ŞAHİN

I
сущ. сокол:
1. хищная птица с сильным клювом и длинными острыми крыльями, парящая во время полёта. Ov şahini ловчий сокол, şahin saxlayan соколятник, şahin balası соколёнок, şahin ovçusu сокольник, зоол. şahin fəsiləsi соколиные (название сем. птиц отряда хищных, к которому относятся сокол, кобчик и др. )
2. перен. о лётчиках и самолётах. İgid şahinlərimiz наши храбрые соколы, göydə şahin qatarqatardır на небе соколы вереницами, şahin kimi uçmaq летать как сокол
3. перен. о юноше, мужчине, отличающемся смелостью, удалью, красотой. Azərbaycan şahinləri азербайджанские соколы
II
прил. соколиный, соколий:
1. относящийся к соколу, принадлежащий ему. Şahin qanadı соколье крыло, şahin uçuşu соколиный полёт, şahin yuvası соколиное гнездо
2. перен. такой, как у сокола: гордый, смелый, красивый. Şahin gözləri kimin соколиные (сокольи) очи чьи , şahin baxışlı с соколиным взглядом
ŞAHİDLİK
ŞAHİNCƏSİNƏ
OBASTAN VİKİ
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. == Bioqrafiya == Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. == Həyatı == Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. == Həyatı == Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şahin (ad)
Şahin — ad.
Şahin (dəqiqləşdirmə)
Şahin
Şahin (komiks)
Şahin (ing. Falcon) və ya əsl adı ilə Samuel Tomas "Sem" Uilson (ing. Samuel Thomas "Sam" Wilson) – Marvel Comics nəşriyyatı tərəfindən 1969-cu ildə yaradılmış komiks personajı. Sten Li və Cim Koland tərəfindən yaradılmış və ilk dəfə "Captain America" komiksinin 117-ci sayında peyda olmuşdur. "Şahin" ləqəbindən istifadə edən Sem Uilson mexaniki qanadları ilə sərbəst uçmaq və quşlarla telepatiya qurmaq bacarıqlarına malikdir. Stiv Rocersin yaxın köməkçisi olan Sem Uilson onun superqəhrəmanlıq karyerasını bitirməsindən sonra yeni Kapitan Amerika və Qisasçıların lideri olmuşdur. Sem Uilsonun dayısı oğlu Cim Uilson Halkın yaxın köməkçisi olmuşdur. Cimin atası Qideon Uilson Qamma korpusuna qoşulmuşdur. Semin Pol və Derleyn Uilson adlı valideynləri və Sara Kasper adlı bacısı var. Şahin Marvel Kinematoqrafiya Kainatının personajlarından biridir.
Şahin Abbasov
Şahin Abbasov (şəhid)
Şahin Allahyarov
Şahin Hüseynbala oğlu Allahyarov (29 yanvar 1993; Şamaxı, Azərbaycan — 1 noyabr 2020; Şuşa, Azərbaycan) — Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Şahin Allahyarov 1993-cü il yanvarın 29-da Şamaxı rayonunun Paşalı kəndində anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayırdı. 1999–2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Şahin Allahyarov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edirdi. Allahyarov əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirirdi. Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Allahyarov noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Şahin Atamov
Şahin Atamov (d. 30 iyun 1986 Bakı, Azərbaycan SSR) — Ümumi Dünya Karate Çempionatının Bürünc mükafatçısı (2013) == Həyatı == Şahin Atamov 1986-cı ildə, 30 iyulda dünyaya göz açmışdır. Gələcək çempion 8 yaşından karate ilə məşğul olur. 10 yaşından etibarən ölkə çempionatında qalib olan Şahin, qısa müddət sonra beynəlxalq turnirlərdə qızıl və bürünc medalara sahib çıxır. Şahin Atamov karate üzrə dünya çempionu və Dünya Kubokunun sahibidir. Bununla yanaşı, 2013-cü ildə Sankt-Peterburqda keçirilən 2-ci Döyüş Növləri üzrə Dünya Oyunlarının qalibidir. 2010-cu ildə Belqradda keçirilən dünya çempionatında fərdi şəkildə bürünc medalın sahibi və 2012-ci ildə Parisdə keçirilən dünya çempionatında fərdi şəkildə gümüş mükafatçısıdır. Ən əlamətdar uğurlardan biri isə 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarındakı gümüş hesab edilə bilər. Ailəlidir,iki övladı var.
Şahin Ağabəyli
Şahin Ağabəyli - “Milli Yol” qəzetinin (2006) və “Poliqon” informasiya agentliyinin təsisçisi == Həyatı == Şahin Ağahüseyn oğlu Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Ələt-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasına düşərək həlak olub.
Şahin Ağayev
Şahin Azər oğlu Ağayev (13 dekabr 1993, Bakı – 25 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil almışdır. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirmişdir. == Hərbi xidməti == 2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olmuşdur. Şahin Ağayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəyə Yasamal hərbi komisarlıq tərəfindən cagrılıb. Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində qatılıb. Şahin Ağayev oktyabrın 25-də Qubadlıda şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Şahin Balayev
Şahin Şakir oğlu Balayev (26 may 1982, Qaraçanlı, Kəlbəcər rayonu) — Azərbaycanlı karateçi, beynəlxalq dərəcəli idman ustası == Həyatı == Şahin Balayev 1982-ci ildə Kəlbəcər rayonunun, Qaraçanlı kəndində anadan olub. 1988-1999-cu illərdə Gəncə şəhəri 18 saylı tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2003-cü ildə həmin universitetin məzunu olub. 2003-2004-cü illərdə Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Çevik Hərəkət Bölüyündə hərbi xidmət keçib. Evlidir, bir övladı var. Hazırda Bakı şəhərində yaşayır və Zaferoğlu Mebel şirkətində rəhbər olaraq çalışır. == Fəaliyyəti == İdmanın karate növü ilə məşğul olur. Bu növdə həm ölkədaxili yarışlarda, həm də beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb. 2013-cü ildə karatenin WKC növləri üzrə İtaliyada keçirilən Dünya Çempionatında fərdi kumite yarışlarında dünya çempionu, komanda hesabında isə dünya üçüncüsü olub.
Şahin Bayramov
Şahin Bayramov (əsgər) (1992—2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Şahin Bayramov (rektor) (d. 1979) — İqtisad üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Universitetinin rektoru.
Şahin Bağırov
Şahin Soltan oğlu Bağırov (12 yanvar 1965, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri (2023-cü ildən), gömrük xidməti general-leytenantı (2014). == Həyatı == Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirmişdir. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnmişdir. Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır. 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur. Şahin Bağırov 16 yanvar 2014-cü ildən 6 iyul 2018-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır. 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilmişdir.
Şahin Cavadzadə
Şahin Yaşar oğlu Cavadzadə (15 mart 1995-ci il, Beyləqan- 03 aprel 2016-cı il Talış kəndi, Ağdərə rayonu) — Azərbaycan silahlı qüvvələri xidmətçisi, 2016-cı il aprel döyüşləri şəhidi. Şahin Cavadzadə 1995-ci ildə Beyləqan rayonunda anadan olub. 2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub. 2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub. == Həyatı == Cavadzadə Şahin Yaşar oğlu 15.05.1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001-ci ildə Beyləqan rayonu Fərman Hacıyev adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoyub.2012-ci ildə məktəbi bitirib,iyul ayında həqiqi hərbi xidmətə çağırılıb."N" saylı hərbi hissədə xidmət etmiş,elə xidməti dövründə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə 6 ay təlim keçdikdən sonra "kiçik gizir" hərbi rütbəsi almışdır.2014-cü ilin iyul ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi fəaliyyətə başlamışdır.03.04.2016 tarixində Talış kəndi istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş,şəhidlik zirvəsinə ucalmışdır. 09.04.2016-ci ildə Beyləqan rayon Hz.Cərciz peyğəmbərdə dəfn olunub. == Hərbi xidməti == Gizir Şahin Cavadzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur.. Aprelin 9-zu isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Şahin Cəbrayılov
Şahin Cəbrayılov — aktyor. == Həyatı == Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və s. bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaratmışdır. Ən yaddaqalan obrazı "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır. Təxminən 12 il səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirmişdir. 5 sentyabr 2007-ci ildə infarkt keçirən aktyor dünyasını dəyişib. Oğlu aktyor Elşən Cəbrayılovdur. == Filmoqrafiya == Afaqın məhəbbəti (film) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: Əbilov Bayquş gələndə...
Şahin Cəfərli
Şahin Şamil oğlu Cəfərli (28 iyun 1994, Xalxalqışlaq, Oğuz rayonu – 1 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Şahin Cəfərov uşaqlıqdan texnikaya xüsusi maraq göstərirdi. Onda bu həvəs atası traktorçu olduğu üçün yaranmışdır. Ailəli idi, 1 övladı yadigar qaldı. == Hərbi xidməti == Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir.
"Şahin" Xüsusi Təyinatlı Dəstəsi
"Şahin" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsidir. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Şahin" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Şahin" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovdur. == Tarixi == "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Ayşegül Çelik Şahin
Ayşegül Çelik Şahin (1968, Ankara) — Türk yazar. Hacettepe Universiteti İqtisadi ve İdari Programlar və Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi Teatr yazarlığı bölmələrində təhsil almışdır. Hacettepe Universitetində Sosial Antropologiya üzrə yüksek lisans programına qatılmışdır. Hekayə, şeir ve məqalələri; "Varlık", "Milliyet","Sanat", "Hürriyet" "Gösteri", "Doxa","Bütün Dünya", "Kent ve Gençlik", :Bireşim", "Hoşça kal","Bay Düzyazı" kimi dergilərdə çap olunmuşdur. Televiziya, kino və səhnə üçüb ssenari yazarlığı bəzənsə, televiziya üçün bir uşaq proqramının yazarlığını həyata keçirdi. Radio oyunları isə TRT tərəfindən mükafatlandırıldı. 2002–2007 illər arasında, Ankara Universiteti Dövlət Konservatoriyasında, Dünya ədəbiyyatı derslərini tədris emişdir. Hüseyin Rahmi Gürpınarın 'Kaynanam nasıl kudurdu?' romanı əsasında hazırladığı ssenari, 2009–2010-cu illərdə Dövlət teatları tərəfindən səhnələndirildi. "Kadın öykületinde Ankara" v "Belki Varmış Belki Yokmuş" adlı çox müəllifli kitablara hekayələri ilə qatıldı. "Şehper; Dehlizdeki Kuş" adlı hekayə kitabı, 2009-cu ildə "Notre Dame De Sion" Ədəbiyyat mükafatlarında yer aldı.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir. == Həyatı == 1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993). SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub. Elxan Şahinoğlu 1994–2005-ci illərdə Azərbaycanın müxtəlif media orqanlarında, o cümlədən "Millət", Azadlıq", "Gün səhər" qəzetlərində beynəlxalq əlaqələr və xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və "Anadolu" agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb.
Fəthabad (Şahindej)
Fəthabad (fars. فتح اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (97 ailə).
Gecəyarısı Şahinləri
Gecəyarısı Şahinləri (ing. Midnight Hawks) Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1997-ci ildə qurulmuşdur. Uçuşlar üçün BAE Systems Hawk təyyarələri istifadə olunur. Təyyarələrin xüsusi dizaynı yoxdur.
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur. 1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi.
Hacı Şahin Həsənli
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Mir Şahin Ağayev
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Məşədi Əbdül Şahin
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair. == Həyatı == Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu.
Qara Mustafa Şahin Paşa
Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi. Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Qara Şahinlər
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. == Yaradılması == Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. == Bərpası == 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.
Qız körpü (Şahindej)
Qız körpü (fars. قيزكرپي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 643 nəfər yaşayır (141 ailə).
Qızıl quyruqlu şahin
Rus Şahinləri
Rus Şahinləri (rus. Соколы России) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2006-cı ildə yaradılmışdır. Uçuşlar üçün Su-25, Su-27 , Su-30 , Su-34, Su-35 və MiQ-29 təyyarləri istifadə olunur.
Snowdonia şahin otu
Snoudoniya şahin otu və ya Hieracium snowdoniense — Şimali Uelsin Snoudoniya bölgəsi üçün endemik bitki. Parlaq sarı çiçəkləri olan çoxillik bitkidir. Onun 1950-ci illərin əvvəllərində həddindən artıq otlaq nəticəsində məhv olduğu güman edilirdi. 2002-ci ildə Bethesda üzərindəki Cwm Idwal Milli Təbiət Qoruğunun dik yamaclarında bu növ yenidən kəşf edildi. Adından da göründüyü kimi, Snoudoniya şahin otu Uelsdə, Böyük Britaniyada, Snoudoniya vadisində tapılır. Bu nadir bitki sarı ləçəkləri olan məxməri kənarları olan olduqca sadə çiçəklərə malikdir. Bir neçə il əvvələ qədər bu bitkilər çiçək verməyi dayandırdı, bu da botanikləri onun nəsli kəsilməkdə olduğunu düşünməyə vadar etdi. 2002-ci ildə çiçəklər botaniklərin yanlış təsəvvürünü qıraraq yenidən çiçək açmağa başladı.
Sumqayıt Şahinləri RK
"Sumqayıt Şahinləri" Reqbi Klubu — Sumqayıt şəhərini təmsil edən reqbi klubu. == Tarixi == Sumqayıt Şahinləri reqbi klubu 2004-cü ildə Sumqayıt şəhərində yaradılmışdır.
Səudiyyə şahinləri
Səudiyyə şahinləri (ərəb. الصقور السعودية‎) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Şou zamanı 7 Hawker Siddeley Hawk təyyarəsi istifadə olunur. == Tarixi == Komanda 1998-ci ildə yaradılmışdır. İlk ictimai debüt 1999-cu ildə Səudiyyə Ərəbistanının 100 illiyi yubileyində olmuşdur. Komanda eyni təyyarələrdən istifadə olunduğuna görə Birləşmiş Krallığa məxsus Qırmızı Oxlar aerobatika komandası ilə müqayisə olunur. Xəbərlərdə keçmiş Qırmızı Oxlar pilotlarının Səudiyyə Şahinlərinin təliminə cəlb olunduğu barədə məlumatlar var.

Digər lüğətlərdə