daha sonra Şənay İstanbul Orkestrində Şerif Yüzbaşıoğlu, Salim Ağırbaş, Atilla Özdemiroğlu, Selçuk Başar, Uğur Başar, Garo Mafyan, Asım Erkendən ibarət orkestrdə İlhan Kayralla birlikdə solist oldu. 1971-ci ildə isə o, orkestrin rəhbəri Şerif Yüzbaşıoğlu ilə ailə qurmuşdu. 1971-ci ildə Şənay Yüzbaşıoğlunun "Benim Olursan/Sev Kardeşim" adlı albomu satışa çıxdı. O, türk pop-musiqisinin ən məşhur ifaçılarından biri idi. Ş.Yüzbaşıoğlunun "Sev Kardeşim", "Hayat Bayram Olsa", "Beyaz Ülke", "Gerçek Nerde?", "Açıl Susam Açıl", "Ve Ağlıyorum", "Varlar Yoklar", "Dön Artık", "Sev Yeter ki", "Dünden Bugüne", "Sessiz Bir Yer" kimi məşhur mahnıları vardı.
Şənay Yüzbaşıoğlu

Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (3 sentyabr 1994, Çorum – 9 iyun 2017, Qozluq, Batman ili) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. == Həyatı və öldürülməsi == 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür.