Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır). Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti 1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2).
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Verilənlər modeli
Verilənlər modeli – verilənlər bazalarının idarəolunması sisteminin (DATABASE MANAGEMENT SYSTEM, DBMS) dəstəklədiyi, abstrak struktur əmələ gətirən bir-birilə qarşılıqlı əlaqədə olan obyekt tiplərinin, deyimləri və tamlığı təmin edən qaydaların sistemi. Konkret DBMS tərəfindən dəstəklənən verilənlər modelindən asılı olaraq, relyasiyalı DBMS, şəbəkə DBMS sistemi və s. olur. Məsələn, relyasiyalı modeldə aşağıdakı tip obyektlər olur: əlaqələr (cədvəllər), atributlar (sütunlar) və domenlər (atributların mümkün olan qiymətləri). Deyimlər relyasiya cəbri vasitəsilə təyin olunur; bunlar SELECT, PROJECT və JOIN deyimləridir, tamlığı təmin edən qaydalar isə (bir az sadələşdirilmiş şəkildə) belədir: ilkin açarın qiymətinin heç bir komponenti boş ola bilməz; ilkin açarın bütün qiymətləri unikal olmalıdır; xarici açarın boş olmayan istənilən qiyməti ilkin açarın mövcud olan hər hansı qiymətinə uyğun olmalıdır. Ümumi halda, DBMS yalnız bir verilənlər modelini dəstəkləyir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vestminster modeli
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır. İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir. Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İƏT Modeli
İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır. İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. · Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.
Ştakelberq modeli
Ştakelberq modeli — informasiya asimmetriyasının mövcudluğunda oliqopolist bazarın oyun nəzəri modeli. Adını ilk dəfə 1934-cü ildə nəşr olunan Marktform und Gleichgewicht (Bazar strukturu və tarazlığı) əsərində təsvir edən alman iqtisadçısı Henrix fon Ştakelberqin şərəfinə almışdır. Bu modeldə firmaların davranışı tam mükəmməl informasiyaya malik dinamik oyunla təsvir olunur ki, bu da onu Kurno modelindən fərqləndirir, burada firmaların davranışı mükəmməl informasiyaya malik statik oyundan istifadə etməklə modellənir. Oyunun əsas xüsusiyyəti ilk növbədə malların buraxılış həcmini təyin edən aparıcı firmanın olmasıdır, qalan firmalar isə hesablamalarında onu rəhbər tuturlar. Stackelberg duopoliyası oyunçuların iyerarxiyasını qəbul edir. I oyunçu qərarını ilk elan edir, ondan sonra II oyunçu strategiya seçir. Birinci oyunçu lider, ikinci oyunçu isə izləyici adlanır. Oyundakı Ştakelberq tarazlığı ( x ∗ , y ∗ ) {\displaystyle (x^{*},y^{*})} strategiyaları toplusudur, burada y ∗ = R ( x ∗ ) {\displaystyle y^{*}=R(x^{*})} ən yaxşı cavabdır II oyunçunun problemin həlli kimi tapılan x ∗ {\displaystyle x^{*}} strategiyasına H ( x ∗ , y ∗ ) = max x H ( x , R ( x ) ) {\displaystyle H(x^{*},y^{*})=\max \limits _{x}H(x,R(x))} . Sənaye homojen məhsul istehsal edir: müxtəlif firmaların məhsullarındakı fərqlər əhəmiyyətsizdir, bu o deməkdir ki, alıcı hansı firmadan alacağını seçərkən yalnız qiymətə diqqət yetirir. Firmalar istehsal olunan məhsulların miqdarını təyin edir, onun qiyməti isə tələbata əsasən müəyyən edilir.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq Test Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Dyupont modeli
Dyupont modeli (Dyupont tənliyi, Dyupont düsturu; ing. DuPont equation, DuPont Model, DuPont analysis) — istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları ilə ifadə olunan kapitalın gəlirliliyi; gəlirlilik dəyişikliyinin hansı amillərə görə baş verdiyini müəyyən edən dəyişdirilmiş amil təhlili. Adı 1920-ci illərdə bu düsturdan istifadə etməyə başlayan Dyupontdan gəlir. Amerikalı professor Stiven Rossun tərifinə görə, DuPont tənliyi istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları vasitəsilə ifadə olunan kapitalın gəlirliliyinin göstəricisidir. Ağac strukturu şəklində amil modelinin əsasını kapitalın gəlirliliyi göstəricisi (ROE), atributları isə müəssisənin istehsal və maliyyə fəaliyyətini xarakterizə edən amillərdir. Sadə dillə desək, kapitalın gəlirliliyinə hansı amillərin daha çox və ya daha az dərəcədə təsir etdiyini öyrənmək üçün ROE-yə təsir edən amillər bölünür.
Kolb modeli
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Blek–Şoulz modeli
Blek–Şoulz opsion qiymət modeli (ing. Black–Scholes Option Pricing Model, OPM) — Avropa opsionlarının nəzəri qiymətini müəyyən edən model, əgər əsas aktiv bazarda alınıb-satılırsa, onda onun üzərindəki opsionun qiyməti artıq bazarın özü tərəfindən dolayısı ilə müəyyən edilir. Bu model praktikada geniş şəkildə istifadə edilmişdir və digər şeylərlə yanaşı, varrantlar, konvertasiya edilə bilən qiymətli kağızlar da daxil olmaqla bütün törəmə alətləri qiymətləndirmək və hətta maliyyə cəhətdən asılı olan firmaların kapitalını qiymətləndirmək üçün də istifadə edilə bilər. Blek — Şoulz modelinə görə, opsionun dəyərinin müəyyən edilməsində əsas element əsas aktivin gözlənilən dəyişkənliyidir. Aktivin dəyişməsindən asılı olaraq onun qiyməti artır və ya azalır ki, bu da birbaşa mütənasib olaraq opsionun dəyərinə birbaşa təsir göstərir. Beləliklə, əgər opsionun dəyəri məlumdursa, bazarın gözlədiyi volatillik səviyyəsini müəyyən etmək mümkündür. Opsion qiymət modelinin düsturu ilk dəfə 1973-cü ildə Fişer Blek və Mayron Şoulz tərəfindən "The Pricing of Opsions and Corporate Pasifities" kitabında işlənib hazırlanmışdır. Onların araşdırmaları Cek Treynor, Pol Samuelson, Ceyms Bons, Şin Kassuf və Edvard Torp tərəfindən əvvəlki işlərə əsaslanır və opsion ticarətinin sürətli böyüməsi dövründə hazırlanmışdır. Blek və Şoulz opsion qiymət modelini əldə etmək üçün aşağıdakı fərziyyələri irəli sürdülər: Qiymətli kağızlar (əsas aktiv) davamlı olaraq alqı-satqıya məruz qalır və onların qiymət davranışı məlum parametrlərə malik həndəsi Brown hərəkət modelinə uyğundur (xüsusilə, bu parametrlər opsionun bütün müddəti ərzində sabitdir). Opsionun əsas aktivi opsionun müddəti ərzində dividend ödəmir.
Davson–Danielli modeli
Davson–Danielli modeli (və ya pausimolekulyar model) — 1935-ci ildə Huq Davson və Ceyms Danielli tərəfindən təklif edilən hüceyrənin plazmatik membran modeli. Modelə görə membran iki qlobulyar zülal təbəqəsi arasında yerləşən bir cüt fosfolipid qatından ibarətdir. Bunlar trilaminardır və lipoproteinlərdir. Membranda fosfolipid təbəqəsinin olması fikri 1925-ci ildə Qorter və Qrendel tərəfindən təsdiqini tapmışdır. Lakin Davson–Danielli modelində bu təbəqəni əhatələyən zülal təbəqəsi fikri ilk dəfə səslənirdi. Bu fikir Daniellinin fosfolipidlərin səthi gərilmə ilə bağlı müşahidələrini izah etmək üçün nəzərdə tutulmuşdur (hal-hazırda fosfolipid qrupları səthi gərilməni izah etmək üçün kifayətdir). Davson–Danielli modeli 1972-ci ildə Zinger və Nikolson tərəfindən mozaik maye modeli irəli sürülünə qədər doğru qəbul edilirdi. Mozaik maye modeli Davson–Danielli modelinə transmembran zülalları əlavə etməklə genişləndi. Eksperimental təcrübələr vasitəsilə bu modelin doğruluğu isbat olundu. Bundan əvvəlki modellərin isə yanlış olduğu ortaya çıxdı.
Divident diskontlaşdırma modeli
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
HSV (rəng modeli)
HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
IS-LM modeli
Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir. Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir. IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib. "IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir. Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür. Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir.
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) — kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. 1916-cı ildə A. Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A. Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A. A. Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Komponentlərin obyekt modeli
Komponentlərin obyekt modeli (ing. Component Object Model) – kom – Windows mühitində obyektlərin qurulması və qarşılıqlı əlaqəsi üçün texnoloji standart. 1993-cü ildə Microsoft korporasiyası tərəfindən hazırlanmışdır. COM texnologiyası proqram təminatının qurulmasında hazır proqram komponentləri (hər biri eyni vaxtda bir çox proqramlarda istifadə edilə bilər) arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsi üçün yaradılmışdır; onun köməyi ilə proqram təminatının bir komponenti öz xidmətlərini digər hissəyə (komponentə) təqdim edir. Proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan (müəyyən əməliyyatı yerinə yetirən prosedur, yaxud funksiyalardan) ibarətdir.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kübler-Ross modeli
Kübler-Ross modeli və ya qəmin beş mərhələsi, ölməktə olan insanların davranış ve düşünmə mərhələləri. İnkar – ilk reaksiya inkar olur. Bu mərhələdə fiziki diaqnoz səhv hesab oluna bilər, və saxtalıq reallığa üstünlük verilir. Qəhər – Şəxs inkarın davam etməsinin mümkün olmasının aşkar etməsi. Dövrəyə girməyən sorğuların dövrəyə girməsi ile başlayır, üst üstə gələn sorğular nəticəsində hirsli emosiyalar vücudu ələ keçirir. Bazarlıq – Üçüncü mərhələ şəxsin qəmin səbəb qarşısını almaq üçün ümid yaradır. Depressiya – "Mən qəmginəm, nəiləsə niyə məşqul olum?"; "Mən tezliklə öləcəm, nə xəyri?" Dördüncü mərhələdə şəxs ölümün tanınması ümidi ilə üzləşir. Həyatdan soyuqlaşma, heç bir şey etmək istəməmə, qeydsizlik halı kimi ifadələr qeyd olunur. Qəbul – "Hər şey yaxşı olacaq". Durumun başa düşülməsi ve həyatın normal axarına dönməsi durumu gerçəkləşir.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. Əhalisinin sayı 885 nəfərdir.
Əsin
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Aşağı Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qulbəndə kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir, "aşağıda yerləşən Qəsil kəndi" deməkdir. Qəsil Azərbaycan dilinin dialektlərində və bəzi türk dillərində işlənən qas/qəs/qəjəl sözləri ilə bir kökdənolub, "otlaq, yamac" mənasını ifadə edir. Kənddə Aşağı Qəsil kənd məscidi dini icması fəaliyyət göstərir.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
E-nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Elektron nəsil
Net Nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Nəsil M
Nəsil Y
Y nəsli və ya millenniallar — X nəslindən sonrakı, Z nəslindən isə əvvəlki demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1980-ci illərin əvvəllərini başlanğıc doğum illəri kimi, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinədək olan dövrü isə son doğum illəri kimi ifadə edir. Odur ki, bu nəsil adətən 1981-1996-cı illərdə doğulmuş insanlar kimi müəyyən edilir. Millennialların əksəriyyəti beybi-bumerlərin və daha yaşlı X nəslinin uşaqlarıdır. Öz növbəsində millenniallar çox vaxt alfa nəslinin valideynləri olurlar. İnternetlə böyüyən ilk nəsil olaraq millenniallar həm də ilk qlobal nəsil kimi təsvir edilmişdir. Nəsil ümumiyyətlə internetdən, mobil cihazlardan və sosial mediadan geniş istifadə və onlarla tanışlıq ilə xarakterizə olunur. İndi ardıcıl nəsillərə də tətbiq edilən "rəqəmsal yerlilər" termini əvvəlcə bu nəsli təsvir etmək üçün istifadə edilmişdir. Millenniallar həm də "Ən uğursuz nəsil" adlandırılıb, çünki orta millennial işçi qüvvəsinə daxil olduqdan sonra ABŞ tarixindəki hər hansı digər nəsillə müqayisədə daha yavaş iqtisadi artım yaşamışdır. Nəsil həmçinin tələbə borcu və uşaq baxımı xərclərinin də yükünü daşıyır.
Nəsil Z
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Nəsil artırma
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır. Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir. Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır. Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir. Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır: 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
Nəsil ağacı
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Nəsil kəsilməsi
Nəsil kəsilməsi — bioloji və ekoloji amillər nəticəsində bir növə və ya cinsə aid məxluqun varlığına son qoyulması, biosferin "daralması". Bir növə aid son canlının ölümü həmin növün nəslinin kəsilməsi kimi qəbul edilir. Amma nəslin davam etməsi üçün bir növə aid edilən canlıların sayının kəskin azalması da onları nəsli kəsilən növlərə aid etməyə imkan verir.
Nəsil şəcərəsi
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Orta Qəsil
Orta Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qulbəndə kənd inzibati ərazi dairəsində kənd. Dadaşova Gözəl Alı qızı — d.
Qızıl nəsil
Qızıl nəsil (ing. golden generation) və ya qızıl komanda (ing. golden team) — əldə etdiyi nailiyyətlər və ya komandalarının daha əvvəl əldə etdiyi nəticələrdən daha yüksək bir səviyyəyə çatması gözlənilən bənzər yaşda çox istedadlı bir qrup oyunçu. Sven-Qoran Eriksonun idarə etdiyi dövrdə, İngiltərə Futbol Federasiyasının icraçı direktoru Adam Krozier və Britaniya mətbuatının bəzi üzvləri, Devid Bekhem, Maykl Ouen və Stiven Cerrard kimi potensiallı oyunçuları qızıl Nəsil komandasının nüvəsi kimi adlandırırdılar.
Yuxarı Qəsil
Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Qəsil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha, bələdiyyə mülkiyyətində olan 22,33 ha və xüsusi mülkiyyətdə olan 202,73 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. Əhalisi 1705 nəfərdir.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
İnternet Nəsil
İtirilmiş nəsil
İtirilmiş nəsil (fr. Génération perdue, ing. Lost Generation) — Birinci Dünya Müharibəsindən sonra meydana çıxmış ifadə. Buradakı “itirilmiş” sözü müharibədən sağ qayıtmış insanların “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” ruhlarına istinad edir. Belə ki, bu nəslin nümayəndələri hələ gənc yaşlarında müharibəyə getməli olmuş, onun dəhşətlərini öz gözləri ilə görmüş, müharibədən sonra isə həyata uyğunlaşa bilməmiş, içkiyə qurşanmış və ya intihar etmişdilər. İfadə əsasən 1920-ci illərdə vətənini tərk edib Parisdə yaşayan amerikalı yazıçılara aid edilir. İfadənin yaranması amerikalı romançı və şairə Gertruda Staynın adı ilə bağlı olsa, Ernest Heminqueyin 1926-cı ildə yazdığı Fiesta romanının epiqrafında işlətdiyi “Siz hamınız itirilmiş nəsilsiniz” cümləsi sayəsində məşhurlaşmışdır. Stayn "siz hamınız itirilmiş nəsilsiniz" cümləsini ilk dəfə Heminqueylə söhbət edərkən səsləndirmişdir. Ümumi götürdükdə, “İtirilmiş nəsil” ifadəsi 1883-1900-cü illər arasında dünyaya göz açmış nəslə istinad edir. "İtirilmiş nəsil" dedikdə Birinci Dünya müharibəsi və ondan bir qədər sonrakı dövrdə yazıb-yaradan insanlar nəzərdə tutulduğu üçün bu nəslə bəzən "Birinci Dünya müharibəsi nəsli" də deyilir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Esxil
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi. Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə.
Xəşil
xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Aşil Amperör
Aşil Amperör (fr. Achille Emperaire; 16 sentyabr 1829[…], Eks-an-Provans[d] – 8 yanvar 1898[…], Eks-an-Provans[d]) — fransız rəssam-impressionist, Pol Sezannın dostu. Aşil Amperör xəstəlik ilə doğulmuş və bütün həyatı boyu liliput qalmışdır. 1844–1856 illəri arasında doğma şəhərində rəsm və rəsm tədqiq etmişdir.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Emil Abbasov
Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü. 11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.
Emil Abduləzimli
Emil Rasif oğlu Abduləzimli (6 dekabr 1994 Sumqayıt şəhəri-19 oktyabr 2020 Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Abduləzimli 6 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Emil Abduləzimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimli 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil Ajar
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb. 1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib.
Emil Babayev
Emil Babayev — Rejissor Babayev Emil İlqar oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1994–1998-ci illərdə Q. Hüseynli adına musiqi texnikumunu oxuyub. 1999-cu ildə isə Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olub. 2003-cü ildə isə oranı bitirib. Lider TV(Azərbaycan redaksiyasi-Rejissor), AzTV Müəllif proqramları və xüsusi layihələr departamenti-Rejissor, ANS tv-Baş rejissor, ATV-Baş rejissor, İnteraz tv — Baş rejissor kimi fəaliyyət göstərib. Hal hazırda Atv kanalında Sənədli filmlər redaksiyasının rəhbəri kimi fəaliyyət göstərir. Evlidir. Bir qızı var. Biz kimik (film, 2000) İşıq (film, 2002) Cavabsız sual (film, 2003) Sayların sirri (film, 2003) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Hikmət xəzinəsi (film, 2003) Üzü gün doğara tikilər evlər (film, 2003) Qədim şəhərin hekayəti (film, 2003) Tarixin dözümü və qisası (film, 2003) Zoopark (film, 2003) Yeldən yarananlar (film, 2004) Ümid (film, 2005) Marsda azərbaycan çevrəsi (film, 2005) Şeyx Nizaminin məzarı (film, 2005) Və 7.8.9. (film, 2005) İllər varlığımdırsa...
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.