QAÇMAQ

f.
1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək.
Hara belə qaçırsan? – Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə.
O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov.

2. İş yerindən, həbsdən və s.-dən özbaşına getmək, xəlvəti getmək.
…İki nəfər dərsdən qaçıb, oturmuş imişlər çayın kənarında. C.Məmmədquluzadə.
[İsmayıl:] Ay qardaş, Sibirdən qaçmaq ki qeyri-mümkündür. Ə.Haqverdiyev.

// Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. İnək tövlədən qaçmışdır.
3. İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. Qız bir oğlanla qaçdı.
4. Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməyə çalışmaq. Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan?
5. Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. O, aydın suala cavab verməkdən qaçır. Məsuliyyətdən qaçmaq.
6. Getmək, yox olmaq, çəkinmək. Rəngi qaçmaq. Yuxusu qaçmaq. Ləzzəti qaçmaq.
– Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAÇMAQ 1. QAÇMAQ [Tarverdi:] Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı (M.F.Axundzadə); CUMMAQ (dan
  • QAÇMAQ getmək — yüyürmək
  • QAÇMAQ çəkinmək — saqınmaq — uzaqlaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • QAÇMAQ QAÇMAQ – DAYANMAQ O tələsik yerindən durub qapıya qaçdı (M.İbrahimov); Məni hərarət çulğaladı. Küçənin ortasında dayandım (S

Etimologiya

  • QAÇMAQ Qoşmaq variantı da olub. Eyni sözün müxtəlif formalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QAÇMA
QADA

Digər lüğətlərdə

жира́ф запрода́ться лесоторго́вый напоро́ться Обре́зание Госпо́дне перфорацио́нный под не́бом слобо́дка бритьё великое переселе́ние народов залилове́ть коопери́рование пау́т фесто́н хро́менький Dvina Gulf episodic figurant Melbourne öre plaudit precordial вспорхнуть заплыть уписаться