DABAN
(Qarakilsə, Qazax)
dəyirman daşının işini nizamlayan dəmir hissə. – Dabanı bərkit, daş düşər (Qazax); – Də:rmanın dabanın yendir, unu yaxşı üyüssün (Qafan)
II
(Şamaxı)
tütün bitkisinin kökə yaxın yarpaqları. – Tənbəkinin dabani çəkməyə çox yüngüldü
III
(Kürdəmir)
həncama əvəzində qapını çərçivəyə birləşdirən oxcuqlar (qapı bu oxcuqlar üzərində fırlanır). – Qapı dabanınnan çıxdı
IV
(Qax)
sinə. – Əbdal kimi dabanını niyə əçirsin?