akademiyalararası
akanlar 2021
OBASTAN VİKİ
Akademizm
Akademizm (fr. académisme) və ya Akademik stil — Avropa incəsənət akademiyalarında formalaşdırılmış və geniş yayılmış peşəkar tədris metodu və bədii dizayn üslubudur. XVI əsrin ortalarında İtaliyada formalaşmağa başlayan bu üslub bir neçə yüz il ərzində bütün Avropada geniş yayılmış və kolonializm nəticəsində bir çox ölkələrin incəsənətinə ciddi təsir göstərmişdir, lakin bu terminlər qarışıq mənaya malikdirlər, çünki, sənətşünaslar bu terminlərə müxtəlif şəkildə yanaşmış, onun anlamını daraltmış və ya genişləndirmiş, bəzən isə tamamilə fərqli bir sahəyə aid etmişlər. Bəziləri üçün akademizm, 1648-ci ildə Şarl LeBrenin rəhbərliyi ilə yaradılmış Fransa Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasında pedaqoqların tədris etdiyi yüksək sistematiklik və iyerarxiya ehtiva edən üslubdur. Fransız rəssamlarının bu uğuru ətraf ölkələrə də təsir edərək barokko, neoklassisizm və qismən romantizmin formalaşmasına təsir göstərmişdir. Bəziləri, bu termini daha konkret işlədərək akademiyalarda və onların ətrafında formalaşan akademik incəsənətə və ya akademik stilə aid edirlər. Nəhayət üstünlük təşkil edən, əksər sənətşünaslar bu termini XIX əsrdə akademiyalarda təhsil almış sənətkarların formalaşdırdıqları incəsənət üslubuna aid edirlər. Lakin, bu mövqenin tərəfdarı olan sənətşünaslar əsasən təsviri sənətə akademik obrazların təsirinə diqqət yetirirlər. Akademiyalar orta əsr rəssam gildiyalarında çalışanlar üçün, fərdi yanaşma və orijinal yaradıcılıq baxışının əsasında dayanan ümumi sistem və nəzəriyyələrin formalaşdırılması üçün yaradılmışdı. Akademiyalarda sənətkarlar klassik ənənələr və onlarla birlikdə estetik və etik mənbələrin təbliği üçün yarışırdılar.

Digər lüğətlərdə