ƏRK

i. friendly terms, familiarity; ~ ilə in a friendly way; ~ etmək to behave in a friendly way / with familiarity; ~i çatmaq to have* the right to do smth. in a friendly way

ƏRİZƏÇİ
ƏRK-NAZ
OBASTAN VİKİ
Ərk qalası
Ərk qalası (və ya Ərk-i Əlişah, Məscid-i Əlişah, Təbriz qalası, fars. ارگ تبريز‎) — Təbriz şəhərində yerləşən və XIV əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilən abidə. Günümüzdə şəhərin mərkəzində parkın üzərində yerdən 26 metr yüksəkliyə ucalan Ərk-i Əlişah qalası və ya köhnə adı ilə Məscid-i Əlişah Elxanilər dövrü memarlığının bir nümunəsidir. Son Elxani hökmdarı Əbu Səid Xanın (1316–1335) vəziri Əli şah tərəfindən tikdirilən abidə ilk tikildiyi zaman məscid olub və müsəlmanların namaz qılması üçün uzun müddət bu şəkildə istifadə edilib. Sonralar ehtimal ki, Təbrizdə baş verən şiddətli və tez-tez baş verən zəlzələlər səbəbindən bina dağılıb və bəzi əlavələrlə (divarlar, zirzəmilər, anbarlar və s.) qalaya çevrilmişdir. Bundan sonra abidə Ərk-i Əlişah adlandırılmışdır. Qala sadəliyi, ölçüləri və kərpic hörgüsü ilə diqqəti özünə cəlb edirdi. Tacəddin Əli şah tərəfindən tikdiriilən və sonradan qalaya çevrilən bu binanın eni 30 metr, hündürlüyü 26 metr, qalınlığı isə 10 metrdir . Təəssüf ki, günümüzdə onun yalnız qurbangahı və yan divarları qalmaqdadır. Bundan başqa abidənin üzərində günümüzə qədər gəlib çatmış heç bir yazı yoxdur.
Təbriz Ərk teatrı
Təbriz Ərk teatrı və ya Şiri Xurşid teatrı (fars. تئاتر شیر و خورشید تبریز‎‎) — İranın Təbriz şəhərində keçmiş teatr. Teatr 1927-ci ildə Təbriz şəhərində açılmış, 1980-ci ildə İslam inqilabından sonra isə dağıdılmışdır. Bina 1927-ci ildə Qırmızı şir və günəş cəmiyyəti tərəfindən tikilib başa çatır. Binanın memarı dəqiq bilinməsə belə onun Qafqazdan gəldiyi ehtimal olunur, çünki teatrın binası Bakı və Tiflisdəki intibah dövrünün italyan üslubunu və yüksək dekorativ interyerə malik alman rokoko üslubunu özündə birləşdirib. Teatrın açılışı 1927-ci ilin sentyabr ayında baş tutub. Əsas zalın uzunluğu 30 metr eni isə 10 metr və 800 nəfərlik olub. Zalın ən vacib cəhəti isə mərtəbələr və binanın tavanında olan xüsusi akustikaya görə burada heç bir səs gücləndirici alətlərə ehtiyacın olmamasıdır. Zalın birinci cərgəsində oturan tamaşaçılar musiqini necə eşidirdilərsə sonuncu cərgədə oturanlar da elə eşidirmişlər. Teatr binası Azərbaycan Milli Hökumətinin qurulmasından sonra əsaslı şəkildə təmir edilmiş, pərdələri və çılçıraqları dəyişdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Ərkani-hərbi
Baş Ərkani-Hərb və ya Baş Qərərgah- qoşun hissələrinin formalaşmasına, təlim-tərbiyəsinə, döyüş hazırlığına, hərbi əməliyyatların icrasına rəhbərlik edən ali hərbi idarəçilik orqanı. == Yaradılması == 1919-cu ilin martın 26-da hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə yaradılmışdı. Həmin vaxta qədər Baş Ərkani-hərbin funksiyalarını ümumi qərərgah həyata keçirirdiş Azərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin həllinin bir orqanda- ümumi qərərgada cəmləşdirilməsi səmərəli nəticə vermirdi. Ona görə də, Baş Ərkani-hərb yaradılmaqla, qoşunların formalaşdırılması, təlim-tərbiyəsi, dislokasiyası və b. Məsələlər ona həvalə edildi. == Fəaliyyəti == Çar Rusiyası ordusu tərkibində yaradılmış I Müsəlman korpusunun keçmiş komandiri general-leytenant Məmməd bəy Sulkeviç Baş Ərkani-hərbin rəisi təyin edildi. Bu idarəetmə strukturunun tərkibində general-kvartirmeyster, hərbi topoqrafiya və hərbi daşınmalar idarələri var idi. General-kvartirmeyster idarəsi müharibəyə hazırlıq planlarının işlənilməsi, toplanış məntəqələrinin seçilməsi, onların hər cəhətdən hazırlanması və səfərbərlik planının tərtib edilməsi ilə məşöul olan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərbiyəni təşkil edən nizami bölmədən ibarət idi. Hərbi topoqrafiya idarəsi qoşun hissələrini və qərərgahları hərbi xəritələrlə təmin edirdi. Bir müddət sonra Baş Ərkani-hərbin tərkibinə keçirilmiş hərbi daşınmalar idarəsi dəmir yollarını və digər yolları hərbi məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi.
Caner Ərkin
Caner Ərkin (4 oktyabr 1988[…], Edremit[d], Balıkəsir ili) — sol cinahda çıxış edən türk futbolçu. == Karyerası == Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir. === Manisaspor === "Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir. === MOİK Moskva === Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur. === Qalatasaray === Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır.
Hüsnü Əmir Ərkilət
Hüsnü Əmir Ərkilət — Türkiyə və Almaniya ordusunun azərbaycanlı generalı == Həyatı == Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu. Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston, Texas) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalından çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Ərkin (Əbhər)
Ərkin (fars. اركين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (29 ailə).
Ərkit
Ərkit – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərkit kəndi «„Ərkit kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azәrbaycan türkləri və Tabasaranlılar. Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 608 nəfər təşkil etmişdir. Xuçni kəndindən 6 km şərqdə yerləşir.
Ərkivan
Ərkivan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ərkivan qəsəbəsinin ərazisindən 245,72 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,72 ha və xüsusi mülkiyyətdə olan 240,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan qəsəbəsi respublikanın qədim yaşayış məntəqələrindəndir. Burada aşkar edilmiş tunc və dəmir dövrünə aid tapıntılar da bunu sübut edir.1985-ci ildə AMEA Tarix instutunun Paleolit arxeoloji ekspedisiyası professor Əsədulla Cəfərovun rəhbərliyi altında ilk dəfə viləş çayının sağ sahilində yerləşən Ərkivan ərazisində arxeoloji kəşfiyyat işləri aparmışdır. Bu tədqiqat zamanı Ərkivan ərazisində üst paleolit dövrünə aid daş məmulatı tapılmışdır. Bu tapıntı bizə Ərkivan ərazisində qədim insanların məskən salmasını söyləməyə imkan verir. Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Talış dağlarının ətəyində, Lənkəran ovalığında yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub. Ərkivan qəsəbəsi Talış xanlığının 8 mahalından biri olan Dəştvənd mahalına daxil olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub.
Ərkliğ xan
Ərkliğ Xan - türk və altay mifologiyasında kosmos ilahı. Ulduzlardan, göy daşlarından və göy cisimlərindən məsuldur. Ərklik olaraq da deyilir. Adı planetlərdən birinə (Saturn və ya Venera) verilmişdir. Bir çox alimlər, (Erklik söyleyişi səbəbiylə) ad bənzərliyi üzündən yeraltı aləminin əfəndisi olan Erlik ilə qarışdırarlar. İslam əvvəli türklərin inancında Venera planetinin əfəndisidir. İnanışa görə səmada ulduz dəyişikliyinin məsulu da Ərkliğ Han'dır. Bunlara qızdırmalı ok deyilir. Erlik Xan ilə qarışdırılmamalıdır. (Ərk/Erk) kökündən törəmişdir.
Ərkvaz
Ərkvaz — İranın İlam ostanının şəhərlərindən və Məlikşahi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,225 nəfər və 2,771 ailədən ibarət idi.
Ərküdə
Viteks (lat. Vitex) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Vitex ajugaeflora Viteks:The Plant List saytında takson barədə məlumat.
Ərküyən (İcrud)
Ərküyən (fars. ارکوئين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (75 ailə).
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Ərkənek
Ərkəvin (Çaldıran)
Ərkəvin (fars. اركوين‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (18 ailə).
Kanada ərkəvanı
Kanada ərkəvanı (lat. Cercis canadensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12–18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10–12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir.
Qriffit ərkəvanı
Qiffit ərkəvanı (lat. Cercis griffithii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Orta Asiya, İran və Əfqanıstanın dağlarında, daşlıq yamaclarda dəniz səviyyəsindən 800-2200 m hündürlükdə bitir. Hündürlüyü 1-4 (10) m-dək olan çoxbudaqlı kol və ya ağacdır. Budaqları enli çətir əmələ gətirir. Cavan qabığı qırmızı-qonur, sonradan isə tünd boz rəngli olur. Yarpaqları yumru böyrəkşəkilli, uzunluğu 5-8 sm, eni 7-12 sm, binövrəsi enli, ucu bütöv, üstü parlaq yaşıl, alt tərəfi göyümtül, saplaqların uzunluğu 2-3 sm-dir. Çiçəkləri qısa salxımlarda yerləşir. Kasacığı qabarıq qısa dişciklidir; çiçək tacı çəhrayı və ya al-qırmızı bənövşəyidir. Mart-aprel aylarında yarpaqlar açılmamışdan əvvəl çiçəkləyir.
Çin ərkəvanı
Çin ərkəvanı (lat. Cercis chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Mərkəzi Çində geniş yayılmışdır. Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir.
Ərkəvan
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Behiç Ərkin
Mehmet Behiç Ərkin (1876, Konstantinopol, Osmanlı imperiyası – 1961, İstanbul) — türk əsgəri, siyasətçisi və diplomatı. Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub. İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir. Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən “Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım” deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb. Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920-1926) qurucusu və ilk baş direktoru olan Ərkin “Dəmir yollarının atası” kimi də tanınır. Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926-1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır. Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi “Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı” (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan “İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu”nu təsis edib.

Digər lüğətlərdə