1. AĞ (rəng) Ağ köpək, qara köpək, ikisi de köpəkdir (Ata. sözü); BƏYAZ/BAYAZ (şair.) Buludlar, buludlar, bəyaz buludlar (M.Rahim); SÜDRƏNGİ Qayanın böyürlərini deyirdin bəs südrəngi sapla tikmişdilər (M.Aslar).

2. ağ bax kəfən

3. ağ bax döşəkağı

4. ağ bax çal

AGENTLİK
AĞA
OBASTAN VİKİ
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Ağ amerikalılar
Ağ amerikalılar (ing. White American) — Özdərini ağ hesab edən ABŞ vətəndaşları və ABŞ-də yaşayan adamlar.
Ağ amur
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Ağ ayı
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ balıqlar
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ batbat
Ağ batbat (lat. Hyoscyamus albus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Ağ braziliyalılar
Ağ braziliyalılar (portuqal: brasileiros brancos) adətən Avropa və ya Levant mənşəli olduğuna görə "ağ" kimi qəbul edilən braziliyalılardır.
Ağ bәnövşә
Ağ bənövşə (lat. Viola alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 5–20 sm, uzun, nazik, sürünən yerüstü zoğları olan, kökümsovları nazik və ya qalıntəhər olan çoxillik gövdəsiz ot bitkisidir. Yarpaqları yumurtaşəkilli, enliyumurtaşəkilli, böyrəkşəkilli, qaidə hissəsində qismən dərin-ürəkşəkillidir, kənarlarda dairəvidişlidir, uc hissədə sivritəhər və ya küttəhərdir, bəzən sivriləşmişdir; budaqların yarpaqları bəzən demək olar ki, üçbucaq formadadır; saplaqla birlikdə bütün yarpaqlar adətən uzuntəhər cod ağımtıl tüklərlə örtülüdür, nadir halda demək olar ki, çılpaqdır, adətən tünd-göy və ya bənövşəyi rənglənmişdir; kökətrafı yarpaqları uzun saplaq üzərindədir. Çiçəkləri uzun qoltuq çiçək saplağında olub, iki çiçəklaltlığı vardır, ətirlidir, ağ və ya bənövşəyi rəngdədir. Qutucuq şarşəkillidir, qismən codtəhər tüklüdür. Mart-aprel aylarında çiçəkləyir, May (iyun) ayında meyvə verir. == Azərbaycanda yayılması == Böyük Qafqazda (Quba), Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində, Kür-Araz ovalığında, Kiçik Qafqazın cənubunda, Naxçıvanın dağlıq, Lənkəranın dağlıq və ovalıq ərazilərində orta dağ qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşələrdə, kolluqlarda, meşənin kənarlarında, bağlarda rast gəlinir. == Sinonimləri == === Homotipik sinonimləri === Viola odorata subsp.
Ağ ciyər
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Ağ kolbasa
Ağ kolbasa və ya vaysvurst (polş. Kiełbasa biała, alm. Weißwurst) — qaynadılmaq üçün sosiska şəklində kolbasadır. Əsas tərkibi dana əti, donuz piyi və təbii dadlandırıcılardır. Onun istehsalında nitratdan istifadə olunur. Rəngi açıq boz rəngdir. Almaniyada bu kolbasaların bir neçə növü mövcuddur. Onlardan ən məşhurları — münxen, silez və hamburq kolbasalarıdır. == Silez kolbasası == Bu kolbasanı adətən dekabr ayında hazırlayırlar. Onu yeni ildə və milad bayramlarında yeyirlər.
Ağ körpü
Ağ körpü — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən tarixi bir körpüdür. İstanbul yolu marşrutu üzrə, Ankara çayının üstündən keçir. == Tarix == 1222-ci ildə o dövrdə Ankara valisi olan Kızıl bəy tərəfindən tikilən bu körpü Bağdad ticarət yolunun keçmişdə istifadə olunan Ankara qovşağında yerləşir. Osmanlı dövründə əsgər və həcc ziyarətinə gedən insanların yanında karvanlara yola salındıqları və yola çıxdıqları nöqtə idi. 8 avqust 1959-cu ildə şəhər ərazisi kimi qeydiyyata alındıqdan sonra müxtəlif dövrlərdə təmir edilmişdir. 1960-cı illərdə Avtomobilyolları Ümumi Müdirliyi tərəfindən aparılan təmir zamanı beton doldurularaq yenilənmiş və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanmışdır. Uzun illərdir əhəmiyyətli bir nəqliyyat marşrutunun bir hissəsi olan Ağ köprü, indi yalnız piyadalar üçün açıqdır. == Memarlıq xüsusiyyətləri == Ağ köprü əsasən andezit daşından tikilib. Orta əsrlərin tipik tağlı körpüsüdür. Tədqiqatlar zamanı müxtəlif hissələrdə təmir-tikinti zamanı başqa daşlardan da istifadə edildiyi və binanın bəzi dövrlərdə sement tərkibli məhlulla bərkidildiyi anlaşılır.
Ağ kürəkburun
Ağ kürəkburun (lat. Scaphirhynchus albus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü. Həyat tərzinə görə adi kürəkburuna çox bənzəyir. Missisipi çayının hövzəsində rast gəlinir, adi kürəkburun isə əsasən Missuri çayının aşağı hissələrində yaşayır.
Ağ küstüşam
Ağ küstüşam (lat. Bryonia alba) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin küstüşam cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Ağ küstüşam lian tipli, zərif görünüşlü olsa da, kökləri insanı xatırladır. Gövdəsi zərif və incə olmaqla 1–2 m uzana bilir. Yumru yarpaqları 3-4 bölümlüdür. Meyvləri qara rəngli və yumrudur. Ədəbiyyat mənbələrinə görə kökündə kişi cinsi orqanı görünən fərdlərinin dərman əhəmiyyəti daha güclü sayılır. Slovyan xalqlarının “maqiada” bu bitkidən istifadəsi barədə məlumatlar vardır. Bizim ekspedisiya zamanı tapdığımız bitkinin kökü məhz bu qəbildəndir. == Təsiri və tərkibi == Adamotunun köklərində qülkozidlər, aşı maddəsi, kumarin, karbohidrat, efir və piyli yağ, brinolov turşusu, alkaloidlər, saponin, qatran, fitosterin , triterpenoidlər, kukurbitasinlərdən D (elaterin A) və B, E(elaterin B), C, K vitaminləri tapılmışdır.
Ağ küy
Ağ küy-ehtimal nəzəriyyəsində – spektral sıxlığı sabit olan ümumiləşdirilmiş stasionar X(t) təsadüfi proses. Korrelyasiya müddəti çox kiçik olan təsadüfi həyəcanlanmaları təsvir etmək üçün istifadə olunur. Məsələn, istilik küyündə – elektronların istilik hərəkətindən yaranan keçiricilərdə cərəyan şiddətinin pulsasiyası. Bəzi stoxastik diffuziya prosesləri üçün əksər halda η(t) (X(t)=η΄(t)) Viner prosesinə görə ümumiləşmiş törəməsi olan X(t) Qauss Ağ küyündən istifadə olunur. Stasionar təsadüfi həyəcanlanmaların təsiri altında rəqs edən sistemlərin dayanıqlı vəziyyətini təsvir edən Ağ küy modeli mühüm Y(t) təsadüfi proseslərdən biridir. Akustikada: müxtəlif tezlikli səs rəqslərini eyni dərəcədə ehtiva edən akustik küy. Ağ küydə müxtəlif tezlikli səs dalğalarının intensivliyi orta hesabla eyni olur. Ağ işıq ilə analoji adlandırılmışdır. Ötürmə zolağı sonlu olan, və bu çərçivədə real küyün spektri təxminən bərabər paylanmış hesab edilən fiziki siqnallara kiçik korrelyasiya müddətli küylərin təsirini təsvir etmək üçün Ağ küy modeli istifadə olunur. Korrelyasiya müddəti elektronun katoddan anoda uçuş müddəti ilə təyin olunan qırma küyə misal ola bilər.
Ağ kəpənəklər
Ağ kəpənəklər (lat. Pieridae) — pulcuqqanadlılar dəstəsinə aid kəpənək fəsiləsi.
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Ağ kәklik
Ağ leylək
Ağ leylək (lat. Ciconia ciconia) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. İri bataqlıq quşu olan ağ leylək leyləklərin ən tanınmış nümayəndəsidir. Bu quş əsasən ağ rəngdə olub, qanadlarının uc hissələri qara rəngdədir. Ağ leyləyin həmçinin boynu uzun, dimdiyi nazik və uzun, ayaqları isə uzun olub qırmızıya çalan rəngdədir.
Ağ mamır
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
"Ağ pambığı becərəndə, yığanda..." (film, 1989)
"Ağ pambığı becərəndə, yığanda…" — qısametrajlı sənədli film. Rejissorlar Aydın Dadaşov və Valeri Kərimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film "ağ qızıl"ın-Azərbaycan pambığının xalqımızın bəlasına çevrilməsindən bəhs edir. == Məzmun == Film "ağ qızıl"ın-Azərbaycan pambığının xalqımızın bəlasına çevrilməsindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Aydın Dadaşov, Valeri Kərimov Operator: Valeri Kərimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
"Ağ pələng"lə görüş (film, 1988)
'"Ağ pələng"lə görüş — qısametrajlı sənədli film. Rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Ça tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. == Məzmun == Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. Burada göstərilir ki, Xəzər neftçiləri ilə Vyetnam neftçilərinin əməkdaşlığı ildən ilə möhkəmlənir. Vyetnam neftçilərinin bir çoxu Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və Xəzər neft mədənlərində təcrübə keçmişlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cavanşir Məlikov Rejissor: Yalçın Əfəndiyev, Çayn Ayn Ça Operator: Valeri Kərimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
"Ağ qartal" ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
"Ağ qızıl" ustaları (film, 1958)
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
"Ağ qızıl" ustası (film, 1972)
"Ağ qızıl" ustası — Əhməd Abdullayev tərəfindən 1972-ci ildə çəkilmiş film. Film Azərbaycan Televiziyasında ("Ekran") tərəfindən istehsal edilmişdir.
"Ağdamın azad olunmasına görə" medalı
"Ağdamın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Ağdamın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Ağdamın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Kəlbəcərin azad olunmasına görə" medalından sonra taxılır.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
108 saylı Ağstafa seçki dairəsi
118 saylı Ağdam şəhər seçki dairəsi
119 saylı Ağdam kənd seçki dairəsi
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi
1998 Ağır atletika üzrə Dünya Çempionatı
1998 Ağır atletika üzrə Dünya Çempionatı — 1998-ci il 10 noyabr və 15 noyabr aralığında Finlandiyanın Lahti şəhərində keçirilən dünya çempionatıdır.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 25 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 58 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində üçüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 58 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2002 Ağır atletika üzrə Dünya Çempionatı
2002 Ağır atletika üzrə Dünya Çempionatı — 18-26 noyabr 2002-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 75-ci, qadınlar arasında isə 15-ci dünya çempionatı. Çempionatda 54 ölkədən 285 atlet iştirak etmişdir.
2007 Ağır atletika üzrə Dünya Çempionatı
2007 Ağır atletika üzrə Dünya Çempionatı — 2007-ci il 17 sentyabr və 26 sentyabr aralığında Tailandın Çianqmay şəhərində keçirilən dünya çempionatıdır.
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
2007 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 18-19 sentyabr 2007-ci ildə 2007 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Tailandın Çianqmey şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2008 Ağdərə toqquşması
Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı, 4 mart 2008-ci il tarixində Ermənistan və Azərbaycan arasında baş vermiş olan toqquşmadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar baş vermişdir. Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi. Azərbaycanın verdiyi açıqlamaya görə, Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmuşdur. Ermənistanın verdiyi açıqlamaya görə, Ermənistanda seçkilərdən sonrakı daxili qarışıqlığı bir fürsət olaraq görən Azərbaycan, Ağdərə bölgəsinə ağır toplardan istifadə edərək gecə əməliyyatı həyata keçirdi. Ermənistan Müdafiə Nazirliyi gecə yarısı bir açıqlama verərək Ağdərə bölgəsinin sərhəd xəttinin 3-4 saat ərzində Azərbaycanın nəzarətində olduğunu elan etdi və davam edən qarşıdurmalardan sonra bölgədə nəzarətin bərpa edildiyini bildirdi. Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mənbələrinə görə, münaqişə nəticəsində 2 erməni əsgəri yaralanmış və 8 Azərbaycan əsgəri öldürülmüşdür. Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi, ölkədəki qurumlara məlumat verdi ki, Ermənistandakı seçkilərdən sonra gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum etdi və başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və 12 erməni əsgəri öldürülmüşdür. Beynəlxalq Qırmızı Xaç təşkilatı isə Ermənistan tərəfdən 5 Azərbaycan əsgərinin cəsədini götürüb Azərbaycan tərəfinə təhvil vermişdir. Bu qarşıdurmadan sonra Rusiya və ABŞ Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs qaydalarına riayət etmələri barədə xəbərdar etdi, Ermənistan və Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə münaqişəni pislədi.
2009 Ağdam toqquşması
Ağdam hərbi təxribatı — 2009-cu ildə Ağdamda baş vermiş silahlı toqquşmalar. == Yanvar == 2009-ci ilin yanvar ayında Qarabağda baş vermiş silahlı toqquşma. 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən ən şiddətli atəşkəs pozuntularından biridir. 2009-ci ilin yanvarın 26-da saat 17:00 radələrində Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altındakı Cəvahirli kəndi və Gülçülük sovxozu adlanan ərazidən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməyə cəhd göstərdilər. Azərbaycan ordusunun mövqelərini ələ keçirtmək niyyətində olan erməni silahlıları itki verərək geri çəkilməyə məcbur oldular. Azərbaycan Silahlı Qüvvələri heç bir itkiyə məruz qalmamışdır. == Sentyabr == 2009-ci ilin sentyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən 1994-cü ildə imzalanmış Ermənistan-Azərbaycan atəşkəsin ən şiddətli pozuntularından biridir. 2009-cu ilin sentyabrın 10-da saat 9:23 radələrində Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı olan ərazilərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma cəhd göstərmişdilər. Milli Ordumuzun mövqelərini ələ keçirtmək istəyən ermənilərin qarşısı alınmışdır. Silahlı müdaxilənin qarşısını alan Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında şiddətli döyüş olub.
2013 Ağır atletika üzrə Dünya Çempionatı
2013 Ağır atletika üzrə Dünya Çempionatı — 2013-cü il 20 oktyabr və 27 noyabr aralığında Polşaın Vrotslav şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı
2014 Ağır atletika üzrə Dünya Çempionatı — 2014-cü il 8 noyabr və 16 noyabr aralığında Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatıdır.
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq
2014 Ağır atletika üzrə Dünya Çempionatı – Qadınlar 69 kq — Qadınların ağır atletikadakı çəki dərəcəsində beşinci müsabiqəsi olub, maksimum bədən çəkisi 69 kiloqram olaraq təyin edilmişdir. Turnir 13-14 noyabr 2014-cü ildə 2014 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Qazaxıstanın Almatı şəhərində keçirilmişdir. == Qrafik == == Medalçılar == == Rekordlar == Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
2015 Ağır atletika üzrə Avropa Çempionatı
2015 Ağır atletika üzrə Avropa Çempionatı — 10-18 aprel tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirildi, kişilərdə 8 çəki kateqoriyaları, qadınlarda isə 7 çəki kateqoriyalarıda mükafatlar oynanmışdı. == Çempionatdan öncə == 24 mart 2015-ci il məlum oldu ki, ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə diskvalifikasiya edilmişdir. Bunun səbəbi yığmanın 11 üzvü dopinq testdən keçə bilməməsi idi, idmançıların anabolik steroidi stanozolol aşkar edilmişdir. Diskvalifikasiya edilmiş idmançıların siyahısına həmçinin dünya çempionatlarının mükafatçısı və 2014-cü il 85 kq-a qədər çəki kateqoriyasında Avropa çempionu İvan Markov düşmüşdür. == Çempionlar və mükafatçılar == === Kişilər === === Qadınlar === == Diskvalifikasiya olunmuş idmançılar == 94 kq-a qədər (kişilər). 4-cü yeri tutmuş Anatoli Kırıku (Moldaviya) 105 kq-a qədər (kişilər). Andrian Zbirnyanın (Moldaviya) gümüş medalı ləğv olunmuşdur. 9-cu yeri tutmuş David Qogiya (Gürcüstan). 105 kq-dan yuxarı (kişilər). Oleq Proşakın (Ukrayna) qızıl medalı ləğv olunmuşdur.

Значение слова в других словарях