şeyelit
şeyxi
OBASTAN VİKİ
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Bəhaəddin
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (16 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası, Osmanlı imperiyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Cavid
Şeyx Cavid (tam adı: Cavid Məmmədov; Babazanlı, Salyan, Azərbaycan SSR) — azərbaycanlı ilahiyyatçı-alim; Höccətül-islam vəl-müslimin, Əjdərbəy məscidinin axundu (2015-h.h.). Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Allahşükür Paşazadə 13 oktyabr 2015-ci ildə Cavid Məmmədovu Əjdərbəy məscidinin axundu təyin etmişdir.
Şeyx Cüneyd
Şeyx Cüneyd (1429, Ərdəbil – 1460, Şirvan) — Səfəvi təriqətini rəhbəri (1447–1460), Şeyx Heydərin atası, Şah İsmayıl Xətainin babası. == Həyatı == Şeyx İbrahim vəfat etdikdən sonra 1447-ci ildə onun böyük oğlu Cüneyd ordenin başçısı oldu. O, Ərdəbiliyyə və ya Səfəviyyə kimi tanınan təriqətin beşinci lideridir. İlk dövrlərdə daha çox Azərbaycanda təsir dairəsinə malik olan bu təriqət sonralar Suriya, İraq və xüsusilə Anadoluda yaşayan dini həyata öz təsirini göstərmişdir. Mərkəzi xanəgah Ərdəbildə olsa da, ordenin yayıldığı coğrafiyalardakı müridlər öz müdriklərinə sıx bağlı idilər. Osmanlı İmperiyasındakı müridlər də Ərdəbil xanəgahına vergi ödəyirdilər. Bu səbəbdən Şeyx Cüneydin qüvvətli təsir gücündən çəkinən hökmdarlar onun öz torpaqlarında yaşamsından narahatlıq duyurdular. Ərdəbil şeyxlərinin dövrün dövlət başçıları ilə görüşləri və əlaqələri Şeyx Cüneyddən başlamamışdır. Lakin əvvəlki münasibətlər din və dünya işlərinin ayrılması əsasında davam etdiyi halda, bu vəziyyət Şeyx Cüneyd dövründə dəyişdi. Şeyx Cüneyd dövlət qurmaq ideyası ilə hərəkət edərək Səfəvi təriqət icmasından dini dövlət yaratmaq üçün addımlar atdı.
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Şeyx Hacı
Şeyx Hacı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının qərb ətəyində yerləşir. Kəndin adı erməni mənbələrində Shacı formasında da göstərilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Şeyx Hacı şəxs adı əsasında əmələ gəlib «Şeyx Hacıya mənsub kənd» mənasını ifadə edir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şqarşik qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 19 nəfər, 1873 - cü ildə 233 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 338 nəfər, 1908-ci ildə 337 nəfər, 1914 - cü ildə 337 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Şeyx Heydər
Şeyx Heydər (1460, Ərdəbil — 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı. == Həyatı == Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir. == Siyasi və hərbi mübarizəsi == Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu. === Şirvan maraqları === Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı.
Şeyx Həmdullah
Şeyx Həmdullah (ərəb. ابن الشيخ الأمَسي‎, İbn al-Shaykh al-Amasi) — Osmanlı xəttatı. Sührəvərdiyyə (ərəb. سهروردية‎‎ , Suhrawardiyya) təriqətinin şeyxlərindən biri olan Mustafa Dədə Əfəndinin oğludur. == Həyatı == Xəttat Piri Şeyx Həmdullah İslam xətt sənətini zirvəyə aparan xəttat olaraq tanınır. O, Buxaradan Amasyaya köç etmiş Şeyx Mustafanın oğludur. Doğulduğu tarix dəqiq məlum olmasa da, bəzi tədqiqatçılar bu tarixi Hicri 833-840/Miladi 1426-1429 kimi qeyd edir. == Təhsili == Həmdullah Çələbi din elmlərini və ədəbi məlumatları dövrünün məşhur alimi Şahzadə II Bəyazid və Əhmədin müəllimi Hatip Qasım Əfəndidən öyrənmiş, eləcə də ərəb dilinə mükəmməl səviyyədə yiyələnmişdir. İlk xətt müəllimi Sufi Yəhya Çələbi-zadə olmuşdur. Sufi Yəhya Çələbi-zadə Fateh Sultan Mehmedin katibliyi vəzifəsinə təyin olunduqdan sonra isə Şeyx Həmdullah xəttatlıq təhsilini Amasyada Xeyrəddin Xəlil Çələbinin yanında tamamlamışdır.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…], Tonqiparə əyaləti[d]) – Banqladeşin keçmiş Baş naziri (1996–2001, 2009–2024), 2009-cu ildən "Avami Liq" partiyasının lideri. O, 2024-cü ilin avqustunda ölkəsindəki etirazlardan sonra vəzifəsindən istefa verərək Hindistana qaçıb. == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır.
Şeyx Həsən
Şeyx Həsən (Təbriz)
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı. Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır. == Həyatı == Qafqazda müridizmin ilk yayıcısı 1760-cı ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur, bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı.
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], İstanbul – 3 yanvar 1799, İstanbul) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. == Həyatı == 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H. Q. 306, Qum — ö. M. 991, H. Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır — IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. == Həyatı == Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H. Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. == Təhsili == Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atasından almışdır.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səfiəddin
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, Ərdəbil – 12 sentyabr 1334, Ərdəbil) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səid
Şeyx Səid (1864, Palu, Diyarbəkir əyaləti, Osmanlı imperiyası – 29 iyun 1925, Diyarbəkir, Türkiyə) — Zaza bir ailəyə mənsub olan Nəkşibəndi şeyxi, Kürd lideridir. TBMM-nin səltənət və xəlifəliyin ləğvi haqqında çıxardığı qanunlara etiraz olaraq başladılan üsyanların biri də Şeyx Səidin "İnqilaba dəstək verənlərin canları və malları halaldır" fətvası ilə baş vermişdir.
Şeyx Sənan
Şeyx Sənan (dastan) — sufi şairi Fəridəddin Əttar tərəfindən qələmə alınan, sufi şeyxi Sənanın gürcü xristian qızına duyduğu eşqini təsvir edən dastan. Şeyx Sənan (dram) — Hüseyn Cavidin yazdığı dram əsəri. Şeyx Sənan (opera) — Üzeyir Hacıbəyovun yazdığı opera. Şeyx Sənan (simfonik poema) — Rauf Hacıyevin simfonik poeması. Şeyx Sənan (balet) — Nəriman Məmmədovun yazdığı balet əsəri. Şeyx Sənan (teleserial, 2023) — Azərbaycan teleserialı.
Şeyx Sərdar
Şeyx Sərdar Hacıhəsənli (tam və əsil adı: Sərdar Akif oğlu Babayev; 12 mart 1974, Masallı rayonu) — Azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, İslam elmləri üzrə ekspert və tədqiqatçı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide. Az saytının təsisçisi və baş redaktoru Şeyx Sərdar Hacıhəsənli ilk dəfə 2017-ci ilin fevralında camaat şəklində cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı. == Haqqında == Sərdar Akif oğlu Babayev 1974-cü ilin mart ayının 12-də Azərbaycan SSR-in Masallı rayonunda dünyaya gəlib. Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Sərdar 7 yaşında məktəbə getmiş və SSRİ dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhsilini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15–16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi. Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir.
Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…] və ya 995, Tus – 2 dekabr 1067 və ya 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir. == Təhsili == Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan (o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya müharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.
Şeyx İbrahim
Şeyx İbrahim (Səfəvi) — Ərdəbil hakimliyinin IV şeyxi == Ailəsi == Şeyx İbrahim Şeyx Əli ilə Qədəm xanımın böyük oğlu olmuşdur. Qədəm xanım Cəlari Şeyx Hüseynin nəvəsi idi. == Hakimliyi == Şeyx İbrahim atasının sağlığında hakimliyə gəlmişdi və onun dövründə onun tabeliyində olan şiə əqidəli siyasi-hərbi səfəvi birləşmələrinin Qaraqoyunlulara müttəfiq olduğu aydın sezilir. Belə ki, Metsoflu Tomas adlı erməni tarixçi XV əsrdə yazdığı "Teymur və onun xələflərinin tarixi" əsərində Şeyx İbrahimin də adını çəkir. 1440-1441-ci illərdə Cahanşahın Gürcüstan səfərində Şeyx İbrahimin qaraqoyunlular tərəfindən iştirakını görürük. Tarixci yazır ki, Gürcüstan hökümdarı İsgəndərin Cahanşahı təhqir etməsi və təslim olmaması bu ölkəyə fəlakət gətirdi. Həmçinin erməni tarixçi əsərində maraqlı bir ifadə işlədir:"Budur Türkmənlər!...Biz ermənilər isə həmişə gürcülərə ümid bağlayardıq, kafirlər arasında öyünərdik, lakin bundan sonra məyus olduq və kafirlərin önündə dağılan qaldıq. Peyğəmbərin sözləri yerinə yetdi: insana ümid bağlayan insana lənət gəldi... Çarmıxa çəkilən, kilsə üçün canını verən Rəbb İsa Məsihdən başqa bizə kömək edəcək kimsə yox idi". Gürcüstanın təslimiyyətindən sonra Şeyx İbrahim Cahanşaha məsləhət gördü ki, kafirlərin dinimizi təhqirlərinə qarşılıq onları vassal etməklə yanaşı, cizyə və xəraca məruz qoysunlar.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hacı Şeyx Mehdi Taha
Hacı Şeyx Mehdi Taha ibn Şeyx Muhəmməd Rza ibn Hacı Nəcəf ət-Təbrizi (1825–1905) — İslam alimi, müctəhid. == Həyatı == Mehdi Şeyx Muhəmmədrza oğlu 1825-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Hacı Şeyx Mehdi XIV (XX) əsrin böyük müctəhid və mühəddislərindən olmuşdur.O, Şeyx Mürtəza Ənsarinin yanında dərs almışdır. Alimin fiqh, üsul, hədis haqqında və eləcə də din alimlərinin tərcümeyi-halı haqqında əsərləri vardır. Belə əsərlərdən biri hədis alimlərinə həsr olunmuş "Ehyaul-məvat fi əhvalir-ruvat" adlı əsərdir. Hacı Şeyx Mehdi 1328 (1905) ildə vəfat etmişdir. == Mənbə == Tərbiyət M.Ə. Danişməndani Azərbaycan. Tərcümə Q.Kəndli, Bakı,1991.
Hafiz Məmmədəmin Şeyxzadə
Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi. O, Azərbaycanın ilk metodik kitablarının müəlliflərindən biri hesab edilir. Şəfiqə Əfəndizadə, Səidə Şeyxzadənin atası olmuşdur. Məmmədəmin Şeyxzadənin şəxsiyyəti haqqında ətraflı araşdırma yoxdur. O, Axalsıx qəzası Azğur kəndində anadan olmuşdur. Şeyxzadə ardınca İstanbulda təhsil almışdır. Ömər Faiq Nemanzadə ilə Şəkidə 1897-ci ildə, həmçinin Şamaxıda məktəb açmışdır. == Kitabları == Şeyxzadə Hafiz Məhəmməd Əmin Azğori. Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət [Mətn]: [dərslik] /Hafiz Məhəmməd Əmin Şeyxzadə Azğori.- B.: 1908 (1326 h.).- 108 s. Şeyxzadə Hafiz Məhəmməd Əmin.
Hüseyn Şeyx əl-İslam
Hüseyn Şeyx əl-İslam (7 dekabr 1952, İsfahan – 5 mart 2020, Tehran) — Xarici işlər nazirinin müşaviri (?–2019). == Həyatı == 7 dekabr 1952-ci ildə İsfahanda doğulub. O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin fəal iştirakçılarından biri olmuşdur. İranın Suriyadakı səfiri kimi də fəaliyyət göstərib. İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifin müşaviri olub. Hüseyn Şeyx əl-İslam 5 mart 2020-ci ildə koronavirus xəstəliyindən vəfat edib.
II İbrahim Şeyxşah
II İbrahim və ya Şeyxşah – Şirvanşahlar dövlətinin 40-cı hökmdarı, Şirvanşah Fərrux Yasarın oğlu. == Fəaliyyəti == === Hakimiyyətə gəlməsi === Şah İsmayıldan qaçaraq Gilana gedən Şeyxşah h.908 (1502)-ci ildə Şirvana qayıdaraq mübarizəsiz Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu. Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-ci ildə Şah İsmayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən Şirvanda hakimiyyəti ələ keçirmək fikrinə düşdü. O, tezliklə Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah İsmayılın qızılbaş qoşun dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox mühasirədə saxladı. Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin gecə Şeyxşaha göndərdi.
Kəfr əş-Şeyx
Kəfr əş-Şeyx (ərəb. كفر الشيخ‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 147.393 nəfərdir (2006).
Kəhrizə-i Şeyxan (Soyuqbulaq)
Kəhrizə-i Şeyxan (fars. كهريزه شيخان‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Maqsud Şeyxzadə
Məqsud Şeyxzadə (7 noyabr 1908, Ağdaş – 19 fevral 1967, Daşkənd) — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Maqsud Şeyxzadənin ev muzeyi
Maqsud Şeyxzadənin ev muzeyi — Ağdaş torpağında boya-başa çatmış, sonradan Özbəkistana köçərək orada yaşayıb yaratmış, şair-dramaturq Maqsud Şeyxzadənin ev muzeyi 1989-cu ildə yaradılmışdır. == Muzeyin tarixi == Muzey 1989-cu ildən fəaliyyət gösdərir. Muzeyin əsas fəaliyyəti Maqsud Şeyxzadə irsinin Gənc nəsillərə təbliğ etməkdən ibarətdir. == Muzeyin fondu == Muzeyin fondu Maqsud Şeyxzadənin kitablarindan, şəxsi əşyalarından, fotolarından və şair haqqında müxtəlif dövrlərdən çıxan məqalələrdən ibarətdir. Fondda 226 eksponat qorunur. Muzeydə müxtəlif səpkili mədəni-kütləvi tədbirlər həyata keçirilir., == Həmçinin bax == Maqsud Şeyxzadə Özbəkistan Ağdaş rayonu == Xarici keçidlər == "Ağdaşda Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirildi". http://kultura.gov.az. İstifadə tarixi: 07.01.2021. "Ədəbi-xatirə muzeyləri". http://www.anl.az.
Mehmed Ziyayəddin Əfəndi (şeyxülislam)
Mehmed Ziyayəddin Əfəndi (avqust 1847, İstanbul – 11 iyun 1918, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Sicil Dosyaları, nr. 247 Sicil Defteri, İstanbul Müftülüğü Meşihat Arşivi, VII, 33. İlmiyye Salnâmesi, s. 617–619. İbnülemin, Son Sadrıazamlar, IX, 1297–1299, 1403; XI, 1665, 1708, 1711. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 21, 23, 35–38. Ali Cevat, İkinci Meşrutiyetin İlânı ve Otuzbir Mart Hadisesi (haz. Faik Reşit Unat), Ankara 1960, s.
Mirzəzadə Şeyx Mehmed Əfəndi
Mirzəzadə Şeyx Mehmed Əfəndi (v. may 1735, Üsküdar) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Qaynatası Seyid Feyzullah Əfəndi II Süleyman və II Mustafa səltənətlərində, oğlu Mehmed Səid Əfəndi III Mustafa səltənətində, nəvəsi Mehmed Şərif Əfəndi isə I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislamlığa gətirilmişdir. Şair və qazəsgər olan Əhməd Neyli Əfəndi isə kiçik qardaşıdır. == Həyatı == Doğum tarixi bilinmir. Atası Mirzə Mehmed Əfəndi üləma zümrəsinə mənsub idi. Bu səbəblə sürətli bir təhsil həyatı yaşayaraq müdərrisliyə yüksəldi. Qaynatası olan şeyxülislam Seyid Feyzullah Əfəndinin də dəstəyi və iltimasıyla sıra gözləmədən üst dərəcələrə yüksəldi. 1695-ci ilədək müdərris olaraq fəaliyyət göstərən Şeyx Mehmed Əfəndi həmin il Ədirnə və İzmir qazılığına gətirildi. Ardından İstanbul və Məkkə qazılığına da təyin olundu.
Molla Şeyx (Sərdəşt)
Molla Şeyx (fars. ‎‎ملاشيخ‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 255 nəfər. yaşayır (46 ailə).
Məmməd Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Məmmədbağır Şeyxzamanlı
Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol – may 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi. == Həyatı == Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M. Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. M. Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M. Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir. Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli(Aran) ilə evlənmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.
Məmmədrza Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). == Həyatı == Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Məqsud Şeyxzadə
Məqsud Şeyxzadə (7 noyabr 1908, Ağdaş – 19 fevral 1967, Daşkənd) — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Məryəm Şeyxəlizadəxangah
Məryəm Şeyxəlizadəxangah (18 iyul 2004, Tehran) — Azərbaycanı təmsil edən üzgüçü. == Karyerası == Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub. Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu. Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub. Şeyxəlizadəxangah 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.
Natavan Şeyxova
Natəvan Şua qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015). == Həyatı == Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. == Ailəsi == Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Natəvan Şeyxova
Natəvan Şua qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015). == Həyatı == Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur. Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb. Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır. == Ailəsi == Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır. Rejissor Şua Şeyxovun qızıdır. Aktyor Ramiz Şeyxovun bacısıdır.
Nağı bəy Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı və ya Nağı (Naki) Keykurun (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilabla Mübarizə Təşkilatının rəisi. Difai Partiyası, Türk Ədəmi-Mərkəziyyət Firqəsi və ardınca Müsavat Partiyası üzvü olmuşdur. Nağı Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əks-inqilabla Mübarizə Təşkilatı rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində doğulmuşdur. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almışdır. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmiş və Feriköy qəbiristanlığında dəfn olunmuşdur.
Novcadeh-i Şeyxlər (Mərənd)
Novcadeh-i Şeyxlər (fars. نوجه ده شيخلر‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 303 nəfər yaşayır (68 ailə).
Nəsrulla Şeyxov
Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi. == Həyatı == Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur. == Mənbə == Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964; Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
Osmanlı şeyxülislamları
Osmanlı şeyxülislamı (osman. شيخ الإسلام) — Osmanlı imperiyasında dini və hüquqi işləri yürüdən dövlət xadimi. == Etimologiyası == Lüğətlərdə “yaşlı kimsə, rəis, bilgin” mənasını verən şeyx və İslam sözlərindən ibarət şeyxülislam ifadəsi İslam dünyasında öndə gələn üləma və sufilərə verilən bir şərəf ünvanı olaraq X əsrin ikinci yarısında meydana gəlmiş, daha sonra “alimlərin ən böyüyü, rəisi” mənasını qazanaraq bir rütbə halını almışdır. XI əsrdə Xorasandakı şafilərin başındakı alimlərə şeyxülislam ünvanı verilirdi. Zamanla bu ifadə geniş istifadə edilməyə başlanmış, Məmlüklərdə din xadimlərinə verilən şərəf ünvanına çevrilmişdir. İranda isə şeyxülislamlıq Osmanlılarda olduğu kimi rəsmi bir mahiyyət qazanmış, Səfəvilər dönəmində dini məhkəmənin rəisinə verilən bir ünvan olaraq istifadə edilmişdir. == Osmanlı dönəmi == === Meydana gəlişi və ilk illəri === Şeyxülislamlığın dini bir vəzifə halına gəlməsi isə Osmanlıların dövrünə təsadüf edir. Osmanlılarda şeyxülislamlığın quruluş tarixi və bu vəzifəyə ilk dəfə kimin gətirilməsi ilə bağlı fərqli iddialar var. Uzun illər Bursa qazısı olan Molla Fənarinin 1425-ci ildə Bursa müftiliyinə gətirilməsi, əsasən Osmanlılarda müftilik və şeyxülislamlığın başlanğıcı olaraq qəbul edilir. Ancaq bunu XVI əsrdə bütün elm sahəsini təmsil və idarə edən şeyxülislamlıq qurumu ilə eyniləşdirmək mümkün deyil.
Qaluy Şeyxan (Bükan)
Qaluy Şeyxan (fars. قالوي شيخان‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (26 ailə).

Digər lüğətlərdə