aurofobiya
autekologiya
OBASTAN VİKİ
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır. Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
Grand Theft Auto (oyun seriyası)
Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir. Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir. hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir.
Grand Theft Auto III
Grand Theft Auto 3 (GTA III) Rockstar Games tərəfindən yaradılmış Grand Theft Auto seriyasının üçüncü oyunudur. Oyun PlayStation 2, PlayStation 3 (PSN), Windows, Xbox, Mac OS X, Xbox 360 (XBLM), iOS və Android platformaları üçün yaranıb. Oyunun hadisələri Nyu-Yorka çox oxşayan Liberty City şəhərində baş tutur. == Məzmunu == Qeyd:Klod dilsizdir, danışa bilmir. Klod, Katalina və Miqel Liberty City bankını soymaq planlayırlar, lakin soyğunun sonunda Katalina Klodu vurur və pulları götürüb qaçır. Klod həbsxanaya aparılarkan qəzaya düşüb avtomobildən qaçır və Katalinadan intiqam almaq qərarına gəlir. Klod və Katalinanın Liberty şəhərinə gəlməyi San Andreasda açıqlanır. San Andreasın baş qəhrəmanı Karl Conson Katalinanın keçmiş sevgilisi olub, Klod onunla yarışdı, amma uduzdu. Katalina onunla ayrıldı və Klodla Liberty şəhərinə üz tutdu. Klod Liberty City şəhərində çoxlu missiyalar yerinə yetirdi və son ana missiyada keçmiş sevgilisi Katalinanı öldürdü.
Grand Theft Auto IV
Grand Theft Auto IV — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən 2008-ci ildə satışa çıxarılmış döyüş-macəra janrında olan videooyun. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyun Nyu-Yorkun uydurma versiyası olan Liberty City-də keçir. Oyun qaranlıq keçmişindən qaçan Şərqi Avropalı müharibə veteranı Niko Bellic adlı bir şəxsin həyatını mövzu alır. Avropadan qaçaq gəmiylə yola çıxan və Amerikaya ayaq basan Niko Bellicin məqsədi qaranlıq keçmişindən qaçmaq və Amerikan xəyalını yaşamaqdır. Əmisi oğlu Romanın çox-çox şişirdib təriflədiyi məktublarına inanıb Liberty City-yə yaşamağa gələn Niko Bellic, Rockstar'ın milyonlar satan "Grand Theft Auto" ardıcıllığının bu seriyasındakı əsas xarakteridir. Mafiya və qumar borclarıyla başı bəlada olan Romana kömək edərkən öz adını da doğrultmaya çalışan Niko sakit bir həyat arzu edərkən bir anda özünü borclar və yeraltı cinayət dünyasının içinə çəkilmiş halda tapır. Bu xəyalın əslində bir yalandan ibarət olduğunu, şəhərdə hörmət duyulan tək şeyin pul və etibar olduğunu anladığında isə artıq onun üçün geri dönmək çox gecdir. İndi onun həyatı Rus, Alban, yəhudi və İtalyan mafiyalarıyla mübarizədən ibarətdir. Mərhəmətsiz şəhərin küçələrindəki Niko artıq çirkli və ruhsuz bir tətikçidir.
Grand Theft Auto V
Grand Theft Auto V — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən satışa çıxarılmış 2013-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Hekayəsi uydurma San Andreas ştatında cərəyan edir. Oyunda üç əsas personaj var — bank soyğunçusu Maykl De Santa, qanqster Trevor, narkotik və silah satıcısı Frenklin. Onlar oyun boyu çoxsaylı cinayət əməllərində iştirak edirlər. Oyunda personajları üçüncü şəxs və birinci şəxs baxış bucağından idarə etmək mümkündür. Oyun dünyası piyada və avtomobil vasitəsilə kəşf edilə bilər. Oyunçular missiyalar və digər fəaliyyətlər zamanı personajlar arasında keçid edə bilərlər. Oyundakı əksər missiyalar soyğunların planlaşdırılması və icrası ətrafında fırlanır. Bu oğurluqlar zamanı oyunçular atışma və sürücülüklə məşğul olacaqlar.
Heleniastrum autumnale
Helenium (lat. Helenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Yeganə Helenium autumnale (L. 1753) növü məlumdur. Cinsin adı Troya müharibəsinə səbəb olmuş əfsanəvi gözəl Yelenanın adından götürülmüşdür. Heleniumun 30-a yaxın növü Şimali və Mərkəzi Amerikanın enliyarpaqlı bitkilər qurşağından tropiklərə qədər bitir. Gülçülükdə 6 növündən istifadə olunur. Onlardan payız heleniumu (N.autumnale) xüsusilə məşhurdur. Bu, salaqgövdəli və çoxsaylı səbətləri yumşaq çiçəkqrupu əmələ gətirən bitkidir. Dilcik şəkilli çiçəkləri açıq-sarı, qonur, qırmızı rəngdə, boruşəkilli çiçəkləri isə sarı, ya da qonur rənglidir. Payız heleniumunun vətəni ABŞ-nin və Kanadanın şərqidir.
Mandragora autumnalis
Payız mandraqorası (lat. Mandragora autumnalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Metropolitan Transportation Authority
Metropolitan Transportation Authority ABŞ-nin Nyu-York ştatında ictimai nəqliyyatdan məsul olan təsərrüfat hesabına fəaliyyət göstərən bir şirkətdir. Nyu-Yorkun 12 qraflığı ilə yanaşı Konnektikut Nəqliyyat Departamenti ilə müqavilə əsasında cənub-şərqi Konnektikutin 2 qraflığına da xidmət edir. Həftəiçi günlərdə ümumi sistem vasitəsilə ortalama 11 milyondan artıq sərnişin daşınır və yeddi pullu körpü və iki tunel 800.000-dən artıq nəqliyyat vasitəsinə xidmət göstərir. MTA ABŞ-də ən böyük ictimai nəqliyyat idarəsidir.
Moniezia (Blanchariezia) autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Moniezia autumnalis
Moniezia (Blanchariezia) autumnalia (lat. Moniesia)-Yastı qurdlar tipinə aid olan sinif. Yastı, lent şəkilli qurddur, bədəninin uzunluğu 150 – 267 sm, buğumları maksimum eni -57 mm uzunluğu 4,5 – 2 mm qalınlığı 0,8 – 1,2 mm-dir. Helmintin başçıq hissəsi çox iridir -1,8 mm, eni isə 1,7 mm-dir .Başcığın üzərində 4 fincan şəkilli sormaclar yerləşir. Başcıqdan 3,5 mm arxada buğumlaşma başlayır, başcıqdan 20 -25 sm arxada hermoxeridit buğumlar əmələ gəlir, bu buğumlarda bütün cinsi üzüvlər yerləşir, hermoxrodit buğumlarda buğumlar arası xətkeş şəkili vəzilər olur, həmin vəzilərin uzunluğu 0,53 – 1,06 mm eni isə 0,12 -0,25 mm olur cinsi dəliklərin buğumlarda yerləşməsi iki tərəflidir və buğumun ön tərəfinə açılır. Hermoxrodit buğumlarda mərkəz sahənin eni və uzunu boyunca cinsi vəzilərin çoxlu sayda toxumcuqları yerləşir, toğumcuqların ölçüsü 0,050-0,070mm-dir. Sirrus əlavə törəmələrə malik deyildir, onun uzunluğu 0,092mm, sirrus bağırsağının uzunluğu isə 0,67 – 0,180 mm –dır. Buğumun ön yarısında 2 ədət paycıqlı yumurtalıq yerləşir (onun ölcüsü 0,657 -0,848mm -dır). Armud şəkilli toxumqəbuledicinin uzunluğu 0,212- 0,381 mm –dir. Arxa buğumlarda (yetgin buğumlarda ) bütün cinsi vəzilər reduksiyaya uğramışdır, yalnız icərisi yumutalarla dolu olan balalıq qalır.
Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Saab Saab Automobile
Saab — 1937-də İsveçdə qurulan avtomobil və təyyarə şirkətidir. 2-ci Dünya Müharibəsinin ardından 15 təyyarə mühəndisinin dizaynı olan 92001 adlı modellə avtomobil çıxarmağa başladı. Aerodinamik quruluşu müsbət istiqamətdə təsir edən qanad profili şəklindəki gövdə quruluşu vasitənin dizaynındakı ən böyük fərqlilik oldu. Saab firmasının dünyanın ən möhkəm və etibarlı avtomobillərini istehsal edir. Bunda İsveç poladınında əhəmiyyəti böyükdür. Saab eyni zamanda Super Sonik döyüş təyyarələri də isthesal edir. SAABın ticari vasitə markası isə Scaniadır. General Motorsun bir markasıdır.
Autotransplantasiya
Autotransplantasiya — orqan, toxuma və hətta müəyyən zülalların eyni şəxsdə bədənin bir hissəsindən digərinə transplantasiyası (köçürülməsi). Belə bir prosedurla transplantasiya edilən autoloji toxuma (həmçinin autogen, autogeneik və ya autogenik toxuma adlanır) autotransplant deyilir. Bu, allotransplantasiyadan (eyni növdən olan digər fərddən), singenik transplantasiyadan (eyni növdən olan iki genetik eyni fərd arasında transplantasiya edilmiş transplantasiya) və ksenotransplantasiyadan (digər növlərdən) tam fərqlidir. Tipik bir nümunə, bir sümük parçasının (adətən ombadan) çıxarılması və sümüyün başqa bir hissəsinin yenidən qurulması üçün toz halına salınmasıdır. == Autoloji qan donorluğu == Qan bankı terminologiyasında, autolog qan donorluğu donor tərəfindən, adətən planlaşdırılmış bir əməliyyat üçün istifadə üçün qeyd olunan qan donorluğuna aiddir. Onlar adətən qan bankının əməkdaşları tərəfindən "auto" adlandırılır və bu, daha ümumi autotransfuziya konsepsiyasının əsas formalarından biridir (digəri əməliyyatdaxili qan qənaətidir). === Autoloji qan donorluğunun üstünlükləri: === Qan qrupu nadir bir qan qrupu və ya antitel növü ilə həmişə uyğun olacaq. Əməliyyat zamanı yalnız autoloji qan istifadə edilərsə, hepatit və ya HİV kimi yoluxucu xəstəliklərin qan vasitəsilə ötürülməsi riski yoxdur. Allergik reaksiyaların riski azalır. === Mənfi cəhətləri: === Fərdi emal, uçot və idarəetmə sayəsində daha yüksək xərc.
Autsorsinq
Autsorsinq (ing. outsourcing: (outer-source-using) — xarici mənbədən və/və ya resursdan istifadə) — müqavilə əsasında bir təşkilat tərəfindən sənaye sahibkarlıq fəaliyyətinin müəyyən növlərinin və ya funksiyalarının istənilən sahədə fəaliyyət göstərən başqa şirkətə verilməsi. Birdəfəlik, epizodik və ya təsadüfi olan və əvvəli və sonu ilə məhdudlaşan xidmət və dəstəkdən fərqli olaraq, autsorsinq adətən uzunmüddətli müqavilə əsasında ayrı-ayrı sistemlərin və infrastrukturun fasiləsiz işləməsinə peşəkar dəstək funksiyalarını ötürür (ən azı 1 il). Autsorsinq bütövlükdə müəssisənin səmərəliliyini artırmağa və yeni sahələri inkişaf etdirmək və ya artan diqqət tələb etməyən səyləri cəmləşdirmək üçün azad təşkilati, maliyyə və insan resurslarından istifadə etməyə imkan verir. Rusiya biznes təcrübəsində mühasibat uçotu, ofisin fəaliyyətinin təmin edilməsi (məsələn, binaların təmizlənməsi), tərcümə xidmətləri, nəqliyyat xidmətləri, kompüter şəbəkəsinin və informasiya infrastrukturunun işinə dəstək, reklam xidmətləri və təhlükəsizlik kimi funksiyalar ən çox yayılmışdır. Autsorsinq İnstitutunun (ABŞ) məlumatına görə, autsorsinq biznesin optimallaşdırılmasının artan növüdür və ən böyük artım maliyyə və mühasibat uçotu sahəsində müşahidə olunur. 1997-ci ildə Amerika İdarəetmə Assosiasiyası tərəfindən tərtib edilmiş statistik məlumatlar göstərdi ki, hətta o zaman da sorğuda iştirak edən 600 firmanın 20%-i maliyyə və mühasibat əməliyyatlarının ən azı bəzilərini, 80%-i isə inzibati funksiyaların bir hissəsini xaricdən sifariş edib. == Autsorsinq növləri == === İstehsal autsorsinqi === İstehsal (və ya sənaye) autsorsinqi zamanı üçüncü tərəf məhsulların və ya onların komponentlərinin istehsalının bir hissəsini və ya hamısını köçürür. === İT autsorsinqi (ITO) === Bu, həm tamamilə müəssisə infrastrukturu səviyyəsində (avadanlığın və ya proqram təminatının saxlanması) informasiya sistemlərinin inkişafı, tətbiqi və saxlanması ilə bağlı məsələləri həll etmək üçün xarici ixtisaslaşmış şirkətin nümayəndə heyətini əhatə edir. və/və ya sistemin ayrı-ayrı bölmələrinin işləməsinə dəstək (proqramlaşdırma, hostinq, proqram təminatının sınaqdan keçirilməsi və s.).
Mühasibat uçotunun autsorsinqi
Mühasibat uçotunun autsorsinqi — biznes prosesinin autsorsinqin xüsusi halı və müəssisə üçün mühasibat uçotunun dəstəklənməsi yollarından biri. Müəssisədə təşkilat, mühasibat uçotu və hesabatla bağlı funksiyaların şirkətdən kənarda ötürülməsini, icra üçün autsorserə verilməsini nəzərdə tutur. Xarici podratçılar tərəfindən göstərilən mühasibat uçotu xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi, təşkilati və hüquqi cəhətdən müstəqil qalaraq, xarici şirkətin ayrılmaz funksional vahid kimi müştəri şirkətin iş proseslərinə daxil edildiyi qarşılıqlı əlaqə formasıdır. Mühasibat xidmətlərinin autsorsinqinin ən sadə tərifi təşkilatın mühasibat uçotunun üçüncü tərəf mütəxəssislərinə təhvil verilməsidir. Outsourcing İnstitutunun (ABŞ) ekspertlərinin fikrincə, autsorsinq qeyri-adi dinamik inkişaf edən biznes optimallaşdırma növü kimi maliyyə və mühasibat uçotu sahəsində biznes proseslərinin autsorsinqində ən böyük artımı göstərir. 1997-ci ildə Amerika İdarəetmə Assosiasiyası tərəfindən 600 firma üzərində aparılan araşdırma göstərdi ki, artıq o vaxta qədər sorğuda iştirak edən firmaların 1/5-i maliyyə və mühasibat əməliyyatlarının ən azı bəzilərini, firmaların isə 4/5-i - bir hissəsini autsorsinq etmişdir, inzibati funksiyalardan ibarətdir. Daha tez-tez epizodik olan mühasibat xidmətlərindən fərqli olaraq, mühasibat autsorsinqi şirkət daxilində biznes proseslərinin əsaslı şəkildə yenidən qurulmasını tələb edən uzunmüddətli strategiyadır. Müxtəlif şirkətlərin ekspertləri biznes proseslərinin bu şəkildə yenidən qurulmasının nə qədər ciddi ola biləcəyi ilə bağlı fikir ayrılığına malikdirlər. Bununla belə, onların əksəriyyəti razılaşır ki, qarşılıqlı əlaqə və iş axını proseslərinin fərdiləşdirilməsi müəssisədə autsorsinqin uğurunun vacib komponentidir. Mühasibat autsorsinqi xidmət kimi təsnif edilməməlidir.
Satış autsorsinqi
Satış autsorsinqi — biznes prosesinin autsorsinqin növlərindən biri, gedən telemarketinq, daxil olan zənglərin qəbulu və emalı, e-poçtun yayılması və digər birbaşa marketinq növləri, CRM və s. Satış autsorsinqi konsepsiyası nisbətən yaxınlarda ortaya çıxdı, baxmayaraq ki, digər fəaliyyət sahələrində autsorsinqin istifadəsi olduqca yaygındır. Satış autsorsinqinin mahiyyəti daxili satış departamentinin funksiyalarının qismən və ya tamamilə kənar şirkətə (autsorser) verilməsindən ibarətdir. satış prosesinin bir hissəsinin autsorsinqi (müştərilərin axtarışı, danışıqların aparılması); müştərilərin müəyyən bir seqmentinə (coğrafi yer, mədəni xüsusiyyətlər və s.) yönəldilmiş autsorsinq. autsorsinq müəyyən bir məhsula yönəlmişdir. autsorserin işçilərinin peşəkarlıq səviyyəsi kifayət qədər olmaya bilər; autsorserdən əsas şirkətin bazar seqmentinin nüansları və konyunkturasının mümkün olmaması; məlumat sızması risklərinin olması; autsorser tərəfindən öz vəzifələrini vicdansız yerinə yetirdikdə əsas şirkətin imicinə mənfi təsir; fövqəladə hallarda müştəri ilə əks əlaqə vaxtının artırılması. Çoxlu sayda şirkət daxili bölmələrin bir sıra funksiyalarını autsorserlərə həvalə edir. Lakin bu tendensiya həmişə satışa şamil edilmir, çünki şirkətlər çox vaxt satışı özlərinin əsas işi hesab edirlər. Erin Anderson və Bob Trinkl özlərinin “Satışda autsorsinq” kitabında menecerlərin satışları şirkətdən kənara köçürmək istəməməsinin dörd əsas səbəbini müəyyən edirlər[1]: Müvəffəqiyyətli olduqları təqdirdə əlavə ödənişə layiq olmayan "aralıq" kimi satış nümayəndələrinin kök salmış anlayışı. Daxili satış bölmələrinin olması ilə bağlı xərclərin düzgün qiymətləndirilməməsi.
Autentifikasiya
Autentifikasiya (yun. αὐθεντικός, ing. səs authentikos, "əsl, orijinal") hansısa varlığın (qurum, şəxs və ya sistemin) doğruladığı bir məlumat parçasının doğruluğunun təsdiq edilməsidir. Autentifikasiya vasitəsilə ikinci tərəf əmin olur ki, subyekt, doğrudan da, özünü qələmə vermiş şəxsdir. Autentifikasiya sözünün sinonimi kimi çox vaxt "həqiqiliyin yoxlanması" işlədilir. Subyekt aşağıdakı mənbələrdən ən azı birini təqdim etməklə özünün həqiqiliyini təsdiq edə bilər: bildiyi nəyi isə (parolu, şəxsi identifikasiya nömrəsi, kriptoqrafik açar); sahib olduğu nəyi isə (şəxsi kart və ya digər təyinatlı analoji qurğu); özünün tərkib hissəsi olan nəyi isə (səs, barmaq izləri və s., yəni özünün biometrik xarakteristikalarını). == Həmçinin bax == İnformatika İdentifikasiya == İstinadlar == == Xarici keçidlər == Password Management Best Practices. Password Policy Guidelines. General Information on Enterprise Authentication Arxivləşdirilib 2008-01-14 at the Wayback Machine.
Autriger
Autriger — Yaxtın (motorlu, Yaxud yelkənli yüngül gəmi, qayıq) bortundan kənarda takelajı keçirmək və ya ballast) (qursam) yerləşdirmək üçün tətbiq edilən istənilən qurğu. Autrigerlər yaxt siniflərinin əksəriyyətində qadağandır, icazə verilən autriger "uçan" trapesiyadır (iki ipdən asılmış ağac alət).
Google Authenticator
Google Authenticator — Google tərəfindən yaradılmış proqram əsaslı autentifikator. Proqram istifadəçilərinin autentifikasiyası üçün vaxta əsaslanan birdəfəlik parol və HMAC əsaslı birdəfəlik paroldan istifadə edərək çoxfaktorlu autentifikasiya xidmətlərini həyata keçirir. Authenticator (həmçinin Google xidmətləri) dəstəkləyən sayta daxil olduqda və ya parol menecerləri və ya fayl hostinq xidmətləri kimi Authenticator-u dəstəkləyən üçüncü tərəf proqramlarından istifadə edərkən Authenticator istifadəçilərin adi giriş təfərrüatlarına əlavə olaraq daxil etməli olduğu altı-səkkiz rəqəmli birdəfəlik parol yaradır. Authenticator-un Android, BlackBerry və iOS versiyaları mövcuddur. Android tətbiqinin rəsmi açıq mənbəli forku GitHub-da mövcuddur, amma 2020-ci ildən bəri yenilənməyib. Eyni şəkildə, mənbə kodu iOS və BlackBerry üçün Google Authenticator proqramlarının köhnə versiyaları üçün də pulsuz şəkildə mövcuddur. Bu mənbə kodu da illərdir yenilənməyib. Cari proqram versiyaları xüsusi havayı proqram təminatıdır. == Həmçinin bax == Çox faktorlu identifikasiya HMAC əsaslı birdəfəlik parol FreeOTP LinOTP OTP tətbiqlərinin müqayisəsi == İstinadlar == == Xarici keçidlər == Google Authenticator on Google Help Google Authenticator (Android) and Google Authenticator (other) legacy source code on GitHub Google Authenticator PAM module source code on GitHub Google Authenticator implementation in Python on Stack Overflow Authenticator on F-Droid Django-MFA Implementation Using Google Authenticator — Django-MFA is a simple package to add an extra layer of security to your Django web application. It gives your web app a randomly changing password as extra protection.
Auto-GPT
Auto-GPT — təbii dildə məqsəd qoyulduqda, bu məqsədləri alt tapşırıqlara bölərək, onlara internet və digər vasitələrdən avtomatik dövrədə istifadə etməklə nail olmağa çalışan açıq mənbəli "Sİ agenti". Bu, "OpenAI"ın GPT-4 və ya GPT-3.5 API-lərindən istifadə edir və avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələri arasındadır. == Zəmin == "Auto-GPT" 30 mart 2023-cü ildə "Significant Gravitas Ltd." videooyun şirkətinin aparıcı oyun tərtibatçısı Toran Brüs Riçards tərəfindən buraxılmışdır. "Auto-GPT" 14 mart 2023-cü ildə buraxılmış geniş dil modelidir. Bu, "OpenAI"ın GPT-4 üçün API-yə əsaslanan açıq mənbəli avtonom "Sİ agenti"dir. "Auto-GPT" avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələrindən biridir. Riçards real zamanda geribildirimə və uzunmüddətli perspektivləri ehtiva edən tapşırıqlara cavab verə biləcək bir model yaratmaq üçün "Auto-GPT"ni inkişaf etdirmişdir. İstifadəçilərdən "Auto-GPT" agentinin adını, rolunu və məqsədini təsvir etmələri və bu məqsədə çatmaq üçün beşə qədər yol göstərmələri xahiş olunur. Bundan sonra "Auto-GPT", istifadəçi hər addımda bir sorğu təqdim etmədən öz məqsədinə çatmaq üçün müstəqil şəkildə işləyir. "Auto-GPT" "GitHub"da hər kəs üçün əlçatandır.
Autofaqiya
Autofaqiya (hərfi mənada: özünüyemə, q.yun. αὐτός, auto — "özü" və φαγεῖν — "yemək") — hüceyrənin daxili komponentlərinin onun lizosomlarının və ya vakuollarının içərisinə çatdırılması və onlarda deqradasiyaya uğraması prosesi. Hüceyrənin lazımsız və ya disfunksional komponentlərini məhv edən təbii və nizamlı mexanizmdir. Hüceyrə ölümünün autofaqik növündə hüceyrənin bütün orqanoidləri həzm olunur və yalnız makrofaqlar tərəfindən udulan hüceyrə tullantısı qalır. == Otofaqiyanın tənzimlənməsi == Autofaqiya normal şəraitdə istənilən normal hüceyrənin həyatını müşayiət edir. Hüceyrələrdə autofaqiya proseslərini gücləndirmək üçün əsas stimullar ola bilər: qida çatışmazlığı; sitoplazmada zədələnmiş orqanoidlərin olması; sitoplazmada qismən denaturasiya olunmuş zülalların və onların aqreqatlarının olması. Aclıqdan başqa, autofaqiya oksidləşdirici və ya tokisiki stress nəticəsində də yarana bilər. Autofaqiyanı tənzimləyən genetik mexanizmlər hazırda maya göbələyində ətraflı şəkildə öyrənilir. Beləliklə, autofaqosomların əmələ gəlməsi üçün Atg-ailəsinin çoxsaylı zülallarının (autofaqosoma bağlı zülallar) aktivliyi tələb olunur. Bu zülalların homoloqları məməlilərdə (insanlar da daxil olmaqla) və bitkilərdə aşkar edilmişdir.
Autoimmun tireoidit xəstəliyi
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. == Əlamətlər == Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. == Müalicə == Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Çoxfaktorlu autentifikasiya
Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya — istifadəçiyə yalnız iki və ya daha çox sübut (faktor) təqdim etdikdən sonra vebsayt və ya tətbiqə girişin verildiyi autentifikasiya üsulu. Çoxfaktorlu autentifikasiya parol kimi şəxsi məlumatları (şəxsi identifikasiya və ya maliyyə aktivləri aid ola bilər) icazəsiz üçüncü tərəfin əldə etməsindən qoruyur. Üçüncü tərəf autentifikatoru proqramı adətən identifikasiya üçün istifadə etmək üçün təsadüfi generasiya edilən və tez-tez dəyişən kodu göstərməklə çoxfaktorlu autentifikasiyaya imkan yaradır. Kimsə kompüter resursuna (məsələn, kompüter şəbəkəsi, cihaz və ya proqram) daxil olmağa çalışdıqda autentifikasiya baş verir. Resurs istifadəçidən istifadəçinin resursa məlum olan kimliyi və istifadəçinin həmin kimliyə olan iddiasının həqiqiliyinə dair sübut təqdim etməyi tələb edir. Sadə autentifikasiya yalnız bir belə sübut (faktor), adətən parol tələb edir. Əlavə təhlükəsizlik üçün resurs birdən çox amil tələb edə bilər. Çoxfaktorlu autentifikasiya və ya ikifaktorlu autentifikasiya tam olaraq iki sübutun təqdim olunmağını tələb edir. Kimliyi sübut etmək üçün çoxfaktorlu autentifikasiya faktorlarından istifadə olunması icazəsiz iştirakçının giriş üçün tələb olunan amilləri təmin edə bilməyəcəyi ideyasına əsaslanır. Əgər autentifikasiya cəhdi zamanı komponentlərdən ən azı biri əskik olarsa və ya səhv formada təmin edilərsə, istifadəçinin kimliyi kifayət qədər əminliklə müəyyən edilməmiş hesab olunur və çoxfaktorlu autentifikasiya ilə qorunan aktiv (məsələn, bina və ya verilənlər) blokda qalır.

Digər lüğətlərdə