ƏNCAM
ƏNDAM
OBASTAN VİKİ
Təbriz əncüməni
Bütün əncümənlər içində Təbriz əncüməni müstəsna yer tuturdu. Həm ilk əncümən olduğuna, həm də ən prinsipial olaraq, Məşrutəni sonacan müdafiə etdiyinə görə, Təbriz əncüməni xüsusi olaraq seçilirdi. Təbriz əncüməni bütün ölkə əncümənləri üçün örnək rolu oynayırdı. Təbriz əncümənində qəbul olunan qərarlar, onun təcrübəsi başqa əncümənlər tətəfindən dərhal öyrənilirdi və, imkan dairəsində, tətbiq edilirdi. Təbriz üsyanı (1908-1909) vaxtı, əyalət əncümənindən başqa, Təbrizdə başqa əncümənlər də vardı. Ən nüfuzlu əncümənlər bunlar idi: "Əncüməni-həqiqət","Əncüməni-qüdrət","Əncüməni-mücahid". "Əncüməni-həqiqət" Əmirxız məhəlləsində yerləşirdi və Səttarxanın orqanı idi. "Əncüməni-qüdrət" Xiyaban məhəlləsinin fədailərinin orqanı idi, ona Bağır xan başçılıq edirdi. "Əncüməni-mücahid" faktiki olaraq Təbrizin inqilabi mücahidlər klubu idi, ona Əli Müsyo başçılıq edirdi. Новая история Ирана.
Əncümən
Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu. Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir. Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır.
Əncümən (qəzet)
Əncümən (qəzet) — 1906-cı il oktyabr ayının 19-dan — 1911-ci ilədək Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunan mətbu orqan. Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan 1-ci mətbu orqanı "Ruznaməyi-milli" ("Milli qəzet") olub. Bir müddət sonra bu ad da dəyişilib. "Cəridəyi-milli" adı ilə çıxdı. Qəzet 38 sayından "Azərbaycan əyalət əncüməni"nin rəsmi orqanı kimi fəaliyyət göstərərək "Əncümən" adı ilə yayıldı. Qəzet 1906-cı il oktyabr ayının 19-dan Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğu ilə nəşr olunub. İlk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap olunub. Qəzetin titul səhifəsində XI-XIV əsrdə Azərbaycanın Atabəylər dövlətinə mənsub olan sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu. Qəzetin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, "Əncümən" Məşrutə inqilabı dövründə işıq üzü görən ilk milli orqan idi.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Əncümənlər
Əncümən- Məşrutə inqilabı (1905-1911) dövrünə aid seçkili inqilabi orqan. Əncümənlər İranın və Azərbaycanın bir çox böyük şəhərlərində var idi və inqilabın müdafiəsində və inkişafında mühüm rol oynayırdılar. 1906 ilin sentyabrında Təbrizdə, şah sarayının məşrutənin(konstitusiyanın)verilməsinin qarşısını almaq cəhdlərinə qarşı böyüyən etiraz zamanı, hərəkatın rəhbərliyi üçün İran tarixində ilk dəfə əhali tərəfindən əncümən seçildi və bununla da bütün İranda əncümənlərin təşkil olunmasının əsası qoyuldu. Təbriz hadisələrinin şahidi, Məhəmməd Bağır Vicuei xəbər verir ki, Təbriz əncüməninə seçkilər, tacirlərdən, sənətkarlardan, zadəganlardan, ruhanilərdən, mülkədarlardan və əkinçilərdən, sentyabr-oktyabr aylarında keçirildi. Əncümənin tərkibinə , əsasən ruhanilərdən, tacirlərdən və mülkədarlardan 20 nəfər adam seçildi. Seçilmişlərin arasında Təbrizin baş müçtəhidi hacı Mirzə Həsən, mülkədarlar Nizam üd Dövlə, Bəsir əs Səltənə, Məlik üt Tuccar, tacir hacı Mirzə -Ağa Kuzəkünani və başqaları vardı. Əncümənin iclaslarında həmçin sənətkarların da nümayəndələri iştirak edirdilər.Əncümənin sədri hacı Nizam üd Dövlə seçilmişdir. Hətta 1907 ilin yayında şah hökuməti tərəfindən Azərbaycanın qeneral-qubernatoru seçilmiş, köhnə məktəbdən sayılan və enerjili inzibatçı olan Fərmanfərma, şəhərdə hakimiyətin tamamilə əncümənin əlində olması ilə barışmışdı;1907 ilin axırında, osmanlılara qarşı yürüş bəhanəsi ilə o Təbrizdən Savucbulaqa gedir, sonra isə Azərbaycan qeneral-qubernator vəzifəsindən istefa verir.(Səciyəvidir ki, osmanlılara qarşı yürüş üçün pulu Fərman-Fərma əncüməndən alır- bu əncümənin təsirinin gücünün göstəricisidir) 1906 ilin sonunda İsfahanda da əncümən təşkil olunur. O həftədə iki dəfə iclas edirdi və İsfahanın və İsfahan əyalətinin idarəsinin bütün işlərinə qarışırdı. 1907 ilin yanvarında, əhalinin müxtəlif təbəqələrindən olan, 30 nəfərdən ibarət əncümən Şirazda yaranır.1907 ilin əvvəlində Təbrizdən Tehrana gedən Təbriz məclisinin deputatalarının fəal iştirakı ilə Gilan əyalətinin mərkəzi Rəştdə əncümən yaradılır.

Digər lüğətlərdə