Azərbaycan qadın adlarının izahlı lüğəti.

  • YAĞMURÇA

    balaca ceyran; balaca xallı maral

    Tam oxu »
  • YAXŞI

    müsbət keyfiyyətləri üstün olan; sevincli, mehriban

    Tam oxu »
  • YAXŞIBƏYİM

    bax: Yaxşı və Bəyim

    Tam oxu »
  • YAXŞIÇİÇƏK

    yaxşı çiçək, yaxşı gül, gözəl gül-çiçək

    Tam oxu »
  • YAXŞIGÜL

    yaxşı çiçək, yaxşı gül, gözəl gül-çiçək

    Tam oxu »
  • YAXŞIXANIM

    bax: Yaxşı və Xanım

    Tam oxu »
  • YAXŞIQIZ

    yaxşı, xoşagələn qız

    Tam oxu »
  • YAXŞINİSƏ

    xoşagələn qız, bəyənilən qız

    Tam oxu »
  • YAQUT

    qırmızı rəngli qiymətli parlaq daş

    Tam oxu »
  • YANARGÜL

    yanan gül, alovlanan gül; qırmızı gül

    Tam oxu »
  • YARAŞIQ

    bəzək, ziynət; qəşənglik, gözəllik

    Tam oxu »
  • YARPAQ

    ağac, kol, başqa bitkilərin yaşıl hissələri; vərəq, səhifə

    Tam oxu »
  • YARPIZ

    su kənarlarında bitən çöl nanəsi

    Tam oxu »
  • YASƏMƏN

    müxtəlif rəngli salxımvarı çiçəklər açan kol

    Tam oxu »
  • YAŞILXANIM

    təzə, yeni xanım, cavan xanım

    Tam oxu »
  • YAVRUM

    mənim cocuğum, mənim balam, mənim körpəm

    Tam oxu »
  • YAVRUMA

    mənim cocuğum, mənim balam, mənim körpəm

    Tam oxu »
  • YAYGÜL

    yay gülü, yayda açılmış gül

    Tam oxu »
  • YAYGÜLÜ

    yay gülü, yayda açılmış gül

    Tam oxu »
  • YAYLA

    yayda sərin və səfalı yerdə istirahət etmək; saf, ürəyitəmiz

    Tam oxu »
  • YAYNAZ

    yay nazı, yay işvəsi; nazlı, işvəli yay

    Tam oxu »
  • YAZBAHAR

    eyni mənalı “yaz” və “bahar” sözlərindən düzəlmişdir

    Tam oxu »
  • YAZBƏHƏR

    yaz meyvəsi, baharın barı, nəticəsi

    Tam oxu »
  • YAZBİKƏ

    yaz bikəsi, bahar gözəli, qızı

    Tam oxu »
  • YAZÇİÇƏK

    bahar çiçəyi, yaz gülü, yazda açan gül

    Tam oxu »
  • YAZDAGÜL

    bahar çiçəyi, yaz gülü, yazda açan gül

    Tam oxu »
  • YAZGÜL

    bahar çiçəyi, yaz gülü, yazda açan gül

    Tam oxu »
  • YAZGÜLÜ

    bahar çiçəyi, yaz gülü, yazda açan gül

    Tam oxu »
  • YAZNURƏ

    yaz nuru, yaz işığı; nurlu, işıqlı yaz kimi qız

    Tam oxu »
  • YEGANƏ

    tək bir, bircə, vahid

    Tam oxu »
  • YEKBƏYİM

    bir bəyim, yeganə bəyim

    Tam oxu »
  • YEKƏXANIM

    böyük xanım, bədəni iri olan xanım

    Tam oxu »
  • YEKPARƏ

    bütün, bütöv, tam, bir parça; vahid parçalanmaz

    Tam oxu »
  • YEKSANƏ

    bir xalis qız, bir təmiz gözəl

    Tam oxu »
  • YEKSARA

    yeganə bikə, nəsil anası

    Tam oxu »
  • YEKSARƏ

    yeganə bikə, nəsil anası

    Tam oxu »
  • YEKTA

    tək, təkcə, yalnız, yeganə; tayı olmayan, bənzərsiz

    Tam oxu »
  • YEKTARA

    yeganə xanım, yeganə qız

    Tam oxu »
  • YELANƏ

    işıqlı; seçilmiş; mehriban

    Tam oxu »
  • YELDA

    dekabrın 21-nə təsadüf eləyən ən uzun gecə hesab edilən yelda gecəsi ilə əlaqədardır

    Tam oxu »
  • YELENA

    işıqlı; seçilmiş; mehriban

    Tam oxu »
  • YENGƏ

    gəlini ər evinə aparan, ona rəhbərlik edən qadın; bacı

    Tam oxu »
  • YENİGÜL

    təzə açılmış gül, təravətli gül

    Tam oxu »
  • YENİLƏ

    təzələ, təzəsi ilə əvəz et

    Tam oxu »
  • YETARƏ

    bəs olar, kifayət edər; daha qız lazım deyil

    Tam oxu »
  • YETƏR

    bəs olar, kifayət edər; daha qız lazım deyil

    Tam oxu »
  • YƏĞMANAZ

    naz ilə talayan, naz ilə qarət edən

    Tam oxu »
  • YƏMƏN

    sağ tərəf (Yəmən adındandır)

    Tam oxu »
  • YƏMƏNGÜL

    Yəmən gülü, Yəmən çiçəyi

    Tam oxu »
  • YILDIZ

    bax: Ulduz//Ulduza

    Tam oxu »