Birləşmiş Ərəb Əmirlikləri (ərəb. الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət.
BƏƏ | |||||
---|---|---|---|---|---|
دولة الإمارات العربية المتحدة Devle el-İmārāt el-Arabiyye el-Müttahide' | |||||
| |||||
الله , الوطن , الرئيس Allah, əl-Vaṭan, ər-Rə'īs "Allah, Vətən, Prezident" |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Əbu-Dabi | ||||
İdarəetmə forması | Federal Konstitusiyalı monarxiya[1] | ||||
Prezident | Məhəmməd bin Zayed əl-Nəhyan | ||||
Baş nazir | Məhəmməd bin Rəşid əl-Məktum | ||||
Sahəsi | |||||
• Ümumi | 83600 km² | ||||
Əhalisi | |||||
• Əhali | 8 000 min[2] nəfər (94-cü) | ||||
• Siyahıyaalma (2005) | 4 106 427[3] nəf. | ||||
• Sıxlıq | 95 nəf./km² | ||||
• Ümumi | 415.021.590.688 $[5], 507.534.921.715 $[5] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 599,8 milyard dollar (33-cü) | ||||
• Adambaşına | 64 500 dollar (13-cü) | ||||
Valyuta | BƏƏ dirhəmi | ||||
İnternet domeni | .ae | ||||
ISO kodu | AE | ||||
BOK kodu | UAE | ||||
Telefon kodu | +971 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][6] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir.
Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur. Sahəsi 83,6 min km². Əhalisi 4,97 mln. (2008). Paytaxtı Əbu Dabi şəhəridir. Rəsmi dil ərəb dili, pul vahidi BƏƏ dirhəmidir. İnzibati cəhətdən 7 əmirlikdən ibarətdir. BƏƏ BMT-nin (1971), OPEK-in, BVF-nin, ÜTT-nin, Ərəb körfəz ölkələri Əməkdaşlıq Şurasının üzvüdür.
BƏƏ federativ dövlətdir. Bütün əmirliklər mütləq monarxiyadır. Yalnız Əbu Dabi əmirliyində kabinet (hökumət) və Milli Məşvərətçi Şura kimi orqanların olması həmin əmirliyi idarə formasına görə konstitusiyalı monarxiyaya yaxınlaşdırır. BƏƏ-in qüvvədə olan müvəqqəti konstitusiyası 1971-ci ilin iyununda qəbul edilmişdir. Dövlət başçısı prezidentdir (səlahiyyət müddəti 5 ildir). Ali qanunverici orqan Əmirlərin Ali Şurasıdır. Parlament — Federal Milli Məşvərətçi Məclis məşvərətçi orqandır. İcraedici hakimiyyət nazirlər şurasına məxsusdur.
Prezident, Əbu-Dabinin hakimi şeyx Xəlifə bin-Zahid Şeyx Xəlifə atası Şeyx Zahid bin-Sultan əl-Nahyanın vəfatından dərhal sonra, BƏƏ-də Federal Şurada prezident postuna təyin olundu. 86 yaşlı başçı bu vaxta qədər uzun müddət xəstə idi və 2004-cü ilin noyabr ayında vəfat etdi. 1969-cu ildən Əbu-Dabinin şahzadəsi olan Şeyx Xəlifə qərb islahatçısı kimi reputasiyaya malikdir. Tez-tez "millətin atası" adlandırılan Şeyx Zahid hələ 1966-cı ildə Əbu-Dabinin hakimi vəzifəsində öz qardaşını əvəz etmişdi. Güclü lider və federasiya ideyası tərəfdarı olduğuna görə məhz o, 1971-ci ildə BƏƏ-nin birinci prezidenti seçilmişdi. O vaxtdan hər beş il onu prezident postuna yenidən seçiblər. Şeyx Zahid ölkənin siyasi həyatına dini dözümlülük və əsasən də qadınlar üçün hüquq bərabərliyi kimi anlayışlar gətirmişdi. Bu isə BƏƏ-də əhəmiyyətli dərəcədə stabilliyin yaranmasına gətirib çıxardı.
BƏƏ ərazisində arxeoloji qazıntılar 20-ci əsrin 50-ci illərindən aparılır. Tədqiqatçıların fikrincə, bura eramızdan 6 min il əvvəl məskunlaşmışdır. BƏƏ-yə daxil olan əmirliklərin ərazisi qədimdə, orta əsrlərdə və yeni dövrün əvvəlində Omanın bir hissəsini təşkil edirdi. E.ə. 6-cı əsrdə Əhəmənilər sülaləsinin hakimiyyətində, 3,6-cı əsrlərdə Sasanilər dövlətinin tərkibində olmuş, 7-ci əsrdə Ərəb xilafətinə daxil edilmiş, islam hakim din olmuşdur. Bu ərazi Hindistan ilə Afrika, İran ilə Mesopotamiya arasında mühüm ticarət məntəqəsi rolunu oynayırdı. 8-ci əsrin ortalarında ölkə əhalisi (xüsusilə Şarja və Dubay əmirlikləri) Əməvilər xəlifəsinin canişininə qarşı Oman qəbilələrinin üsyanında iştirak etmişdir. Nəticədə 8,9-cu əsrlərin ortalarında əmirliklər əslində müstəqil hakimlər tərəfindən idarə olunurdu. 9-cu əsrin sonunda onlar Abbasilərə xərac verməyə başladılar. Bu dövrdə Dubay, Şarcə və Fuceyra şəhərləri meydana gəldi. 10,11-ci əsrlərdə Ərəbistan yarımadasının ş. hissəsi Qərmətilər dövlətinin tərkibində, onun parçalanmasından sonra isə Omanın təsiri altında idi. 13-cü əsrdə BƏƏ ərazisi Hulakuların, 15-ci əsrin sonlarında isə avropalıların hücumlarına məruz qalmış, 16-cı əsrin əvvəli — 17-ci əsrin ortalarında qismən portuqalların hakimiyyətində olmuş, sonralar isə Səfəvi şahları, Osmanlı sultanları, Oman hakimləri, Vəhhabilər arasında mübarizə obyektinə çevrilmişdi. Kabotaj ticarəti ilə məşğul olan əmirliklərin əhalisi 18-ci əsrdən İngiltərə Ost-Hind şirkəti ilə mübarizəyə qalxdı; 19-cu əsrin əvvəlində Ost-Hind şirkəti buraya hərbi ekspedisiya göndərdi və 1820-ci ildə 7-ci ərəb əmirliyinin əmir və şeyxlərini (hakimlərini) bu ərazidə İngiltərə nəzarətinin qoyulması və qədim Omanın 3 hissəyə — Oman imamlığına, Məsqət sultanlığına və "Pirat sahilinə" parçalanması haqqında Baş müqaviləni imzalamağa məcbur etdi. Sonralar (1835, 1839, 1853, 1892) ölkədə İngiltərə protektoratlığını bərqərar edən yeni sazişlər (Ost-Hind şirkəti ilə yerli hakimlər arasında) imzalandı. İngiltərə müstəmləkəçiləri 1853-cü ildə onu Müqaviləli Oman (MO) adlandırdılar. MO əmirlikləri ərazisində İngiltərənin hərbi bazaları yaradıldı. Siyasi hakimiyyət İngiltərə siyasi agentinin əlində idi. O, əvvəlcə Buşir (İran), sonra isə Bəhreyndəki siyasi rezidentə tabe idi.
1920-ci illərdə MO əmirliklərində İngiltərə əleyhinə hərəkat başlandı. MO ərazisində zəngin neft ehtiyatları tapıldıqdan və neft çıxarıldıqdan sonra bu hərəkat daha da gücləndi. Müstəmləkə hakimləri öz mövqelərini möhkəmləndirmək məqsədilə hələ bu dövrdə əmirliklər federasiyası yaratmaq planlarını irəli sürdülər. 1968-ci ildə B.Britaniya leyborist hökuməti 1971-ci ilin axırınadək silahlı qüvvələrini Süveyşdən şərqdəki rayonlardan, o cümlədən İran körfəzi zonasından çıxarmaq haqqında qərarını elan etdikdən sonra MO əmirlikləri İran körfəzi ərəb əmirlikləri federasiyasının yaradılması haqqında saziş imzaladılar. Federasiyaya MO-dan başqa B.Britaniya protektoratlığında olan Bəhreyn və Qatar da daxil olmalı idi. Lakin federasiyanın gələcək iştirakçıları arasında baş verən ziddiyyətlər, Səudiyyə Ərəbistanı və xüsusilə İranın əks-tədbirləri nəticəsində bu plan baş tutmadı. Yaxın Şərqdə milli azadlıq hərəkatının yüksəlişi, müstəmləkəçilik sisteminin süqutu, B.Britaniyanın hərbi-siyasi və iqtisadi qüdrətinin kəskin surətdə zəifləməsi onu MO (həm də Qatar və Bəhreyn) üzərindəki protektoratlıqdan əl çəkməyə və qoşunlarını MO-dan çıxarmağa (1971-ci ilin sonunda) məcbur etdi. 1971-ci il dekabrın 2-də, tərkibində Əbu Dabi, Dubay, Şarcə, Əl-Fuceyra, Ümm əl-Qayveyn, Əcman əmirlikləri olan müstəqil BƏƏ dövləti elan edildi; 1972-ci ildə Rəs əl-Xeymə əmirliyi BƏƏ-yə daxil oldu. BƏƏ 1971-ci il dekabrın 6-da Ərəb Dövlətləri Cəmiyyətinə, 1971-ci il dekabrın 9-da BMT-yə qəbul edilmişdir. Əbu Dabinin hakimi şeyx Zeyd ibn Sultan ən-Nəhayan BƏƏ-nin ilk prezidenti olmuşdur. 2004-cü il noyabrın 3-də şeyx Xəlifə ibn Zeyd ən-Nəhayan BƏƏ-nin prezidenti seçilmişdir.
Təbii xüsusiyyətlərinə görə ölkə dörd təbii bölgəyə ayrılır: Fars körfəzi sahili, Materik yaylası, Oman körfəzi sahili və Dağlıq ərazi. Ölkə ərazisinin çox böyük hissəsini səhralar təşkil edir. BƏƏ-də qiymətli faydalı qazıntılar — neft, təbii qaz, dəmir filizi, daş duz, nikel və s. aşkar edilmişdir. Mütəxəssislərin fikrincə ölkədə neftin aşkar edilmiş ehtiyatı 10,0 mlrd. tona yaxındır. Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq bölgələrə ayrılır.
Qərb bölgəsində şərti olaraq qış adlandırılan mövsüm sutkalıq temperaturu 20–23 dərəcəyə çatan mülayim, yayda isə temperatur 40–43 dərəcəyə çatan isti iqlim hakimdir. Şərq bölgəsi tropik qurçaqda yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olurona görə bu bölgə quraqlığı və tozlu hava axınının üstünlüyü ilə seçilir. Ölkənin qərbinə il ərzində 100 (daxili rayonlara 50), şərqinə 200–300 mm həcmində yağış yağır. Əmirliklərin ərazisində yerüstü su mənbələri yoxdur. Keçmişdə yeraltı sular yeganə həyat mənbəyi olub. Son illərdə suvarma olan tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilmişdir. BƏƏ-də meşə massivləri yoxdur, əksər yollarda xüsusilə magistral yolların qıraqlarında əkilmişdir. Əmirliklərin ərazisində arxeoloji qazıntı işlərinə ötən əsrin 50-ci illərindən başlanmışdır. Mütəxəssislərin fikrincə, eramızdan 6 min il əvvəl bu yerlərdə insan yaşamışdır. Hindistan və Afrika, İran və Mesopotamiya arasında mühüm ticarət mətnəqəsi funksiyasını yerinə yetirən bu ərazilər orta əsrlərdə Portuqaliya, İran, Oman, İngiltərə dövlətləri tərəfindən idarə olunub. 1971-ci ildə əmirliklər Böyük Britaniyadan siyasi müstəqillik əldə edir. BƏƏ dövlət quruluşuna görə federativ monarxiyadır. Dövlət başçısı ayrı-ayrı Əmirliklərin rəhbərləri tərəfindən 5 il müddətinə seçilən prezidentdir. 1971-ci ildən Əbu-Dabi əmirliyinin rəhbəri Şeyx Zahid ben Sultan-əl Nəhəyan dövlətin prezidentidir. Ali qanunverici orqan prezident yanında 40 nəfərədn ibarət Məsləhətverici Milli Şuradır. Ali icraedici orqan Dubay əmrinin rəhbərlik etdiyi Nazirlər kabinetidir. ÖLkədə siyasi partiyaların və həmkarlar təşkilatının fəaliyyəti qadağan olunub. BƏƏ-də yaşayanların əksəriyyəti ərəblərdən (həm yerli, həm də gəlmələr) ibarətdir. "Neft hay-küyü" ilə əlaqədar əhalinin sayı xaricilər heabına xeyli artmışdır. Orta ömür müddəti kişilər üçün 70, qadınlar üçün 74 ildir. Əmirliklərdə urbanizasiya prosesi sürətlə gedir. Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Əbu-Dabi, Dubay, Şərca ən böyük şəhərləridir.
Birləşmiş Ərəb Əmirliklərində çay, göl və digər yerüstü su mənbələri yoxdur. Yeraltı sular yeganə həyat mənbəyidir. Hələ qədim zamanlarda burada yaşayan tayfalar quyu qazıb yeraltı sulardan istifadə vərdişlərinə yiyələnmişlər. Quyular ətrafında vahələr yaranmışdır. Bunlardan ən böyükləri Liva və Büreym vahələridir. Vahələrdə yaşayış məntəqələri salınmış, sonralar bu məntəqələr böyüyərək şəhərlərə çevrilmişdir. Əbu-Dabi, Dubay, Şərca vahələrdə yaranan şəhərlərdir. Qətərdə olduğu kimi yeraltı sular ölkənin bəzi yerlərində o qədər çoxdur ki, qumlar və daşlar arasında bataqlaşmış sahələr əmələ gətirmişlər. Ölkədə yeraltı suların olmasına baxmayaraq su problemi çox kəskindir. Suya olan tələbatı ödəmək üçün dəniz suyunu təmizləyən qurğular tikilir.
Əmirliklərin ərazisində iqlim xüsusiyyətlərinə görə bir-birindən fərqlənən Qərb və Şərq zonası ayrılır. İran körfəzi bölgəsinə aid edilən Qərb zonasında qış mövsümündə (dekabr-fevral) gündəlik temperatur müsbət 20–35 dərəcəyə çatan mülayim isti, yayda isə (iyul-avqust) temperatur tərəddüdü 38–50 dərəcə olan çox isti hava hakim olur. Bu zonada çox nadir hallarda temperatur müsbət 5–10 dərəcəyədək aşağı düşür. Qərb zonasında həm qışda, həm də yayda gecə və gündüz temperatur tərəddüdü nisbətən kəskin olur. Yayda gecə temperatur 20, qışda isə 15 dərəcəyədək aşağı düşür. Sahildə rütubət yüksək olduğundan (85–95 faiz) nəfəs almaq belə çətinləşir. Oman körfəzi bölgəsinə aid edilən Şərq zonası tropik qurşaqda yerləşdiyindən burada bütün il boyu tropik hava kütlələri hakim olur. Ona görə də bu zona quraqlığı və yayda tozlu hava axınının üstünlüyü ilə seçilir. Şərq zonasında iqlimin formalaşmasına Oman körfəzi ilə birlikdə Ərəbistan dənizindən gələn yay və qış mussonları da böyük təsir göstərir. Qış mussonlarının təsiri ilə Oman körfəzinin sahil bölgələrində temperatur 20, dağlıq rayonlarında isə 10 dərəcəyədək aşağı düşür. Əl-Batin ovalığı, Qərbi Həcər və Ruus-əl-Cəbəl dağlarının ətəkləri yay mussonlarının təsirinə məruz qaldığından iyul ayında sahildə və dağ dərələrində temperatur 25–26 dərəcə təşkil edir. ölkənin qərbinə il ərzində 100 mm (daxili səhralarda 70–80 mm) yağıntı düşür. Burada yerləşmiş Rəss-əl-Heymə ən çox yağıntı alan əmirlikdir (200–300 mm). Ölkənin şərqində yağıntıların miqdarı Qərbə nisbətən çoxdur (il ərzində 200–250 mm).
Birləşmiş Ərəb Əmirlikləri xarici siyasətdə öz mötədilliyi, neytrallığı ilə fərqlənərək, digər dövlətlərin daxili işlərinə qarışmamaq siyasətini yürüdür. BƏƏ regionda sülh və sabitliyin qorunması, beynəlxalq hüquq normaları və prinsiplərinə əməl olunmasını daima dəstəkləyir. BƏƏ dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır (İsrail dövləti istisna təşkil edir). 1990-cı ildə Küveyt dövləti təcavüzə məruz qalanda BƏƏ Küveytin azad olunması üzrə müttəfiqlərinin yanında olmuş, onları dəstəkləmişdir. BƏƏ-nin paytaxtı Əbu Dabi 2009-cu ildə Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin mənzil qərargahı seçilmişdir. Bu kimi əsas beynəlxalq təşkilatların qərargahının inkişaf etməkdə olan ölkələrdə yerləşməsi nadir hallardan biridir və bu hal BƏƏ-nin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
50-ci illərə qədər BƏƏ-də neft yataqları kəşf olunanadək iqtisadiyyatda əsas sahələr hələ o vaxt tənəzzülə uğrayan balıqçılıq və mirvari hasilatı idi amma 1962-ci ildən əmirliklərdən ilk olaraq Əbu-Dabi neft ixrac etməyə başlayanda ölkə və onun iqtisadiyyatı tanınmayacaq dərəcədə dəyişildi. Birləşmiş Ərəb Əmirliyi yaradıldığı gündən onun prezidenti, Əbu-Dabinin mərhum hakimi şeyx Zahid neft sənayesi potensialını tez dərk etdi və neft ixracından gələn gəliri səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatıraraq, bütün əmirliklərin inkişafını təmin etdi. Neft sənayesinin inkişafı xarici işçi qüvvəsinin axınına səbəb oldu, indi onlar ölkə əhalisinin, təqribən, 1/4 hissəsini təşkil edirlər. Biznes və turizmin inkişafı əmirlikdə tikinti bumunun inkişafına səbəb oldu. Milyardlarla dollar bu cür layihələrə yatırılır, belə şəhərlərin simvolu Əbu-Dabi və kosmopolit Dubaydakı kimi möhtəşəm mehmanxanalar və göydələnlərdir. BƏƏ — Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı dözüm nümayiş etdirən ən liberal ölkədir. Bununla yanaşı, BƏƏ bu regionda ümumiyyətlə seçkili hakimiyyət orqanı olmayan yeganə dövlətdir.[7]
Birləşmiş Ərəb Əmirliklərində qiymətli faydalı qazıntılar neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, boksit, maqnezit, asbest və s. aşkar edilmişdir. Neft və təbii qaz yataqları daha tez mənimsənilmiş, digərləri isə hələ də tədqiq edilməkdədir. Məsələn, dağlıq bölgədə yerləşmiş Rəs-əl-Heymə əmirliyinin faydalı qazıntılarla zəngin olması məlumdur. Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan neft və təbii qazdır. Əmirliklərin ərazisində və ona məxsus şelf zonasında İran körfəzi neft-qaz hövzəsinə aid iki areal (Qətər-Hörmüz və Murban) yerləşir. Qətər — Hörmüz arealında Umm-Şeyf, Əl-İdd-Əş-Şarqi, Murban arealında isə Bu — Qəza, Abu Cidu, Murban ən böyük neft-qaz yataqlarıdır. Murban, Bu — Qəza və Adu Cidu yataqlarının hər birinin neft ehtiyatı təqribən 500 mln. tondur. Ölkə üzrə neft ehtiyatı isə 12,95 mlrd. tondur. Bu göstəriciyə görə Yaxın və Orta Şərq regionunda 5-ci yeri (Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt) tutur. Təbii qaz ehtiyatı isə 6,0 trln. kub metrdən çoxdur (2005).
Birləşmiş Ərəb Əmirliklərini tez-tez "vergi cənnəti" adlandırırlar.Ölkənin vergi sisteminin özəlliyi ondan ibarətdir ki, BƏƏ-də nə mü əssisələrin gəlir vergisi (xarici banklar və neft şirkətləri istisna olmaqla — xarici banklar gəlirlərinin 20%-i həmində vergi ödəyirlər; xarici neft şirkətləri isə Əbu-Dabi əmirliyində gəlirlərinin 55%-i, bütün digör əmirliklərdə isə gəlirləri nin 50%-i həcmində vergi ödəməlidirlər), nə də fiziki şəxslərin gəlir vergisi mövcud deyil. Gömrük rüsumları da çox məhdud xarakter daşıyır — rəsmi olaraq zinət əşyaları 10%-lik, digər ixrac olu an mallar isə 4% lik vergiyə cəlb edilirlər, praktikada isə ixrac edilən malların əksəriyyəti vergiyə cəlb olunmur, əgər olunurlarsa belə, verginin həcmi 1%-dən artıq olmur.
Həmçinin iki bələdiyyə vergisi mövcuddur. Bunlar yaşayış sahəsinin icarəsi (5%), kommersiya əmlakının icarəsi (10%), mehmanxana xidmətləri və əyləncə (5%) vergiləridir. Ölkədə həm də ƏDV və satış vergisi anlayışı yoxdur.
Bank sisteminin başında Mərkəzi bank durur. Bu qurum inkişafetmiş ölkələrin mərkəzi banklarının yerinə yetirdiyi standart funksiyaları icra edir. Ümumən, ölkənin bank sektoru çox sürətlə inkişaf edir — ildə orta hesabla 15–20%. Ölkədə 4 kateqoriyaya məxsus bank mövcuddur: kommersiya bankları,investisiya bankları,islam bankları (islam qanunları-şəriət əsasında fəaliyyət göstərirlər və kreditlər üzrə faiz almırlar) və sənayenin inkişafı bankları.
Aktivlərinin həcminə görə ən iri banklar Əbu-Dabi milli bankı (NationalBankofAbu Dhabi),Dubay milli bankı(National Bank of Dubai),Emirates Bank International, Mashreq bank və Əbu-Dabi kommersiya bankıdır (Abu Dhabi Commercial Bank). Ümumiyyətlə,ölkədə 21 yerli kommersiya bankı və 26 xarici kommersiya bankı (Citibank, ABNAMRO, ArabBank, Bank Melli Iran, Banque DuCaire, BNP Paribas, Barclays Bank, Credit Agricole, HSBC, LloydsBank, National Bank of Bahrain, National Bank of Oman və başqaları) fəaliyyət göstərir. Həmçinin 2 investisiya bankı var.
Yerli banklar heçbir vergi ödəmir. Xarici banklar isə,qeyd olunduğu kimi,gəlirlərinin 20%-ni vergi şəklində dövlət büdcəsinə ödəyirlər.Yerli banklar BƏƏ-də qeyri-neft investisiyalarının əksəriyyətini maliyyələşdirirlər. İslam banklarının rolu və nüfuzu sürətlə artmaqdadır. Hələlik onların əsas fəaliyyət sahəsi daşınmaz əmlakın tikintisini nmaliyyələşdirilməsi və özəl müştərilərin xərclərinin maliyyələşdirilməsidir.
BƏƏ-də əhalinin ilk siyahıya alınması 1968-ci ilin mart-aprel aylarında aparılmış (o vaxt ölkə Müqaviləli Oman adlanırdı) və 180 min nəfər sakin qeydə alınmışdı. "Neft hay-küyü"ilə əlaqədar əhalinin sayı təbi artım, xüsusilə xarici mühacirlərin qonşu Ərəb ölkələri, Hindistan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4,0 mln. nəfərə çatmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6,0 mln. nəfərə qədər arta bilər. 5–6 dekabr 2005-ci il siyahıyaalınması na əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur.[8] BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarətdir.[9]
Yerli sakinlər arasında orta illik artım sürəti digər Ərəb ölkələrində olduğu kimi, 3–3,5 faiz təşkil edir. 1968–1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur. Yerli əhali arasında təbii artımın yüksəldilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, dövlət hər doğulan uşaq üçün ailəyə xeyli miqdarda pul verir. Bu tədbirlərə baxmayaraq son illər ölkənin iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar buraya gələn immiqrantların sayı artmış və nəticədə BƏƏ-inn ümumi əhalisinin sayında yerli sakinlərin miqdarı 1968-ci ildə 40 faizdən, 1975-ci ildə 36 faizə, 2005-ci ildə isə 20 faizə enmişdir. Təsadüfi deyil ki, son illər BƏƏ hökuməti immiqrasiyanın məhdudlaşdırılması üzrə bir sıra tədbirlər həyata keçirir, ölkəyə gizli yolla gələnlər ilə mübarizəni gücləndirir. Ölkədə hər min nəfərə anadan olanların sayı 17,5, ölənlərin sayı isə 4,0 nəfərdir. Ölkə üçün orta ömür müddəti kişilər üçün 72, qadınlar üçün isə 77 yaşdır. Birləşmiş Ərəb Əmirliklərində əhalinin ərazi üzrə orta sıxlığı 1968-ci ildə 1 kv. km-də 1,1; 1975-ci ildə 7,7 nəfər olduğu halda; 1992-ci ildə bu göstərici 35,4; 2005-ci ildə isə 40,0 nəfərə çatmışdır. Ölkədə əhali olduqca qeyri-bərabər yerləşir. Federasiyanın tərkibinə daxil olan 2 böyük əmirlikdə, Əbu-Dabi və Dubayda ölkə əhalisinin təqribən 3/4, qalan bölgələrdə isə cəmi 1/4 cəmləşmişdir. Əhalinin qeyri-bərabər yerləşməsinin birinci səbəbi federasiyanın tərkibinə daxil olan əmirliklərin iqtisadi inkişaf imkanlarının müxtəlfiliyi və bununla əlaqədar immiqrant işçi qüvvəsinə tələbatın olmasıdır. İkinci səbəb urbanizasiya prosesinin olduqca sürətlə getməsidir. Məsələn, 1968-ci ildə əhalinin ilk siyahıyaalınmada şəhərlərdə yaşayanlar ölkə əhalisinin 67,2 faizini, 1975-ci ildə (ikinci siyahıyaalınmada) 84 faizini təşkil edirdisə, 2005-ci ilin əvvəllərində bu rəqəm 90 faizi keçmişdir. Üçüncü səbəb ölkədəki yaşayış məntəqələrinin əksəriyyətinin daha əlverişli olan körfəz sahili ərazilərdə, vahələrdə, vadilərdə və s. yerləşməsi ilə əlaqədardır.
BƏƏ-nin əhalisi müxtəlif irqi-etnik qruplardan formalaşmışdır. "Neft hay-küyünə" qədər digər ölkələrdən, ilk növbədə İrandan və Şərqi Afrikadan gələnlərin qarışığından formalaşan İran körfəzi sahilinin əhalisi Ərəbistanın daxili rayonlarında yaşayan köçərilərdən xeyli fərqlənirdilər. Sahil ərazidə yaşayan əhalinin görkəmində və bədənlərinin rəngində neqroid, şəhərlərə köçən bədəvilərdə isə avropoid irqinə yaxınlıq hiss olunur. "Neft hay-küyü" dövründə BƏƏ əhalisinin milli tərkibi mürəkkəbləşdiyindən əmirliklər çoxmillətli ölkəyə çevrilmişdir. Əhalinin milli tərkibində ərəblərin üstünlük təşkil etməsinə baxmayaraq, yerli ərəblər cəmi 400 min nəfərdir. Qalanlar isə müvəqqəti, yaxud daimi yaşayan mühacirlərdir. Bunlara dövlət aparatında, pedaqoji fəaliyyətdə, kənd təsərrüfatında, sənayedə, mətbuatda çalışan misirlilər, Fələstin ərəbləri, iraqlılar, suriyalılar, yəmənlilər aid edilir. Hindlilər və pakistanlılar ticarətdə özlərinin mövqeylərini möhkəmləndirmiş və hətta Əmirliklərdə bir sıra müəssisələr tikmişlər. Mehmanxana və restoranlarda bir qayda olaraq filippinlilər, yol işlərində əfqanlar və pakistanlılar çalışır. Orduda ürdünlilər, omanlılar, mərakeşlilər və bəluclar xidmət edir. Avropalıların əksəriyyəti ingilislərdir. Ölkədə iranlıların sayı çoxdur. Təkcə Dubay və Şərca əmirliklərində onların sayı 50–60 min nəfərə çatmışdır. Mühacirlər arasında yalnız (fələstinlilər istisna) ərəblərin BƏƏ vətəndaşlığı hüququ almağa ixtiyarı var. Ölkə əhalisinin milli tərkibi barədə dəqiq məlumatlar yoxdur.
Digər Afrika-Ərəb ölkələrində olduğu kimi Ərəb dili burada rəsmi dildir. Ərəb dili ölkədə təhsil dilidir və hakim dil olma xüsusiyyəti daşıyır. Müəyyən bir dövrdə İngilis hakimiyyətində qaldığı üçün ölkədə İngilis dilində də danışırlar. Xüsusilə iş həyatında geniş şəkildə İngilis dilindən istifadə edilir. Küçə, mağaza və digər yerlərin adları İngilis dilində yazılır. Ticarət dili Fransız, ərəb və fars dilləridir. Ölkədə Pakistan və Hindistanlı gəlmələrin sayının yüksəkliyi səbəbindən burada Hind-Urduca da danışılır.
Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi, Dubay, Şarca, Acman, Umm-əl-Kayvayn, Əl-Fucara, Ras-əl-Xayma) əhalisinin əksəriyyəti (89%) müsəlmanlardır. Müsəlmanların 2/3 hissəsi vahhabiliyə yaxın olan sünnülüyün hənbəli məzhəbinə etiqad edir. Eyni zamanda sünnü-malikilər və çox az sayda sünnü-şafiilər yaşayırlar. BƏƏ-də şiələrə (əhalinin 1/5-i; onlar İrandan, Pakistandan və Hindistandan gələnlərdir) də rast gəlinir. Şərqdə və cənubda ibaditlər (40 min nəfərə yaxın) yaşayır. Bununla yanaşı xristianlar (əhalinin 6%-i, əsasən ingilislər və amerikanlar) və induslar da müsəlmanlarla yanaşı yaşayırlar.
İşsizlik səviyyəsi: 2004-cü il də — 2,4%. Lakin bu, ölkənin bütün əhalisinə aid olan göstəricidir. Yalnız BƏƏ-nin vətəndaşlarına ayrılıqda baxılarsa, onlar arasında işsizlik daha böyükdür və getdikcə artır: 1999-cu il də 7,6% idi sə, 2004-cü il də 11,4% olub. Urbanizasiya səviyyəsi 88%-ə bərabərdir. Əhalinin yalnız 12%-i kənd yerlərində yaşayır. Əhalinin əmək qabiliyyətli hissəsinin 78%-i xidmət sektorunda, 15%-i sənayedə, 7%-i isə kənd təsərrüfatında məşğul dur. Ölkədə yaşayanların yalnız 18%-i BƏƏ vətəndaşlarıdır. Yerdə qalan əhali əcnəbilərdir. Əmək qabiliyyətli əhalinin arasında əcnəbilərin payına bütün işləyənlərin 93%-i düşür. Ölkədə yaşayanlar əsasən Misirdən, İordaniyadan, Yəməndən, Omandan, Fələstindən, Pakistandan, Hindistandan, Banqladeşdən, Əfqanıstandan, Filippindən və eyni zamanda, Qərbi Avropanın müxtəlif ölkələrindən köçüb gələnlərdir. Savadlılıq səviyyəsi 80%-ə bərabərdir. Həyatın orta uzunluğu 74 il dir.
Ölkədə iş gününün standart uzunluğu 8 sa ata bərabərdir, standart iş həftəsi 6 gündür. Həmçinin qanunvericiliyə uyğun olaraq, işə götürənlər öz işçilərinə il ərzində ən azı 24 günlük ödənilən məzuniyyət verməyə borcludurlar. Əlavə olaraq, il ərzində 10 gün milli və dini bayramlara ayrılır ki, bunlar da rəsmən iş günü hesab edilmir. Əməyin ödənişinin minimal həcmi qanunvericiliklə müəyyənləşdirilməyib. Özəl sektorda işləyənlərin sayı dövlət sektorunda işləyənlərin sayından 2 dəfə çoxdur. Lakin bir çox vətəndaşlar (immiqrantlar yox) məhz dövlət sektorunda iş tapmağa üstünlük verirlər, belə ki, burada ölkə vətəndaşları üçün əməyin ödənişində xeyli üstün hüquqlar təsbit edilmişdir. Misal üçün, aylıq gəlirin orta səviy yəsi (əmək haqqı və bütün əlavə sosial ödəniş lər və güzəştlər nəzərə alınmaqla) BƏƏ vətən daşları üçün dövlət sektorunda 8200 dirhəm (2230 dol lar) təşkil edir. Xarici vətəndaşlar üçün sə bu hədd 5600 dirhəmdir (1530 dollar).
Dövlət şirkətlərində əmək haqqının baza hissəsinin həcmi də vətəndaşlar və qeyri-vətəndaşlar üçün 1,5 dəfə fərqlidir — 4200 dirhəm və 2800 dirhəm (müvafiq olaraq, 1140 dollar və 760 dollar). Uşaq əməyi əsas problemlərdən biridir. BƏƏ-də qəbul olunmuş qanunlara əsasən, rəsmən yaşı 15-ə çatmamış uşaqların işə götürülməsi qadağandır. 15 yaşından 18 yaşına qədər yeniyetmələrin işə qəbulunda da bir sıra ciddi məhdudiyyətlər mövcuddur. Lakin bu qanunlara o qədərdə məhəl qoyulmur. Ölkədə çox məşhur olan əyləncə növündə — dəvələrin yürüşündə uşaqların жokey kimi istifadə olunması bir qədər müstəsna hallara aiddir. Varlı dəvə sahibləri BƏƏ vətəndaşı olmayan uşaqların arasın dan жokeylərin seçilməsinə üstünlük verirlər. Özü də əsasən Banqladeşdən, şri-Lankadan və ya Pakistandan olan kasıb ailələrin uşaqlarına üstünlük verilir, həmçinin uşaqlar maksimum gənc və arıqolmalıdırlar ki, dəvənin yükü çox olma sın. Hüquq müdafiəçilərinin məlumatlarına əsasən, belə uşaqları faktiki olaraq oğurlayır və ac sax layır lar ki, жokeyin çəkisi mümkün qədər az olsun. 2002-ci ildə ölkə hökuməti bu cür praktikanı qadağan edən qanun qəbul etmiş dir. Be lə ki, dəvə yarışlarında yaşı 15-ə qədər və çəki si 45 kq-a qədər olan uşaq lardan istifadə olunması qəti qadağan edilib. Lakin bu qanun o qədər ciddi gözlənimir. Çünki dəvə yarışlarında böyük pullar dövr edir, bəzən yarışa qoyulan məbləğlər milyonlarla dollara bərabər olur. Sosial təbəqələşmə, yaxud Bir əşmiş Ərəb Əmirliklərində kasıblarla varlılar arasındakı fərq haqqında dürüst məlumat yoxdur.
Birləşmiş Ərəb Əmirliklərində dünya mətbəxlərindən yeməklərə rast gəlinir. Sıx turist potensialı olan bu ölkədə, hər zövqə xitab edəcək bir çox restoranla qarşılaşmaq olar..Ümumi olaraq Türk mətbəxinə bənzəyən bir yemək mədəniyyəti var. Lakin ədviyyatları,yağları və fərqli yemək bişirmə tərzləri, yeməklərinin dadları Türk yeməklərindən fərqlənir. Burada Xurma Dolması adlı yeməki şirin və pendirli bir qarışıqdan ibarət olan dəyişik bir ləzzətdir.
Turizm sənayesi BƏƏ iqtisadiyyatında mühüm yer tutur. Turizmdən əldə olunan gəlir 7,4 mlrd. dollar təşkil edir (2009). Turizmin inkişafına yönəldilən xərclər hər il artırılır, (2010-cu ildə bu məbləğ 10,3 mlrd. dollar olmuşdur). Ölkədə biznes, şopinq, kruiz turizmi geniş yayılmış, il boyu davam edən mülayim iqlim, sahilboyu qumlu çimərliklər idman, istirahət, çimərlik, spa və tibb turizminin sürətli inkişafı üçün əlverişli şərait yaratmışdır. Yaxın Şərqin ticarət, Orta Şərqin idman mərkəzi kimi tanınan Dubay əmirliyi ölkənin əsas turizm mərkəzidir. Dubay şəhərində "Bürc əl-Xəlifə", "Bürc- Dubay", "Bürc əl-Ərəb", "Mədinət əl-Cümeyra", həmçinin beynəlxalq hotellər şəbəkəsinə daxil olan "Hilton", "Radison", "İnterkontinental" hotelləri, çoxsaylı kurort kompleksləri, o cümlədən dünyada ən böyük süni "Palma adaları" kompleksi, istirahət, əyləncə mərkəzləri və attraksionlar, xizək mərkəzi və s. fəaliyyət göstərir. 2008-ci ildə BƏƏ hotelləri 15,7 mln. turistə xidmət göstərmişdir. Qədim tikililər, Dubay delfinariumu, Nəbatat bağı, Rəs əl-Xor quş qoruğu, Dalğıclar kəndi, Beyt əl-Vəkil balıqçılıq muzeyi və s. maraqlı turist obyektləridir. Dubayda 1996-cı ildən beynəlxalq ticarət festivalı və s. beynəlxalq festivallar keçirilir.