1. Dilimizdə əs feili olub, “azaltmaq” mənasında işlədilib. Onun da əsasında əvvəlcə əski törəmə kökü, sonra isə əskik sifəti, əskilmək feili əmələ gəlib. Əski kökü indi də asanlıqla ayrıla bilir: əski-k və əski-l(mək) sözlərində kök özünü saxlaya bilib, amma indi müstəqil şəkildə işlədilmir.
2. Əsli əksik kimi olub. Türkoloqların bəziləri ək (çatışmazlıq) sözünü əsas götürür və kəlməninin kökünü Hind-Avropa mənşəli hesab edirlər. Əksimək feili “çatışmazlığa, azlığa meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)