Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birləşdirməli çeşidləmə
Birləşdirməli nizamlama(ing. merge sort, ru. сортировка слиянием) -bir neçə çeşidlənən (giriş) siyahının bir (çıxış) siyahıda birləşdirilməsindən ibarət çeşidləmə üsulu. Birinci siyahının ilk elementi götürülür və ikinci siyahının birinci elementi ilə müqayisə olunur; seçim edildikdən sonra elementin seçildiyi siyahının başlanğıcının göstəricisi növbəti elementə keçir və beləliklə, siyahılardan birinin sonunadək hərəkət edilir. Bu metod bir neçə siyahıya tətbiq edilə bilər. Maraqlıdır ki, iş yalnız siyahıların birinci elementləri ilə aparılır. Birləşdirməli çeşidləmə alqoritmi 1945-ci ildə Con fon Neyman tərəfindən icad olunub. Birləşdirməklə nizamlama alqoritmi Con fon Neyman tərəfindən 1945 -ci ildə ixtira edilmiş, parçala və idarə etmə mexanizminə əsaslanan nizamlama alqoritmidir. Alqoritm ən pis, ən yaxşı və orta halda eyni sayda əməliyyat yerinə yetirir, O(n log n). Ən pis halda tutduğu yer isə O(n).
Daxili çeşidləmə
Daxili çeşidləmə ( ing. internal sort ~ ru. внутренняя сортировка ~ tr. iç sıralama) – yalnız operativ yaddaşda yerinə yetirilən və müvəqqəti fayllar üçün maqnit disklərindən, yaxud başqa qurğulardan istifadə etməyən çeşidləmə proseduru. Daxili çeşidləmə alqoritmlərinin 7 növü vardır: qabarcıqlı çeşidləmə (BUBBLE SORT), artırmalı çeşidləmə (INSERTION SORT), sürətli çeşidləmə (QUICK SORT), qalaq çeşidləməsi (HEAP SORT), birləşdirməli çeşidləmə (MERGE SORT), mərtəbəli çeşidləmə (RADIX SORT), seçməli çeşidləmə (SELECTION SORT). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Leksikoqrafik çeşidləmə
Leksikoqrafik çeşidləmə (en. lexicographic sort) – hərflərin əlifbadakı ardıcıllığına görə sıralama. Leksikoqrafik çeşidləmədə ədədlər, onların sözlə yazılışında hərflərin əlifbadakı yerinə uyğun olaraq düzülür; məsələn, 567 ədədi B hərfinə uyğun bölmədə yerləşir (B – "beş"). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mərtəbəli çeşidləmə alqoritmi
Mərtəbəli çeşidləmə alqoritmi (en. radix sorting algorithm) - çeşidləməni qruplaşdırılan elementlərlə, onların açarlarının ardıcıl komponentlərinə görə gerçəkləşdirən çeşidləmə alqoritmi. Məsələn, 0-dan 999-dək ədədlərin çeşidlənməsinə baxaq: birinci siyahı yüzlük mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, sonra bu siyahıların hər biri eyni zamanda onluq mərtəbələrinə görə çeşidlənərək 10 siyahıya ayrılır, və nəhayət, bu siyahıların hər biri təklik mərtəbəsinə görə çeşidlənir. Bu alqoritm, adətən, ikilik ədədlərin çeşidlənməsində daha səmərəli olur, çünki siyahılara ayırma, sadəcə, ədədlərin böyük bitlərinin müəyyənləşdirilməsiylə aparılır, siyahıların sayı isə heç vaxt ikidən artıq olmur. Mərtəbəli çeşidləmə alqoritmi (C dilində): include <stdio.h> define MAX 5 define SHOWPASS void print(int *a, int n) { int i; for (i = 0; i < n; i++) printf("%d\t", a[i]); } void radixsort(int *a, int n) { int i, b[MAX], m = a[0], exp = 1; for (i = 0; i < n; i++) { if (a[i] > m) m = a[i]; } while (m / exp > 0) { int bucket[10] = { 0 }; for (i = 0; i < n; i++) bucket[(a[i] / exp) % 10]++; for (i = 1; i < 10; i++) bucket[i] += bucket[i - 1]; for (i = n - 1; i >= 0; i--) b[--bucket[(a[i] / exp) % 10]] = a[i]; for (i = 0; i < n; i++) a[i] = b[i]; exp *= 10; #ifdef SHOWPASS printf("\nPASS : "); print(a, n); #endif } } int main() { int arr[MAX]; int i, n; printf("Enter total elements (n < %d) : ", MAX); scanf("%d", &n); n = n < MAX ? n : MAX; printf("Enter %d Elements : ", n); for (i = 0; i < n; i++) scanf("%d", &arr[i]); printf("\nARRAY : "); print(&arr[0], n); radixsort(&arr[0], n); printf("\nSORTED : "); print(&arr[0], n); printf("\n"); return 0; } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qabarcıqlı çeşidləmə
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Python dilində implementasiya aşağıdakı kimi olar.
Seçməli çeşidləmə
Seçməli çeşidləmə (selection sort, rus. сортировка выбором, seçmeli sıralama – çeşidləmə alqoritmi; bu alqoritmə görə öncə massivin qiyməti ən kiçik olan elementi seçilir, sonra növbəti ən kiçik element seçilir və s. Təcrübədə, ən kiçik qiymətli element massivin axtarış aparılan hissəsinin birinci elementi ilə yerini dəyişir və bundan sonra axtarış massivin yerdə qalan hissəsində davam etdirilir. public static int[] selectionsort(int[] numbers){ for (int i = 0; i < numbers.length-1; i++) { int index = i; for (int j = i+1; j < numbers.length; j++) if (numbers[j] < numbers[index]) //Finds smallest number index = j; int smallerNumber = numbers[index]; //Swap numbers[index] = numbers[i]; numbers[i] = smallerNumber; } return numbers; } İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 761 s.
Şell çeşidləməsi
Şell çeşidləməsi — verilənləri nizamlamaq üçün istifadə olunan qabarcıqlı çeşidləmə və artırmalı çeşidləmədən (İNSERTİON SORT) daha sürətli proqramlaşdırma alqoritmi; 1959-cu ildə Donald Şell tərəfindən təklif olunub. Şell çeşidləməsində ədədi massivin bir-birindən müəyyən məsafədə yerləşən cüt-cüt elementləri düzgün ardıcıllıqla yerləşməyibsə, onların yeri dəyişdirilir. Hər keçiddə Şell çeşidləməsi yoxlanılan elementlər arasındakı intervalı kiçildir. Məsələn, 10 elementdən ibarət siyahı üçün Şell çeşidləməsi öncə siyahıda bir-birindən beş element (1 və 6, 2 və 7, 3 və 8 və s. nömrəli) aralı olan element cütlərini çeşidləyir. Sonra o, bir-birindən iki element (1 və 3, 2 və 4, 3 və 5 və s. nömrəli) aralı olan elementləri yoxlamaqla siyahını çeşidləyir. Sonda Şell çeşidləməsi siyahıda ard-arda yerləşmiş elementləri cüt-cüt yoxlayır, nəticədə son siyahı tamamilə nizamlanmış olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Neşid
Naşid yaxud İlahi Sinxron insan səslərindən ibarət daha çox dinə aid olan mahnı. Naşid (Ərəbcə: نشيد nashīd,), Bir vəya birdən artıq insan tərəfindən səsləndirilən dini mahnıdır. Naşiddə çalğı alətləri iştirak etmir.
Çeşir pişiyi (personaj)
Çeşir pişiyi – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin baş qəhrəmanlarından biridir.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Cədid
Cədid (Liviya) — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhər
Cəmşid
Cəmşid və ya Cümşüd Azərbaycanlılar və Farsların əfsanəvi şahlarının adıdır."Məlik Cəmşid" və ya "Məlik Cümşüd" hekayələri, Azərbaycan əfsanələri arasında böyük yer tutub.Cəmşid adı Avestadaki "Yimə" və Riq vedadaki "Yəmə" ilə oxşarlığı var. Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Osturəvi padişah Cəmşid, hələdə bizim xalq nağıllarımızada "Məlik Cümşüd" kimi tanınır". İslami mənbələrdə "Cəmşid"i peyğəmbər "Süleyman" ilə bərabər tutublar. Məhəmməd Rza Xeyrifam Novruz Bayramının tarixsəl kökləri məqaləsində yazır:"Bir əfsanəyə görə Azərbaycanda Cəmşidin oxu ov ovlayarkən, bir daşa dəyib, ondan törənən qığılcımlar çevrədəki otları yandırır.Bunu görənlər diz çöküb, oda tapınıb, o günü Novruz adlandırırlar". Vəhid Şükürzadə Bayramlar Bayramıməqaləsində ki El Bilimi nəşriyyəsində çap olub, bu barədə yazıb:"Abureyhan Biruninin yazdığına görə Novruz osturəvi padişah Cəmşidin qızıl təxtə minib, Azərbaycana gəlməsi gündür(Pərviz Yekani – s.117).Məhəmməd Hüseyn Xələf oğlu Təbrizidə eyni rəvayəti belə yazmışdır:"Cəmşid yer üzünü gəzirmiş, Azərbaycana çatınca, boyurdu cəvahirlərlə suslənmiş təxtini üzü gündoğana, hündür bir yerdə qursunlar, özüdə cəvahir tacını başına goyub, təxt üzərində əyləşir.Gün çıxınca, işığı tac o təxtə düşərək, çox parlaq şoalar saçıldı, xalq sevinib, söylədilə:Bu yeni gündür"(Borhani qate)....Həmdə ağsaqqallarımızdan belə eşitmişik ki bu bayram "Məlik Cümşüd"dən qalıb".
Bünab Cədid
Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi. Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir - Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Cəmşid Cəfərov
Cəmşid Cəmşidiyan
Cəmşid Bəhmən Cəmşidiyan – (Ərbab Cəmşid ) İranda görkəmli zərdüştilərdən olmuşdur. Cəmşid Bəhman İranda müasir bank ideyasın təqdim etmişdir. İran parlamentində Zərdüşt icmasının ilk nümayəndəsi seçilmişdir.. Məşrutə inqilabında, məşrutəçilərə bir çox maliyyə köməkliyi etmişdir və öz bağını ,Səttar xan, Bağır xan və Şahsevənlərin ixtiyarına vermişdir.
Cəmşid Günaşvili
Cəmşid Günaşvili (gürc. ჯემშიდ გიუნაშვილი; 1 may 1931, Tehran – 21 yanvar 2017, Tbilisi) – Gürcüstan dilşünası, iranoloqu, tədqiqatçısı, yazıçısı və diplomatı. On il müddətində Gürcüstanın İrandakı ilk səfiri olaraq vəzifə yerinə yetirmişdir.
Cəmşid Haşempur
Cəmşid Haşempur və ya Cəmşid Arya (fars. جمشید هاشم‌پور‎‎, 23 mart 1944, Tehran)— Azərbaycan əsilli iranlı aktyor. Cəmşid Haşempur 80-dən artıq aksion və triller filmlərində oynamış yeganə iranlı aktyordur . Cəmşid Haşempur 1944-cü ilin mart aynın 23-də Tehran şəhərində Azərbaycan əsilli ailədə anadan olmuşdur. Aktyorluq fəaliyyətinə 1967-ci ildən başlamışdır. Dadshah (1983) Qartallar (ing. Eagles, 1984) Taraj (1985) Yoozpalang (1985) Bıçaq və ipək(ing. The Blade and the Silk, 1987) Böyük gün (ing. The Grand Day, 1989) Ana (ing. Mother, 1991) Sonuncu hərəkət (ing.
Cəmşid Hənifəyev
Cəmşid Hənifəyev - SSR Ali Sovetin Deputatı, Savxoz Direktoru 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur.
Cəmşid Məhərrəmov
Cəmşid Məhərrəmov - (4 avqust 1983) Azərbaycanlı futbolçu
Cəmşid Naxçıvanski
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı. Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır..
Cəmşid Qinuaşvili
Cəmşid Günaşvili (gürc. ჯემშიდ გიუნაშვილი; 1 may 1931, Tehran – 21 yanvar 2017, Tbilisi) – Gürcüstan dilşünası, iranoloqu, tədqiqatçısı, yazıçısı və diplomatı. On il müddətində Gürcüstanın İrandakı ilk səfiri olaraq vəzifə yerinə yetirmişdir.
Cəmşid xan
Cəmşid xan (v. 1667) — XVII əsrdə Səfəvi hərbi komandiri və məmuru. "Mənşəyi bəlli deyil", bir zamanlar Şirvan və Astarabad bəylərbəyi olan qulam Hacı Mənuçehr xanın oğlu hesab olunur. Cəmşid xan 1663-1667-ci illərdə şah qulam korpusunun (qullar ağası) komandiri vəzifəsində çalışmışdır. 1646-1656-cı illərdə Simnan, 1656-1664-cü illərdə Astarabad bəylərbəyi və 1663-cü ildən bir müddət sonra Qəndəhar bəylərbəyi vəzifələrini icra etdi. Xüsusilə qullar ağasının yüksək vəzifəsi sayəsində Cəmşid xan Səfəvilər dövlətində böyük nüfuz qazandı, bu, sonradan baş vəzir Mirzə Məhəmməd Kərakinin (1661-1691) Cəmşid xanın gücündən istifadə etməsi ilə nüfuzuna təsir etdi. 1667-ci ildə vəfat etdi. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008.
Cəmşid Əmirov
Əmirov Cəmşid Cabbar oğlu (10 fevral 1918, Naxçıvan – 29 dekabr 1982) — nasir, Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda institutu tərk etdiyinə görə öz ixtisası üzrə (mühəndis-geoloq) işləməyə həvəs göstərməmişdir. "Azərbaycan gəncləri" qəzetində məsul katib (1937–1940), "Gənc işçi" qəzetində şöbə müdiri (1940–1941), "Bolşevik" qəzetində məsul katib (1941), "Əzizbəyovneft" şirkətində mühəndis-geoloq (1941-ci ilin mayından dekabrınadək) işləmişdir. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olmuşdur. Ordudan tərxis ediləndən sonra "Amustral"ın tikintisində fəal iştirak etmişdir. Sonra "Azərbaycan gəncləri" qəzetində şöbə müdiri, "Sovet ticarəti" (Moskva) qəzetində xüsusi müxbir, Neftnəşrdə baş redaktor, "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini, "Bakı" qəzetində şöbə müdiri işləmişdir. Bir müddət Bakı Maliyyə-kredit texnikumunda direktor (1969–1972) olmuşdur. Sonra fərdi təqaüdə çıxmışdır.
Cəsəd ferması
Cəsəd ferması çürümənin (insan vücudunun çürüməsinin) müxtəlif parametrlərdə öyrənilə biləcəyi tədqiqat ərazisidir. Bu ərazilər 1972-ci ildə Viliam Bas adlı antropologist tərəfindən insan vücudunun cürümə prosesi haqqında nə qədər az məlumata sahib olunduğunu görəndən sonra ixtira edilmişdir. Bundan əvvəl 1970-ci illərdə hələ də çürümə prosesinin öyrənilməsində donuzlar istifadə edilirdi. Məqsəd çürümə prosesinin daha yaxşı başa düşülməsi, insan qalıqlarından ölümün necə və nə vaxt baş verdiyi kimi informasiyaları əldə etmək üçün olan texnikaların inkişafına zəmin yaratmaqdır. Cəsəd ferması tədqiqatı ədli antropologiya və əlaqəli sahələrdə maraq doğurur və hüquq-mühafizə və ədli tibb sahələrində tədbiq edilir. Cəsədləri işçilərin qarşısına çıxacaq şəkildə yerləşdirmək tədqiqatçıların çürümə prosesini daha yaxşı anlamalarına şərait yaradır.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Nizami-cədid
Nizami-cədid — XVIII əsrin sonları-XIX əsrin əvvəllərində Osmanlı imperiyasında Avropa dövlətlərinin (ilk növbədə Rusiya imperiyasının) artan təsirlərinə qarşı Türkiyənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə ordu quruculuğu, yeni vergilərin müəyyənləşdirilməsi, dövlət idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, mərkəzi hakimiyyətlə regionlar arasında səlahiyyətlərin dəqiqləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər seriyası. Bu sahədə ilk islahatlar sultan III Səlim tərəfindən həyata keçirilməyə başlamışdır. Ill Səlim Fransa təcrübəsini əsas tutaraq Nizami-cədid (yeni qayda) adlanan islahatları həyata keçirməyə başladı. Nizami-cədid termini ərəb (النظام الجدید) və türk (An-Niẓām Al-Jadīd) sözbirləşməsindən yaranıb "yeni qayda" deməkdir. XVIII əsrin sonlarında Osmanlı imperiyasında siyasi və iqtisadi böhran daha da dərinləşmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan III Səlim (1789–1807) taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları XVIII əsrin sonlarında Osmanlı imperiyasının müharibələrdə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdülər. Ona görə də islahatlar zamanı əsas diqqət ordu quruculuğuna yönəldilmişdi. Ordunun yenidən qurulması üçün küllü miqdarda vəsait lazım idi. Yeniçərilər heç bir qanuna və intizama tabe olmurdular.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu. Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s). Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir.
Rəşid Ağamalıyev
Rəşid Eldar oğlu Ağamalıyev (28 oktyabr 1992) — ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, animator. Rəşid Ağamalıyev — 1992-ci il oktyabrın 28-də ziyalı ailəsində anadan olmuşdur. 2007–2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2015-ci ildə Hollandiyanın Utrext universitetində "Fəlsəfə" ixtisası üzrə təhsil almışdır. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universiteti "Kinoşünaslıq" və "İngilis dili filologiyası" ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri Akademiyasının "Kino və Televiziya" fakültəsində "Kinoprodüser" ixtisası üzrə kurs bitirib. "Bayatı Şiraz" (2014) bədii klipinin, "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyxa ilə dialoqlar" (2019) sənədli filmlərinin və "Tar dərsləri" (2015–2017) kimi maarifləndirici videoların müəllifidir. 2018-ci ildə çap olunan "Azərbaycan animasiyası" kitabının həmmüəllifi və baş redaktorudur. Kitab azərbaycan və rus dillərində tərtib olunub və ötən əsrin 30-cu illərindən bugünlərədək Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.
Rəşid Baxşəliyev
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Rəşid Behbudov
Rəşid Məcid oğlu Behbudov (1 (14) dekabr 1915, Tiflis – 9 iyun 1989, Moskva) — Azərbaycan müğənnisi, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi. Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A. Eyvazın rəhbərlik etdiyi Azərbaycan Dövlət Caz orkestrində solistliyə başlayır. 1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrinin tərkibində İranda qastrol səfərində olmuşdur.
Rəşid Cavanşir
Rəşid Cəmil oğlu Cavanşir (17 iyul 1951, Bakı) — AMEA-nin müxbir üzvü (2001), geologiya-minerologiya elmləri doktoru, professor. Rəşid Cavanşir 1951-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhərində 23 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Lenin təqaüdü ilə həmin institutn geoloji kəşfiyyat fakültəsini bitirib. Təhsil illərində ali məktəbin ictimai həyatında da fəal iştirak edərək institutun həmkarlar komitəsinin sədri vəzifəsini tutub. Moskvada keçirilən tələbələrin ümumittifaq qurultayının nümayəndəsi seçilib, Berlində keçirilən gənclər festivalında Azərbaycandan gedən nümayəndə heyətinin tərkibinə qatılıb. Ali təhsil aldıqdan sonra Rəşid Cavanşir öz gələcək həyatını elmə bağlayıb. Moskvanın ciddi maneələrinə baxmayaraq “Anomal yüksək lay təzyiqlərinin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto-dikası və proqnozlaşdırılması (Cənubi Xəzər çökəkliyinin timsalında)” adlı dissertasiya mövzusunun təsdiq olunmasına nail olub, 1978-ci ildə namizədlik dissertasiyanı uğurla müdafiə edib. Rəşid Cavnşir ilk əmək fəaliyyətinə AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda başlayıb, 1988-ci ildə “Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy¬yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları” mövzusunda doktorluq işini müdafiə etdikdikdən sonra seçki yolu ilə həmin institutda elmi işlər üzrə direktor müavini vəzifəsinə seçilib. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən professor Rəşid Cavanşirin elmi fəaliyyəti nəticəsində sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılıb.
Rəşid Faxralı
Hüseynov Rəşid Məmməd oğlu (Rəşid Faxralı) — şair, jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili. Rəşid Faxralı 21 yanvar 1954-cü ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1975-ci ildə APİ-nin riyaziyyat fakültəsini, 1992-ci ildə isə BDU-nun jurnalistika fakültəsini bitirib. 1992-ci ildən həqiqi hərbi xidmətdə olub, Qarabağ döyüşlərində hərbi jurnalist kimi iştirak edib. 2008-ci ildə həcc ziyarətində olub. 25 kitabın, 4 sənədli filmin müəllifidir. "Qızıl qələm", "Məmməd Araz" və "Həsən bəy Zərdabi" mükafatlarının laureatıdır. Gözümdə hönkürür bir dəli sevda. Zaman, biz və kişiliyimiz. Qürbət ağrısı.
Beşik
Beşik — körpə uşaqlar üçün nəzərdə tutlmuş kiçik yataq - kiçik çarpayı və ya zənbil. Bəzən "Beşik" sözünü məcazi məna da da işlədirlər. Məsələn, "Azərbaycan muğam sənətinin beşiyidir" və ya "Qarabağ Azərbaycan musiqisinin beşiyidir".
Devid
Devid — Dünyada çox işlədilən ad və soyad. Devid Petreus — Amerikalı general, hərbçi. Devid Bleyn — insanlar tərəfindən yarasa adam kimi tanınan şəxs. Devid Boqqs — amerikalı elektrik və radio mühəndisi. Devid Hokni — ingilis rəssam, qrafik, səhnə dizayneri, fotoqraf. Devid Koepp — ABŞ ssenaristi, prodüseri və rejissoru. Devid Lim — İspan İtalo Disko ifaçısı, musiqi yazarı və modeli. Devid Kopperfild (illüziyaçı) — Amerikalı sehirbaz. Devid Pakkard — amerikalı sahibkar. Devid Medyanik — Böyük Britaniya şairi.
Geoid
Geoid — Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .
Heşin
Heşin (Ermənistan)
Keşik
Keşik (monq. хишигтэн; — «hökmdarın yaxın və sadiq qulları») — Çingiz xan tərəfindən yaradılmış Böyük Monqol imperiyasında xanın şəxsi qvardiyası. Böyük Monqol imperiyasında ayrıca cangüdənlər dəstəsi- keşik yaradıldı. Keşik iki hissədən ibarət idi. Kebtaul- axşam qoruyucuları və turxaud-gündüz qoruyucuları. Keşik monqol qvardiyasını təşkil edirdi. Temuçinin yaratdığı bu idarəetmə aparatı köhnə qəbilə institutlarından fərqlənirdi. Bu aparat xanın iradəsi ilə yaradılmışdı, onun nökərləri, sadə xalqın- aratların üzərində ağalığını təmin edirdi. Bu dövlət qurumuna bənzəyən aparat xanın maraqlarını müdafiə edirdi. Qvardiyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum edilirdilər.
Keşiş
Keşiş — Xristianlıqda evlənməmiş, monastrda yaşayan rahib və ya rahibə. Rahib sözünün kökü ərəb və fars dillərinə əsaslanır. Rahiblər aralarında xristianlığın ən sıx formasını yaşamağa çalışan, bunun üçün ayrılığa gedib günlərlə ilahi düşüncə ilə məşğul olan, monastırda yaşayan və həyatlarını xristianlığa uyğun şəkildə nizamlayan insanlardırlar. Köhnə dildə monastırlara "keşişxana" deyilirdi. Bunlar Franciskan, Dominikan, cizvit rahibləri kimi təriqətlərə görə bölünürdülər. Rahiblik özünü tərki-dünya etmək deməkdir. Rahiblər düşüncə ilə dünyadan uzaq bir həyat sürdükləri monastırda yaşayırlar. İçki içmirlər, oruc tuturlar və cinsi həyatdan uzaq dururlar. Fərdi rahibliklə qrup şəklində edilən rahiblik fərqlidir. Məsələn, İslamda hamı ramazan ayında oruc tutur.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Yezid
Yezid — ad. I Yezid — Əməvilər sülaləsindən olan 2-ci xəlifə.
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.
Çeşme
Çeşmə (İzmir)
Çeşmə
Çeşmə (İzmir)
Feşin
Nikolay İvanoviç Feşin (26 noyabr (8 dekabr) 1881, Kazan – 5 oktyabr 1955[…], Santa-Monika, ABŞ) — rus və amerikalı rəssam, qrafika rəssamı, heykəltaraş, oymaçı, impressionizm və modern üslüblarının nümayəndəsi. 1900-cü ildə Feşin Kazan Rəssamlıq Məktəbini bitirdi və İmperator Rəssamlıq Akademiyasına daxil olmaq üçün Sankt-Peterburqa yollandı. 1903-cü ildə Feşin — Akademiyada və tələbələr arasında ən populyar olan İ. E. Repinin emalatxanasına daxil oldu. Repinin yanında təhsilin birinci ilinin sonunda yaratdığı "İbadətdən sonra katakombalardan çıxış" maarifləndirici eskizi Akademiya Şurası tərəfindən yüksək qiymətləndirildi və rəssam birinci mükafatına layiq görüldü. İmperator Rəssamlıq Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbini İ. E. Repinin emalatxanasında bitirdikdən sonra Kazana qayıtdı və indi onun adını daşıyan Kazan Rəssamlıq Məktəbində dərs deməyə başladı. 1916-cı ildə İmperator Rəssamlıq Akademiyasının akademiki seçildi. 1923-cü ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi və 1955-ci ilə qədər orada yaşadı. Nikolay İvanoviç Feşin Akademiyanı xaricə səyahət etməyə imkan verən mükafatla bitirdi (ona rəssam adının verilməsi haqqında qərar 30 oktyabr 1909-cu ildə verildi). 1910-cu ilin yazında Feşin Berlin, Münhen, Verona, Venesiya, Milan, Padua, Florensiya, Roma, Neapol və Vyananı ziyarət edərək həyatında ilk dəfə Rusiyanı tərk etdi. Səyahətini Parisdə başa çatdırdı.
Seşin
Seşin (pol. Cieszyn, polyak: [ˈt͡ɕɛʂɨn] ( dinlə); çex. Těšín [ˈcɛʃiːn] ( dinlə); alm. Teschen‎; lat. Tessin) — Polşada şəhər. Olza çayı sahilindədir. Elektrotexnika, metal emalı, yeyinti, trikotaj sənayesi var. Dəri-qalantereya məmulatı istehsal olunur. Şəhər kommunası statusuna malikdir. Sahəsi 28,61 km2, əhalisi 34,778 nəfərdir (2018).
Çelik
Çelik — türk soyadı. Ömər Çelik — türk jurnalist və siyasətçi. Burak Çelik — Türkiyəli aktyor və modeldir. Mert Çelik — azərbaycanlı futbolçu Sənəm Çelik — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Ava Çelik — Alman aktrisa. Ayşegül Çelik Şahin — Türk yazar.
İxşid
İxşid (fars. اخشید‎; soqd xšyδ və ya xšēδ sözündən) —islamdan əvvəl və erkən islam dövrlərində Soqdiananın və Mavəraünnəhrdə Fərqanə vadisinin İrandilli hökmdarlarının knyazlıq titulu. Titul İran mənşəlidir. Alimlər onu müxtəlif şəkildə "khshaeta" (hərf. parıldayan) və ya "khshāyathiya" (hərf. hökmdar; həmçinin "şah" başlığının mənşəyidir) qədim İran sözlərinə aid edirlər. Paytaxtı Səmərqənd olan Soqd ixşidləri haqqında mənbələr ərəblərin Mavəraünnəhrə yürüşü zamanı və ondan sonra geniş şəkildə var. Bu xətt Abbasilər dövrünə qədər sağ qalmışdır, baxmayaraq ki, o zamanlar onun yeri İştıxanda idi. Soqd padşahlarının ən görkəmli və enerjililəri arasında 710-cu ildə sələfi Tərxunu devirən və demək olar ki, otuz il ərzində ittifaqları dəyişdirərək genişlənən Əməvi xilafəti ilə Türgiş xaqanlığı arasında qeyri-müəyyən muxtariyyəti qoruyub saxlaya bilmiş Qurək də var idi. Mərkəzi Asiyada titulun nüfuzu hələ X əsrin sonlarında, babası Fərqanədən olan türk sərkərdəsi və Misir hökmdarı Məhəmməd ibn Tuğac tərəfindən qəbul edildiyi zaman yüksək olaraq qalmışdır. Onun titulundan sonra Məhəmməd İxşidin qurduğu qısa ömürlü Misir sülaləsi Ağşidlər sülaləsi kimi tanınır. Bacharach, Jere L. (1993).
Cəmil Cahid Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Cəmil Cahid bəy Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Beşik nəğmələri
Beşik nəğmələri — folklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur. Nazlama və oxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır. Azərbaycan ədəbiyyatı tarixi. .
Devid Akselrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Devid Andersen
Devid Emil Andersen - (ing. David Emil Andersen; 23 iyun 1980, Melburn) 23 iyun 1980-cı ildə Melburnda anadan olmuşdur. Avstraliyanın "Melburn Yunayted" və Avstraliya komandasında çıxış edən peşəkar Avstraliya basketbolçusu. Mərkəz və ağır forvard mövqeyində oynayır. "Virtus" (2001) və "OMİK" Moskva (2006, 2008) komandalarının tərkibində üç qat Avropa çempionatının qalibidir. O, eyni zamanda Danimarka vətəndaşıdır. Devid Andersen Avstraliya idman institutunu bitirmişdir. O, 1998-ci ildə ilk dəfə "Vullonqonq Xoks" klubu ilə müqavilə imzalamış və həmin komandanın tərkibində Avstraliyanın Milli basketbol liqasında bir mövsüm oynamışdır. 1999-cu ildə Andersen Avropaya getmiş və İtaliyanın "Virtus" komandasında çıxış etmişdir. 2001-ci ildə o, "Virtus" komandasının tərkibində ilk dəfə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur.
Devid Askelrod
Devid Akselrod (22 fevral 1955, Aşağı İst-Sayd[d], Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — 2006–2008-ci illərdə ABŞ-də prezident seçkiləri zamanı Barak Obamanın seçkiqabağı təbliğat Qərargahının baş strateqi olmuşdur. 2009-cu ilin yanvar ayından 2011-ci ilin fevral ayınadək ABŞ prezidenti Barak Obamanın böyük məsləhətçisi vəzifəsində işləmişdir. 1976–1984-cü illərdə Chicago Tribune qəzetinin peportyoru və siyasi icmalçısı işləmişdir. 1984-cü ildən siyasi məsləhətçidir. 1985-ci ildə öz xüsusi Axelrod & Associates siyasi-məsləhət kompaniyasının (hazırda AKP&D Message and Media adı ilə tanınır) əsasını qoymuşdur. Devid Akselrod (ingilis dilində: David Axelrod) 22 fevral 1955-ci ildə Nyu-Yorkda orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olmuşdur. Onun atası Cozef Akselrod (Joseph Axelrod) psixoloq, anası Miril Akselrod (Myril Axelrod) 1940-cı illərdə sol-siyasi istiqamətli RM qəzetinin jurnalisti olmuş, sonralar reklam biznesi sahəsində çalışmışdır.. Onun valideynləri ilk dəfə Devidin 5 yaşı olanda, tamamilə isə 1968-ci ildə ayrılmışlar. Cozef Akselrod bacısı Coan (Joan) ilə birlikdə ansı ilə birlikdə yaşamalı olmuşlar.. Cozefin sonralar özünün "ən yaxşı dostu və qəhrəmanı" adlandırdığı atası oğlunun 19 yaşı olanda intihar etdi..
Devid Attenboro
Ser Devid Frederik Attenboro (ing. Sir David Frederick Attenborough; 8 may 1926[…]) — ingilis teleaparıcı və təbiətşünas. 1960-lar və 1970-lər arasında BBC baş menecerlərdən biri olmuş. Aktyor və rejissor Riçard Attenboronun qardaşıdır. Devid Attenboro 1926-cı ilin mayın 8-də Midlseks qraflığının İslevors şəhərində anadan olub. O, atası Frederik direktoru olan Lester Universitetinin kampusunda yerləşən Kolec Hausunda böyüyüb. Onun böyük qardaşı Riçard aktoyor, rejissor və iş adamı idi. Kiçik qardaşı Con isə Alfa Romeo şirkətinə işləyirdi. Bundan əlavə, İkinci Dünya Müharibəsi zamanı onun valideynləri könüllü şəkildə Qaçqın Uşaqlar Hərəkətinə qoşularaq, Almaniyadan iki yəhudi qıza qəyyumluq edirdilər. Uşaqlığında Attenboro qalıqları, daşları və təbii nümunələri yığırdı.