Azərbaycan qalaları

Azərbaycan qalalarıAzərbaycan Respublikasının ərazisində yerləşən qalalar.

Daş və bişmiş kərpic tikililər

[redaktə | mənbəni redaktə et]
Adı Əsası qoyulduğu dövr Aşağıda divar qalınlığı,
metrlə
Yuxarıda divar qalınlığı,
metrlə
Saxlanılmış hissənin hündürlüyü,
metrlə
Yerləşdiyi rayon Şəkil Qeyd
Qaraköpəktəpə
(IV və V təbəqələr)
e.ə. III minillik 3,0 - 2,5 Füzuli Abidədə ilk tədqiqat işləri 1898-ci ildə arxeoloq Aleksey İvanov tərəfindən aparılmışdır.[1]
Çalxanqala
e.ə. III - II minilliklər 3,0 - 0,5 – 1,0 Kəngərli Abidədə ilk tədqiqat işləri 1978-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aparılmışdır.[2]
Vayxır-Gavurqala
e.ə. XVII – X əsrlər 3,0 – 3,5 - 2 – 3,5 Naxçıvan
Oğlanqala
e.ə. II – I minilliklər 2,5 – 3,0 - 3-4 Şərur Abidə Arpaçayın sahilindəki Qaratpə dağında yerləşir. Abidə 2006-cı ildən AMEAPensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) çərçivəsində tədqiq edilməkdədir.[3]
Qazançı qalası
e.ə. II – I minilliklər 3,0 – 3,5 - 2 – 3,5 Culfa Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir – birinə keçid yolu vardır. Müdafiə divarları (eni 2 – 2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda inşa edilmişdir. Qazançı qalasının e.ə. II minilliyin əvvəllərində Əlincəçay vadisində yaşamış iri tayfa birliklərindən birinin mərkəzi olduğu güman edilir. Qala divarlarının tikinti texnikası Oğlanqalanı təkrar edir.[4]
Atəşi-Baquanda Midiya-Abşeron tipli Ahura-Mazda məbədi

Qız qalası
e.ə. VIII – VII əsrlər 5,0 4,0 32 - 35 Bakı Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.[5]
Sədərək qalası
e.ə. XIV – VII əsrlər 2,5 1,5 – 2,0 Sədərək Abidə 2001-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala – şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu-Sədərək-Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı.[6]
Atəşi-Baquan qala divarları
e.ə. VIII – VII əsrlər 2,0 – 2,5 1,5 – 2,0
(saxlanılıb)
11-15 Bakı Qalanın qalıqları üzərində Şirvanşahların dövründə yeni qala inşa edilmişdir. Dövrümüzə çatmş qala ikiqatlı divardan ibarət olub, birinci divar Şirvanşah III Mənuçöhr, ikinci divar isə Şirvanşah I Axsitanın zamanında tikilmişdir.[5]
Səbail qala-məbəd kompleksi
e.ə. VII – VI əsrlər 1,8 – 2,0 Bakı Bayıl burnu yaxınlığına yerləşən qala hazırda dəniz sularının altında qalmışdır. Qala Şirvanşahların hakiiyyəti dövründə yenidən inşa edilərək memarlıq quruluşuna xeyli əlavələr edilmişdir. Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.[7]
Buğurt qalası
e.ə. IV – III əsrlər - 1,2-1,6 5-10 Şamaxı Qala orta əsrlərdə Şirvanşahlar tərəfindən bərpa olunaraq istifadə edilmişdir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu.
Çıraqqala
e.ə. IV – III əsrlər 2,8 – 2,0 – 1,5 2,8 - 2,0 — 1,5 14
(saxlanılıb)
Şabran Qafqaz Albaniyası dövründə (b.e. IV – V əsrləri) inkişaf etdirilərək Gilgilçay səddinin əsas müdafiə qurğularından biri kimi istifadə olunmuşdur.
Qəbələ qalası
e.ə. III - I əsrlər 5 11,3
(saxlanılıb)
Qəbələ Alban hökmdarları tərəfindən paytaxt şəhərin müdafiəsini təmin etmək üçün inşa edilmişdi.
Əskipara müdafiə sistemi
I əsr 2,0 — 2,4 5,0 — 10,0
(saxlanılıb)
Qazax Orta əsrlərdə Əskipara monastırının inşası zamanı bir hissəsi bərpa olunaraq qapalı məkan halına gətirilib.
Şabran qalası
I əsr 2 - 0,5 - 1,0
(saxlanılıb)
Şabran Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi.[8] Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur.[9]
Pəriqala
I əsr - - Zaqatala
Çalğıqala
I əsr - - - Laçın
Şuşa qalası
I-III əsrlər - - - Şuşa Qala monqolların Azərbaycana yürüşü zamanı tamamilə dağıdılmış, Qarabağ xanı Pənahəli xanın hakimiyyəti dövründə bərpa edilmişdir.
Şapurqala
I-III əsrlər - - - Şahbuz Qalanın mərkəzi hissəsində tikinti qalıqlarına, bişmiş kərpic, çəhrayı gil qab və dən daşlarının qalıqlarına, ocaq yerinə təsadüf edilmişdir. Tapıntılar Şapurqalada həyatın eramızın ilk əsrlərindən XV-XVI əsrlərə kimi davam etdiyini göstərmişdir. Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur.[10]
Şətəl qalası
I-III əsrlər 3,5 - - Goranboy BərdəGəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır.
Niyalqala
III - V əsrlər - - - İsmayıllı
Ləv qalası
III - V əsrlər - - - Kəlbəcər rayonu
Gülüstan qalası
V-VII əsrlər - 0,8-0,9-1,5 - Goranboy Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub.[11] Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.
İzz qalası
VII əsr - - - Tərtər
Şindan qalası
VII əsrlə - - 18,50 Nəmin
Girdiman qalası
VII əsr - - - İsmayıllı
Ramana qalası
VII - IX əsrlər 1,9 1,6 13 Ramana Şirvanşahların hakimiyyəti dövründə əsaslı bərpa edilərək istifadə olunub.
Şamaxı qalası
VII - VIII əsrlər - - - Şamaxı Şamaxı zəlzələsi zamanı, monqolların Azərbaycana yürüşü zamanı və sonuncu dəfə 1918-ci ildə ermənilər tərəfindən dağıdılıb.
Balabür qalası
VII əsr - 1,5 4 - 5 Lənkəran Qaladakı tapıntılar IX-XI əsrlərdə Bəlləburla Bizans və digər qonşu dövlətlər arasında ticarət əlaqələrinin olduğunu göstərir. Tapıntılar arasında Bizansa məxsus mis və qızıl sikkələr var. Bir sıra alimlərin fikrincə, Bəlləbur qalası 830-cu illərdə Babəkin sığınacağı olub.
Kinon qalası
VIII əsr - - - Lənkəran
Əndorab qalası
VIII - IX əsrlər - - - Tərtər Ümumi sahəsi 8 hektar olan qala Tərtər çayının sahilində, Bərdə-Gəncə ticarət yolunun kənarında yerləşir.
Gəncə qalası
IX əsr - - - Gəncə Gəncə şəhər yerində 1949-cu ildən etibarən professor İshaq Cəfərzadənin başçılığı ilə arxeoloji qazıntı işləri aparılıb.
  1. Вели Алиев. Культура эпохи средней бронзы Азербайджана. — «Элм», 1991. — 253 с
  2. V. H. Əliyev – Azərbaycanda Tunc dövrünün Boyalı Qablar Mədəniyyəti, Bakı, 1977
  3. "Oğlanqala Site Survey". 2015-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-06.
  4. A. Q. Seyidov – Naxçıvan tunc dövründə, Bakı, 200, səh 42
  5. 1 2 "АЗЕРБАЙДЖАН IV—XVIII веков" Л. С. Бретаницкий, Б. В. Веймарн Издательство "ИСКУССТВО ", Москва, 1976
  6. AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2006, Sədərək qalası məqaləsi
  7. О. Ш. Исмизаде – Крепостное сооружение в Бакинской бухте, СА, 1966, № 1
  8. Mинopcкий. Иcтopия Шиpвaнa, c.108-110
  9. Epeмян. Шaпoтpeнa, c.77-78.
  10. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şahbuz bölgəsinin arxeoloji abidələri, Bakı, 1992
  11. Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine səh. 44, Vaqif Piriyev