Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Urmis
Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. == Coğrafi mövqeyi == Dağətəyi ərazidədir. == Adının mənşəyi == Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı. Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir. == Tarixi == XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.
İtmiş ağac
İtmiş ağac (fr. Arbre Perdu) və ya Arbre Terri Sabin — Nigerin şimal-şərqində yerləşən, Sahara səhrasının Tenere bölgəsində yerləşən təcrid olunmuş ağac. Ağac akasiya növündəndir, kiçik qum təpəciyinin üzərində yerləşir. Kiçik ölçüsünə baxmayaraq, çox ucqar yerdə yerləşdiyinə görə böyük əhəmiyyətə malikdir. Paris-Dakar rallisinin qurucusu Terri Sabin bu ağacın yaxınlığında bir vertolyot qəzasında ölmüşdür. Onun külləri İtmiş ağacın ətrafına səpilmişdir. Bundan sonra ağac ralli xəritələrində "Arbre Terri Sabin" adı ilə göstərilməyə başlamışdır. Onun xatirəsinə ağacın yaxınlığında nişan qoyulmuşdur: "Meydan oxuyanlar üçün — Arzularda qalanlar üçün".
İtmiş şəhərlər
İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir. == Bəzi itmiş şəhərlər == Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir.
Böyük Utriş yasaqlığı
Böyük Utriş — Krasnodar diyarında yasaqlıq. Shəsi 5112 hektartar olan yasaqlıq Sukko və Kiçik Utriş qəsəbələri arasında yerləşir. Landşaft-floristik və dəniz yasaqlığı olan Böyük Utriş Abrausk yarımadasında yerləşir. Yasaqlıx 1994-cü ildə, Krasnodar vilayətinin administrasiyasının 116 saylı fərmanı ilə yaradılmışdır. Böyük Utriş sahil zolağı boyunca 12 kilometr uzanır və şimaldan Navagir silsiləsi ilə bağlanır. 2 sentyabr 2010-cu ildə yasaqlığın bazasında dövlət təvət qoruğu yaradıldı. Qoruq Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyinin 03.03.2011-ci il tarixli 145 nömrəli "Utriş" dövlət təbiət qoruğu haqqında əsasnaməyə əsasən qoruğun sərhədləri dəyişdirildi. Yasqlıqdaki ikinci və üçüncü laqunların ərazisində unikal ardıc-püstə meşəsi mütəxəssislərin fikrincə, ekoloji cəhətdən ən qiymətli ərazidir. Bu ərazidə "idman və istirahət kompleksi"nin tikintisi planlaşdırılır. Bundan başqa eni 150 metr olan sahil zolağıda önəmli təbiət abidəsi hesab olunur.
İl Etmiş Yabqu
İl Etmiş Yabqu və ya Turs bəy — İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı. == Həyatı == Adı ilk dəfə 682-ci ildə Ongi yazılarında çəkilir. Həmin il İltəriş xaqanla birlikdə Doqquz Oğuzlara qarşı aparılmış İnəklər gölü döyüşündə iştirak etmişdi. == Hakimiyyəti == 687-ci ildə qardaşı Qapağan xaqan tərəfindən şərq şadı təyin olundu. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Oğlu Bilgə İşbara Tamqan Tarxan tərəfindən ona həsr olunmuş Ongi yazıları ucaldılmışdır.
İnkişaf Etmiş Ölkələr
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). == Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər == Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması == İEÖ-in bölündüyü yarımqruplar == === G7 === Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
İnkişaf etmiş ölkə

İtmiş uşaqlar (1987)
İtmiş uşaqlar (Lost Boys) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Ərindən ayrılan və maddi çətinliklərlə üzləşən bir qadın biri bədəncə çox iri, digəri isə kiçik olan iki oğlan övladı ilə birlikdə atasının Kaliforniyanın kiçik bir kəndi olan Sant Karladakı evinə köçür. Uşaqlardan kiçiyi Sam (Corey Haim) yerli cizgi roman­lar mağaza­sın­da işləyən iki nəfər yaşıdı ilə tanış olur. Bu iki dost vampir ovçuları olduqlarını bildirərək bu kəndin vampirlərlə dolu olduğunu iddia edir­lər. Digər tərəfdən böyük qardaş Mike (Jason Patric) kəndin bir moto­siklet qrupunda olan təhlükəli görünüşlü bir qıza aşiq olur. O, psixopat görünüşlü Davidin (Kiefer Sutherland) rəhbərlik etdiyi bu qrupa qatılıb qıza yaxınlaşmaq üçün əlindən gələni edir. Mikenin bilmədiyi şey idə bu gənclərin adi bir motosiklet qrupundan əlavə, başqa bir işlə məşğul olmalarıdır.
Kambizin itmiş ordusu
Kambizin itmiş ordusu — e.ə. 524-cü ildə Qərb səhrasında baş verən qum fırtınasında yoxa çıxan 50,000 nəfərlik əfsanəvi İran ordusu. == Zəmin == Herodotun yazdıqlarına görə, II Kambiz Sivə vahəsində yerləşən Amon məbədini təhdid etmək üçün ora bir ordu göndərmişdi. 50,000 nəfərlik ordu səhranın yarı yolunda idi ki, böyük bir qum fırtınası onların hamısını məhv etdi. Ordudan heç bir qalıq və ya iz tapılmamışdı. Bir çox misirşünas bu hekayəni apokrif hesab etsə də, insanlar illərdir əsgərlərin qalıqlarını axtarırlar. Onlara qraf Laslo Almaşi ("İngilis pasiyent" romanının ona əsaslanmışdır) və müasir geoloq Tom Braun daxildir. 1933-cü ilin yanvarında Ord Çarlz Vinqeyt Misirin o vaxtlar Liviya səhrası kimi tanınan Qərb səhrasında uğursuz axtarışlar aparmışdır.
İnkişaf etmiş ölkələr
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır. İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı: İsveçrə (1987-ci ildən); Norveç (1988-ci ildən); Birləşmiş Ştatlar (1992-ci ildən); Lüksemburq (1992-ci ildən); Danimarka (1994-cü ildən); Niderland (1995-ci ildən); Yaponiya (1996-cı ildən); Almaniya (1996-cı ildən); Avstriya (1996-cı ildən); İtaliya (1996-cı ildən); Kanada (1997-ci ildən); Belçika (1997-ci ildən); Avstraliya (1997-ci ildən); Fransa (1998-ci ildən); İsveç (1998-ci ildən); İslandiya (1998-ci ildən); İrlandiya (1998-ci ildən); Birləşmiş Krallıq (1999-cu ildən); Finlandiya (1999-cu ildən); Sinqapur (1999-cu ildən); İspaniya (2001-ci ildən); Tayvan (2002-ci ildən); Kipr (2002-ci ildən); Yeni Zelandiya (2003-cü ildən); Cənubi Koreya (2006-cı ildən); İsrail (2006-cı ildən); Portuqaliya (2007-ci ildən); Sloveniya (2007-ci ildən); Monako (2008-ci ildən); Lixtenşteyn (2008-ci ildən); Malta (2008-ci ildən); Çex Respublikası (2009-cu ildən); Slovakiya (2011-ci ildən); Estoniya (2012-ci ildən); Yunanıstan (2013-cü ildən); Litva (2013-cü ildən); Latviya (2016-cı ildən); Andorra (2020-ci ildən); San Marino (2021-ci ildən); Xorvatiya (2023-cü ildən). == Ölkələrin inkişaf etmiş qrupa daxil edilməsi üçün nəzərə alınan amillər == Həyat və sağlamlıq səviyyəsinin yüksək olması ÜDM-in hər bir nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması Orta ömür müddətinin çoxluğu Əhalinin təhsil səviyyəsinin yüksək olması Xidmət sferası və emal sənayesinin payı olması == İEÖ-in bölündüyü yarımqruplar == === G7 === Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri: Kanada və Baş Naziri Justin Trudeau Fransa və Prezidenti Emmanuel Macron Almaniya və Kansleri Olaf Scholz İtaliya və Baş Naziri Giorgia Meloni Yaponiya və Baş Naziri Fumio Kişida Birləşmiş Krallıq və Baş Naziri Rishi Sunak Birləşmiş Ştatlar və Prezidenti Joe Biden.
İtmiş uşaqlar (film, 1987)
İtmiş uşaqlar (Lost Boys) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Ərindən ayrılan və maddi çətinliklərlə üzləşən bir qadın biri bədəncə çox iri, digəri isə kiçik olan iki oğlan övladı ilə birlikdə atasının Kaliforniyanın kiçik bir kəndi olan Sant Karladakı evinə köçür. Uşaqlardan kiçiyi Sam (Corey Haim) yerli cizgi roman­lar mağaza­sın­da işləyən iki nəfər yaşıdı ilə tanış olur. Bu iki dost vampir ovçuları olduqlarını bildirərək bu kəndin vampirlərlə dolu olduğunu iddia edir­lər. Digər tərəfdən böyük qardaş Mike (Jason Patric) kəndin bir moto­siklet qrupunda olan təhlükəli görünüşlü bir qıza aşiq olur. O, psixopat görünüşlü Davidin (Kiefer Sutherland) rəhbərlik etdiyi bu qrupa qatılıb qıza yaxınlaşmaq üçün əlindən gələni edir. Mikenin bilmədiyi şey idə bu gənclərin adi bir motosiklet qrupundan əlavə, başqa bir işlə məşğul olmalarıdır.
El Etmiş Qutluq Bilgə xaqan
El Etmiş Qutluq Bilgə xaqan (伊里底蜜施骨咄禄毗伽, əsl adı Tumodu 都摩度) — Türgiş xaqanı. Bağa Tarxanla əlbir olub Suluk xaqanı öldürənlərin arasındaydı. == Hakimiyyəti == Bağa Tarxanın ölümündən sonra 744-cü ildə Çin tərəfindən Türgiş xaqanı təyin olunmuşdu.
İnkişaf etmiş görüntü imkanı televiziyası
İnkişaf etmiş görüntü imkanlı televiziya ya da genişlədilmiş görüntü imkanı televiziya (EDTV) (ing. Enhanced-definition television) — Amerikan Elektronik İstifadəçilər Birliyi (CEA) tərəfindən təsdiq edilmiş bir rəqəmsal televiziya (DTV) format və bu formatı dəstəkləyən televiziya növüdür. ETV SDTV'dən daha çox inkişaf etmiş bir sistem olmasına baxmayaraq HDTV qədər uğurlu bir sistem deyildir. Xüsusilə dünyada VCD cihazlarının inkişafı və buna bağlı olaraq sinema filmlərinin CD mühitində daha çox yayılması sonrası seçim edilən bir texnologiya olan ETV, DVD inkişafından sonra köhnə populyarlığını itirmişdir. ETV 480p vəya 576p siqnal görüntüləmə qabiliyyətinə sahibdir. Çox vaxt 480p (NTSC) və 576p (PAL)siqnal axtarışı edən ETV'nin bəzi standartları ölkədən ölkəyə dəyişiklik göstərməktədir. Görüntüləmə texnologiyasında yaşanan texnolojik inkişaflar və buna bağlı olaraq köhnə texnologiyaların populyarlığını itirməsi sonucu ETV günümüzdə sadəcə oyun formatlarında işlədilir hala gəlmişdir.
Rafael inkişaf etmiş müdafiə sistemləri
Rafael inkişaf etmiş müdafiə sistemləri (ivr. ‏רפאל — מערכות לחימה מתקדמות‏‎) və ya Rafael — İsraildə texnologiya və sursat istehsalı ilə məşğul olan şirkətdir. Rafael 1948-ci ildə Müdafiə Nazirliyinin nəzdində İsrail Milli Müdafiə Tədqiqat və İnkişaf Laboratoriyası kimi təsis edilmiş və 2002-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilmişdir. == Haqqında == Rafael şirkətinin fəaliyyəti İsrail və xarici müştərilər üçün silah, müdafiə və hərbi texnologiyaların dizaynı və istehsalı sahəsindədir. İsrailin "Rafael" şirkətinin direktoru Şimon Naymandır.
Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr
=== Ölkələr ===
Mum heykəllər muzeyi 2: Zamanda itmiş
Mum heykəllər muzeyi 2: Zamanda itmiş (ing. Waxwork II: Lost in Time) — 1992-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Çar Rusiyası ordusunda qulluq etmiş azərbaycanlı generallar
Çar ordusunun azərbaycanlı generalları — Çar Rusiyasının ordusunda xidmət etmiş azərbaycanlılar. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828–1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət əvəzinə cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır və onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. == Azərbaycanlı generallar == Rusiya-Yaponiya müharibəsinin (1904) gedişində donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S.Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Əbülfət ağa Şahtaxtinski 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım mirzə Qovanlı-Qacar, Əmənulla mirzə Qovanlı-Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T.Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilət təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı olan Abşeron alayı, Dağıstan alayı (No82), Samur alayı (No83), Şirvan alayı (No84), eləcə də Şamaxı alayı (No205) və Səlyan alayı (No206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə XX əsrin əvvəlində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişçişlər.
Altmış
Altmış — say sistemində ədədlərdən biridir. Əlli doqquzdan sonra, altmış birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30 və 60 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == Saat 60-lıq sistem üzərində qurulmuşdur. 1 saat 60 dəqiqə, 1 dəqiqə 60 saniyədir.
Camış
Asiya camışları (lat. Bubalus) — Boşbuynuzlular fəsiləsinin öküzlər yarımfəsiləsinə aid heyvan cinsi.Azərbaycanda camış ən qədim zamanlardan bəri yetişdirilir. Dağıstan MR, Kuban, Qara dəniz sahilləri, Krım və Dunay çayı ətrafında da camışçılıq inkişaf etmişdir. Vəhşi camışlara Hindistanın bəzi tropik meşələrində, xüsusən şərq bataqlıqlarında, mərkəzi əyalətlərində, habelə Seylon adasının şərqində indi də rast gəlmək olur. Təbii xassələrinə görə camış susevər (hidrofil) heyvandır. Camış əhliləşdirilmiş halda Malıy adaları, Çin, Yaponiya, İran, Misir və Türkiyədə xeyli miqdarda yayılmışdır. Cənubi Avropada camışlar Bolqarıstan, Ruminiya, Albaniya, Macarıstan, Yunanıstan, Yuqoslaviya və başqa Balkan ölkələrində, hətta az miqdarda Çexoslovakiyada, Cənubi İtalyanın Kalabriya hissəsində və Siciliya adasında da yetişdirilir. Bu ölkələrdə yağıntı az olsa da, çoxlu çay və su mənbələri vardır. Camış isti günlərdə həmişə nohurlarda, bataqlıq yerlərdə, durğun sularda, gölməçələrdə, yaxud çaylarda yatmağı sevir. Suda olduqda camışın ancaq başı kənarda qalır, baş adətən bel ilə bir hündürlüklə durur, bu da onun suda yaşamaq adəti ilə əlaqədardır.
Kumis
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". == Tarixi == Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Kumıs

Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Tunis
Tunis (ərəb. التونس‎‎) və ya rəsmi adı ilə Tunis Respublikası (ərəb. الجمهوریة التونسیة‎‎) — Şimali Afrikada dövlət. Tunis coğrafi baxımdan Məğrib ölkəsidir. Qərbdə və cənub-qərbdə Əlcəzair, cənub-şərqdə Liviya ilə həmsərhəddir. Şimalda və şərqdə isə Aralıq dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Tunis, ümumi sahəsi 163,610 kvadrat kilometr, əhalisinin sayı 11 milyon nəfərdən çoxdur. Ölkənin cənubunda Saxara səhrası, şərqində Atlas dağları yerləşir. == Tarix == === Erkən tarixi === Bir zamanlar Tunisdə Bərbər tayfaları yaşayırdı. Onlardan çoxu sahil xətti boyu kiçik şəhərləri və limanları tikmişdi, beləliklə onlar Aralıq dənizində hər yerdən müxtəlif səyahətçilər ilə ticarət edə bilirdilər.
Ulmus
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Utria
Utria (fr. Outriaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantyua. INSEE kodu — 01282. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. == Coğrafi yerləşməsi == Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. == Hidrologiya == Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Otris
Otris (yun. Όθρυς) — Yunanıstanda, Ftiotida və Maqnisiya periferik bölmələrinin sərhəddində yerləşən dağ silsiləsi. Uzunluğu təqribən 90 km, hündürlüyü dəniz səviyyəsindən 1,726 metrə qədərdir. Qədim coğrafiyada Orti, Orfis, Ofri dağı, Ofriya (q.yun. Ὄθρυς, lat. Othrys) adlandırılmışdır.
ÜHİMŞ
Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası (ÜHİMŞ; rus. Всесою́зный центра́льный сове́т профессиона́льных сою́зов, ВЦСПС) — SSRİ-də 1918-ci ildən 1990-cı ilə qədər fəaliyyət göstərmiş, bütün həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə rəhbərlik edən mərkəzi orqan. 1933-cü ildə Xalq Əmək Komissarlığının strukturları Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasına birləşdirilmiş, bundan sonra Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası faktiki olaraq dövlət nazirliyinə çevrilmişdir. == Sədrləri == 1918 – Qriqori Zinovyev (yanvar – mart) 1918–1921 – Mixail Tomski 1922–1929 – Mixail Tomski 1929–1930 – Aleksandr Doqadov 1930–1944 – Nikolay Şvernik 1944–1953 – Vasili Kuznetsov 1953–1956 – Şvernik, Nikolay Mixayloviç 1956–1967 – Viktor Qrişin 1967–1975 – Aleksandr Şelepin 1976–1982 – Aleksey Şibayev 1982–1990 – Stepan Şalayev 1990 – Gennadi Yanayev (17 aprel – 20 iyul) == Əmlakı == Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası 1987-ci ilin məlumatına görə, 9 milyard SSRİ rublundan çox dəyəri olan böyük bir əmlaka sahib idi. Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının Rəyasət Heyətinin 26 aprel 1988-ci il tarixli qərarına əsaslanaraq 2005-ci ilə qədər sanatoriya-kurort biznesinin və turizmin inkişafı proqramı 6 milyard 958 milyon rubl məbləğində əlavə vəsait ayrılmışdır. Bu, 305 min yerlik yeni istirahət və turizm obyektlərinin istifadəyə verilməsinə, həmkarlar ittifaqı sağlamlıq mərkəzlərində 80 min, turizm mərkəzlərində isə 122 min çarpayının yenidən qurulmasına imkan verəcəkdi. == İstinadlar == == Xarici keçidlər == Фонды общественных организаций. Профессиональные союзы. ВЦСПС, его советы, бюро, институты. // Фонды Государственного архива Российской Федерации по истории СССР. Путеводитель.
I Tutmos
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) — == Həyatı == I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
Kurmış tatarları
Kurmış tatarları — Kurmış vilayətinin və Nijni Novqorod vilayətinin Kurmış şəhərinin hərbi xidmətdə olan tatar xalqının subetnos qruplarından biri (Rusiya ordusunda süvari alaylarında). == Tarixi == Kurmış tatarları Moskva knyazlığının şərqindəki Kormış vadisi ərazisində, İdil bulqarları dövləti ilə sərhəddə yerləşən Kormış şəhəri yaxınlığında (indiki Nijni Novqorod vilayətinin Kormış rayonunda kənd) yaşayan türkdilli xalqı idi. Vladimir, Nijni Novqorod və Moskva knyazlıqları burada yaşamış bulqar, macar, bərtaş, mordva, çermeş, mişər xalqlarının varisləri hesab edilir. Kurmış tatarları XV-XVIII əsrlərdə Rusiya hökumətinə, ondan əvvəl isə saray əyanlarına, yəni Qızıl Orda xanlarına xidmət etmiş türk knyazlarının nəslindən sayılırlar. XVII əsrin ilk iyirmi ilində Kurmış vadisində Knyaginino və Kurmış yolları boyunca gözətçi məntəqələri funksiyasını yerinə yetirən 8 tatar kəndi var idi. Onların arasında Mokloka, İşeevo, Anda və Vakaevo (indiki Urqa) kəndlərində uzun müddət yaşayış olub. Usad və Andosovda, Şkoverka çayı yaxınlığında türk elementlərinin taleyi fərqli idi. Sonrakı sənədlərdə qeyd olunmadığı üçün onlar XVII əsrin birinci yarısında yoxa çıxıblar. Fominkaların tatar əhalisi etnik cəhətdən daha sabit idi. Lakin onun da ruslaşması XIX əsrin ortalarında başa çatdı.