Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Refat Appazov
Refat Appazov (d. 8 sentyabr 1920, Simferopol – v. 18 aprel 2008, Moskva) — Krım tatarı əsilli Ukraynalı alim və yazıçı. Refat Appazov 8 sentyabr 1920-ci ildə Simferopol şəhərində anadan olmuşdur. İlk təhsilini Yalta şəhərindəki Krımtatar məktəbində almışdır. 1939-cu ildə SSRİ-nin ən vacib liseylərindən biri olan Moskvadakı Moskva Dövlət Texniki Universitetində təhsilini davam etdirmişdir. 18 aprel 2008-ci ildə dünyasını dəyişmişdir. Vəsiyyətinə görə Krımda dəfn edilmişdir. Təhsilini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasında işləməyə başlamışdır. Həmin il uzaq mənzilli raketlər və Sovet İttifaqı kosmik raket texnikaları ümumi layihə mühəndisi, məşhur Sergey Korolyovla görüşdü və onun xüsusi rəhbərliyi altında 20 il işlədi.
Refat Mustafayev
Refat Şemsedin oğlu Mustafayev(1911, Mramorne[d], Simferopol rayonu[d] – 1984, Əndican) — II Dünya müharibəsi illərində Krımın yeraltı partizan hərəkatında regional partiya katibi və batalyon komissarı olaraq vəzifə yerinə yetirən krım tatarı əsilli kommunisti idi. Refat Mustafayev 1911-ci ildə Tavrida vilayətinin Biyuk-Yanka kəndində anadan olub. İlk təhsilini də Biyuk-Yanka kəndində almışdır. 1984-cü ildə sürgündə olduğu Özbəkistan SSR-nin Əndican şəhərində vəfat etmişdir. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına qoşulduqdan sonra partiya xətti ilə hərəkət etdi, 1940-cı ildə BKP (b) Krım regional komitəsinin katiblərindən biri oldu. İkinci Dünya müharibəsi başlayandan sonra Qırmızı Ordu sıralarına siyasi işçi kimi çağırıldı. Batalyon komissarı rütbəsinə layiq görüldü. 1942–1943-cü illərin qışında Krımın partizan hərəkatında kritik bir vəziyyət yarandı. 1942-ci ildə A.V.Mokrousovun başçılıq etdiyi bir sıra liderlər hava ilə materikə təxliyə edildi, 1941-ci ilin payızının ilk layihəsinin bir çox tərəfdarı öldü. Krım dağlarında partizan hərəkatı başından çıxarıldı, Krım regional komitəsi isə Krasnodarda, sonra Soçidə, partizan hərəkatının cənub qərargahı olduğu kimi.
Refat Çubarov
Refat Abdurahman oğlu Çubarov (krımtat. Refat Abdurahman oğlu Çubarov, ukr. Рефат Абдурахманович Чубаров; 22 sentyabr 1957, Səmərqənd) — krım tatar siyasi və ictimai xadimi. 1995–1998-ci illərdə Krım Muxtar Respublikasının Ali Şurasının sədrinin müavini, 1998–2007 və 2015–2019-cu illərdə Ukraynanın xalq deputatı. 2009-cu ildən Ümumdünya Krım Tatarları Konqresinin prezidenti. 2013-cü ilin noyabr ayından Krım Tatar Milli Məclisinin sədri. 1957-ci il sentyabrın 22-də Özbəkistan SSR-in Səmərqənd şəhərində anadan olub. 1944-cü ildə Krım tatarlarının deportasiyası zamanı ailəsi yaşadığı Krımın Ay-Serez kəndindən Özbəkistana qovulub. 1968-ci ildə valideynləri Krıma döndükdə o, da onlarla birgə doğma yurda qayıdıb. 1974-cü ilin sentyabrından 1975-ci ilin iyulunadək 1 nömrəli Simferopol Peşə Liseyində təhsil alıb.
Renat Dadaşov
Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycanlı futbolçu. Hazırda karyerasını "Qrasshoppers"dən icarə əsasında "Hatayspor" klubunda davam etdirir. Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Əslən ləzgidir.. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür. 19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir. 11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Renat Şıxnəbiyev
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur. Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır. Ailəlidir, üç övladı var. 2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır. 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
Tom Regan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Tom Reqan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Leqat (Qədim Roma)
Leqat (lat. legatus, legare nümayəndə, təyin etmək mənasını verir) — Qədim Romada digər hökumdarlara və xalqlara göndərilən dövlət nümayəndəsi, elçi və ya səfir.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.
Həyat
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Ləqata
Ləqata (ərəb. لقاطة‎, fr. Leghata) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 42 metr yüksəklikdə, 49,7 km2 ərazidə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 69 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 23 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 13,692 nəfər idi.
Ləğuat
Ləğuat (ərəb. الأغواط‎, Əl-Əqvat) — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir. Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Peqas
Peqas (bürc)
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.