Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Han Hyun-So

Han Sun-Hi
Han Sun-Hi (d. 9 iyun 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Ço Hyun-Yun
Ço Hyun-Yun (d. 21 iyun 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço Hyun-Yun Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Hun Sen
Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi. Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı. Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər.
Hun dili
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər. Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir.
Hun imperiyaları
Hun inqilabı
Hun inqilabı — Eramızın dördüncü əsrinin əvvəlinə doğru, Mərkəzi Asiya, Qərbi Sibirin cənub ərazilərində, Filizli və Dağ Altayın bir hissəində, yaşayan hunlar yarım millionluq ordu çıxarmağa qadir güclü dövlət yaratdılar. Etnosun qüvvəsinin zirvə nöqtəsinə çatan energetik partlayış yaxınlaşırdı. Hunlar kimi döyüşkən və enerjili etnos, artıq nisbi hərəkətsilik vəziyətində qala bilməzdi, onun yığılmış enerjisi öz tətbiqini tapmalıydı, ama bunun üçün dövlət səriştəsi olan, dahi, qətiyətli və böyük hərbi istedadı olan başçı lazım idi. Və belə lider tapıldı. Bu hunların yeni şanyusu Attila(Edil) idi. Hunlar Attilanın başçılığı ilə sürətlə dünya tarixinə, özüdə onun zirvələrinə, daxil oldular. Attila hun dövlətində 431-ci ildə hakimiyətə gəldi. Mərkəzi Asiyada və cənubi Sibirdə sıxılan hun cəmiyətinin əhvalını tuta bilən Attila, yaxın on il üçün hərəkət planını hazırladı. Attilanın ilk etdiyi hunların Qərbə hərəkətinin başlanması oldu. 432-ci ildə hun ordusu Volqanı(İdil) keçib cənub-qərbə, Don, Dneprin aşağı və orta axarına tərəf hərəkətə başladı.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.
Hun türkcəsi
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir. == Dövrümüzə çatmış sözlər == Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir. Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər. Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır. == Türk dili olması barədə == Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər. Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir. Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir.
Hun türkləri
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Hun İmperiyası
Sammo Hun
Hun Tszinbao və ya Sammo Hunq Kam-bo (ing. Sammo Hung, kantonca: 洪金寶) — Honkonq aktyoru, rejissoru, prodüseri və döyüş ustasıdır.
Hun incəsənəti
Hun incəsənəti — əslən Orta Asiyadan olan Hunların Avropada yaratmış olduğu bütün mədəniyyət nümunələri nəzərdə tutulur. Hun sənəti əsasən qazanlar, qablar və zinət əşyaları, boyunbağılar, fibula və bilərziklərdən ibarətdir. Bu motivlərdə tez-tez təsvir edilən heyvan fiqurları ilə birlikdə, ağaclara və həndəsi şablonlara da rast gəlinir. Hun incəsənəti german tayfalarının incəsənətinə və ümumilikdə Avropa incəsənətinə böyük təsir etmiş, orada yunan-roma incəsənət ənənəsinin sona çatmasında rol oynamışdır. Hun incəsənəti özüdə Asiyadakı sivilizasiyalardan bəhrələnmişdir. Hunların maddi mədəniyyətini və incəsənətini öyrənə bilmək üçün iki qaynaq vardır: qədim əlyazmalar və arxeologiya. Lakin Hunlar köçəri həyat sürdükləri üçün onların incəsənəti və yaşamı barədə arxeoloji qaynaqlar az qalmışdır. Buna baxmayaraq, 1945-ci ildən sonra Hunlara aid olan xeyli sayda arxeoloji material aşkar edilmişdir. Təkcə 2005-ci ildən Hunlara aid olduğu bəlli olan 200 maddi mədəniyyət nümunəsi üzə çıxarılmışdır. Bu nümunələr Hun məzarları olmuşdur ki, oradan tapılanlar da Hunlara aid edilmişdir.
Yılmaz Hun
Yılmaz Hun (1977, Aralıq, İğdır ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Yılmaz Hun 1977-ci ildə İğdır ilinin Aralıq ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İğdırda alıb. 2000-ci ildə Van Yüzüncü İl Universiteti Təhsil Bölməsindən məzun olub. Müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) İğdır nümayəndəsi, İğdır şöbəsinin sədri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.
Hu Sun-Yon
Hu Sun-Yon (d. 28 sentyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Nadar
Nadar (fr. Nadar, əsl adı Qaspar Feliks Turnaşon, fr. Gaspard-Félix Tournachon; 6 aprel 1820 – 21 mart 1910) — məşhur fransız fotoqrafı, karikaturaçısı və hava səyyahı.
Padar
Yaşayış məntəqələri Padar (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Padar (Dərbənd) — Dağıstanın Dərbənd rayonunda kənd. Padar (Əsgəran) — Azərbaycanın Əsgəran rayonunda qəsəbə. Padar (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Padar (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Padar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Padar (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Padar (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Padarqışlaq — Azərbaycanın Ağsu rayonunda kənd. Armudapadar — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qatar
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır. Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər. Qatarların aşağıdakı növləri vardır; Yük, Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır. Post, Qartəmizləyən, Hərbi, Təsərrüfat. Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir. Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 −1938-ci illərdə Böyük Britaniyada, ABŞ — da və keçmiş SSRİ — də istifadə olunmuşdur. Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Gaddar
Gaddar (azərb. Qəddar‎) — ilk seriyası 19 yanvar 2024-cü ildə buraxılan, baş rollarda Çağatay Ulusoy, Sümeyye Aydoğanın rol aldığı Türkiyə istehsalı döyüş və dram janrında teleserial.