Tüklümeyvə ərik
Tüklümeyvə ərik (lat. Prunus dasycarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir.
== Ekologiyası ==
İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.