Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üçə (Germi)
Üçə (fars. اوچه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (12 ailə).
Ülə (Salmas)
Ülə (fars. اولق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 654 nəfər yaşayır (189 ailə).
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
Cücə kabab
Cücə kababı
İhsan Yücə
İhsan Yücə (d. 23 yanvar 1929, Elazığ - ö. 15 may 1991, İstanbul)— Türk kino və teatr aktyoru, ssenarist, rejissor və şair. == Həyatı == İhsan Yüce İzmir Atatürk Litseyi və İqtisadi və Ticari əlmlər Akadəmiyasında oxudu. Bir müddət özəl şirkətlərdə mühasib kimi çalışdı. Sənət yaşamına 1952-ci ildə İzmirdə Xalq və Uşaq Teatrında başladı. Bir mövsümlük ömrü olan Bizim Teatrı qurdu. 1965-1966-cı illər arasında Lalə Oraloğlu Teatrında çalışdı. 1968-ci ildə üç yoldaşı ilə birlikdə Ankara Drama Teatrını qurdu. Bu teatrda Cinayət və cəza ilə Səhnə işıqları adlı oyunları sahnələdi və ilgi gördü.
Təndirdə qızardılmış cücə
Təndirdə qızarldılmış cücə (toyuq) Azərbaycan və Hindistan mətbəxlərinə aid olan dadlı yeməklərdən biridir. == Tərkibi == Cücə - 200q. Xama – 10q. Limon – 15q. Pomidor - 50q. Baş soğan – 30q. Keşniş – 25q. Cəfəri – 25q. İstiot – zövqə görə. Duz – zövqə görə.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
Anarla üz-üzə (film, 1989)
Anarla üz-üzə filmi rejissorlar Ramiz Həsənoğlu və Rəis İsmayılov tərəfindən 1989-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub. == Məzmun == Film yazıçı, şair, tərcüməçi, ssenarist Anarın həyat və yaradıcılığına həsr olunub.
Vulkanla üz-üzə (film, 2001)
== Məzmun == Film Azərbaycan ərazisində, xüsusilə Qobustanda palçıq vulkanları və onların lavalarının müalicəvi əhəmiyyəti haqqındadır. Palçıq vulkanlarına dünyanın bir çox yerlərində təsadüf etmək olar. Amma palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
İki qulaqlı cücə (film, 2009)
İki qulaqlı cücə (alm. Zweiohrküken‎) — 2009-cu ilin kinokomediyası. Rejissor Til Şvaygerin "Qulaqsız dovşan" filminin sikveli. == Süjet == Birinci hissə hadisələrdən artıq 2 il keçib. Baş qəhrəmanlar Ludo (Til Şvayger) və Anna (Nora Çirner) birgə yaşayırlar. Adi günlər başlayır, və Ludonun ehtirası soyuyur, Anna haqlı olaraq onu qısqanmağa başlayır, buna da səbəb var: Ludo başqa qızlara da baxmağa başlayır. Acıqcan da, elə bu zaman Ludonun keçmiş sevgilisi peyda olur... == Rollarda == Til Şvayger: Ludo Decker Nora Çirner: Anna Gotzlowski Mattias Şvayqhöfer: Moritz de:Emma Schweiger: Cheyenne-Blue Ken Duken: Ralf Berger de:Sönke Möhring: Asi de:Annika Ernst: Judith de:Annika Blendl: Bardaki qız de:Pegah Ferydoni: Lana de:Jasmin Gerat: Caro de:Thomas Heinze: gözəllik doktoru (Plastikcərrah) de:Marc Hosemann: Klinika həkimi de:Heiner Lauterbach: Herb de:Elyas M’Barek: Samy Madita: Marie de:Denis Moschitto: Taksi sürücüsü de:Uwe Ochsenknecht: Dr.
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
UCL
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
Uge
Uge xan — 839-cu ildə Külüg Bəyin intiharından sonra 13 sərkərdə tərəfindən xan seçilmişdi. Həmin il 100.000 Yenisey qırğızı Are xanın (阿熱) başçılığı ilə Ordu Balıq şəhərini ələ keçirdi və yandırdı. Uyğurlar Uge xanın başçılığı ilə cənuba köçdülər. == Köç == Uyğurların köçə məcbur olması Çini narahat edirdi. Txyan-Te qalasını mühasirəyə alan uyğurlar çinlilərin elçilərini qəbul etmədilər. İmperator uyğurların köçündən qorxurdu. 841-ci ildə xaqan Şofan başda olmaqla onlarla Çin şəhərini yağmaladı və yürüşünə davam etdi. Xaqanın 100.000 əsgəri var idi. Lumunşan dağı yaxınlığında 30.000 əsgərdən 4 aymak da ona qoşuldu. 841-ci ildə Uyğur ordusunda sərkərdə olan Külüg Bəyin qardaşı Umus Çin ordusunda fəaliyyət göstərməyə başladı və Li Sişonq adını aldı.
Üpe
Üpe (fr. Upaix, oks. Upàis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05173. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 412 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 272 nəfər arasında (15-64 yaş arasında) 193 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.9%). Fəal 193 nəfərdən 175 nəfər (108 kişi və 67 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın).
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Lay-duce
Lay-duce, Inc. (株式会社Lay-duce, Kabushiki-gaisha Rei-dyūsu) — 2013-cü ilin avqust ayında qurulmuş Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Go! Go!
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. == Tarix == Keçmişdə, bu küçə Zlatnitska (çex.
Sucə (Üşnəviyyə)
Sucə (fars. سوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 489 nəfər yaşayır (69 ailə).
Sıtkı Üke
Sıtkı Üke (türk. Mehmet Sıtkı Üke; 1877, Saloniki – 22 oktyabr 1941, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1899-cu ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 11 yanvarında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşulmuşdur. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırılmışdır. 4 may 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. 1941-ci il oktyabrın 22-də İstanbulda vəfat etmişdir. == Medal və təltifləri == Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Osmanlı-Yunan müharibəsi (1897) Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 100.
Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Uca aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum densiflorum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Uca sığırquyruğu iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir. Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Uve Barxel
Uve Barxel (13 may 1944 – 11 oktyabr 1987, Cenevrə) — Almaniya siyasətçisi. 1982-1987-ci illərdə Şxlesviq-Holsteyn vilayətinə rəhbərlik etmiş Barxel seçki zamanı hiyləyə əl atmışdı. Bir müddət sonra ifşa olunan siyasətçi 1987-ci ildə, 43 yaşında ikən intihar etmişdi.
Uve Ulsson
Sven Uve Ulsson (isv. Sven Owe Ohlsson; 19 avqust 1938) — İsveç futbolçusu və məşqçisi, hücumçu. İsveç millisi ilə 1958-ci ildə dünya çempionatının gümüş mükafatçısı. == Klub karyerası == Uve Ulsson 19 avqust 1938-ci ildə Helsöda anadan olub və 1948-ci ildə yerli eyniadlı klubda futbol oynamağa başlayıb. 1954-cü ildə o, "Göteborq" klubuna keçid etdi və 1956-cı ildə İsveç çempionatında debüt oyununa çıxdı. 1957/1958 mövsümündə Ulsson İsveç çempionluğuna nail oldu və çempionatın ikinci ən yaxşı bombardiri oldu. 1959/1960 mövsümündə "Linfild"lə matçda 5 qol vuran Uve avrokubok matçında belə nailiyyət əldə edən ilk oyunçu oldu. Ulsson “Göteborq”da doqquz il keçirdi, 165 liqa oyuna 101 qol vuraraq klub tarixində ən yaxşı bombardirlərdən biri oldu. 1964-cü ilin payızında Ulsson "AİK"-ə transfer oldu. 1965-1971-ci illərdə bu klubun tərkibində İsveç çempionatında 154 oyun keçirərək 23 qol vurdu.
Uça Caparidze
Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981). == Həyat və yaradıcılığı == Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir.
Young Ace
Young Ace (ヤングエース, Yangu Ēsu) — Yaponiyada Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. 4 iyul 2009-cu ildə təsis olunmuşdur. == Manqa seriyaları == Akuma no Ikenie (Devil's Sacrifice; Ayun Taçibana) Another (Yukito Ayatsuci) Bio Booster Armor Guyver (Yoşiki Takaya; davam edir; əvvəllər "Monthly Shōnen Ace" jurnalında nəşr olunurdu) Black Rock Shooter: Innocent Soul (Sanami Suzuki) Blood Lad (Yuuki Kodama; davam edir) Boku Dake ga Inai Machi (Key Sanbe) Concrete Revolutio Echo/Zeon (Koşi Rikudo) Furekurain (Terio Teri) Haijin-sama no End Contents (Satoru Matsubayaşi) Hōzuki-san Chi no Aneki (Ran İqaraşi) Inari, Konkon, Koi Iroha (Morohe Yoşida) Isuca (Osamu Takahaşi; davam edir) Kill La Kill (Ryo Akizuki) Mirai Nikki Paradox (Future Diary-nin spin-offu. Hadisələr alternativ zamanda baş verir. 5 fəsildir.
Freddi ilə beş gecə
Freddi ilə beş gecə (ing. Five Nights at Freddy's) — Emma Tamminin rejissorluğu ilə 2023-cü ildə çəkilmiş qorxu filmi. Film Skott Kouton'un eyniadlı videooyun seriyası əsasında çəkilib. Mayk Şmidt bir vaxtlar uğurlu, lakin indi tərk edilmiş ailə əyləncə mərkəzi olan Freddy Fazbear's Pizza-da mühafizəçi kimi işə düzəlir. İşə başladığı ilk gecə anlayır ki, gecə növbəsinə dözmək o qədər də asan olmayacaq. Film Universal Pictures tərəfindən 27 oktyabr 2023-cü ildə ABŞ-də kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır.
ACM
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Ayə
Ayə (ərəb. آية‎‎‎ – əlamət, işarə) — Quranda mətnin bölündüyü kiçik həcmli parçalar. Ayələr daha böyük parça olan surələrin tərkib hissələri kimi çıxış edir. Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır. Qurandakı ayələrin sayı mübahisəlidir. Nafiyə görə onların sayı 6235, Şeybəyə görə 6236, kufəlilərə görə 6236, misirlilərə görə 6236, müfəssir Zəməxşəriyə görə isə ayələrin 6236-dır.
BFƏ
Beynəlxalq fonetik əlifba (BFƏ) (ing. International Phonetic Alphabet, fr. Alphabet phonétique international) — latın əlifbası əsasında transkripsiyaların yazılması üçün işarə sistemi. Beynəlxalq Fonetika Assosiasiyası tərəfindən hazırlanıb və dəstəklənir. Bu əlifbadan əsasən xarici dil müəllimləri, tələbələr, dilçilər, loqopedlər, müğənnilər, aktyorlar, leksikoqraflar və tərcüməçilər faydalanırlar. BFƏ yalnız şifahi nitqdə fərqli olan nitq keyfiyyətlərini göstərmək üçün nəzərdə tutulmuşdur: fonemlər, intonasiya, sözlərin və hecaların ayrılması. Əlavə nitq xüsusiyyətlərini (diş qıcırtması, yırtma, damaq yarığının yaratdığı səslər) çatdırmaq üçün əlavə bir simvol dəsti — BFƏ uzantıları istifadə olunur. Transkripsiya əlifbası Beynəlxalq Fonetik Birliyi tərəfindən redaktə olunur və dəyişdirilir. 2005-ci ildən etibarən BFƏ 107 hərf simvolu, 52 diakritik simvol və 4 prosodi simvolunu əhatə edir. == Tarixi == 1886-cı ildə Fransız dilçi Pol Passinin rəhbərlik etdiyi bir qrup Fransız və İngilis dili müəllimləri 1897-ci ildən etibarən (fr.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (ərəb. الإمارات العربية المتحدة‎ - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir.
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
İCF
Beynəlxalq Kanoe Federasiyası (ing. International Canoe Federation) 1946-cı ildə yaranmışdır. Baş ofisi Lozannadadır, və bütün dünyada bütün aspektləri idmanın qayığına idarə edir. Hal-hazırda o 150 çəkilmiş milli federsiyaya malikdir.
İncə
== Yaşayış yerləri ==
İyə
BCM
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Güc
Güc bu mənaları ifadə edə bilər:
Bcm
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Bəə
Birləşmiş Ərəb Əmirlikləri (ərəb. الإمارات العربية المتحدة‎ - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir.
Cüt
Cüt — əkin işində istifadə olunan xüsusi vasitə. Yeri əkmək və şumlamaq üçün xış at, qatır və ya öküzə qoşulurdu. Qoşulan heyvanların sayı çox zaman cüt olduğundan bu əkin vasitəsi cüt adlanırdı. Cüt kəlməsı qoşa mənasındadır və iki heyvanın qoşa xışa bağlanılmasını məna verir.