Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İntiqam Abbasov
İntiqam Abdullayev
İntiqam Atakişiyev
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var. O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır. Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir. İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib. 1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib. 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.
İntiqam Ağayev
İntiqam Bəşirov
İntiqam Camaləddinov
İntiqam Hacılı
İntiqam Hacılı, (d.24 fevral 1978, Biləsuvar) — Azərbaycanlı kino rejissoru, prodüseri və ssenaristi. 2017-ci ildə rejissoru olduğu "Göllərin arasında" ("Между озерами", "Among The Lakes") sənədli film layihəsi Riqada keçirilən "Artdocfest" Sənədli Filmlər Festivalının pitçinq bölməsində iştirak edib. Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının (Fransa), 2021-ci ildə isə "Moskovskaya premyera" Kino Festivalının (Rusiya) iştirakçısı olub. 2021-ci ildə Mədəniyyət Nazirliyinin Bakıda təşkil etdiyi QİTİS-in (Moskva Teatr Sənətləri İnstitutu) teatr prodüserliyi laboratoriyasında iştirakçı olaraq, QİTİS-in və Mədəniyyət Nazirliyinin sertifikatını alıb. 2022-ci il 2 avqustda - Milli kino günündə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən "Müstəqil kinonun inkişafındakı xidmətlərinə görə" nominasiyasında mükafatlandırılıb. Uzunömürlü Məcid Ağayevin nəvəsi olan İntiqam Hacılının ata-anası Lerik rayonun Tikəband kəndindən ilk əvvəl Lənkəran şəhərinə, bir müddət sonra isə Salyan rayonuna, oradan isə 1975-ci ildə Biləsuvar rayonuna gəliblər. İntiqam Hacılı 1978-ci il fevral ayının 24-də Biləsuvar rayonun İran sərhədi yaxınlığında yerləşən kolxoz düşərgəsində anadan olub. 1996-cı ildən 2022-ci ilin may ayına qədər Bakıda yaşayaraq kino və teatr sahəsində fəaliyyət göstərib. 2022-ci ilin may ayından 2024-cü ilin fevral ayına qədər Lənkəran Dövlət Dram Tetarında direktor müavini və direktor vəzifəsini icra edib. Onun dövründə teatrın idarəçiliyində və yaradıcılğında böyük dəyişiklər olub.
İntiqam Hacıyev
İntiqam Kərimov
İntiqam Mahmudov
İntiqam Mehdizadə
İntiqam Mehdizadə (14 fevral 1945, İsmayıllı – 8 iyun 2022) — yazıçı-publisist, jurnalist, ssenarist. İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır. Hal-hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyir. Evlidir, iki övladı, dörd nəvəsi var.
İntiqam Mənsimli
İntiqam Rövşən oğlu Mənsimli (5 iyun 1998; Kəngərli, Tərtər rayonu, Azərbaycan — 17 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşdur. O, bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, İntiqam Mənsimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Mənsimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Mənsimli 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Mənsimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İntiqam Qasımov
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
İntiqam Qasımzadə
Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən).
İntiqam Soltan
İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; 12 aprel 1965, Nürgüt, Ordubad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru. İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib. Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri. Mingəçevir Dövlət Dram Teatrının direktoru. Evlidir.
İntiqam Səfərov
İntiqam Yaşar
İntiqam Yaşar (azərb. Cavanşir İntiqam Yaşar oğlu‎; d. 3 oktyabr 1990-cı il, Gədəbəy rayonu) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2015), Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri (2019), Prezident təqaüdçüsü. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi (2021). Cavanşir İntiqam Yaşar oğlu 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə, 2008–2012-ci illərdə isə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. İntiqam Yaşar mətbuatda müxtəlif məzmunlu yazılarla çıxış edir. Yazıları "Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı şeirlər kitabı çapdan çıxıb.
İntiqam Zairov
İntiqam Zairov (21 aprel 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet. Karyerası ərzində İntiqam Zairov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində İntiqam Zairovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2009-cu ildə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatınıda gümüş medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi. 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında İntiqam Zairov ümumi nəticədə olimpiadanı 361 (166+195) nəticə ilə doqquzuncu pillədə başa vurdu. Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə İntiqam Zairov ümumi nəticədə 397 (182+215) nəticə ilə olimpiadanı altıncı pillədə başa vurdu. 2017-ci ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008 və 2012-ci illərdə olimpiadalar zamanı götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi. Məlumata əsasən İntiqam Zairov olimpiadalarda mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı. Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi. Həmçinin onun 2013-cü il Avropa Çempionatı və 2015-ci il Dünya Çempionatında göstərdiyi nəticələrdə ləğv edildi.
İntiqam İsmayılov
İntiqam əlbisəsi
İntiqam əlbisəsi Uels şahzadəsi Diananın 1994-cü ildə Serpentin qalereyasında(en) şam yeməyinə geydiyi ziyafət paltarı idi. Paltar, o vaxt Uels şahzadəsi olan əri Çarlzın televiziyada xəyanət etdiyini etiraf etdiyi üçün Diana tərəfindən "intiqam almaq üçün" geyindiyi kimi şərh edilmişdir.
İntiqam Şirəliyev
İntiqam Əliyev
İntiqam Kamil oğlu Əliyev (30 noyabr 1962, Puşkin rayonu) — Azərbaycan hüquq müdafiəçisi. İntiqam Əliyev 30 noyabr 1962-ci ildə Biləsuvar rayonunda anadan olub və elə həmin il də ailəsi ilə birgə Sumqayıta köçüblər, hazırda da bu şəhərdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı var. 1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Hüquq təcrübəsinə 1990-cı ildən Bakı şəhər Baş Tikinti Trestində hüquqşünas vəzifəsindən başlayıb. 1991-ci ildə ölkədə ilk hüquq firmalarından olan "Advokat Servis" hüquq şirkətini təsis edib. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 2003-cü ildən Azərbaycan Hüquqşünasları Forumunun həmsədridir. Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib. 20 ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olur, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.
İntiqam Əmirov
İntiqam Əsgərli
İntiqam Bayram oğlu Əsgərli (16 avqust 1990, Kalinovka, Masallı rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997–2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü.
İntizam Qaçayev
İltizam
İltizam (ərəbcə التزام) — Osmanlı imperiyasında XV əsrdə tətbiq edilən vergilərin toplanması forması. Ərəbcə lüzum sözünün kökündən törəyən iltizam sözü lüğətdə "öhdəsinə götürmə, lazımlı sayma, bir tərəfi tutma" kimi mənaları verir. Termin kimi "xüsusi bir şəxsin dövlətə aid hər hansı bir vergi gəlirini toplamağı müəyyən illik ödəniş qarşılığında öhdəsinə götürməsi" deməkdir. Bu vergini toplamaq öhdəliyi olan şəxsə "mültəzim" deyilirdi. İltizamla eyni mənanı verən təəhhüd, ihalə, füruxt terminləri də istifadə edilmişdir. Bugünkü sözlərlə ifadə edilərsə, vergi toplanmasının özəlləşdirilməsi formasında olan iltizam sistemi XX əsrin əvvəllərinə qədər dünyanın bir çox ölkəsində istifadə edilmiş vergi toplanması formasıdır. Bu sistem Osmanlı imperiyasında illik olarraq əyalətlərdə tətbiq olunurdu. XVI əsrin sonlarından başlayaraq uzun müddət davam edən müharibələr və ticarət yollarının dəyişməsi Osmanlı imperatorluğunun iqtisadiyyatını pozaraq xəzinədə nağd pul çatışmamazlığına səbəb oldu. Bu səbəbdən də timar sisteminin tətbiq olunduğu əyalətlərdə də iltizam sistemində vergi daha çox məhsul olaraq toplanılırdı. Fateh Sultan Mehmed dövründən başlayaraq tətbiq olunan iltizam sistemi 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salan tənzimat islahatları ilə toplanan pullar birbaşa xəzinəyə təhvil verilməsi ilə ləğv edildi.
İntibah
İntibah — müəyyən qədim mədəniyyətin tarixin müəyyən aralığında sanki yenidən dirçəlməsi, oyanması hadisəsi. Hər hansı xalqın və ya yaxın mədəniyyətə məxsus xalqların inkişafında parlaq dövr. "İntibah" kəlməsi ərəb mənşəlidir. Elmin və incəsənətin çiçəkləndiyi Avropa İntibah dövrü, Müsəlman İntibahı, Azərbaycan İntibahı və bir çox digər İntibah dövrləri mövcuddur. Bunlar arasında ən geniş yayılmış, öyrənilmiş olan Avropa İntibah dövrü və ya Renessansdır.
İntihar
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
İntizar
İntizar — həsrət içərisində, səbirsizliklə birini ya da birilərini gözləmə mənasına gələn söz. Həmçinin bu mənalara da gələ bilər: İntizar (müğənni) — Türkiyə müğənnisi "İntizar" — Azərbaycan müğənnisi Elmira Rəhimovanın mahnısı "İntizar" — Türkiyə müğənnisi Nilufərin Sensiz Olmaz adlı albomunda yer alan bir parça.
İttiham
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.