Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belqradın qapıları
Belqradda 23 ədəd qapı yerləşmişdir. == Qala qapıları == === Yuxarı şəhər qapıları === Kalemegdanda yuxarı şəhərin divarlarında bir çox qapılar vardır. === Aşağı şəhər qapıları === === Xarici şəhər qapıları === Xarici şəhər qapıları olduqları xarici şəhər divarları ilə birlikdə indiki vaxtda dağıntı vəziyyətindədir. Yalnız köhnədən qalma yerləri göstərən lövhələr qalmışdır.
Cəhənnəm qapıları
Cəhənnəm qapıları (türkm. Derveze) — Türkmənistanda yerləşən qaz krateridir. Ərbənt aulundan 90 km məsafədə yerləşir. Kraterin diametri 60 metr, dərinliyi təxminən 20 metrdir. == Tarixi == 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində qeoloqlar yeraltı boşluqla qarşılaşmışlar və nəticədə yer qatı ucaraq qaza dolu böyük çuxur əmələ gəlmişdir. Qazma qurğuları və nəqiyyat vasitələri çuxura düşmüş, buna baxmayaq insan tələfatı qeydə alınmamışdır. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün, alimlər həmin qazları yandırmağı qərara alırlar. Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək, lakin olnar səhv etmişdilər.1971-ci ildən indiyə qədər kratedən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanmağa davam edir. 2004-cü ildə Darvaza kəndi ləğv edilmişdir.
Gəncə qapıları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Kilikiya qapıları
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Nomentan qapıları
Nomentan qapıları (lat. Porta Nomentana) - Romada Avrelian divarının qapıları. Nomentan yolu bu qapılardan başlayırdı. Müasir Piy qapılarından 75 metr cənub-şərqdə yerləşən bu şəhər qapılarının qalıqları divarla örtülmüşdür və hal-hazırda onun ancaq kərpic örtüyü və sağ yarımdairəvi qülləsi görünür. Qapıların sol qülləsi 1827-ci ildə dağıdılmışdı.
Piy qapıları
Porta Pia (lat. Porta Pia) — Romanın Avrelian divarının şimal-şərq tərəfindəki qapılar. Nomentan yolunda yerləşən bu qapıları Mediçi ailəsindən olan Roma papası IV Piy tikdirmişdi. Qapılar sökülmüş Nomentan qapılarının (lat. Porta Nomentana) yerində ucaldılıb. Vazariyə inansaq, bu qapılar Mikelanceloya aid sonuncu memarlıq proyekti olmuşdular. Mikelancelo qapıların layihəsi üçün 3 variant təqdim etmişdi və pontifik, onlardan ən ucuzunu seçərək sifarişi təsdiqləmişdi. 1561–1565-ci illərdə memar Cakomo del Dukanın nəzarəti altında tikilən fasad, hətta manyerizm üçün belə həddən artıq olan qeyri tipik detallarla bəzənib. Buna görə də onu "əbədi şəhərin" girişinin üzərində teatr pərdəsinə bənzədirlər. Təəssüf ki, qapılar üzərində işin sonunu Mikelancelo görə bilməmişdi.
Alan qapıları (Qafqaz)
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir.Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir. Mərkəzi qüllənin qarşısında - ənənəvi milli geyimdə, əlində milli inquş xörəyi olan sini tutmuş inquş qadının heykəli ucaldılıb.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – Fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsərdir. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur “Cəhənnəm qapıları”nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin “İlahi komediyası” mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Qoşa qala qapıları
Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir. Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir. 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır. Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir.
Ədalət qapıları (pyes)
"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes. == Əsər haqqında == 1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur. Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə rəğmən onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
Aşmaq (Həştrud)
Aşmaq (fars. اشمق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (6 ailə).
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Açma süxurlar
Açma süxurlar — faydalı qazıntıların açıq üsulla çıxanlması zamanı onlan örtən və istismar ərəfəsində kənara atılan faydasız süxurlardan ibarət töküntülərdir. Gələcəkdə aparılması nəzərdə tutulan rekultivasiyanın üsulları və növləri kənara atılan süxurların tərkibindən və onların bioloji rekultivasiyaya yararlılıq dərəcəsindən çox asılıdır. Ona görə də rekultivasiyaya aid layihələr tərtib edilərkən süxürların bioloji cəhətdən yararlılıq dərəcələri müəyyənləşdirilməlidir. == Açma süxurların qalınlığı == Faydalı qazıntı yataqlarında çıxarılacaq filiz və qeyri-fıliz kütləsini örtən süxurların ümumi qalınlığıdır. == Açma işləri == Açıq üsulla faydalı qazıntı yataqlannın istismarı zamanı süxurların çıxarılması, daşınması Və yerdəyişməsi prosesidir. == Açmanın istismar əmsalı == Karxanada istismar dövrü ərzində örtük süxurlannın ümumi həcminin çıxarılıb apanlan faydalı qazıntının ümumi həcminə olan nisbətidir.
Axmaq (film, 1992)
Axmaq — Fyodor Dostoyevskinin "İdiot" romanı əsasında çəkilmiş hind filmi. Rejissoru Mani Kaul olan filmin baş rollarında Şahrux Xan və Ayub Xan-Din yer almışdır. Film 8 oktyabr 1992-ci ildə Nyu-York film festivalında nümayiş etdirilmişdir. Hekayənin bu versiyasında Şahzadə Miskin (Xan-Din) muasir Mumbayda yaşayan, epilepsiya xəstəliyinə tutulmuş şəxs olaraq göstərilir.
Axmaq matı (şahmat)
Axmaq matı – şahmatda ən tez mümkün olan mat növü. 2 gedişə olan bu mata — Axmaq Matı (ing — fool's mate) deylir. Bu mat növü olduqca ağılsızdır və gerçəkləşməsi üçün iki tərəfdən birinin çox pis gedişlər etməsi gərəkdir. Onun üçün də belə bir ad verilmişdir. Hətta yeni başlayan həvəskar oyunçular arasında belə bu cür mata demək olar ki, rast gəlinmir. Axmaq matının olması üçün gedişlər aşağıda göstərilmişdir. 1. f3 e5 2. g4 Qh4 #Bu mat üçün ağların öncə f piyadasını bir, ya da iki dama irəli oynaması gərəkdir. Qaralar daha sonra e piyadasını irəli oynayıb vəzirin yolunu açmalıdır.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Yazı (en. record) Proqram və xarici yaddasaxlama qurğusu arasında verilənlərin alış-verişi vahidi. İnformasiyanın struktur vahidi. Proqramlaşdırma dillərində: təşkil olunduğu elementlərin (sahələrin) adı və çeşidli atributları olan aqreqat. Yaddasaxlama mühitində verilənlərin qeydiyyatı (yazılması) prosesi. Vahid tam kimi baxılan bir-biriylə qarşılıqlı əlaqədar verilənlər qrupu. İnformasiyanın verilənlər bazalarında saxlanması vahidi. Yazı bir, yaxud bir-biriylə bağlı olan bir neçə sahədən ibarətdir. Yazını və sahələri üzərində sətirlər yazılmış kağız vərəqiylə müqayisə etmək olar: sahələr – sətirlər, yazı isə kağız vərəqidir. İndekslərinə görə elementlərinə erişilən matrisdən fərqli olaraq, yazının elementlərinə həm elementlər bloku kimi, həm də ayrı-ayrı erişmək olur.Yazma başcığı (en.
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
Açma-yumma xalçaları
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir. Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan “Açma-yumma” xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü “Açma-yumma” xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu.
Açma-yumma xalçası
Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir. Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan “Açma-yumma” xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü “Açma-yumma” xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu.
3 axmaq (film, 2009)
"3 axmaq" (ing. 3 idiots) — Hindistan filmi. 2009-cu il Bollivud istehsalıdır. Film Hindistanda ən böyük muhəndis universitetində 3 tələbənin yaşadığı hadisələrdən bəhs edir. Rejissorluğunu Rajkumar Hiraninin etdiyi filmdə həmçinin Əmir Xan,Karina Kapur kimi məşhur aktyorlar da səhnə alıb. Film həmçinin Hindistanda ve dünyada ən cox satılan hind filmidir. == Filmin mövzusu == Hindistanın ən yaxşı mühəndislik məktəbinə başlayan şagirdlərin həyatını qısa olaraq izah edir. Sistemin daim yarış üzərinə qurulduğu, hər kəsin ən yaxşı olmağa çalışdığı bir məktəbdə sistemi dəyişdirməyə çalışan bir şagird və onun ən yaxın 2 yoldaşı. Başlarından keçənlər, həyatdan əslində nə istədikləri. Ranco xarakterinin baş rol oynadığı film dram və komediya növünü ən yaxşı şəkildə bizə çatdırır.
Qapılı
Qapılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dərə» mənasında işlənən qapı sözünə -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1829-30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.
Abşeron qadınları
"Abşeron qadınları" — Azərbaycan rəssamı Tahir Salahovun 1967-ci ildə çəkdiyi rəsm əsəri.
Abşeron qalaları
Abşeron istehkamları - Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. == Yaranma tarixi == XI-XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur - onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Azərbaycan qalaları
Azərbaycan qalaları — Azərbaycan Respublikasının ərazisində yerləşən qalalar.
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Bolnisi yazıları
Bolnisi yazıları (gürc. ბოლნისის წარწერები) — Gürcüstanın Bolnisi bələdiyyəsi ərazisindəki Bolnisi şəhərində yerləşən Bolnisi bazilikasında aşkarlanmış, gürcü yazılarının Asomtavruli xətti ilə yazılmış kitabələrdir. Kitabələr 494-cü ilə aiddir. == Yazılar == === I yazı === Tərcüməsi: "İsa Məsih, Yepiskop Davidi və bu kilsəni tikməyi xahiş edən şəxsləri hifz eləsin." === II yazı === Tərcüməsi: "Müqəddəs üçlüyün mərhəməti ilə kral I Firuzun hakimiyyətinin iyirminci ilində bu kilsənin əsası qoyuldu və 15 il sonra inşaat tamamlandı.
Bunner Bacıları
Amerikalı yazıçı Edit Varton tərəfindən qələmə alınan roman. == Məzmun == "Bunner Bacıları" (Bunner Sisters) -məşhur amerikan yazıçısı Edit Varton tərəfindən qələmə alınmış qısa bir romandır. Əsər, ilk dəfə 1916.cı ildə nəşr olunub. Romanda, "Ann Eliza" və "Evelina" adlı iki bacının kədərli həyatları ələ alınır. Nyu Yorkun kənar bir qəsəbəsində əlişi dükanında çalışan iki bacı sadə bir həyat sürürlər. Onların monoton həyat gedişatı, böyük bacı Ann Eliza'nın, Evelina'nın ad günü üçün hədiyyə bir saat almağı ilə dəyişir. Belə ki, bu səbəblə dükançı "Herman Ramy" adlı ortayaşlı şəxslə rabitələri sıxlaşır və bir gün Ramy Ann Eliza'ya ailə qurmağı təklif edir. Lakin, xislət baxımından kiçik bacısına ana münasibəti göstərən Ann Eliza, bacısının saatcıya olan fikrini bildiyi üçün təklifi rədd edir və alatoranlıq həyatlarına açılan ən zəif xoşbəxtlik qapısını belə Evelina'ya çevirir. Lakin, saf niyyətlə etdiyi bu iş, Evelina üçün heç də xoşbəxtlik gətirmir. Belə ki O, Ramy'i ilə evlənərək bacısından ayrılır və Ann Eliza ondan uzun zaman xəbər ala bilmir.
Cek qayaları
Cek qayaları — Azərbaycan Respublikasının Quba rayonunun Cek kəndi ərazisində təbii abidə. Qudyalçayın sağ qolu olan Ağçayın mənbəyinə doğru çayın sol sahilində, Baş Qafqaz silsiləsinin şimala doğru uzanmış qolunun suayrıcında şiş qayalar ucalır. Bunlar Cek kəndinin üstündə olduğundan Cek qayaları adlanır. Cek qayaları sanki Dubrar qayalarının qərb qurtaracağıdır. Ondan qərbə belə qayalar yoxdur. Böyük Qafqazın şərq qurtaracağında, dərələrin yamacında, suayrıclarında relyefdə aydın görünən sivri ucları olan konusvari bu Dubrar qayaları relyefə xüsusi gözəllik verir. Bir qrup geoloq bu qayaları "köksüz", digərləri isə "köklü" qayalar hesab edirlər.
Gürcü yazıları
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur. Yazıların ilk versiyası Asomtavruli kimi tanınır, digər hərflər isə sonrakı əsrlər ərzində formalaşmışdır. Əksər tədqiqatçılar gürcü əlifbasının yaradılmasını gürcü dilli əhalinin məskunlaşdığı Kartli (klassik mənbələrdə İberiya) ərazisinin xristianlaşdırılması dövrü ilə bağlayırlar.
Kreyser qayaları
Kreyser qayaları — Yapon dənizində, adalar, kiçik qayalıqlardan və daşlardan ibarət olan arxipelaq. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı, Partizanski rayonu ərazisinə daxildir. Primorski diyarının cənub-şərqində yerləşir. Naxodka şəhərindən 30 km cənub-şərqdə qərarlaşır. Ada Okunyovaya və Triozyornaya buxtarara keçid üçün mayak rolunu oynayır. == Tarixi == Arxipelaq ilk dəfə 1860-cı ildə Vostok gəmisində Vasili Matveyeviç Babkinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. Ekspedisiya üzvləri arxipelaqın adını onun ən böyük adasının şərəfinə vermişlər. == Coğrafiya == Arxipelaq bir neçə kiçik ada, qaya və su üstü adaşlardan təşkil olunmuşdur. Ümumilikdə 1,4 km məsafədə uzanır. Maksimal hündürlükləri: 44 və 51,5 m.
Mingəçevir yazıları
Mingəçevir yazıları — Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr. == Xaç daşı == Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır: == Şamdanlar == === Yoqun şamdanı === Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib. === Əlifba sıralı şamdan === Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib. === Əl işi şamdan === Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur: == Keramik məişət qabları == Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür.
Orxun yazıları
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar.Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir.Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir == Abidənin aşkar olunması == Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi. Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey Abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr Türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.
Tolmaçova bacıları
Anastasiya və Mariya Tolmaçova (Rusca:Анастасия и Мария Толмачёвы; 14 yanvar 1997) Buxarestdə keçirilən 2006 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Vesenniy Jazz" mahnısı ilə Rusiyanı təmsil etmiş və qalib olmuşdurlar. Tolmaçova bacıları Moskvada keçirilən 2009 Avroviziya Mahnı Müsabiqəsinin 1-ci yarımfinalının açılışında iştirak etmişdirlər. 15 mart 2014 tarixində əkiz bacıların 2014 Avroviziya Mahnı Müsabiqəsində "Shine" mahnısı ilə Rusiyanı təmsil edəcəyi elan edildi.
Acmal Kasab
Məhəmməd Ajmal Amir Kasab (Şablon:Dil-ing; 13 iyul 1987, Pəncab – 21 noyabr 2012, Puna, Maxaraştra) pakistanlı terrorçudur. Laşkare Taiba üzvü. Mumbaydakı hücumdan sonra sağ qalan on terrorçudan yalnız biri. === Bioqrafiya === 13 iyul 1987-ci ildə Pəncab əyalətinin Fəridkot kəndində kiçik yeməkxananın sahibi Əmir Şahban Kəsab və həyat yoldaşı Nura Lahinin ailəsində anadan olub. Kəsabın daha iki qardaşı və iki bacısı var idi. Kasab məktəbdə ingilis dilini öyrənib. Özüm hind dilini öyrədirdim. 2005-ci ildə Ajmal böyük qardaşı Əfzəlin fəhlə olduğu Lahora getdi. Ancaq bir neçə ay qardaşı ilə yaşadıqdan sonra evə qayıtmaq qərarına gəldi və bunu etdi. Lakin tezliklə atası Ajmal yeməkxanada işində ona kömək etmək istəmədiyi üçün şəxsi xərcləri üçün ona pul verməkdən imtina etdi.