GÖL

Tuva dilində öl sözü var və “yaş”, “göl” anlamında işlədilir. Onlar dağ çayına öləqə deyirlər. Ölə kəlməsi ruslardakı смочить sözünün tərcüməsi kimi verilib. Çayır bitkisinə, qurumamış (yaş) ağaca “ölən” deyirlər. Tatar dilində yulğa sözü “çay” (река) anlamında işlədilir. Qaqauzlarda göl yerinə, “qırla” deyirlər. Belə gö­rünür ki, göl sözü öl sözü ilə bağlıdır və “su” mənasını əks etdirir. Lil sözü də bu­nunla bağlıdır. Görünür, rus dilindəki иль kəlməsi də bizim lil kəlməsi ilə qo­humdur (lil sözü lilpar kəlməsində də özünü göstərir). Mənbələrdə öl sözü “мокрый”, ölü kəlməsi “мокнуть” mənasında açıqlanıb. M.Kaşğaridə çülmən sözü “durğun su” kimi şərh olunub. Çay sözünün sinonimi kimi ölən kəlməsi də qey­də alınıb. Deməli, göl “su” anlamı ilə bağlıdır, “durğun su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

GÖGÖYÜN
GÖN
OBASTAN VİKİ
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göl (dəqiqləşdirmə)
Göl
Göl (xalça)
Göl (medalyon, xonça, türünc) — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan naxışa verdikləri addır. Dəyirmi və uzunsov formalı, içərisinə şəkil qoyub boyuna taxmaq üçün istifadə edilən zərgərlik məmulatı olan medalyona bənzədiyindən gölü bir çox halda medalyon adlandırırlar. Xalça sənətində gölü «türünc», nadir hallarda isə «tabaq», farslar isə «torənc» adlandırırlar.
Göl (Çaroymaq)
Göl (fars. گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (31 ailə).
Göy-göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göy göl
Göllər Göygöl (göl) — Azərbaycanın Göygöl rayonunda göl. Göygöl (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda göl. Göygöl (Gədəbəy) — Gədəbəy rayonu ərazisində şirinsulu, axarlı göl. Göygöl (Ordubad) — Ordubad rayonunda şirinsulu, axarlı göl. Göygöl (Culfa) — Culfa rayonu ərazisində göl. Göygöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda göl. Çaylar Göygöl — Daşkəsən və Gədəbəy rayonları ərazisindən axan çay. Qoruq Göygöl Dövlət Təbiət Qoruğu — Azərbaycanda yaranan ilk qoruq. Yaşayış məntəqələri Göygöl (şəhər) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati mərkəzi. Göygöl rayonu — Azərbaycan Respublikasında rayon.
Göygöl (göl)
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.
Distrof göl
Evtrof göl
Göl bölgəsi
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl delfinləri
Göl delfinləri (lat. Lipotidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Göl ehtiyatları
Göl gəvəni
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Göl iyesi
Göl nərəsi
Göl nərəsi (lat. Acipenser fulvescens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Göl qağayısı
Chroicocephalus ridibundus (lat. Chroicocephalus ridibundus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin chroicocephalus cinsinə aid heyvan növü. Böyüklükləri 38–44 sm, qanad açıqlıqları 94–105 sm qədərdir. Yay fəslindəki yetkin quşların şokolad rəngli bir başı, açıq boz bədəni, qara uclu ilk qanad tükləri və qırmızı dimdik və ayaqları vardır. Yetkinliyə çatması 2 il çəkir. İlk il quşlarının quyruq ucunda qara zolaqlar vэ qanadlarda tünd sahələr görülür. Koloniyalar halında böyük qamış yataqları və ya bataqlıqlarda və adalarla göllərdə yaşayırlar, yerdə yuva qururlar. Açıq dəniz quşları deyillər. Şəhərlərdə zibil qarışdırır və ya onurğasız heyvanları ovlayırlar.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Göl çöküntüləri
Göl çöküntüləri — qırıntı (çınqıl, qum, gil), kimyəvi və üzvi materiallardan təşkil olunmuş, göl dibində əmələ gəlmiş çöküntülər. G.c.şirin sulu (terrigen çöküntülər-sapropel, diatomit), duzlu (terrigen, kimyəvi çöküntülər soda, mirabilit, qalit və b.)və vulkanik (kraterdə) çöküntülərə ayrılır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kincxar (göl)
Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü. Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir.
Kömüratan (göl)
Kömüratan gölü — Azərbaycanda, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən göl. Göl Kömüratan dağının cənubunda yerləşir. Sovetlər dönəmində təsərrüfat məqsədli istifadə olunmuşdur. Bakı-Quba magistral yolundan bir necə yüz metr aralıdadır. Suyu az duzlu olması ilə seçilir. Gölün cənub, cənub-şərqi dayaz, mərkəz və şimal-qərbə doğru isə dərindir. Eni 450 m, uzunluğu isə 650 m təşkil edir. Sahəsi mövsümdən asılı olaraq dəyişir. Əsasən yağıntılarla qidalansa da, gölə cənub istiqamətdən gölməçə və çirkab sularından ibarət az miqdarda mənbə axır. Ətrafı zolaq şəklində yayılmış yulğun kolları ilə örtülmüşdür.
Manaqua (göl)
Manaqua gölü (isp. Lago de Managua) — Nikaraqua ərazisində yerləşən göl. Sahəsi 1,042 km², uzunluğu 65 km, eni isə 25 km-dır. Gölün adı "manague" (eyniadlı qəbilə adı) ilə "agua" ("su") kəlimələrinin birləşməsindən yaranmışdır. Bu adı gölə ispan konkistadorları vermişlər. Manaqua şəhəri Nikaraquanın paytaxtıdır və ölkənin cənub-qərb sahilində yerləşir. Manaqua gölünün səviyyəsi leysan yağışlar yağan zaman əhəmiyyətli dərəcədə yüksəlir. Ən yüksək su səviyyəsi 1933-cü ildəki sel basqını zamanı qeyd edilmişdir 1998-ci ildə baş verən Miç qasırğası zamanı beş gün içində gölün səviyyəsi 3 metr yüksəlmiş və yaxınlıqdakı yaşayış məntəqələri su altında qalmışdır. 2010-cu ilin sentyabr-oktyabr aylarında daha güclü bir sel meydana gəlmişdir. O vaxtdan dəniz səviyyəsindən 42.76 metr yüksəkdən aşağıda, sel basma ehtimalı böyük olan ərazilərdə yaşayış məntəqlərinin salınması qadağan edilmişdir.
Mavi göl
Mavi göl (Gürcüstan)
Mehman göl
Mehman göl — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl. Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur.
Meşəli göl
Meşəli gölü (ing. Lake of the Woods) — Şimali Amerikada yerləşən göl. Böyük göllər şəbəkəsindən qərbdə yerləşən göl. ABŞ və Kanada sərhəddində yerləşir. İnzibati cəhətdən isə Kanadanın Manitoba və Ontario vilayətləri, ABŞ-nin isə Minnesota ştatları ərazisində yerləşir. ABŞ ərazisində sahəsinə görə 7-ci göldür. Gölün sahəsi 4350 km² (bunun 3149 km² Kanada ərazisi) təşkil edir. Gölün su səthi 323 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Sahilləri parçalıdır. Sahil xəttinin uzunluğu 105000 km təşkil edir.
Dama-dama göl olar (film, 1982)
Dem gölü
Dem gölü — Şimali Burkino-Fasoda kiçik göl. O, Kayanın şimalında, Sahel qoruğunun cənubunda və Bam gölünün cənub-şərqindən yerləşir. Uzunluğu 5 km, eni 2 km-dir. Dəniz səviyyəsindən 304 metr yüksəklikdə yerləşir. Göl 2009-cu ildən Ramsar ərazisi kimi təyin edilmişdir.
Don-Juan gölü
Don Juan gölü (lat. Don Juan) — Antarktidanın Viktoriya Torpağı, Rayt vadisində yerləşən kiçik göl. Dünyanın ən duzlu gölü statusuna namizəddir. Göl 1961-ci ildə helikopter pilotları Don Ro (Don Roe) və Con Hiki (John Hickey) tərəfindən aşkarlanmışdır. Göldə onların şərəfinə adlandırılmışdır. Kəşf zamanı havada -30 °C olmasına baxmayaraq göl donmamışdır. 1977-ci ildə gölün sahəsi 0,25 km² təşkil edirdi. Gölün sahəsi 1995-ci ildə isə 0,03 km², dərinliyi isə 0,1 metrə qədər azalmışdır. Qrunt sularınln səthə çıxdığı yer olaraq düşünülür. Quru və sərt iqlimdə yerləşməsi və güçlü küləklər gölə böyük təsir göstərir.
Drukşiai gölü
Drukşyay (lit. Drūkšiai) və ya Drisvyatı gölü (belar. Дрысвяты, rus. Дрисвяты) — Litvanın şimal-şərqində və Belarusun Vitebsk vilayətinin ərazisində yerləşən göldür. Göl İqnalina Atom Elektrik Stansiyasını su ilə təchiz edir. Göl Braslau gölü ərazisində yerləşmişdir və ərazinin ən böyük gölüdür. Drukşyay gölünün ümumi sahəsi 44,79 km²-dir (34 km² Litva ərazisində, 10 km² Belarus ərazisində). Göl mənşəcə buzlaq mənşəlidir. Buzlaqların şimaldan cənuba və qərbdən şərqə doğru hərəkəti zamanı uzunsov şəkildə iki şaquli kanal əmələ gətirir. Gölün maksimal dərinliyi 33,3 m, orta dərinliyi isə 7,6 m-dir.
Drukşyay gölü
Drukşyay (lit. Drūkšiai) və ya Drisvyatı gölü (belar. Дрысвяты, rus. Дрисвяты) — Litvanın şimal-şərqində və Belarusun Vitebsk vilayətinin ərazisində yerləşən göldür. Göl İqnalina Atom Elektrik Stansiyasını su ilə təchiz edir. Göl Braslau gölü ərazisində yerləşmişdir və ərazinin ən böyük gölüdür. Drukşyay gölünün ümumi sahəsi 44,79 km²-dir (34 km² Litva ərazisində, 10 km² Belarus ərazisində). Göl mənşəcə buzlaq mənşəlidir. Buzlaqların şimaldan cənuba və qərbdən şərqə doğru hərəkəti zamanı uzunsov şəkildə iki şaquli kanal əmələ gətirir. Gölün maksimal dərinliyi 33,3 m, orta dərinliyi isə 7,6 m-dir.
Durusu gölü
Durusu və ya Terkos (türk. Durusu Gölü; Terkos Gölü) — Türkiyədə, İstanbul şəhərindən 45 km şimal-qərbdə yerləşən su hövzəsi. Gölün maksimal dərinliyi 11 metr, eni 1–2 km, səthinin sahəsi isə 30,4 km²-dir. Göl suyunda 27 balıq növü mövcuddur. Gölün sahil xətti son 1000 ildə çox dəyişilmiş və dəyişməyə davam edir. Durusu əvvəlcə Şərqi Frakyada strateji əhəmiyyətli bir yerdə yerləşən körfəz idi. Bu bölgə süquta uğramaqda olan Bizans imperiyasının son məntəqələrindən biri idi. Körfəzdə zaman-zaman Genuya dəniz quldurları sığınırdılar. Yaxınlıqda olan qalanın qalıqları buna sübutdur. Lakin çayın və dəniz axınlarının gətirdiyi allüvial qumun Durusu çayının deltasına toplanmasına səbəb oldu.
Duzdağ gölü
Duzdağ — Salyan rayonu ərazisində şor göl. Gölun ətrafı ağ Şoran torpaq örtüyündən ibarətdir. Duzdağ "duzlu, duzlaq, Şor" mənalı Duzlaq coğrafi adının yerli tələffüz formasıdır.
Elqıqıtqın gölü
Elqıqıtqın gölü — Çukot Muxtar Dairəsi ərazisində yerləşən vulkan gölü. Göl Anadır alçaqdağlığı, Anadır rayonu, Anadır şəhərindən 390 km şimal-qərbdə yerləşir. Gölün adı çukot dilindən tərcümədə эльгыгытгын — «ağ göl» mənasını verir. Gölün diametri — 12 kilometr; mərkəzi hissədə dərinlik 169 m; maksimal dərinlik — 174 m; sahəsi — 119 km²; həcmi — 14,1 km³; su toplayıcı hövzəsinin sahəsi — 293 km²; suyun orta temperaturu 3 °C; dəniz səviyyəsindən hündürlüyü — 489 m. İlin böyük qismi üzəri buzla örtülü olur. Bəzi illərdə hətta yayda belə tamami ilə buzdan azad ola bilmir. Sahilə yaxın ərazilərdə daimi buzlaqlar vardır. Onların qalınlığı 481 çatır. Gölə 50 qol axır. Göldən Enmıvaam çayı başlayır.
Elsuort gölü
Elsuort gölü (ing. Lake Ellsworth) — Antarktida ərazisində buzaltında yerləşən göl. Bir çox aliklərin fikirinə görə göl təqribi olaraq 125 mln xarici aləmlə əlaqəsi yoxdur. Gölün ölçüləri 14,7 km х 3,1 km nisbətindədir. Elsuort gölünün sahəsi 28,9 km². Dərinliyi isə 52-156 metr arasında dəyişir. Gölün həcmi 1,37 km³-dir. Gölün araşdırılmasını Böyük Britaniya alimləri həyata keçirir.
Elton gölü
Elton gölü (rus. Эльтон) — Xəzəryanı ovalıqda yerləşən axarsız, şorsulu göl. Göl inzibati baxımından Rusiyanın Volqoqrad vilayəti, Pallasovski rayonu, Elton kənd inzibati vahidliyində, Qazaxıstan sərhəddindən bir qədər aralıda yerləşir. Vilayətin ən böyük, Avropanın isə minerallaşma həddinə görə ən böyük gölü. Gölün olduqca əhəmiyyətli xüssusiyyəti vardır. Belə ki, köçəri quşlar, əsasəndə sahildəyişənlər və durnalar təyinat nöqtəsinə gedərkən müəyyən müddətə bu göldə fasilə verməli olurlar Böyük ehtimalla gölün adı monqol dilində olan «Altın-Nor» (qızılı dib) sözündən əmələ gəlmişdir. Göl Xəzəryanı ovalığın şimal-qərbində böyük duzlu qübbələr arasında bir çökəklikdə yerləşir. Sahəsi — 152 km², dairəvi quruluşa sahibdir. Hövzəsinin sahədi 1640 km²-dir. Dərinliyi — 5—7 sm; yazda isə 1,5 metrə çatır.
Ertso gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Erço gölü
Ertso- (oset. Ерцъо, gürc. ერწო [ɛrt͡sʼɔ])- Cənubi Osetiyanın Dzausko rayonunda Kvirila çayının hövzəsinə aid karst mənşəli göl. Ölkənin sahəsinə görə ikinci böyük gölü hesab edilir. Bu göl Kudarsk yarğanında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1711 m-dir. Daxili kanalları mövcuddur. Gölün sahəsi-0,41 km², uzunluğu isə-940 m-dir. Gölün dərinliyi məlum deyil, çünki suyunun səviyyəsi daimi olmur. Göl öz mənşəyinə görə unikal hesab edilir, çünki, Qafqazda ən iri karst mənşəli göldür.
Friksel gölü
Friksel gölü (ing. Lake Fryxell) — Antarktidada, Viktoriya Landda yerləşən şirinsulu göl. Kanada ilə Kammonvilt buzlaqları arasında yerləşir. Taylor vadisinin cənubundakı bu göl Robert Skott tərəfindən 1910-1913-cü illərdəki "Terra Nova" ekspedisiyası zamanı kəşf edilmiş və kartoqrafiyası edilmişdir. Gölə 1957-ci ildə ABŞ-nin İllinoys ştatındakı Avqustina Kollecindən Fritiof Frikselin adı verilmişdir. Uzunluğu 4.5 km-dir. Göldə bir çox prokariot canlı yaşamaqdadır.
Göl Bölgəsi (Böyük Britaniya)
Göl bölgəsi(ing. Lake District) — eyni zamanda The Lakes adı ilə tanınan, Şimal-qərbi İngiltərədə yerləşən dağlıq bölgə. Bölgənin böyük bir hissəsi 1951-ci ildə Göl Bölgəsi Milli Parkına çevrilmişdir. İngiltərənin ən yüksək zirvəsi olan Skofel Payk də burada yerləşir.
Göl Həsən (Qoşaçay)
Göl Həsən (fars. قل حسن‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (150 ailə).
Göl Süleymanabad (Qoşaçay)
Göl Süleymanabad (fars. گل سليمان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,923 nəfər yaşayır (699 ailə).
Göy göllər (Kabarda-Balkariya)
Göy göllər (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Çerek rayonunda yerləşən 5 karst gölündən ibarət qrup. Nalçikdən təxminən 30 km cənubda (düz bir xəttdə) Çerek Balkarski çayının vadisində, Çerek Balkarski və Çerek-Bezengiyski çaylarının Çerek çayına qovuşmasından 6 km yuxarıda yerləşirlər. Göllərə Aşağı Göy göl (Tserik-Kol, Çerek-Kol), Yuxarı Göy göl, həmçinin Quru göl və Gizli göl daxildir. Aşağı Göy göl yaşıl-mavi rəngə və daimi su temperaturu 9.3 °C-yə malikdir. Gölün adı Tserik-Köl, balkarcadan "çürük göl" kimi tərcümə olunur. Səbəb isə suyun tərkibində həll olmuş hidrogen sulfid olmasıdr. Bu səbəbdən suyunun çürümüş yumurtaları xatırladan xüsusi bir qoxusu var. Dəniz səviyyəsindən 809 m yüksəklikdə yerləşir. Gölün sahəsi 0,0216 km²-dir (235 × 120–180 m).
Göygöl gölü
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir. Uzunluğu 2800 metrdir. Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.

Digər lüğətlərdə